Month: December 2024

  • Yeni dövlət rüsumları müəyyənləşir: Aşağı hədd 50 manatdan başlayır

    Yeni dövlət rüsumları müəyyənləşir.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşir:

    – Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi – 100 manat,

    – Su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat,

    – Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat,

    – Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat,

    – Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat,

    – Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat,

    – Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat,

    – Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.

    Eləcə də “İxrac nəzarəti haqqında” qanuna əsasən, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100 manat,

    – İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat,

    – Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi – 200 manat,

    – Qazın nəqli üçün icazənin verilməsi – 150 manat,

    – Qazın paylanmasına icazənin verilməsi – 50 manat,

    – Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat,

    – Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi – 100 manat,

    – Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi – 150 manat,

    – Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat,

    – Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi – 150 manat.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • В Баку выпадет снег: прогноз погоды в Азербайджане на 14 декабря

    14 декабря в Баку и на Абшеронском полуострове прогнозируются местами дожди, в отдельных частях полуострова ожидается мокрый снег, порывистый северо-западный ветер вечером усилится.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в столице и на Абшероне ночью и днем составит 2-5 градусов тепла.

    Атмосферное давление повысится с 759 мм до 775 мм ртутного столба. Относительная влажность ночью – 75-85%, днем – 65-70%.

    В некоторых районах Азербайджана временами ожидаются дожди и снег, местами вероятны интенсивные осадки, на отдельных территориях – туман, западный ветер временами будет дуть с порывами.

    Температура воздуха ночью составит от 2 градусов мороза до 3 тепла, днем – 5-8 градусов тепла, в горах ночью – 7-12, днем – 2-7 градусов ниже нуля.

  • Şənbə günü Bakıya sulu qar yağacaq – PROQNOZ

    Azərbaycan ərazisində dekabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

    Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 65-70% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlardan başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12°, gündüz 2-7° şaxta olacaq.

  • Спор вокруг долга за свет: Верховный суд принял важное решение

    Верховный суд Азербайджана рассмотрел жалобу гражданина на долг за коммунальные услуги, сообщает Oxu.Az со ссылкой на информацию суда.

    В ходе осмотра жилого помещения истца представителями соответствующей организации были составлены акты о выявлении факта нарушения схемы электросчетчика и его выведении из оборота. Ни один из актов не был подписан истцом, напротив его имени в графе “подпись” было указано “из квартиры никто не вышел”.

    Гражданин обратился в суд с просьбой признать недействительными акты, составленные сотрудниками организации, и принять решение о списании долга, начисленного за предыдущие годы на основании этих актов. Исковые требования были обоснованы тем, что сотрудники ответчика отключили электрическую линию, снабжающую его дом электроэнергией, и составили акт без его участия. В этом акте указано, что гражданин вскрыл пломбу на крышке счетчика и вывел счетчик из схемы. Истец не согласился с составленным ответчиком актом и отметил, что не вмешивался в работу счетчика, расположенного на улице.

    Ответственная структура возражала против иска, указывая, что истец, хотя и знал о долге в течение указанных лет, обратился в суд только в 2023 году, когда срок исковой давности уже истек. Ответчик просил отказать в иске, ссылаясь на пропуск трехлетнего срока исковой давности по договорным требованиям, предусмотренного законодательством.

    Однако Верховный суд указал, что применение срока исковой давности недопустимо при рассмотрении исков о признании. Срок давности не может быть применен к иску о признании отсутствия долга (списании долга), не связанному с правом требования.

    Согласно статье 372.1 Гражданского кодекса, срок распространяется на право требовать от другого лица совершения или воздержания от совершения какого-либо действия. По статье 385.1 этого кодекса, в силу обязательства одно лицо (должник) обязано совершить в пользу другого лица (кредитора) определенное действие, например, уплатить деньги, передать имущество, выполнить работу, оказать услуги либо воздержаться от определенного действия, а кредитор имеет право требовать от должника исполнения его обязанности.

    Требования о признании отсутствия долга (списании долга) по коммунальным услугам не связаны с правом требовать от другого лица совершения или воздержания от совершения какого-либо действия, предусмотренным статьей 372.1 ГК. Оценка этих требований как вытекающих из договорных отношений и применение к ним срока исковой давности приводит к нарушению требований указанной нормы материального права.

    Коллегия по гражданским делам Верховного суда удовлетворила кассационную жалобу и направила дело на новое апелляционное рассмотрение.

  • Ali Məhkəmədən kommunal xidmətlərlə əlaqədar yaranan borclarla bağlı mühüm qərar

    Ali Məhkəmədə kommunal xidmətlə əlaqədar yaranan borca görə şikayət araşdırılıb.

    Bu barədə Ali Məhkəmədən məlumat verilib.

    Qeyd olunub ki, müvafiq qurumun nümayəndələri tərəfindən vətəndaşın yaşadığı ünvana baxış keçirilən zaman sayğacın sxemi pozularaq dövriyyədən kənarlaşdırılması faktının aşkar edilməsi ilə əlaqədar müxtəlif dövrlərdə aktlar tərtib edilib. Aktların heç biri iddiaçı tərəfindən imzalanmayıb, iddiaçı adının qarşısında yerləşən “imza” qrafasında “mənzildən çıxan olmadı” sözü qeyd edilib.

    Vətəndaş məhkəməyə müraciət edərək, qurumun əməkdaşları tərəfindən tərtib olunmuş aktların etibarsız sayılması və həmin aktlar əsasında öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş edib. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin əməkdaşları onun evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttini kəsib, iştirakı olmadan akt tərtib ediblər. Həmin aktda göstərilir ki, vətəndaş sayğacın qapaq möhürünü açaraq, sayğacı sxemdən kənarlaşdırıb. İddiaçı cavabdehin tərtib etdiyi aktla razılaşmayaraq, qeyd edib ki, küçədə yerləşən sayğaca hər hansı müdaxilə etməyib.

