Month: November 2024

  • Bakıda generalın evindən oğurluq edən şəxslə bağlı QƏRAR

    Ali Məhkəmədə mənzildən 282 min manatlıq oğurluq etməkdə Uveys Məmmədovun barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İstintaqda qeyd edilib ki, iş üzrə zərərçəkən şəxs 2014-cü ilədək daxili işlər nazirinin müavini olmuş polis general-leytenantı Əsgər Ələkbərovun kürəkənidir. Hadisə onun qızının evində baş verib. Zərərçəkmiş şəxs 31 dekabr – 2 yanvar tarixləri arasında bayramla əlaqədar ailəsi ilə birgə istirahətdə olarkən naməlum şəxslər tərəfindən mənzilindən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları və sairə olan seyf oğurlanıb. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov qısa müddət sonra saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

    İş üzrə dəymiş zərər 282 min manat olub. Oğurlanan seyfdə çoxsaylı bahalı qızıl-zinət əşyaları, 1800 manat dəyərində qızıl döş nişanı, “Nikolayın onluq qızılları”, “Atatürkün onluq qızıl pulu” və digər xüsusilə dəyərli əşyalar olub.

    Məhkəmədə cinayətin təşkilatçısı olan Murad Allahverdiyev bildirib ki, həmin evi oğurluq üçün əvvəlcədən müəyyənləşdirib və 60-70 kiloqram çəkisi olan seyfi Uveysin köməkliyi ilə maşına yükləyib aparıblar. O, seyfi açdıqdan sonra onu Bakı-Quba yolunun kənarında yerləşən Yaşma qəsəbəsindəki su kanalına atıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesin yekununda M.Allahverdiyevə 8 il, U. Məmmədova isə 7 il həbs cəzası verilib.

    Xatırladaq ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

  • В Евлахском районе задержан водитель-наркоман

    Сотрудники отделения Государственной дорожной полиции Евлахского райотдела полиции подали знак остановиться водителю автомобиля ВАЗ Фариду Мустафаеву за нарушение правил дорожного движения на территории района.

    Как сообщили в бардинской региональной группе пресс-службы Министерства внутренних дел, в ходе расследования было установлено, что он управлял автомобилем под воздействием марихуаны, а также без прав на управление транспортным средством.

    В отношении Ф.Мустафаева был составлен и направлен на рассмотрение в районный суд протокол.

    Решением суда нарушитель арестован в административном порядке на 15 суток.

  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

    Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində VAZ markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Fərid Mustafayevə “saxla” işarəsi verilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı onun narkotik vasitə olan marixuananın təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.

    F.Mustafayev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

    O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs edilib.

  • В Windows 11 нашли новую ошибку

    Компания Microsoft выпустила крупное обновление 24H2 для операционной системы Windows 11, которое, как оказалось, содержит множество ошибок. Несмотря на попытки исправить проблемы с помощью дополнительного обновления KB5044384, в ОС появились новые неполадки, затрагивающие работу “Диспетчера задач”.

    На это обратило внимание издание XDA.

    Согласно сообщениям пользователей, “Диспетчер задач” начал некорректно отображать количество запущенных приложений. В частности, при включении опции “Группировать по типу” вместо фактического числа процессов на странице ошибочно показывается значение 0. Эта неточность может ввести владельцев компьютеров в заблуждение относительно реальной нагрузки на систему.

    Специалисты Microsoft признали наличие данной проблемы и пообещали выпустить исправление в ближайшее время. Пока же единственным временным решением остается удаление проблемного обновления KB5044384, что, впрочем, лишит пользователей других исправлений и улучшений, предусмотренных этим апдейтом.

  • “Windows 11″də yeni xəta aşkar edilib

    “Microsoft” şirkəti “Windows 11” əməliyyat sistemi üçün 24H2 böyük yeniləməsini buraxıb, amma sistemdə xətaların olduğu üzə çıxıb. Növbəti yeniləmə ilə problemləri həll etmək cəhdlərinə baxmayaraq, əməliyyat sistemində “Tapşırıq Meneceri”nin işinə təsir edən yeni nasazlıqlar aşkar edilib.

    Bu barədə XDA nəşri məlumat verib.

    İstifadəçilərin bildirdiyinə görə, “Tapşırıq Meneceri” işlək proqramların sayını düzgün göstərmir. Xüsusilə, “Növə görə qruplaşdır” seçimi aktivləşdirildikdə, səhifədə proseslərin faktiki sayı əvəzinə səhvən “0” göstərilir. Bu qeyri-dəqiqlik kompüter sahiblərini sistemə olan real yük barədə yanılda bilər.

    “Microsoft” mütəxəssisləri bu problemin mövcudluğunu təsdiqləyib və yaxın zamanda yeniləmə buraxacaqlarını vəd ediblər. Hələlik yeganə müvəqqəti həll yolu problemi yaradan KB5044384 yeniləməsini silməkdir ki, bu da istifadəçiləri bu yeniləmədə nəzərdə tutulmuş digər düzəlişlər və təkmilləşdirmələrdən məhrum edəcək.

