Month: Noyabr 2024

  • Qarabağ Universitetinin dekanı: Birillik fəaliyyətimiz dövründə bir çox uğurlara imza atmışıq

    Birillik fəaliyyətimiz dövründə bir çox uğurlara imza atmışıq.

    Bunu reportun Qarabağ bürosuna açıqlamasında Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadə deyib.

    “Bir il öncə 27 noyabr tarixində prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universiteti yaradıldı və biz artıq 1 ildir Qarabağ Universiteti olaraq fəaliyyət göstəririk. Birillik fəaliyyət dövrü çərçivəsində “Qarabağ Universiteti”nin müxtəlif fakültələrinin müəllim heyətləri beynəlxalq festivallarda, müsabiqələrdə iştirak ediblər. Onların içərisində qaliblər də var”, – T.Qasımzadə bildirib.

    Onun sözlərinə görə, İncəsənət fakültəsi olaraq Qarabağ Universitetində ölkənin ən peşəkar müəllimləri və çox gözəl tələbə heyəti ilə fəaliyyətə başlayıblar: “Bu, birillik fəaliyyətimiz dövründə bir sıra uğurlara da imza atmışıq. Əminəm ki, Qarabağ Universitetində tədris ən yüksək standartlara uyğun şəkildə davam edəcək. Qarabağ Universitetinin İncəsənət fakültəsi olaraq bu gün biz birliyimizi konsert və sərgi ilə qeyd etmək istəyirik. Ümumilikdə, Qarabağ Universiteti müəllim və tələbə heyəti müxtəlif janrlarda olan əsərlərlə, Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri ilə çıxış edəcəklər. Eyni zamanda gözəl bir sərgi də təşkil olunub. Sərgidə Qarabağ Universitetinin müəllimləri 140-a yaxın müxtəlif texnikalarla hazırlanmış əsərlərlə tamaşaçıların qarşısına çıxacaq”.

    Dekan vurğulayıb ki, İncəsənət fakültəsində “Musiqi müəllimliyi”, “İnstrumental ifaçılıq”, “Vokal”, “Milli vokal” və “Xanəndəlik”, eyni zamanda “Dizayn” ixtisasları tədris olunmaqdadır: “Bu ixtisaslar üzrə 130-a yaxın tələbə ilə başlamışıq. Eyni zamanda tədrisə ölkəmizin ən peşəkar müəllimləri də cəlb olunub. Onların arasında Xalq artisti, Əməkdar artistlər də yer almaqdadır və tədrisimizi də dünya standartlarına uyğunlaşdırmışıq”.

    T.Qasımzadə onu da qeyd edib ki, birillik fəaliyyət dövrü çərçivəsində artıq Qarabağ Universitetinin müxtəlif fakültələrinin müəllim heyətləri beynəlxalq festivallarda, müsabiqələrdə iştirak ediblər: “Onların içərisində qaliblər də var. Bizim tələbələrimiz müxtəlif sərgilərdə konsertlərdə, festivallarda iştirak edirik. Bu, başlanğıcdır. Qarabağ Universitetinin İncəsənət fakültəsinin adını ölkə gündəmində mədəniyyət sahəsinə tez-tez eşidəcəksiniz”.

  • Lənkəranda “Qazel” 42 yaşlı qadını vurub

    Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Apa-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

    Hərəkətdə olan “Qazel” markalı nəqliyyat vasitəsi, yolu əks istiqamətə keçmək istəyən Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Gülnarə Sucəddin qızı Əliyevanı vurub. Hadisəni törədən sürücü xəsarət alan qadını öz maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan G.Əliyeva reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Yakuboviçin bığına 10 milyon təklif edildi , rədd etdi

    Leonid Yakuboviç bığını qırxmaq üçün 10 milyon rubl təklifini rədd edib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, məşhur teleaparıcı Leonid Yakuboviç xarakterik bığını qırxmaq üçün təklif edilən 10 milyon rublu qəbul etməyib.

    Məlumata görə, bu təklif ona Yeni il korporativ şənliyi çərçivəsində edilib.

    Yakuboviç bığını qırxmağına qarşı çıxaraq bildirib ki, bu, onun xarici görünüşünün ayrılmaz hissəsidir və imicini qorumağa üstünlük verib. 

    Yakuboviçin Yeni il korporativ şənliyində çıxışı isə kifayət qədər yüksək məbləğə başa gələcək. Onun çıxışı üçün 2,75 milyon rubl tələb olunur. 

  • Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək – çox az qaldı

    Bürcün beş əlaməti önümüzdəki günlərdə hadisələrin gözlənilməz bir dönüşünü gözləyir. Açıq olun və qəbul edin. 

    Median.Az lent.az-a istinadən bildirir ki, bir şey səhv olarsa, bunu təcrübə kimi qəbul edin.

    Qoç

    Bu həftə sonu sizə çoxdan gözlənilən dəyişiklikləri gətirəcək və bu, adi iş rejiminizi tamamilə alt-üst edə bilər. Ani bir təklif, istər iş, istərsə də şəxsi, yeni həyatın başlanğıc nöqtəsi olacaq. Əsas odur ki, risk etməkdən qorxmayın və intuisiyanıza etibar edin.

    Əkizlər

    Həftə sonu sizin üçün əsl sürpriz olacaq. Keçmişdən gözlənilməz və geniş miqyaslı bir şey təklif edəcək bir insanla tanış olmaq mümkündür. Bu həm peşəkar, həm də şəxsi həyata təsir edə bilər. Adi planlarınızı dəyişməyə hazır olun.

    Xərçəng

    Tale sizin üçün münasibətlər sahəsində kəskin dönüş hazırlayır. Ola bilsin ki, yaxınlarınızdan biri vacib bir sirri açacaq və ya vəziyyət haqqında təsəvvürünüzü dəyişdirəcək bir etiraf edəcək. Bu dəyişikliklərə açıq olun – onlar çoxdan gözlənilən rahatlıq gətirəcək.

    Əqrəb

    Bu həftə sonu ulduzlar sizə karyeranızı dəyişdirə biləcək hadisələr təqdim edəcəklər. Gözlənilməz təklif və ya işlə bağlı yeni fürsət gözləyin. Qətiyyət və inam tələb edəcək bir seçim etməli ola bilərsiniz.

    Oxatan

    Sizin üçün həftə sonu şəxsi həyatınızda yeni mərhələnin başlanğıcı olacaq. Hisslərinizi dəyişdirəcək və ya münasibətlərə fərqli baxmağınıza səbəb olacaq görüş ola bilər. Yeni təcrübələr açmaqdan qorxmayın – bu, həyatı dəyişdirən bir an ola bilər

  • Eldar Qasımova “Avroviziya”da yeni vəzifə verildi

    “Avroviziya”nın yerli musiqi prodüseri Eldar Qasımov Lüksemburqla çalışmağa başlayıb.

    Bu barədə Songfestival səhifəsi məlumat yayıb.

    İfaçı sözügedən yarışmanın Lüksemburq milli finalının beynəlxalq münsifləri arasında yer alıb.

    E.Qasımovla yanaşı heyətdə Dioqo Fernandes, Poli Genova, Marie Miriam və Niamh Kavanah var.

  • Azərbaycan ən çox qızıl alan 5-ci ölkə oldu

    2024-cü ilin ilk 3 rübündə dünyada ən çox qızıl alan ölkələrin stastistikası açıqlanıb.

    Qaynarinfo-nun məlumatına görə, Ümumdünya Qızıl Şurası (World Gold Council) ölkələrin qızıl ehtiyatları barədə məlumatı Beynəlxalq Valyuta Fonduna (BVF) təqdim edib.

    Azərbaycan dünyada ən çox qızıl alan 10 ölkə arasında yer alıb. Polşa 61 ton, Türkiyə 55,2 ton, Hindistan 51,1 ton, Çin 28,9 ton, Azərbaycan 25,2 ton, Çexiya 15,7 ton, Macarıstan 15,5 ton, Monqolustan 10,3 ton, İraq 10,1 ton, Qətər 9,7 ton qızıl alıb.

    Azərbaycan dünyada ən çox qızıl alan ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

  • Rusiyada saxlanılan Elman Paşayevin həyat yoldaşı dindirildi

    Rusiya istintaqçıları dələduzluqda ittiham olunan keçmiş vəkil Elman Paşayevin həyat yoldaşını dindiriblər.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    “Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq işinin istintaqı çərçivəsində təqsirləndirilən şəxsin həyat yoldaşı dindirildi. Həmçinin təqsirləndirilən şəxsin mənzilində axtarış zamanı pul vəsaiti aşkar edilərək götürülüb”, – deyə hüquq-mühafizə orqanlarından bildirilib.

    Məlumata görə, keçmiş vəkilin mənzilindən götürülən pulun məbləği 100 000 rubldan (1 574 AZN – red.) çox deyil. Paşayevin müdafiəçiləri onun barəsində dələduzluq işi üzrə istintaq hərəkətlərini şərh etmirlər, çünki onlardan istintaq məlumatlarının yayılmaması barədə iltizam alınıb.

    Xatırladaq ki, Elman Paşayev sentyabrın 17-də Moskvada saxlanılıb. Əvvəllər onu Rusiyanın yüksək cəmiyyətində tanınan Blinovski cütlüyünə qarşı dələduzluq cəhdində ittiham edirdilər. Paşayev “marafon kraliçası” Yelena Blinovskayanın həyat yoldaşı Aleksey Blinovskini inandırırdı ki, böyük məbləğ müqabilində onları qaldırılmış cinayət işi üzrə məsuliyyətdən azad edə bilər.

    Bundan əlavə, Paşayevin yaralanma barədə saxta sənədlər təqdim edərək qanunsuz olaraq dövlət müavinəti ala biləcəyi barədə məlumat yayılıb.

  • Hacıqabulda quldurluq edən şəxslər saxlanılıb

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ucar rayon sakinləri Cəbrayıl Orucov, Aras Umarov, Sadiq Əsgərov və bir nəfər yeniyetmə saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, araşdırmalar zamanı saxlanılan şəxslərin zərərçəkənə qarşı zor tətbiq edərək üzərində olan 690 manatı ələ keçirdikləri müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanıb, C.Orucov, A.Umarov və S.Əsgərov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Bakıda yol-nəqliyyat hadisəsi zamanı avtomobil yanıb

    Bakı şəhərinin Xəzər rayonunda “Porsche” və “Fiat” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yanğın nəticəsində “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Dövlət qurumunun əməkdaşları elektrik dirəyindən yıxıldılar – Ölən var

    Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə yaralanıb.

    “Report”un məlumatına görə, hadisə Salyan və Biləsuvar rayonlarının sərhədində qeydə alınıb.

    İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Novruz Yarməmməd oğlu Manafov və 1998-ci il təvəllüdlü Aqşin Gülağa oğlu Gülməmmədov elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıblar.

    Hadisə nəticəsində hər iki sakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

    Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.

    Onların “Azərenerji”nin əməkdaşları olduqları bildirilir.

    Faktla bağlı araşdırma aparılır.