Month: November 2024

  • В Сураханском районе Баку автомобиль сбил насмерть пешехода

    На улице Х.Алекберова в Сураханском районе Баку произошло дорожно-транспортное происшествие с летальным исходом.

    Как сообщает Report, автомобиль Ford Transit, за рулем которого находился Турал Махмудзаде, сбил Мамеда Самедова (1966 г.р.).

    Пешеход скончался на месте происшествия от полученных травм.

    По данному факту возбуждено уголовное дело.

  • Suraxanıda avtomobil piyadanı vuraraq öldürdü

    Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu X.Ələkbərov küçəsində qeydə alınıb.

    Tural Mahmudzadə idarə etdiyi “Ford Transit” markalı avtomobillə 1966-cı il təvəllüdlü Məmməd Səmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Азербайджанские медиа за время COP29 представили около 60 000 материалов о конференции

    В Азербайджанских медиа за время работы COP29 было опубликовано около 60 000 материалов о конференции, из них около 42 000 были опубликованы на азербайджанском, более 10 600 – на русском и 7 300 – на английском языках.

    Об этом сообщает Median.Az со ссылкой на совместное заявление Аудиовизуального совета и Агентства развития медиа.

    В отдельные дни тематика COP29 охватывала до 60% всех новостей, опубликованных азербайджанскими медиа.

    Азербайджанские информационные агентства стали основным источником информации о Бакинской климатической конференции. Каждое агентство направило около 10 журналистов и фотокорреспондентов в павильон мероприятия, которые проводили многочисленные интервью с гостями столицы, готовили репортажи и статьи о сотнях встреч и широко освещали дискуссии.

    Учитывая попытки манипуляции информацией о COP29 в зарубежных медиа, информационные агентства освещали реалии конференции на трех языках. Статьи и заявления некоторых руководителей медиасубъектов Азербайджана о значимости COP29 освещались в мировых медиа.

    Телеканалы также уделяли приоритетное внимание подготовке материалов о COP29. В целом мероприятие освещали более 60 съемочных групп местных телеканалов. В дни, когда проводились встречи и мероприятия высокого уровня, в том числе с участием мировых лидеров, телеканалы увеличивали число съемочных групп.

    Результаты проведенных мониторингов показывают, что с 10 по 24 ноября 2024 года местные телеканалы подготовили в общей сложности 5 344 материала о COP29 – специальные репортажи, интервью с иностранными делегатами, главами государств и правительств, сюжеты, прямые эфиры и т.д.

    Телеканалы также держали различные аспекты мероприятия COP29 в повестке отдельных дискуссионных и аналитических программ, куда приглашались местные и зарубежные эксперты.

    В общей сложности AzTV представил зрителям 1 234 материала, REAL TV – 900, AnewZ TV – 840, ARB24 TV – 759, CBC TV – 429, ATV – 326, ITV – 321, Xəzər TV – 295, Space TV – 149, ARB TV – 91.

    Климатическая конференция COP29 также вызвала большой интерес азербайджанских зрителей. Согласно данным компании MARSA, занимающейся исследованием объема телевизионной аудитории, азербайджанские телеканалы в дни COP29 просмотрели в среднем 5 336 000 человек в сутки. Общее среднее число просмотров составило 7 888 000 человек.

  • COP29-da Azərbaycan mediasında yayımlanan xəbər və reportajların sayı açıqlanıb

    COP29-da mediada 60 min-ə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 600-dən çoxu rusdilli, 7 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

    Bu barədə Audiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə bağlı birgə məlumat yayıb.

    Məlumatda qeyd edilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr edib, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil edib.

    2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60 minə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 600-dən çoxu rusdilli, 7 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

    COP29-la bağlı materialların işıqlandırılması zamanı xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilib. Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunub, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanıb.

    Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilib. Bəzi media subyektlərinin rəhbərlərinin COP29-un əhəmiyyəti barədə məqalə və açıqlamaları öz təşəbbüsləri ilə dünya mediasında işıqlandırılıb.

    Telekanallar COP29 barədə materialların hazırlanmasını xüsusi prioritet kimi müəyyənləşdirərək tədbirin işıqlandırılmasına 60-dan çox çəkiliş qrupu ayırıb. Bəzi günlərdə, xüsusilə liderlər konfransı günlərində isə çəkiliş qruplarının sayı daha da çox olub.

    Aparılmış monitorinqlərin nəticələri göstərir ki, ümumölkə televiziya kanalları 2024-cü il noyabrın 10-24-də ümumilikdə müxtəlif məzmunlu 5344 material – xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr, süjetlər, canlı bağlantılar və s. yayımlayıb.