  • Azərbaycanda 170 milyonluq cinayətdə adı hallanan vəzifəli şəxslər – SİYAHI

    Kənd təsərrüfatı məhsulu və tikinti materiallarının ixracından əldə olunan 170 milyon manatdan artıq vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə başlanmış cinayət işi üzrə “Foresta”, “Gold Plant”, “Alyans Aqro” və “Shemkir Fruit” MMC tərəfindən ümumilikdə 31 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 52 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rüstəm Bayram oğlu Qurbanov və Elçin Ənvər oğlu Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və Rüstəm Qurbanovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı, Elçin Rüstəmovun barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə “Critical Fruit” MMC, “Local Garden” MMC tərəfindən ümumilikdə 33.5 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 57 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Fuad Elşad oğlu Xalıqov, Elnur Hidayət oğlu Abbaszadə, Kahin Muxtar oğlu Əsgərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib, Elnur Abbaszadə və Fuad Xalıqov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, Kahin Əsgərov isə cinayət təqibini həyata keçirən orqandan gizləndiyi üçün barəsində axtarış elan edilib.

    Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Paradise Fruits” MMC tərəfindən ümumilikdə 14 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 23 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İlkin Elmik oğlu Hüseynov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Bundan başqa, Bakı şəhəri Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə vətəndaş Saleh Rza oğlu Qəbilovun ümumilikdə 22 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 38 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Aqroinnova” MMC tərəfindən ümumilikdə 1,6 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Mehman Caylı oğlu Cəbrayılov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

  • В Новой Зеландии демонтируют пугавшую людей скульптуру

    В Новой Зеландии демонтируют скульптуру, которая пугала местных жителей.

    Как передает Median.Az, об этом пишет UPI.

    Скульптура гигантской руки с человеческим лицом, известная как “Квази”, будет демонтирована с крыши Городской галереи Веллингтона, где она находилась последние пять лет.

    Отмечается, что работа художника Ронни ван Хаута, созданная в 2016 году по заказу художественной галереи Крайстчерча, вызвала неоднозначную реакцию у местных жителей.

    Председатель Фонда скульптур Веллингтона Джейн Блэк заявила, что утрата “Квази” ощущается как значительная потеря для городского пейзажа. “Эта скульптура не имела аналогов и произвела фурор с первого дня”, – сказала она.

    Демонтаж запланирован на конец недели, после чего изваяние будет отправлено в Австралию, однако новое место установки пока не сообщается.

  • Yeni Zelandiyada insanları qorxuya salan heykəl sökülür

    Yeni Zelandiyada yerli sakinləri qorxudan insan üzlü əl heykəli sökülür.

    Bu barədə UPI yazır.

    “Kvazi” kimi tanınan insan sifətinə malik nəhəng əlin heykəli son beş ildir yerləşdiyi Vellinqton şəhər qalereyasının damından söküləcək. 2016-cı ildə Kraystçerç İncəsənət Qalereyasının sifarişi ilə rəssam Ronni van Hautun yaratdığı əsər yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb.

    Vellinqton Heykəltəraşlıq Fondunun sədri Ceyn Blek bildirib ki, “Kvazi”nin götürülməsi şəhərin mənzərəsi üçün əhəmiyyətli itkidir.

    “Bu heykəlin analoqu yox idi və ilk gündən sensasiya yaratmışdı”, – o bildirib.

    Sökülmə həftənin sonuna planlaşdırılır, bundan sonra heykəl Avstraliyaya göndəriləcək, lakin onun quraşdırılacağı yer hələ elan edilməyib.
    //oxu.az

  • В Баку вступило в силу ограничение на движение транспорта по полосам COP29

    Вступил в силу запрет на использование водителями специальных полос движения, организованных на ряде улиц Баку в связи с COP29.

    С 1 ноября запрещен въезд на полосы, организованные на 26 улицах и проспектах столицы.

    Речь идет о проспектах Нефтчиляр, Гейдара Алиева, Ходжалы, Шаха Исмаила Хатаи, Парламента, Бюльбюля, Азадлыг, Загульбинской трассе, Аэропортовском, Зыхском и Сальянском шоссе, улицах Буньяда Сардарова, Гасана Сеидбейли, Шейха Шамиля, Мирзааги Алиева, Изеддина Гасаноглу, Микаила Усейнова (в направлении Площади флага), Гюляры Гадирбековой, Ниязи, Истиглалият, Узеира Гаджибейли, Кёроглу Рагимова, Мехди Гусейна, Микаила Мушфига, Гасана Алиева и Фатали хана Хойского.

    Участникам движения рекомендуется соблюдать требования установленных на дорогах знаков и нанесенной дорожной разметки.

    Нарушение запрета на въезд в полосы COP29 будет наказываться штрафом в размере 100 манатов и тремя штрафными баллами.

  • Bu gündən etibarən COP29 zolaqlarına daxil olmaq qadağası qüvvəyə mindi

    Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından minik avtomobillərinin istifadəsinə qoyulan qadağa qüvvəyə minib.

    Bu gündən (1 noyabr – red.) 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

    Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.

    COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.