Month: October 2024

  • Еврокомиссия отказалась начать переговоры с Грузией о приеме в ЕС

    Еврокомиссия (ЕК) отказалась дать рекомендацию начать переговоры с Грузией о приеме в Европейский союз, потребовав смены политического курса Тбилиси.

    Об этом сообщает ТАСС со ссылкой на ежегодный доклад ЕК о расширении и прогрессе стран-кандидатов на пути в ЕС.

    “Если Грузия не сменит свой курс, который подрывает ее путь в ЕС, и не продемонстрирует зримых усилий для ответа на озабоченности Евросоюза в проведении ключевых реформ, Еврокомиссия не будет в состоянии рассмотреть возможность рекомендовать начало переговоров с Грузией”, – говорится в документе. Рекомендация Еврокомиссии является ключевым шагом для начала переговоров о приеме страны-кандидата.

    ЕК потребовала отменить “законы об иностранных агентах и о защите семейных ценностей и прав несовершеннолетних”, а также раскритиковала парламентские выборы 26 октября, на которых проевропейская оппозиция потерпела поражение. По выполнению остальных требований Брюсселя ЕК назвала прогресс Грузии незначительным, подчеркнув свое требование полностью следовать внешней политике Евросоюза, включая антироссийские санкции. Еврокомиссия подчеркнула, что Грузия выполняет лишь 49% всех решений ЕС во внешней политике, находясь по этому показателю на предпоследнем месте среди 10 государств-кандидатов, сразу после Турции.

    Кандидатами на вступление в ЕС являются девять стран: Албания, Босния и Герцеговина, Сербия, Черногория, Северная Македония, Грузия, Молдова, Украина, Турция. Кроме того, ЕС считает кандидатом непризнанное Косово.

  • Aİ Gürcüstanla birliyə qəbulla bağlı danışıqlara başlamaqdan imtina edib

    Avropa Komissiyası Tbilisinin siyasi kursunun dəyişdirilməsini tələb edərək, Gürcüstanla Aİ-yə qəbulla bağlı danışıqlara başlamaq tövsiyəsini verməkdən imtina edib.

    Bu barədə Avropa Komissiyasının Brüsseldə dərc olunan namizəd ölkələrin Aİ yolunda tərəqqisinə dair illik hesabatında deyilir.

    “Əgər Gürcüstan öz kursunu dəyişməsə, Avropa Komissiyası danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq”, – sənəddə bildirilir.

    Avropa Komissiyasının tövsiyəsi namizəd ölkənin qəbulu ilə bağlı danışıqlara başlamaq üçün əsas addımdır.

    Brüssel bildirib ki, namizəd statusu almasına baxmayaraq, Gürcüstan hakimiyyəti “Avropa yolu” üçün zəruri olan islahatları həyata keçirmək üçün “əsaslı siyasi iradə” nümayiş etdirməyib.

  • İran hərbi aviasiyasını gücləndirmək üçün Pakistana müraciət etdi

    İran Hərbi Hava Qüvvələrinin komandiri general-mayor Həmid Vahidi “JF-17 Block 3” çoxməqsədli döyüş təyyarələrinin alınması ilə bağlı danışıqlar aparmaq üçün Pakistana səfər edib.

    Bu barədə defencesecurityasia.com məlumat yayıb.

    Məlum olduğu kimi, İran daha əvvəl Çindən “J-10C döyüş” təyyarələri almağa cəhd göstərmişdi, lakin İranın təyyarələrin dəyərini neft ilə ödəmək təklifi Çin tərəfindən qəbul edilməmişdi. İndi isə İran Pakistana təxminən eyni miqdarda neft təklif edərək, qarşılığında döyüş təyyarələri almaq niyyətindədir.

    Bununla belə, ortada ciddi bir problem var. İranın yanacaq doldurma qabiliyyətinə malik təyyarələri yoxdur və bu səbəbdən alınacaq döyüş təyyarələrinin İrana çatdırılması çətinlik törədə bilər.

    Qeyd edək ki, İran son illərdə hərbi aviasiyasını müasirləşdirmək və gücləndirmək istiqamətində fəal addımlar atır. Ölkə rəhbərliyi bölgədəki hərbi-siyasi vəziyyəti nəzərə alaraq, hərbi hava qüvvələrinin döyüş qabiliyyətini artırmağı hədəfləyir. Pakistan istehsalı olan JF-17 Block 3 təyyarələrinin alınması da məhz bu hədəfə xidmət edir.