    Televiziya kanalları xəbər və xüsusi reportajlarla yanaşı, COP29 tədbirinin bu və ya digər aspektlərini yerli və xarici ekspertlərin iştirakı ilə ayrı-ayrı müzakirə və təhlil proqramlarında da gündəmdə saxlayıb, geniş müzakirələr təşkil ediblər.

    Ümumilikdə, AzTV-də 1234, “Real” TV-də 900, “AnewZ” TV-də 840, “ARB24” TV-də 759, CBC TV-də 429, ATV-də 326, İTV-də 321, “Xəzər” TV-də 295, “Space” TV-də 149, ARB TV-də 91 material yayımlanıb.

    Azərbaycan kanallarında COP29 tədbirinin işıqlandırılması tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Belə ki, televiziya auditoriyasının həcminin araşdırılması ilə məşğul olan “MARSA LTD” şirkətinin məlumatına əsasən, COP29 günlərində Azərbaycan televiziya kanallarına orta hesabla gündəlik baxış sayı 5 milyon 336 min nəfər olub. Ümumi orta baxış isə 7 milyon 888 min nəfər təşkil edib.

  • В Азербайджане скончался чиновник – ФОТО

    На 58 году жизни скончался представитель Государственного комитета по делам беженцев и вынужденных переселенцев по Тертерскому району Мохлет Назаров.

    Соответствующая информация была распространена в соцсетях.

    Причиной смерти стала внезапная сердечная недостаточность.

    Мохлет Назаров родился в 1966 году в селе Шотланлы Агдамского района. Он являлся братом заместителя главы Исполнительной власти Агдамского района Хагани Назарова.

  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon üzrə nümayəndəsi Möhlət Nəzərov dünyasını dəyişib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, 1966-ci ildə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş Möhlət Salman oğlu Nəzərov 58 yaşında qəflətən ürək çatışmazlığından vəfat edib.

    Qeyd edək ki, M.Nəzərov Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərovun qardaşıdır.

  • В Газахском районе задержан наркокурьер

    Сотрудники Газахского районного отдела полиции по подозрению в наркокурьерстве задержали Хаяла Рагимова. У него было обнаружено около 2 кг героина и марихуаны.

    Как сообщает Median.Az со ссылкой на гянджинскую региональную группу пресс-службы Министерства внутренних дел, в ходе расследования было установлено, что Х.Рагимов приобрел наркотики, незаконно ввезенные на территорию страны и спрятанные в Газахском районе, с целью дальнейшей продажи.

    Задержанный признался, что осуществлял курьерскую деятельность за материальное вознаграждение.

    По данному факту возбуждено уголовное дело, в отношении задержанного избрана мера пресечения в виде ареста. Расследование продолжается.

  • Qazaxda narkokuryer saxlanıldı

    Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Xəyal Rəhimov saxlanılıb. Ondan ümumilikdə 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, X.Rəhimov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayonu ərazisində gizlədilən narkotikləri satış məqsədi ilə əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini maddi qazanc müqabilində həyata keçirdiyini bildirib.

    Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • В Азербайджане иностранного гражданина приговорили к 12.5 годам за шпионаж

    В Азербайджане суд приговорил к 12.5 годам лишения свободы иностранного гражданина Сохраби Акбара Гешмата, признав его виновным в шпионаже в пользу иностранных спецслужб.

    По полученным Report сведениям, решение принято на процессе в Лянкяранском суде по тяжким преступлениям под председательством судьи Оруджа Джалилова.

    Согласно обвинению, Сохраби Акбар Гешмат пытался привлечь граждан Азербайджана к сотрудничеству со спецслужбами иностранного государства, собирал информацию о стратегических объектах и передавал ее другой стране.

    Следственным управлением Службы государственной безопасности ему было предъявлено обвинение по статье 276 (шпионаж) Уголовного кодекса АР.

  • Azərbaycanda xarici ölkənin xüsusi xidmət orqanına casusluq edən əcnəbiyə hökm oxundu

    Azərbaycanda xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən Sohrabi Akbar Qesmat adlı əcnəbiyə hökm oxunub.

    “Report”un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    İttihama görə, Sohrabi Akbar Qesmat Azərbaycan vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərib və strateji obyektlərlə bağlı məlumatları toplayıb dövlət təhlükəsizliyinə zidd olaraq digər ölkəyə ötürüb.

    Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.