Month: October 2024

  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Günüdür

    Oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günüdür.

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.

    Naxçıvan müqaviləsi IX Türkdilli ölkələrin Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanıb.

    Sonradan adı Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Naxçıvanda qəbul edilən qərarlarla türk dünyasının birliyi daha da möhkəmlənib.

    Qeyd edək ki, ötən 15 il ərzində TDT-nin təşkilatlanması istiqamətində mühüm addımlar atılıb. Şuranın əməkdaşlıq etdiyi TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk İş Şurası və Türk Şurası Ümumi Ticarət və Sənaye Palatası vasitəsilə üzv ölkələr arasındakı əlaqələr daha da genişlənib.

  • 21 yaşlı oğlanı cərəyan vuraraq öldürdü

    Hacıqabulda 21 yaşlı oğlanı bədbəxt hadisə nəticəsində ölüb.

    APA xəbər verir ki, hadisə rayonun Kolanı kəndində baş verib.

    2003-cü il təvəllüdlü Elvin Rövşən oğlu Novruzov özlərinə məxsus həyətdə iş görərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

  • Ильхам Алиев заложил фундамент комплекса по производству безалкогольных напитков в городе Джебраил

    3 октября Президент Азербайджанской Республики Ильхам Алиев заложил в городе Джебраил фундамент комплекса по производству безалкогольных напитков ООО Azersun Holding.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Прогноз погоды в Азербайджане на 4 октября

    4 октября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, преимущественно без осадков, однако в пригороде ночью и утром возможны кратковременные дожди с грозами, подует умеренный северо-западный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха ночью составит 13-17, днем – 20-24 градуса тепла.

    Атмосферное давление выше нормы – 764 мм ртутного столба. Относительная влажность ночью – 70-75%, днем – 40-45%.

    В горных и предгорных районах Азербайджана ожидаются дожди, грозы, местами возможны ливни, град, а в высокогорье – снег, на отдельных территориях ночью и утром туман, будет дуть умеренный восточный ветер.

    Температура воздуха ночью составит 12-17, днем – 22-27, в горах ночью – 2-7, днем – 10-15 градусов выше нуля.

  • Oktyabrın 4-nə olan hava proqnozu AÇIQLANDI

    Oktyabrın 4-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

  • Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb

    Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

    “Report”un məlumatına görə səfər, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə keçirilmiş “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları artıq işğaldan azad olunmuş Ağdam şəhərindədirlər.

    Səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, eləcə də Türkiyə, Macarıstan, Qırğızıstan, Filippin, Keniya, Şimali Makedoniya, Mərakeş və Moldovadan ombudsmanlar, milli insan hüquqları institutlarının rəhbərləri, informasiya komissarları və insan hüquqları sahəsində ekspertlər iştirak edirlər.

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş genosid, urbisid, ekosid, kultursid cinayətləri və digər faktlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdamda yerində müşahidənin həyata keçirilməsi nəzərdə tutulub.

    Xatırladaq ki, oktyabrın 2-də 30-a yaxın ölkədən 60-dan çox qonaq, o cümlədən ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlər – ümumilikdə 200-dən çox şəxsin iştirak etdiyi Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilib.

    Forumda qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə edilib, bu sahədə mövcud müsbət təcrübələri paylaşılıb.

    Yekunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun Bəyannaməsi səsləndirilib və qəbul olunub. Bəyannamə ekoloji problemlərin həlli istiqamətində ombudsman və milli insan hüquqları təsisatlarının rolunun gücləndirilməsinə, həmçinin müvafiq sahədə məlumatlılığın artırılmasına öz töhfəsini verəcək.

  • Ильхам Алиев принял участие в открытии здания школы имени Мехди Мехдизаде в городе Джебраил

    3 октября Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии здания полной средней школы имени Мехди Мехдизаде на 960 ученических мест в городе Джебраил.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Александр Лукашенко принял Али Асадова

    Премьер-министр Азербайджанской Республики (АР) Али Асадов находится с официальным визитом в Беларуси.

    Об этом сообщает Median.Az со ссылкой на белорусские СМИ.

    Отмечается, что в эти минуты президент страны Александр Лукашенко принимает А.Асадова.

    На встрече глава государства коснулся отношения между странами:

    “Наши личные отношения распространились и на межгосударственные. Это, в свою очередь, способствует повышению уровня связей. Сделаем все возможное для Азербайджана. Так было до сегодняшнего дня. Так будет и впредь. Уверен, что и АР делает и будет делать все возможное для нас”.