Month: November 2024

  • Səmayə Piriyeva vəfat etdi

    Sabiq millət vəkili Səmayə Piriyeva vəfat edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin I çağırış deputatı Səmayə Aslan qızı Piriyeva bu gün uzunsürən xəstəlikdən sonra 79 yaşında doğulduğu Hacıqabul şəhərində vəfat edib.

    Qeyd edək ki, o, 1999-2000-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini də tutub.

  • Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu

    Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İran vətəndaşı S.S.-nin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə S.S. bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılmalıdır.

    İttihama görə, S.S. Azərbaycanın mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə ölkəmizə gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə 5 iyul 2024-cü il tarixdə dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xəzər dənizinin Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Astara sahil nəzarəti bölməsinin yanalma körpüsünün sağ tərəfindən təxminən 4.5 kilometrliyində yerləşən ərazidən dənizdə üzərək, qəsdən qanunsuz olaraq İrandan Azərbaycan istiqamətində keçib. O, 5 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Azərbaycan Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Astara şəhərində yerləşən “Astara bulvarı”nda aşkar edilərək saxlanılıb.

    Əcnəbinin barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib

    Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən xidməti müşavirə zamanı bəzi tapşırıqlar verib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib.

    Nazir Ali Baş Komandanın müvafiq tapşırıqlarına əsasən şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin plana uyğun davam etdirilməsi ilə bağlı göstərişlər verib.

    General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

    Müdafiə naziri Z.Həsənov döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib.

  • Bakıda mənzil qiymətləri nə qədər artıb?

    Ötən ay Bakıda mənzil bazarında da qiymət artımları davam edib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi məlumat yayıb.

    Qeyd edilib ki, oktyabr ayında fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 1.7 faiz artıb.

    Yaşayış binalarında və eləcə də, qeyri-yaşayış sahələrində əvvəlki aylara nisbətən qeydə artım alınıb. Qeyri-yaşayış sahələrində 1.4 faiz aylıq qiymət artımı müşahidə olunub.

    Yaşayış evlərində isə qiymətlər 0.6 faiz yüksəlib. Yaşayış mənzillərinin kirayə qiymətləri daha çox artıb – 2.8%.

  • COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR

    “AYNA tərəfindən COP29-a görə təşkil edilən 18 nəqliyyat mübadilə mərkəzinin bir qismi artıq fəaliyyətini dayandırıb”.

    Median.Az xəbər verir ki, bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib:

    “Hazırda yalnız “Koroğlu” və “Sea Breeze” nəqliyyat mübadilə mərkəzləri ilə Bakı Olimpiya Stadionu arasında, həmçinin 5 məntəqədən Heydər Əliyev Beynəlxalq Aeroportuna daşımalar həyata keçirilir və şatllar bu istiqamətdə fəaliyyət göstərirlər”, – deyə məlumatda bildirilir.

    Qeyd edək ki, sözügedən daşınmalar yalnız bu gün həyata keçiriləcək.

    Xatırladaq ki, ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.

  • В Гяндже сгорел попавший в аварию автомобиль

    В Гяндже вблизи Международного аэропорта произошло дорожно-транспортное происшествие.

    Как сообщает Unikal, двигавшийся на высокой скорости автомобиль врезался в бетонное ограждение, после чего в автомобиле возник пожар.

    На место происшествия прибыли пожарные машины и личный состав Министерства по чрезвычайным ситуациям. Огонь был потушен, автомобиль полностью сгорел.

    Водитель автомобиля Э.Пашаев (2005 г.р.) получил травмы и был госпитализирован. Сообщается, что его состояние оценивается как тяжелое.

    По данному факту ведется расследование.

  • Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu

    Gəncədə bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Unikal”ın məlumatına görə, hadisə Gəncə Beynəlxalq Hava limanın yaxınlığında baş verib.

    Yüksək sürətlə hərəkətdə olan minik maşını beton hasara çırpılıb. Zərbənin təsirindən avtomobilin bir neçə ehtiyat hissəsi yolunun kənarına dağılıb. Qəzadan sonra avtomobildə yanğın olub.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, avtomobil yanaraq yararsız hala düşüb.

    Minik maşının sürücüsü 2005-ci il təvəllüdlü E.Paşayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку ликвидируются полосы COP29

    Как сообщалось ранее, полосы, не входящие в сеть специальных полос общественного транспорта и предназначенные именно для организации транспортных операций COP29, утратят силу после завершения мероприятия.

    Об этом в ответ на запрос Oxu.Аz сообщили в Агентстве наземного транспорта Азербайджана (AYNA).

    “С этой целью AYNA начало работы по ликвидированию дорожных знаков 5.9, обозначающих автобусную полосу, и удалению разметки в указанных полосах. Сообщаем, что полосы, с которых сняты дорожные знаки, будут считаться недействительными. До 25 ноября будут проведены работы по демонтажу соответствующих знаков.

    Специальные полосы движения COP29, организованные в рамках транспортного обеспечения 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29) способствовали эффективной организации транспортных операций, беспрепятственному, безопасному и своевременному прибытию участников мероприятия к местам проведения.

    Отметим, что в общей сложности за время мероприятия было перевезено более 600 000 пассажиров.

    Водителей просят быть внимательными и не нарушать требования закона на полосах с дорожными знаками”, – говорится в информации.

    * * * * *

    В Баку началось удаление полос COP29.

    По информации Unikal, работы в этом направлении уже проведены на улице Кёроглу Рагимова.

  • COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı – RƏSMİ (VİDEO)

    Öncədən də məlumat verildiyi kimi, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək”.

    Bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) cavab verib.

    “Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb. Bildiririk ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq. 25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək.

    Ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarının səmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz və zamanında tədbir məkanlarına çatmasına şərait yaradıb.

    Qeyd edək ki, ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.

    Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir”, – deyə məlumatda bildirilir.

    * * * * *

    Bakıda COP29 zolaqlarının ləğvinə başlanıldığı iddia olunur.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Qeyd edilib ki, bu işlərdən biri paytaxtın Koroğlu Rəhimov küçəsində aparılır.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlanıb.

    Həmin görüntüləri təqdim edirik:

  • В Баку изменена организация движения на перекрестке

    В городе Баку применено еще одно новшество в направлении совершенствования дорожной инфраструктуры и безопасности движения.

    Как сообщает Median.Аz со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA), изменения внесены в организацию движения на пересечении проспекта 8 Ноября и улицы Гадира Мамедова.

    До реализации проекта было невозможно повернуть налево с проспекта 8 Ноября на улицу Гадира Мамедова. Также было невозможно повернуть налево с улицы Гадира Мамедова для движения по проспекту 8 Ноября.

    Теперь установлены светофоры, обеспечивающие безопасную и удобную организацию движения.

    Эти изменения расширят возможности маневрирования транспортных средств, что поможет увеличить пропускную способность и предотвратить дорожно-транспортные происшествия.

    Отметим, что в настоящее время продолжаются работы по разметке на территории.