    Cavabdeh qurum isə qaldırılan iddiaya etiraz edərək bildirib ki, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət edib. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilib. Müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğunu əsas göstərərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.

    Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası isə kassasiya şikayətinə baxaraq qeyd edib ki, təsbit xarakterli iddialara baxılarkən iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz.

    Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var.

    Kommunal xidmətlərlə bağlı borcun olmadığı (borcun silinməsi) barədə iddia tələbləri Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyil, bu tələblərin müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirilərək, iddia müddətinin tətbiq edilməsi qeyd edilən maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnir.

    Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən kassasiya şikayəti təmin edilərək, iş yeni apellyasiya baxışına qaytarılıb.

  • Новый фигурант в деле о коррупции в Министерстве обороны Азербайджана

    Джебраил Оруджов, ранее занимавший должность начальника финансовой службы в различных воинских частях, привлечен к уголовной ответственности по факту присвоения средств в Министерстве обороны Азербайджана.

    Как сообщает Report, уголовное дело в отношении Оруджова, предварительное следствие по которому завершено, направлено в суд.

    Дело передано в производство судьи Бакинского военного суда Билала Мамедова. Оруджов обвиняется по статье 179.4 (присвоение в особо крупном размере) Уголовного кодекса АР.

    Ранее Джабраил Оруджов давал показания в качестве свидетеля на судебном процессе по делу о хищении 143 млн манатов в Минобороны против бывшего начальника Финансово-бюджетного управления Минобороны генерал-майор Низами Мамедова, экс-начальника Финансовой службы ВВС полковника Джалала Кязымова, бывшего главы Финансового управления Сухопутных войск Байрама Байрамова и экс-начальника Финансовой службы ВМС Вюсала Ализаде.

    За прошедшее время Оруджов не возместил причитающуюся ему часть общего ущерба, нанесенного государственному бюджету.

    Напомним, что обвиняемые в присвоении 143 млн манатов в Минобороны лишены права занимать материально ответственные и руководящие должности сроком на 2 года. Кроме того, Н.Мамедов и Б.Байрамов приговорены к 11.5 годам, Дж.Кязымов – к 11 годам, а В.Ализаде – к 10.5 годам лишения свободы.

  • Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olunub

    Müdafiə Nazirliyində mənimsəmə faktına görə müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində işləmiş Cəbrayıl Oruc oğlu Orucov cinayət məsuliyyətinə cəlb olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, onun barəsində açılan cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib.

    İş baxılması üçün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun icraatına verilib.

    O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinir.

    Qeyd edək ki, Cəbrayıl Orucov Müdafiə Nazirliyində ümumilikdə 143 milyon manat mənimsəmədə təqsirləndirilən nazirliyin Maliyyə və büdcə idarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə vermişdi.

    Ötən müddətdə Cəbrayıl Orucov dövlət büdcəsinə vurulmuş ümumi ziyanın özünə çatan hissəsini ödəməyibdir.

    Xatırladaq ki, Müdafiə Nazirliyində 143 milyon manat mənimsəmədə təqsirləndirilən şəxslər hər biri iki il müddətə maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum ediliblər. Bundan başqa Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

  • В Агджабединском районе предотвращена продажа 171 кг непригодного мяса и субпродуктов

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) совместно с сотрудниками местных исполнительных органов во время мониторинга на приусадебном участке, принадлежащем физическому лицу в селе Ашагы Авшар Агджабединского района, обнаружили непригодные для потребления мясные продукты и не соответствующие требованиям нормативно-правовых актов кустарно оборудованные металлические конструкции для забоя скота.

    Как сообщает Median.Аz со ссылкой на АПБА, при осмотре был конфискован в общей сложности 171 кг мяса и субпродуктов (внутренних органов животного).

    Для проведения исследований были взяты образцы и направлены в соответствующие лаборатории Института продовольственной безопасности.

    По данному факту приняты соответствующие меры согласно законодательству, расследование продолжается.

  • Ağcabədidə istehlaka yararsız 171 kq ət və subməhsulun satışının qarşısı alınıb

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerli icra orqanlarının əməkdaşları ilə birgə Ağcabədi rayonunun Aşağı Avşar kəndində fiziki şəxsə məxsus həyətyanı sahədə keçirilən monitorinq zamanı istehlaka yarasız ət məhsulları və normativ hüquqi aktların tələblərinə cavab verməyən kustar üsullarla təchiz edilmiş metal konstruksiyalı kəsim qurğuları aşkarlayıblar.

    Bu barədə AQTA məlumat yayıb.

    Baxış zamanı satış məqsədilə kəsimi həyata keçirilmiş heyvanın aqoniya halında kəsilməsinə və bakterioloji çirklənməsinə əsaslı şübhələr yarandığı üçün ümumilikdə 171 kq ət və subməhsulu (heyvanın daxili orqanları) müsadirə olunub.

    Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub.

    Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

  • Первые переселенцы прибыли в село Баллыджа Ходжалинского района

    В село Баллыджа Ходжалинского района прибыл первая группа вынужденных переселенцев в составе 27 семей (152 человека).

    Как сообщает Report, первыми в Баллыджа переехали семьи бывших вынужденных переселенцев, временно расселенные в разных частях республики, в основном в общежитиях, санаториях и административных зданиях.

    Отметим, что в настоящее время в Карабахе и Восточном Зангезуре проживает около 30 000 человек.