Month: December 2024

  • Bakıya narkotik satmağa gəlirdi, rayonda tutuldu

    Lerikdə saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin paytaxt ərazisinə çatdırılaraq burada satışını təşkil edən Məhəmməd Məmmədov saxlanılıb.

    Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi 8 kiloqram marixuana aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Maykl Ceksonun bu günə qədər heç yerdə səslənməyən mahnıları üzə çıxıb

    Kaliforniya sakini ştatın cənubunda, San Fernando vadisində yerləşən anbardan Maykl Ceksonun 12 kasetdə saxlanılan, lakin bu günə qədər heç yerdə səsləndirilməyən mahnılarını aşkar edib.

    Məlumatı “The Hollywood Reporter” nəşri yayıb.

    Qeyd olunub ki, musiqilər “Dangerous” albomu (1991) çıxmazdan əvvəl, 1989-1991-ci illər arasında qeydə alınıb.

    Kolleksiyanı kəşf edən 56 yaşlı Qreq Masqurov bildirib ki, anbar haqqında məlumatı oranı satın alan tanışından öyrənib.

    O əlavə edib ki, anbar əvvəllər musiqi prodüseri və müğənni Brayan Laurenə məxsus olub. Hətta kasetlərdən birində M.Ceksonla B.Lauren arasında baş tutan dialoq əks olunub.

    Q.Masqurov əlavə edib ki, o, M.Ceksonun əsərlərinə müəlliflik hüququna sahib olan şəxslərə tapıntı ilə əlaqədar müraciət edib, lakin naməlum səbəblərdən onlar kasetləri almaqdan imtina ediblər.

    Bu səbəbdən kaliforniyalı kolleksiyanı yaxın vaxtlarda dörd hərrac evinə satışa təqdim etməyi planlaşdırır.
    //oxu.az

  • Lənkəranın sabiq baş memarına daha bir cinayət əməlinə görə hökm oxunub

    Həbsdə olan Lənkəranın sabiq baş memarı Elgün Abdullayevin daha bir cinayət əməli üzrə məhkəmə prosesi yekunlaşıb.

    “Report”un məlumatına görə, Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, ona qarşı yeni irəli sürülmüş Cinayət Məcəlləsinin 314-2.1-ci (Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddəsi ilə bir müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Belə ki, Elgün Abdullayevin cəzası toplanılıb və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

    Həmçinin, sabiq baş memarın əvvəlki hökmü toplanılmaqla iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan da məhrum olunub.

    Yeni ittihama görə, Elgün Abdullayev vətəndaşlara qanunla müəyyən olunan qaydaları pozmaqla torpaq sahələri ayırıb və həmin ərazilərdə tikintiyə qanunsuz icazə verib.

    Qeyd edək ki, bundan əvvəl Elgün Abdullayev vətəndaşlardan külli miqdarda rüşvət almaqda təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

  • В Азербайджане объявлены желтое и оранжевое предупреждения в связи с ветреной погодой

    В Баку и на Абшеронском полуострове, а также в некоторых регионах Азербайджана объявлено желтое и оранжевое предупреждение в связи с ожидаемой 14 декабря ветреной погодой.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    В соответствии с желтым предупреждением в Шуше, Ханкенди, Ходжавенде, Губадлы, Агдере, Саатлы, Сабирабаде, Газахе, Лачыне, Джебраиле, Зангилане, Физули, Имишли, Бейлагане, Сальяне, Кюрдамире, Билясуваре, Джалилабаде, Масаллы, Лянкяране, Астаре, Хачмазе, Хызы, Сиязане, Шабране, Губе, Гёйгёле, Гедабее, Шамахы, Ширване ожидается северо-западный ветер, скорость которого составит 13.9-20.7 м/с.

    В соответствии с оранжевым предупреждением в Баку и на Абшеронском полуострове, Нахчыванской АР, Кельбаджаре, Гаджигабуле, Нефтчале, Мингячевире, Нафталане, Гяндже, Агстафе, Джейранчёле, Гёранбое, Барде, Тертере, Евлахе, Агджабеди, Агдаме, Гёйчае, Зардабе, Шамкире, Дашкесане, Товузе, Самухе, Шеки, Загатале, Огузе, Габале, Балакене, Гахе, Гусаре, Исмайыллы, Агдаше, Уджаре, Лерике, Ярдымлы, Гобустане порывы северо-западного ветра достигнут 20.8-28.4 м/

  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

    Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Ağdərə, Saatlı, Sabirabad, Qazax, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, İmişli, Beyləqan, Salyan, Kürdəmir, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Göygöl, Gədəbəy, Şamaxı, Şirvanda sarı xəbərdarlığa uyğun olaraq, fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Hacıqabul, Neftçala, Mingəçevir, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Goranboy, Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Ağdam, Göyçay, Zərdab, Şəmkir, Daşkəsən, Tovuz, Samux, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Balakən, Qax, Qusar, İsmayıllı, Ağdaş, Ucar, Lerik, Yardımlı, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq, fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

  • 119 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan sahibkarlar İFŞA OLUNDULAR

    Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    Hazırkı vaxtadək Bakı şəhərinin Nərimanov və Suraxanı Rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 70 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 119 milyon manatdan çox) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

    Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

  • Prezident İlham Əliyev iki ölkə ilə imzalanmış vacib sənədləri təsdiq etdi

    2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş” təsdiq edilib.

    Median.Az President.Az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

    Həmçinin 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

    Prezident İlham Əliyev bununla bağlı, “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

  • Президент утвердил ужесточение штрафов за выброс табачных отходов в окружающую среду

    Президент Азербайджана Ильхам Алиев утвердил шестикратное увеличение штрафов за выброс табачных отходов в окружающую среду.

    Как сообщает Report, глава государства подписал указ о внесении поправок в Кодекс об административных проступках.

    Размер штрафа за выброс окурков и других табачных отходов повышен с 50 до 300 манатов. Повторное нарушение в течение года будет наказываться штрафом в размере 700 манатов или общественными работами на срок от 60 до 100 часов.

  • Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği 6 dəfə artırılıb

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği altı dəfə artırılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

    Belə ki, təklif olunan dəyişikliklə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb.

    Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunacaq.

  • Выбросил мусор из окна машины – готовь кошелек: новые штрафы

    Президент Азербайджана Ильхам Алиев утвердил поправки в Кодекс об административных проступках, которые значительно увеличивают штрафы за выброс мусора и других предметов с морских судов.

    Об этом сообщает Median.Az со ссылкой на Report.

    Согласно изменениям, размер штрафа за данное нарушение вырос в 10 раз – с 30 до 300 манатов.

    Помимо этого, поправки вводят штрафы за выброс мусора и любых предметов на дороги и дорожные сооружения из транспортных средств. Физические лица за это будут наказываться штрафом в 200 манатов, должностные лица – 1 000 манатов, а юридические лица – 4 000 манатов.