  • Astarada kişi arvadını döydü: “Yad kişilərlə əlaqə saxlamasından şübhələnmişəm”

    Astara rayonunda 1979-cu il təvəllüdlü Pərvin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın məlumatına görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. Pərvin birgə yaşadıqları evdə həyat yoldaşı Səbinə ilə arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun sol diz oynağına və sol bud nahiyəsinə təpiklə zərbə vurub.

    Hadisəni törədən Pərvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci ildə Səbinə ilə rəsmi evlənib, birgə nigahlarından iki azyaşlı övladları var:

    “Həyat yoldaşım Səbinə kənd körpələr evində dayə işləyir, istirahət günlərində kənd qadınları ilə Cəlilabad rayonuna sahədə çiyələk yığmağa gedir. Səbinənin çiyələk yığmağa getməyinə etiraz etmişəm. Lakin Səbinə məni eşitməyib. Bu səbəbdən də aramızda narazılıq yaranıb. Səbinənin yad kişilərlə telefon vasitəsilə əlaqə saxlamasından şübhələnmişəm”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 23 radələrində yaşadıqları evdə olduqları vaxt Səbinəyə onun yad kişilərlə telefon əlaqəsi saxlamasından şübhələndiyini bildirib: “Səbinə heç kimlə telefon əlaqəsi saxlamadığını dedi. Mənimlə kobud danışdı. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı əsəbiləşərək yumruq və təpiklə onun bədən nahiyyəsinin müxtəlif yerlərindən, sol diz və sol bud nahiyələrindən vuraraq onu döydüm. Dava-dalaş zamanı kənar şəxs olmayıb”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, əri ilə birgə yaşadıqları kəndin körpələr evində dayə işləyir: “İstirahət günlərində kənd qadınları ilə Cəlilabad rayonuna sahədə çiyələk yığmağa gedirəm. Pərvin məni qısqandığı üçün çiyələk yığmağa getməyimə etiraz etdiyindən aramızda narazılıq yarandı. Hadisə günü, saat 23 radələrində yaşadığımız evdə olduğumuz vaxt “telefon vasitəsilə yad kişilərlə əlaqə saxlayırsan” deyə Pərvin mənə bildirdi. Mən isə “heç kimlə telefon əlaqəsi saxlamıram” deyə cavab verdim. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı Pərvin yumruq və təpiklə sol diz və sol bud nahiyələrimdən zərbə vuraraq məni döydü”.

    Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

  • Жительница Баку применила насилие в отношении своего малолетнего ребенка – ВИДЕО

    Жительница Баку применила насилие в отношении своего малолетнего ребенка. Соответствующие кадры распространились в социальных сетях.

    Сообщается, что инцидент произошел в одной из квартир в Низаминском районе столицы. На видеозаписи отчетливо слышно, как женщина унижает ребенка, а также угрожает избить ремнем.

    Сотрудник пресс-службы МВД Ибрагим Амирасланлы в ответ на запрос нашего сайта заявил, что в связи с распространившимися кадрами ведется расследование.

    Представляем данное видео:

  • Bakıda azyaşlı anası tərəfindən təhdid olunur – VİDEO

    Bakıda ananın azyaşlı övladına şiddət göstərdiyi iddia olunur.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Hadisənin paytaxtın Nizami rayonunda, mənzillərin birində baş verdiyi bildirilir.

    Məlumata görə, ana ağlayan azyaşlı övladına qarşı şiddət tətbiq edib, onu təhqir edərək kəmərlə döyməklə hədələyib.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər nəzarətə götürülüb və araşdırma aparılır.

    Həmin görüntüləri təqdim edirik:

  • Азербайджанская спортсменка установила историческое достижение

    Азербайджанская спортсменка Айнур Микаилова установила историческое достижение.

    Член национальной команды по боксу, выступающая в весовой категории 57 кг, на молодежном чемпионате мира в Будве (Черногория) победила в 1/4 финала соперницу из Венгрии Реку Варгу Сара с полным преимуществом в первом раунде.

    Таким образом, А.Микаилова вышла в полуфинал и обеспечила себе как минимум бронзовую медаль.

    Отметим, что это первый случай в истории азербайджанского бокса. До сих пор представительницы нашей страны не доходили до этой стадии чемпионата мира. Любая медаль, которую выиграет А.Микаилова, войдет в историю нашего бокса как первая награда женской сборной.

    Полуфиналы мирового первенства пройдут сегодня.

  • Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atıb

    Azərbaycanın qadın boksçusu Aynur Mikayılova tarixi bir ilkə imza atıb.

    57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu reallaşdırıb.

    Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində bir ilkdir. İndiyədək ölkəmizin heç bir qadın boksçusu dünya birinciliyində bu mərhələyə qədər irəliləməyib. Onun qazanacağı istənilən medal isə boks tariximizə qadınlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək.

    Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.

  • Ритм сердца и головокружение: кардиолог о симптомах, которые нельзя игнорировать

    Болезни сердца часто дают о себе знать неожиданно, но некоторые симптомы помогут распознать проблему задолго до приступа.

    Об этом рассказала врач-кардиолог “СМ-Клиника” (Россия) Анна Бирюкова в беседе с lenta.ru.

    По словам доктора, иногда для спасения человека после первых сигналов сердца остается буквально несколько часов и даже минут. Чтобы этого не случилось, она призвала внимательно относиться к своему организму и в ряде случаев срочно провериться у кардиолога.

    В первую очередь, нужно задуматься о походе к врачу, если сердце стало работать менее ритмично, чем обычно – особенно если возникает чувство, что орган “колотится” в груди, ускоряет или замедляет свой ритм в обычной обстановке без физических нагрузок. Также тревожным сигналом может стать появление одышки во время прогулки, зарядки, подъема по лестнице. Человеку может казаться, что воздуха не хватает, а любое физическое усилие дается с трудом.

    Кардиолог призвала навестить врача и в случае возникновения в груди ноющей, давящей или резкой, “простреливающей” боли. Поводом обратиться к специалисту также должно стать регулярное повышение артериального давления выше нормы – 120/80, появление головокружений, обмороков, отеков ног. Если же приступ сильной боли в груди случился неожиданно, то лучше сразу вызвать скорую помощь.

  • Başgicəllənmə ürək çatışmazlığından xəbər verir? – Rusiyalı kardioloq həyəcan siqnallarından danışdı

    Bəzi ürək xəstəlikləri özünü, demək olar ki, gözlənilmədən hiss etdirir, lakin bir sıra simptomlar ürək çatışmazlığından çox əvvəl problemi müəyyən etməyə və qarşısını almağa kömək edir.

    Bu barədə rusiyalı kardioloq Anna Biryukova Lenta.ru-ya verdiyi müsahibədə danışıb.

    Həkim qeyd edib ki, bəzən ilk ürək siqnallarından sonra insanı xilas etmək üçün sözün əsl mənasında bir neçə saat, hətta dəqiqələr qalır. Bunun baş verməməsi üçün o, orqanizmə diqqətli yanaşmağı və bir sıra hallarda təcili olaraq kardioloq müayinəsindən keçməyi tövsiyə edib.

    İlk növbədə, Anna Biryukovanın sözlərinə görə, ürəyiniz adi halda olduğundan daha az ritmik işləməyə başlayarsa, xüsusilə də adi şəraitdə və fiziki yüklənmə olmadan bəzən sinənizdə çırpındığını, ritmini sürətləndirdiyini və ya yavaşlatdığını hiss edərsinizsə, o zaman kardioloqa müraciət etmək barədə düşünməlisiniz.

    “Həmçinin gəzinti zamanı, məşq edərkən, pilləkənlərlə qalxarkən yaranan nəfəs darlığı da həyəcan siqnalı ola bilər. İnsana elə gələ bilər ki, hava çatmır, hər hansı bir fiziki hərəkət isə çətinliklə başa gəlir”, – deyə həkim izah edib.

    Biryukova, eləcə də, döş qəfəsində incidən, təzyiq edən və ya kəskin, “batan” ağrılar yarandığı zaman da həkimə müraciət etməyə çağırıb.

    Həmçinin müntəzəm olaraq qan təzyiqi normadan – 80/120-dən yuxarı qalxarsa, başgicəllənmə, huşunu itirmə baş verərsə, ayaqlar şişməyə başlayarsa, bunlar da ürəkdə problemin yaranmasından xəbər verir.

    Həkimin sözlərinə görə, əgər şiddətli sinədə güclü ağrı gözlənilmədən ortaya çıxarsa, o zaman təcili yardım çağırmaq daha yaxşıdır.