Month: October 2024

  • В бакинском поселке Land Rover сбил насмерть подростка

    В поселке Говсан Сураханского района Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, автомобиль Land Rover, за рулем которого находился Василий Банников, сбил переходившего дорогу Илькина Керимова (2007 г.р.).

    Пешеход скончался на месте от полученных травм.

    По данному факту возбуждено уголовное дело.

  • Hövsanda “Land Rover” yeniyetməni vuraraq öldürüb

    Bakıda avtomobil yeniyetməni vuraraq öldürüb.

    “Report” xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

    Vasili Vladimiroviç Bannikov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən, 2007-ci il təvəllüdlü İlkin Kərimovu vurub.

    Piyada aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • В Бейлаганском районе у наркокурьеров изъяли 15 кг марихуаны – ВИДЕО

    Сотрудники Бейлаганского райотдела полиции задержали Рамиля Нуриева и его знакомого Мурада Гамзаева, подозреваемых в незаконном обороте наркотиков.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел (МВД).

    У них было обнаружено и изъято 15 кг марихуаны.

    На допросе задержанные заявили, что были привлечены к наркокурьерству гражданином Ирана, с которым познакомились в социальной сети, за денежное вознаграждение.

    По данному факту возбуждено уголовное дело, решением суда в отношении Р.Нуриева и М.Гамзаева избрана мера пресечения в виде ареста.

    Расследование по делу продолжается.

  • Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb – VİDEO

    Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramil Nuriyev və tanışı Murad Həmzəyev saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onlardan 15 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

    Həmin şəxslər sosial şəbəkədə tanış olduqları İran vətəndaşı vasitəsi ilə maddi maraq qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Марк Цукерберг показал модифицированный для его жены Porsche Cayenne – ФОТО

    Владелец и основатель компании Meta Марк Цукерберг опубликовал 7 октября в соцсетях фотографии кроссовера Porsche Cayenne, который был модифицирован для его супруги, Присциллы Чан.

    Об этом сообщают “Известия”.

    В известном американском тюнинг-ателье West Coast Customs кроссовер Porsche Cayenne Turbo GT удлинили, превратив его в минивэн, в котором, по словам Цукерберга, нуждались его жена и дети. В салоне установлено три ряда сидений, также его укомплектовали сдвижными дверями. Porsche в таком кузове автомобили не выпускает.

    Помимо необычного Cayenne, Цукерберг показал купе 911 GT3 Touring с механической трансмиссией, которым будет пользоваться сам. Сколько стоит семейный минивэн Cayenne Turbo GT, неизвестно, однако цена серийного кроссовера превышает 200 000 долларов. Он оснащен 4.0-литровым двигателем V8 с двойным турбонаддувом, который развивает 640 л.с. (850 Нм).

    28 сентября сообщалось, что состояние Цукерберга выросло в шесть раз после запуска метавселенной Metaverse и превысило отметку 200 млрд долларов. Основатель Meta теперь входит в “эксклюзивный клуб” людей с капиталом более 200 млрд долларов, в котором, помимо него, состоят генеральный директор Tesla и соцсети X (ранее Twitter) Илон Маск, основатель Amazon Джефф Безос и владелец группы LVMH Бернар Арно.

  • Mark Zukerberq həyat yoldaşının unikal avtomobilini nümayiş etdirdi – FOTO

    “Meta” şirkətinin sahibi və təsisçisi Mark Zukerberq oktyabrın 7-də sosial şəbəkələrdə həyat yoldaşı Prisilla Çan üçün xüsusi olaraq hazırlanmış unikal “Porsche Cayenne” krossoverinin fotolarını dərc edib.

    Bu barədə “İzvestiya” məlumat yayıb.

    ABŞ-nin “West Coast Customs” tüninq studiyası “Porsche Cayenne Turbo GT” krossoverini genişləndirərək onu minivenə çevirib.

    Zukerberqin dediyinə görə, həyat yoldaşı və uşaqlarına mikroavtobus lazım idi. Avtomobilin salonunda üç sıra oturacaq var və həmçinin sürüşən qapılarla təchiz olunub. “Porsche” bu kuzov üslubunda avtomobil istehsal etmir.

    Qeyri-adi “Cayenne” ilə yanaşı, Zukerberq özünün istifadə edəcəyi mexaniki transmissiyalı “911 GT3 Touring” kupesini də nümayiş etdirib.

