Month: October 2024

  • Проходит 106 лет со дня учреждения органов прокуратуры Азербайджана

    В Азербайджане 1 октября отмечается профессиональный праздник работников прокуратуры.

    Сегодня исполняется 106 лет со дня образования органов прокуратуры.

    Постановлением Совета министров Азербайджанской Демократической Республики от 1 октября 1918 года была учреждена прокуратура в составе Бакинского окружного суда.

    Общенациональный лидер Гейдар Алиев 17 июля 1998 года подписал указ о праздновании 1 октября как профессионального праздника работников прокуратуры Азербайджанской Республики.

    Принятая в 1995 году Конституция определила статус прокуратуры и признала ее как единый орган с подчинением централизованных территориальных и специализированных прокуратур Генеральному прокурору Азербайджанской Республики.

    В соответствии с законом “О прокуратуре” от 7 декабря 1999 года в порядке и случаях, предусмотренных законом, надзор за исполнением и обеспечением соблюдения законов, расследование уголовных дел и порядок предварительного следствия, надзор за исполнением и применением законов в следствии, дознании и оперативно-разыскной деятельности, защита государственного обвинения в уголовном процессе, а также участие в достижении установленных судами наказаний были переданы прокуратуре.

    В соответствии с законом о референдуме “О внесении изменений и дополнений в Конституцию Азербайджанской Республики”, который вступил в силу 19 сентября 2002 года, прокуратура также получила право законодательной инициативы.

  • Bu gün prokurorluq işçilərinin peşə bayramı günüdür

    Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur.

    Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib.

    Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil edir.

    Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan Ali Qanunumuzda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilib, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilib.

    Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün – oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanılıb.

    Azərbaycan Respublikası Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması prokurorluğa Prezident İlham Əliyevin dövlət səviyyəsində inam və etimadı kimi qiymətləndirilməklə yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım olmaqla, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və işin daha səmərəli təşkil olunmasında əhəmiyyətli rol oynayır.

    Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli fərmanı ilə idarənin Əsasnaməsi təsdiq edilib və 2005-ci il yanvar ayının 1-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qüvvəyə mindikdən sonra idarə öz fəaliyyətinə başlayıb.

  • Türkiyəli məşhur jurnalist vəfat edib

    Ankarada yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsində müalicə olunan məşhur türkiyəli jurnalist Güneri Civaoğlu 85 yaşında vəfat edib.

    Median.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

    Jurnalistin sabah dəfn ediləcəyi bildirilir.

    Məlumat üçün qeyd edək ki, Güneri Civaoğlu 1939-cu ildə Ankarada anadan olub. Ankara Universitetinin hüquq fakültəsini bitirib. Jurnalistika fəaliyyətinə 1960-cı illərdə başlayıb. Türkiyənin ən nüfuzlu televiziya kanallarında işləyib, uzun müddət “Sabah” qəzetində köşə yazıları ilə çıxış edib.

  • Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən qardaşlar barədə qərar açıqlanıb

    Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən İlham və Emin Baqqayev qardaşlarının şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

    “Report” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən proseslərdə qardaşların şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

    Xatırladaq ki, qardaşlar bir müddət əvvəl Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 20 ildən artıqdır cəza çəkdiklərini, barələrindəki hökmlərin müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmalarını xahiş ediblər.

    Qaradağ Rayon Məhkəməsi hər iki qardaşının müraciətini təmin etməyib. Qərardan narazı qalan ömürlük məhkum qardaşlar apellyasiya şikayəti veriblər.

    Qeyd edək ki, 2001-ci il avqustun 19-da naməlum şəxslər Zaqatala Rayon Polis Şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarını avtomat silahlardan atəşə tutublar. Nəticədə 5 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin açdığı cavab atəşindən sonra silahlı cinayətkarlar hadisə yerindən qaçıblar.

    Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd olunan bu ağır cinayəti təxribatlar törətmək, milli zəmində münaqişə yaratmaq və beləliklə, bölgədə sabitliyi pozmaq məqsədilə iyulun 30-da daxili qoşunların Zaqatala rayonunun Qala adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə silahlı hücum edən, avqustun 17-də həmin rayonun Car kəndindəki İmam Şamilin büstünü partladan cinayətkar qrupun üzvlərindən Zaqatala rayonunun Kebeloba kənd sakinləri – İlham Baqqayev, Emin Baqqayev, Emin Mollayev, Qurban Həsənov, İslam Xiniyev, Abdulhəmid Bulayev, İbrahim Bulayev və digər şəxslər törədiblər.

    Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin birgə əməliyyatı zamanı hadisələri törətməkdə şübhəli olunan 23 nəfər tutulub.

    İstintaqla müəyyən edilib ki, 3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət mülkiyyətinin və şəxsi mülkiyyətin məhv edilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsində başlıca məqsəd respublikada ictimai-siyasi sabitliyi pozmaq, bu bölgədə etnik münaqişə ocağı yaratmaq, separatizm meyillərini qızışdırmaq olub. Cinayətkar dəstənin ayrı-ayrı üzvləri bu məqsədlə İrəvanda və Rusiyanın müxtəlif şəhərlərində Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb, onlardan gizli təlimat, pul, silah, döyüş sursatı alıblar.

    Qanunsuz silahlı qrupun əsas rəhbərlərindən olan Emin Mollayev, İlham və Emin Baqqayev qardaşları ömürlük, Nəcməddin Məmmədov və Şaban Buşdiyev 15 il, Fazil Davudov 13 il, Soltan Qazıxanov 11 il, Qurban Həsənov 10 il, digərləri isə 7-8 il müddətinə azadlıqdan məhrum ediliblər. İstintaq prosesində 16 nəfər barədə axtarış elan olunub.