Month: October 2024

  • Fransada Rusiya ilə silahlanma yarışına hazırlaşırlar

    Fransa hakimiyyəti Rusiya ilə silahlanma yarışına hazırlaşır.

    Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro LCI telekanalına açıqlama verib.

    Onun sözlərinə görə, bunun üçün Paris hərbi büdcəni artırır.

    “Hərbi büdcə haqqında qanun ordumuzun yerləşdirmə, müdaxilə və müdafiə imkanlarını yenidən yaratmağa imkan verdi. Amma bu gün bizim əsas müdafiə xəttimiz haradadır? O, Ukraynanın cənubunda və şərqindədir”, – deyə nazir bildirib.

    Nazirlik rəhbəri vurğulayıb ki, bununla əlaqədar olaraq Fransa Ukraynaya hərbi, maliyyə və humanitar yardım göstərir və bunu nə qədər lazımdırsa, o qədər də etməyə hazırdır.

  • В Азербайджане чиновник погиб в ДТП

    В селе Солтанлы Джебраильского района произошло тяжелое дорожно-транспортное происшествие (ДТП) с летальным исходом.

    Как сообщает Report, житель района Адалят Зейналов, находясь за рулем автомобиля ВАЗ, не справился с управлением и врезался в припаркованный на обочине Ford. В результате А.Зейналов погиб на месте происшествия, а водитель Ford получил травмы.

    Отметим, что А.Зейналов являлся начальником Джебраильской электрической сети ОАО “Азеришыг”.

    По данному факту ведется расследование.

  • “Azərişığ”ın vəzifəli şəxsi Cəbrayılda avtomobil qəzasında həyatını itirdi

    Cəbrayılda avtomobil qəzasında həyatını itirən şəxsin kimliyi məlum olub.

    “Report” xəbər verir ki, baş verən qəza zamanı ölən şəxs Ədalət Zeynalovdur.

    Qeyd edək ki, Ə.Zeynalov “Azərışıq” ASC-ın Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

    * * * * *

    Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

    Rayon sakini Ədalət Zeynalov idarə etdiyi VAZ markalı avtomobillə yol kənarında dayanan “Ford” markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, “Ford”un sürücüsü xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджан ограничил ввоз животноводческой продукции из Китая, Болгарии и Венгрии

    Агентство продовольственной безопасности (АПБА) ввело ограничения на ввоз животноводческой продукции в Азербайджан из некоторых регионов Китая, Болгарии и Венгрии.

    Об этом сообщает Median.Az со ссылкой на АПБА.

    Согласно официальной информации Всемирной организации здравоохранения животных (ВОЗ), в связи с регистрацией оспы мелкого рогатого скота в одной из областей Болгарии, ящура в одном из регионов Китая и высокопатогенного птичьего гриппа в одном из регионов Венгрии, временно ограничен ввоз животноводческой продукции с этих территорий в Азербайджан.

    Также для усиления контроля направлено обращение в Государственный таможенный комитет о принятии соответствующих мер в отношении транспортных средств, прибывающих или проходящих транзитом через Азербайджан из указанных регионов.

  • Bəzi ölkələrdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

    Çin, Bolqarıstan və Macarıstanın bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Stara Zaqora vilayətində xırdabuynuzlu heyvanların çiçək, Çinin Daxili Monqolustan muxtar regionunda dabaq, Macarıstanın Feyer bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alındığına görə, həmin ərazilərdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Qeyd olunub ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Stara Zaqora vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Daxili Monqolustan muxtar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Feyer bölgəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-ın “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib Azərbaycana daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Распространились кадры убитого в Лянкяранском районе молодого человека (ФОТО)

    Вчера в Лянкяранском районе режущим предметом был убит Эльнур Джафаров (2000 г.р.).

    По подозрению в совершении преступления был задержан Руслан Мамизаде (2003 г.р.).


    * * * * *

    В городе Лянкяран произошло убийство.

    Об этом проинформировала лянкяранская региональная группа пресс-службы Министерства внутренних дел.

    Согласно информации, 17 октября около 22:00 в полицию поступило сообщение о том, что Эльнур Джафаров (2000 г.р.) получил ножевые ранения и скончался в медицинском учреждении, куда был доставлен.

    Отмечается, что в результате проведенных сотрудниками правоохранительных органов оперативных мероприятий установлен и задержан подозреваемый в совершении данного преступления 21-летний Руслан Мамизаде (2003 г.р.).

    По данному факту проводится расследование.

  • Lənkəranda öldürülən gəncin FOTOLARI (YENİLƏNİB)

    Ötən gün Lənkəranda 2000-ci il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib.

    Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.

    Median.Az
    öldürülən gəncin fotolarını təqdim edir:


    * * * * *

    Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, oktyabrın 17-si, saat 22:00 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda bacısını boğaraq qətlə yetirən şəxs məhkəmə qarşısında

    Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Aytən Əliyevanın icraatına verilib.

    Qeyd edək ki, bu il iyulun 1-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Təbriz Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

  • Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb

    11 gün əvvəl qəzada xəsarət alan qadın vəfat edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Məlumata görə, oktyabrın 7-də Şəki rayonunun Qırxbulaq kəndi ərazisində Rəşid Fətəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə qəza törədib. Qəza nəticəsində xəsarət alan avtomobildəki sərnişin, 27 yaşlı Leyla Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Göstərilən tibbi yardımlara baxmayaraq o, dünən Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
    //oxu.az

  • МИД Турции поздравил Азербайджан с Днем восстановления независимости

    Министерство иностранных дел Турции поздравило Азербайджан с Днем восстановления государственной независимости, который отмечается 18 октября.

    Об этом сообщает Median.Az со ссылкой на публикацию ведомства в соцсети X.

    “Поздравляем с Днем восстановления независимости дружественный и братский Азербайджан!” – говорится в публикации внешнеполитического ведомства.