  • Paytaxtda qapaqları oğurlanan işıq dirəkləri təhlükə saçır – VİDEO

    Bakının Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən işıq dirəkləri təhlükə saçır.

    Belə ki, işıqlandırılma üçün nəzərdə tutulan, təxminən beş işıq dirəyinin naqillərinin birləşdiyi hissənin qapağı yoxdur.

    Bu səbəbdən naqillərin üzəri açıqdır.

    Sakinlər bildiriblər ki, sözügedən işıq dirəklərinin yerləşdiyi piyada səkisindən hər gün yüzlərlə şagird yaxınlıqdakı məktəbə getmək üçün istifadə edir.

    Məsələ ilə bağlı Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsindən qeyd edilib ki, sözügedən ərazidə yerləşən işıq dirəklərinin qapaqları dəfələrlə oğurlanıb.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • Pedaqoji Universitetə YENİ TƏYİNAT

    Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni mətbuat katibi təyin edilib.

    Bu barədə Universitetdən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərovun imzaladığı əmrə əsasən Taleh Əlizamin oğlu Mirzəyev universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, T.Mirzəyev I və III “Yüksəliş” müsabiqəsinin finalçısıdır. O, 2021-ci ildən ADPU-da çalışır. 2021-2024-cü illərdə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsində redaktor vəzifəsində fəaliyyət göstərib.

  • Plastik əşya panikası: Evdəki bütün qabları dəyişdirmək lazımdır? – Onkoloq cavab verir

    “Plastik əşyaların xərçəng şişinin inkişafına səbəb olması nəzəriyyəsi heç kim tərəfindən sübut edilməyib”.

    Median.Az-ın news.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin Klinik Onkologiya İnstitutunun baş elmi işçisi, tibb elmləri namizədi Yevgeni Çeryomuşkin bildirib.

    Onun sözlərinə görə, bu materialın istehsalına başlamazdan əvvəl çoxlu araşdırmalar aparılır:

    “Orqanizmimizə düşən mikroskopik elementlərin birbaşa müəyyən bir şişin yaranmasına səbəb olduğunu heç kim sübut etməyib. Şübhəsiz ki, plastikin bir hissəsi orqanizmimizə düşür, lakin hələlik evdəki bütün plastik əşyaları dəyişdirmək üçün panikaya düşmək lazım deyil. Hər hansı bir şeyin istehsalına başlamazdan əvvəl çoxlu araşdırmalar aparılır. Heç kim bunun mümkün olmadığını inkar etmir – hər halda sintetik materialdır, lakin hələlik bu deyilənlər əsasən şayiələrdir”.

    Mütəxəssis vurğulayıb ki, plastikin xərçəngin inkişafına təsiri ilə bağlı müzakirələr hələ də davam edir.

    “Hələlik istifadə edilməsi mümkün olmayan bəzi plastik növlərinin mövcud olduğu dəqiq məlumdur. Kanserogen effektə malik kimyəvi maddələr ifraz edən materialın hətta qab-qacaq istehsalında istifadəsinə məhdudiyyətlər qoyulur”, – deyə onkoloq vurğulayıb.

  • Təsadüfi seçimlər, artan şiddət və problemlər: Ölkəmizdə dayə xidməti necədir? – VİDEO

    Son günlər sosial şəbəkələrdə azyaşlıların valideynləri tərəfindən şiddət hallarını əks etdirən paylaşımlar yer alır.

    Bəzi valideynlər dünyaya gətirdiyi və ya himayəsində olan azyaşlının psixi və fiziki sağlamlığını ikinci plana atırlar.

    Nəticədə isə həmin uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşması da sual doğurur.

    Bu kimi hallarda isə köməyə dayələr çata bilər. Onlar günün stressindən, məişət qayğısından və ya valideynlik məsuliyyətindən uzaq, azyaşlıların daha sakit böyüməsində, cəmiyyətə yararlı insan olaraq yetişməsində vacib rol oynaya bilərlər.

    Ancaq ölkəmizdə dayə institutunun olmaması, dayəliyin bir peşə kimi formalaşmaması ürəkaçıcı deyil.

    Dayəlik şirkətinin rəhbəri Fidan Allazovanın sözlərinə görə, sözügedən peşə ilə bağlı vakansiya üzrə bir neçə günlük kurslar təşkil olunsa da, müraciət edən yoxdur.

    Ətraflı Real TV-nin süjetində: