Amerikalı musiqiçi Robert Bryar vəfat edib.
Median.Az xəbər verir ki, 44 yaşlı musiqiçi evində ölü tapılıb. Onun ölüm səbəbi hələlik bəlli deyil.
Qeyd edək ki, Robert “My Chemical Romance”in keçmiş nağaraçısı olub.
Təqribən, 3 ay əvvəl Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yeraltı keçidlərindəki mağazaların fəaliyyəti dayandırılıb. Sahibkarlar iddia edirlər ki, ticarət köşklərinin hansı səbəbdən bağlanması ilə əlaqədar onlara heç bir məlumat verməyiblər. Bununla da, onlarca sahibkar son ümid yeri kimi baxdıqları mağazalardan əldə etdikləri cüzi qazancdan məhrum olublar.
Üstündən xeyli müddət keçməsinə baxmayaraq, həmin ticarət köşklərinin taleyi qaranlıq olaraq qalır. Üstəlik, müvafiq qurumların mağazaların bağlanmasının səbəbləri barədə heç bir açıqlama yaymaması da sahibkarların narahatlığını getdikcə artırır.
“Klassik-Aİ” MMM-nin həmtəsisçisi və baş direktoru İlham İsmayılovun imzası ilə redaksiyamıza ünvanlanmış məktub da məhz bu barədədir. Məktubda qeyd olunur: “1998-ci ildən “Klassik-Aİ” MMM-in Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yeraltı keçidində fəaliyyət göstərən ticarət köşklərinin işi 29 avqust 2024-cü il tarixində dayandırılmışdır. Bununla bağlı etdiyimiz çoxsaylı müraciətlərə cavab olaraq köşklərin fəaliyyətinin dayandırılması səbəbi paytaxtda keçirilən COP29 tədbiri ilə əlaqələndirilmişdir. Artıq COP29-un başa çatmasına baxmayaraq, hələ də mağazaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı heç bir məlumat ala bilmirik”.
İ.İsmayılov yazır ki, hüquqi təmsilçisi olduğu “Klassik-Aİ” MMM şirkəti Bakı şəhəri, Həsən bəy Zərdabi, Rövşən Cəfərov küçələri və Moskva prospektinin kəsişməsində, 20 Yanvar dairəsindəki yeraltı piyada keçidində yerləşən ümumi sahəsi 489 kvadratmetr olan qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti) ilə bağlanmış müqavilə əsasında icarəyə götürərək burada sahibkarlıq (mağazaların təşkli) fəaliyyətini həyata keçirib. Bununla da, şirkət sahibkarlıq sahəsində fəaliyyət göstərmək istəyən çoxsaylı vətəndaş üçün iş imkanı yaradıb
Sahibkarın sözlərinə görə, ötən müddətdə burada qanunvericilikdə nəzərdə tutulmuş bütün tələblərə uyğun olaraq təmizliyə, eləcə də təhlükəsizlik tədbirlərinə tam riayət olunub. Dövlət Vergi Xidmətinin razılığı əsasında kassa aparatları və POS-terminallarla təmin olunmuş sahibkarlar vergiləri vaxtlı-vaxtında ödəyiblər. Eyni zamanda, həmin keçiddən istifadə edən insanların gediş-gəlişinə mane olmamaq üçün müvafiq tədbirlər də görülüb. Bu yaxınlarda isə qarşılıqlı razılaşmaya əsasən ərazi üzrə müvafiq icra strukturu olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə xidmətlərin göstərilməsi üçün yeni müqavilə bağlanıb.
Elə ərazidə xırda ticarətlə məşğul olan sahibkarlar da 25 il ərzində çalışdıqları mağazaların fəaliyyətinin heç bir səbəb göstərilmədən dayandırılması ucbatından ciddi maliyyə böhranı keçirdiklərini bildirirlər. Onlar, hətta mağazaların bağlı qalması səbəbindən kassa aparatlarının və POS-terminalların fəaliyyətsizliyi barədə Vergilər Nazirliyinə məlumat da veriblər.
Yeri gəlmişkən, ötən müddətdə “Klassik-Aİ” MMM-nin rəhbərliyi, eləcə də mağaza sahibləri müvafiq qurumlara etdikləri çoxsaylı müraciətlərə lazımi cavab ala bilməyiblər. Paytaxtda keçirilən beynəlxalq tədbirin sona çatmasına baxmayaraq, aidiyyəti qurumlardan, hələlik, heç bir səs-səmir çıxmır. Vaxt uzandıqca isə sahibkarların narazılıqları da artır.
Elə biz də müvafiq qurumların məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətindən sorğumuza cavab olaraq bildirilir:
“Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının keçidində yerləşən, Yasamal Rayon MKTB-nin balansında olan 489 kv.m. qeyri-yaşayış sahəsi (ticarət cərgəsi) 14.04.2009-cu il tarixindən “Klassik-Aİ” MMM-ə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş və müqavilənin müddətinin uzadılması barədə müəssisənin müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Klassik-Aİ” MMM arasında 02.08.2022-ci il tarixli icarə müqaviləsi bağlanılıb. İcarə müqaviləsinin müddəti 27.07.2024-cü il tarixində bitib.
Sorğuda qeyd edilən ticarət obyektinin bağlanılması səbəbi barədə Əmlak Məsələləri Dövlət Xidmətində məlumat yoxdur”.
Digər qurumlardan isə məsələ ilə bağlı konkret bir fikir öyrənə bilmədik. Bununla belə, güman edirik ki, aidiyyəti dövlət təşkilatları yaxın günlərdə məsələyə əncam çəkərək işsiz qalmış sahibkarları sevindirəcəklər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tiflisdəki aksiyaların siyasi etirazla heç bir əlaqəsi olmadığını, əksinə, xaricdən dəstəklənən zorakı hakimiyyət dəyişdirilməsi ssenarisinin bir hissəsi olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Baş nazirin sözlərinə görə, hadisələrin gedişi “Makkeyn İnstitutu”nun hesabatında təsvir edilən ssenariyə tam uyğun şəkildə inkişaf edir.
“Hesabatda qeyd olunub ki, əgər müxalifət hakimiyyətə gəlmək üçün uğur qazanarsa, Avropa İttifaqı və ABŞ hakimiyyətin dinc yolla ötürülməsini dəstəkləyəcək,” – deyə Kobaxidze vurğulayıb.
O əlavə edib ki, mitinqlər başlanğıcda zorakı xarakter daşımaq məqsədilə planlaşdırılıb və aksiyalarda iştirak edənlərin zorakılığa meyilli olması nəticəsində polisə qarşı hücumlar baş verib. Kobaxidze bu hadisələrin ölkənin daxili sabitliyinə zərbə vurmaq məqsədi güddüyünü qeyd edib.

Hər birimiz ruhumuzda gizli bir şey xəyal edirik. Ancaq xəyallara dalmaq bir şeydir, onları həyata keçirmək üçün addım-addım getmək tamam başqa şeydir.
Median.Az lent.az-a istinadən bildirir ki, buna baxmayaraq, bəzi bürc əlamətləri hələ də özlərini bir az istirahət etməyə icazə verə bilər, çünki noyabr ayında bəxt tamamilə onların tərəfinə keçəcəkdir. İlk qış ayı onlara çox xoş anlar gətirəcək və ən əziz arzularını yerinə yetirəcəkdir. Siyahıya nəzər salın, bəlkə şanslılardansınız?
Buğa
İlk qış ayı sizin üçün inanılmaz dərəcədə uğurlu olacaq. Son aylarda bu qədər uzun və gərgin işlədiyiniz işlər nəhayət öz bəhrəsini verəcək. Qorxmazlığınız və verilən tapşırıqları vicdanla yerinə yetirmək bacarığınız sayəsində yüksəlmək üçün hər cür şansınız var.
Ən yaxşı saatınızdan həzz alın və yeni öhdəliklər və məsuliyyətlər götürməkdən qorxmayın, çünki cəsarət və ambisiyadan başqa nə sizə özünüzün ən yaxşı versiyasını qarşılamaq üçün bir addım atmağa kömək edə bilər? Həm də maliyyə uğuruna hazır olun. Əsas odur ki, vəsaitləri ağıllı şəkildə bölüşdürün – bildiyiniz kimi, gələcəkdə onları artırmaq və xəyal etdiyiniz şeyə investisiya etmək üçün.
Qız bürcü
Balans və harmoniya arzunuz, nəhayət əldə ediləcək, ona görə də sizin vəzifəniz sadəcə zövq almaqdır. Enerji mənbəyinizi doldurun və özünüzü sizə əsl həzz gətirən fəaliyyətlərə həsr edin. Bütün proqnozlara görə, dekabrda tale sizə çoxdan arzuladığınız böyük bir hədiyyə təqdim edəcək.
Yeni tanışlıqlar etməkdən və təşəbbüs göstərməkdən çəkinməyin. Bu, yalnız faydalı əlaqələr əldə etməyə deyil, həm də üfüqlərinizi genişləndirməyə imkan verəcəkdir. Ayın sonuna qədər həyatınızı kökündən dəyişməyə qərar verməyiniz ehtimalı yüksəkdir. Qabiliyyətlərinizə şübhə etməyin və ürəyinizə qulaq asmayın – bu sizi heç vaxt ruhdan salmayacaq.
Balıq
Balıqlar üçün dekabr inanılmaz dərəcədə güclü bir ay olacaq. Enerji sizdən çıxacaq, ona görə də astroloqlar bundan faydalanmağı şiddətlə tövsiyə edirlər. Xəyal etdiyiniz ölkəyə uzun müddətdir ki, tur üçün pul ödəməyi düşünürsünüzsə, qərq olun! Bir neçə ildir otağınızı təzələməyi planlaşdırırsınız?
Hərəkət edin! Bütün proqnozlara görə, intuisiyanız tam gücü ilə işləyərək düzgün qərarlar qəbul etməyə kömək edəcək. Buna baxmayaraq, səhv etməkdən qorxmamalıyıq, çünki bunlar bizim əsas müəllimlərimizdir. Keçmişin yükündən azad olun və həyatınızı yeni rənglərlə rəngləndirəcək yeni imkanlar kəşf edin.
Azərbaycanın futzal üzrə Yüksək Liqasının V turunda daha iki görüş baş tutub.
Reportun məlumatına görə, “Baku Fire” “Neftçi”ni 8:5 hesabı ilə məğlub edib.
“Yasamal” – “Şuşa” görüşündə isə böyükhesablı qələbə qeydə alınıb. “Şuşa” klubu 9:2 hesablı qələbəyə sevinib. Hər iki görüş “Olimpik Star”da baş tutub.
Qeyd edək ki, V turun bu gün keçirilən U-19 – “Araz-Naxçıvan” matçı Naxçıvan təmsilçisinin 11:0 hesablı üstünlüyü ilə bitib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən reportun Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 11 ailə 53 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.
Bununla yanaşı, Bakı şəhərindən 15 ailə – 80 nəfər, Abşeron rayonundan 5 ailə – 25 nəfər, Sumqayıt şəhərindən 3 ailə – 16 nəfər, Saatlı rayonundan 2 ailə – 8 nəfər, Şabran rayonundan 2 ailə – 9 nəfər, Şəki rayonundan 1 ailə – 4 nəfər, Beyləqan rayonundan 1 ailə – 5 nəfər, Cəbrayıl şəhərinə yola salınıb.
Həmçinin qeyd olunub ki, bugünədək ölkənin müxtəlf bölgələrində məskunlaşmış cəmi 203 ailə – 783 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.
Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 34,3 min nəfərin yaşadığı Hirara şəhərindən 93 km şimal-şərqdə olub. Zəlzələ 40 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Cəlilabad rayonunun Hacıməmmədli kəndində yaşayan 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərovanın itkin düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Median.Az report-a istinadən xəbər verir ki, Biləsuvar rayonundan gəlin köçən Leyla üç uşaq anasıdır və yaxınlarının sözlərinə görə, o, son dövrlərdə ciddi psixoloji gərginlik keçirirmiş.
Ailənin verdiyi məlumata əsasən, Leyla noyabrın 24-də kəndi tərk edib. Həyat yoldaşı və ailə üzvləri qohum toyunda olduğu üçün evdə heç kəsin olmaması Leylanın çıxmasına imkan yaradıb. Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib.
Leylanın qayınatası gəlininin hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu ehtimal edir.
Həmçinin Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçüb və rəsmi boşanma üçün sənədlər hazırlamağa başlayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
***
Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.
Median.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı noyabrın 24-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Leyla Heydərovanın boyu 170 sm, gözləri qəhvəyidir. O, evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.
İtkin barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.