Month: October 2024

  • Rusiyada miqrant kvotası təsdiqlənib

    Rusiya 2025-ci ildə cəmi 10,5 min miqrant qəbul edəcək.

    Median.Az “TASS”a istinadən xəbər verir ki, 2025-ci ildə 10 min 595 əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır.

    Moskva şəhəri və Moskva ətrafı üçün müəyyənləşdirlən maksimum kvotaya görə 1 350 miqrantın burada yaşamasına icazə veriləcək.

    Sankt-Peterburq üçün 200 icazə kvotası müəyyənləşdirilib. İki il əvvəl hər birinin 500 icazəsi olan Tatarıstan və Başqırdıstan bu il cəmi 100 (2024-cü ildə hər biri 250) icazə kağızı verə biləcək.

    Qeyd olunub ki, son beş il ərzində kvotanın həcmi ildən-ilə azalır: 2023-cü ildə Rusiya Nazirlər Kabineti 13,5 min, 2022-ci ildə 19 minə yaxın, 2021-ci ildə 39 mindən çox icazə verib.

  • В Колумбии военные обнаружили нарколабораторию повстанцев с 1 тонной кокаина

    Колумбийские военные обнаружили и ликвидировали лабораторию по производству наркотиков, которая принадлежала повстанческой группировке “Армия национального освобождения” (АНО).

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили вооруженные силы страны.

    “В ходе военной операции в сельской местности в Кукуте был обнаружен и уничтожен комплекс по производству кокаина, используемый подразделением Рейнальдо Ардильи Гомеса организованной вооруженной группировки АНО”, – говорится в заявлении.

    На месте было обнаружено более 1 тонны кокаина. По оценкам властей, в месяц уничтоженная лаборатория могла производить 4 тонны наркотиков. “Стоимость лаборатории оценивается в 23 млрд песо [$5,4 млн]”, – отметили военные.

  • Kolumbiyada hərbçilər içərisində bir ton kokain olan laboratoriya aşkarlayıblar

    Kolumbiya hərbçiləri üsyançı qrup “Milli Azadlıq Ordusu”na aid olan narkotik laboratoriyasını aşkar ediblər.

    Bu barədə Kolumbiya Silahlı Qüvvələri məlumat yayıb.

    Qeyd olunub ki, Kukuta kəndi ərazisində keçirilən hərbi əməliyyat zamanı mütəşəkkil silahlı qrupunun rəhbəri Reynaldo Ardilla Qomezə məxsus kokain istehsalı kompleksi aşkarlanaraq məhv edilib.

    Hadisə yerindən bir tondan çox kokain tapılıb. Səlahiyyətlilər dağıdılmış laboratoriyanın ayda 4 ton narkotik vasitə istehsal edə biləcəyini hesab edirlər. Laboratoriyanın dəyəri 23 milyard peso (5,4 milyon dollar – Qeyd) olaraq qiymətləndirilir.

  • Ученые выяснили, что болезнь Альцгеймера поражает мозг в два этапа

    Исследователи из Массачусетского технологического института (MIT) обнаружили, что болезнь Альцгеймера разрушает мозг в два этапа.

    Результаты исследования опубликованы в журнале Nature Neuroscience.

    На ранней стадии данной болезни повреждаются лишь определенные типы клеток, и этот процесс проходит медленно и без видимых симптомов, отмечают ученые. Во второй фазе заболевание вызывает более масштабные повреждения, которые сопровождаются появлением таких симптомов, как потеря памяти.

    Ученые исследовали мозг 84 добровольцев и выяснили, что на ранней стадии болезни повреждаются тормозные нейроны, особенно ингибирующие соматостатин (SST). Эти клетки играют важную роль в нейронных цепях, и их потеря может лежать в основе изменений, приводящих к развитию болезни Альцгеймера.

    Исследования показали, что наиболее уязвимыми при болезни являются клетки средней височной извилины, которые отвечают за память и восприятие. Также было установлено, что ген REELIN может повышать уязвимость некоторых нейронов, в то время как астроциты могут защищать клетки мозга от разрушения.

    Согласно результатам исследования, основные разрушительные процессы, такие как массовое клеточное уничтожение и воспаление, происходят на поздних стадиях болезни. Однако на ранней стадии изменения происходят постепенно и без заметных симптомов, что затрудняет раннюю диагностику.

  • Alimlər Altsheymer xəstəliyinin beyinə iki mərhələdə təsir etdiyini aşkar ediblər

    “Massaçusets Texnologiya İnstitutu”nun tədqiqatçıları Altsheymer xəstəliyinin beyini iki mərhələdə məhv etdiyini aşkar ediblər.

    Tədqiqatın nəticələri Nature Neuroscience jurnalında dərc olunub.

    Alimlərin fikrincə, erkən mərhələdə yalnız müəyyən növ hüceyrələr zədələnir və bu proses yavaş-yavaş və görünən simptomlar olmadan baş verir. İkinci mərhələdə xəstəlik yaddaş itkisi kimi simptomlarla müşayiət olunan daha geniş ziyana səbəb olur.

