Month: November 2024

  • Bakıda tələbə qız faciəli şəkildə öldü

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi dəm qazından boğularaq vəfat edib.

    Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

    Dəm qazından boğularaq vəfat edən Günel İlyaszadə UNEC-də İnformasiya təhlükəsizliyi ixtisasının ikinci kursunda təhsil alırmış.

  • 80 yaşlı kişi dəm qazının qurbanı oldu

    Yevlaxda 80 yaşlı kişi dəm qazından boğularaq ölüb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1944-cü il təvəllüdlü Hümbət Eyvaz oğlu Hümbətov yaşadığı evin həyətində yerləşən hamam otağında qazdan zəhərlənib.

    Onun meyitini yaxınları aşkar edib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.