    Alimlər 84 könüllünün beynini tədqiq edib və aşkar ediblər ki, xəstəliyin erkən dövründə tormozlayıcı neyronlar, xüsusən də somatostatini inhibə edən neyronlar zədələnir. Bu hüceyrələr sinir dövrələrində mühüm rol oynayır və onların itməsi Altsheymer xəstəliyinin inkişafına səbəb olan dəyişikliklərin əsasını təşkil edə bilər.

    Həmçinin müəyyən edilib ki, REELIN geni bəzi neyronların həssaslığını artıra bilər, astrositlər isə beyin hüceyrələrini məhv olmaqdan qoruya bilər. Tədqiqat təsdiqləyib ki, kütləvi hüceyrələrin məhv edilməsi və iltihab kimi əsas dağıdıcı proseslər xəstəliyin sonrakı mərhələlərində baş verir.

    Ancaq erkən mərhələdə dəyişikliklər tədricən və nəzərə çarpan simptomlar olmadan baş verir, bu da erkən diaqnozu çətinləşdirir.

  • В Турции могут сократить число отелей с системой “все включено”

    Турецкие бизнесмены предполагают, что гостиниц, работающих по системе “все включено”, в стране в будущем может стать меньше.

    Об этом газете Türkiye сказал один из членов Ассоциации молодых предпринимателей Анкары Мустафа Коркутата.

    По его мнению, система “все включено” превратилась в “потребительский терроризм”.

    “Ежегодно 50 млрд лир (около $1,4 млрд) выбрасывается впустую. Количество объектов размещения туристов, на которых применяется система “все включено”, будет сокращаться”, – считает Коркутата. Он отмечает, что all inclusive приводит к порче очень больших объемов продуктов, которые не удается в полной мере реализовать в гостиницах. С каждой тарелки в среднем выбрасывается 200-400 г еды.

    Бизнесмен считает, что в дальнейшем отели постараются переходить на новую схему предоставления питания отдыхающим. В этом плане гостиницы и рестораны могут выстроить новую схему сотрудничества.

    “Туристов будут вывозить из отеля по вечерам, возить по центру городов, а затем отвозить их на ужин в рестораны, с которыми есть договоренности. Благодаря этому методу бизнес сможет лучше зарабатывать, а также эффективнее конкурировать, например, с соседней Грецией с точки зрения цен”, – сказал он.

  • Türkiyədə “hər şey daxil” otellərin sayı azalacaq

    Türkiyədə qidanın əsassız istehlakı səbəbindən “all inclusive” (hər şey daxil – Qeyd) sistemi ilə işləyən otellərin sayı azaldılması planlaşdırılır.

    Bu barədə Ankara Gənc İşadamları Dərnəyinin nümayəndəsi Mustafa Korkutata məlumat verib.

    Onun sözlərinə görə, hər gün bir turist 220-400 qram yeməyi israf edir: “Yəni bu cür otellərdə yemək tullantıları ildə 1,5 milyard dollara başa gəlir. Odur ki, “hər şey daxil” sisteminin tətbiq olunduğu otellərin sayı azalacaq”.

    Qeyd edək ki, Türkiyə hakimiyyəti “hər şey daxil” sistemi ilə işləyən otellərin bufetlərində israfçılığın qarşısını almaq üçün “yol xəritəsi” hazırlamaq niyyətindədir. Ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi otellərdə qida israfının qarşısını almaq üçün yeni araşdırmaya başlayıb. Bildirilib ki, Türkiyədə hər il 18 milyon tondan çox ərzaq israf edilir.

  • Azərbaycanlı müğənninin canlı efirdə halı pisləşdi – VİDEO

    “Azad Azərbaycan Televiziyası” (ATV) kanalında yayımlanan verilişlərdən birinin efirində gərgin anlar yaşanıb.

    Proqrama gələn qonaqlardan biri olan müğənni Cavad Rəcəbovun halı pisləşib.

    Ona özünə gəlməsi üçün bir stəkan su veriblər. Bundan sonra da sənətçinin halı düzəlməyib və onu kulisə aparıblar.

    Daha ətraflı videomaterialda:

  • Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qazın verilməsində fasilə yaranacaq

    Sabah Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Nəsimi rayonunun M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində siyirtmənin əvəz olunması məqsədilə oktyabrın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Təmir-bərpa işləri aparılan müddətdə M.Qaşqay, Ə.Qasımzadə, N.Vəzirov, H.Sarabski, M.Kaveroçkin, Dağıstan, İ.Həmidov, E.Tağızadə, S.Rüstəm, V.Plotnikov, R.Axundov, S.Zeynalov, M.Rəfili, Ş.Əzizbəyov, A.Bakıxanov, Q.Quliyev, H.Ələsgərova, İ.Qasımov küçələrinin, həmçinin Vaqif və Azadlıq prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Bakıda həbsxanada daha bir ÖLÜM

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Məhəmməd Nəbi oğlu Qazıyev dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 33-cü ölüm hadisəsidir.