Month: December 2024

  • В Баку меняют расположение ряда пешеходных переходов – ВИДЕО

    В Баку меняют расположение ряда пешеходных переходов: проект, подготовленный Агентством наземного транспорта Азербайджана (AYNA), направлен на улучшение транспортного сообщения на пересечении проспекта Нариманова и улиц Микаила Мушфига и Гурбана Халилова.

    Об этом сообщает Median.Az со ссылкой на AYNA.

    Проект предусматривает регулирование перекрестка светофором и изменение расположения пешеходных переходов. Данное решение направлено на устранение спорной ситуации, возникающей при движении транспортных средств с улицы Гурбана Халилова в направлении проспекта Нариманова, а также с проспекта Нариманова в направлении улицы Микаила Мушфига. Эти изменения позволят организовать очередность движения транспортных средств и обеспечить большую безопасность для пешеходов.

    Проект, реализация которого началась сегодня, предварительно был смоделирован с использованием специального программного обеспечения.

  • Bakıda bəzi prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir – VİDEO

    Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb.

    Bu barədə AYNA məlumat yayıb.

    Bildirilib ki, layihəyə əsasən, Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir.

    Layihə xüsusi proqram təminatında simulyasiya edilib.

    Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq.

    Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

  • В Турции почтили память Гейдара Алиева

    В столице Турции Анкаре почтили память общенационального лидера азербайджанского народа Гейдара Алиева.

    Как передает Report, об этом сообщил посол Азербайджана в Турции Рашад Мамедов в соцсети Х.

    Сотрудники посольства возложили цветы к памятнику великому лидеру в Парке Гейдара Алиева.

    К ним также присоединились сотрудники TANAP и SOCAR Türkiye, преподаватели и учащиеся школы имени Гейдара Алиева в Анкаре и проживающие в Турции азербайджанцы.

  • Türkiyədə Heydər Əliyevin xatirəsi yad edilib

    Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.

    Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X” sosial şəbəkəsində hesabında paylaşım edib.

    Səfirliyin əməkdaşları Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

    Onlara TANAP və “SOCAR Türkiye”nin əməkdaşları, Ankaradakı Heydər Əliyev adına orta məktəbin müəllim və şagirdləri, eləcə də Türkiyədə yaşayan azərbaycanlılar da qoşulublar.

  • Lionel Messi və dostları Bakıda Heydər Əliyevin xatirəsini anıblar – FOTO

    Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıdakı Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, onlar ümummilli liderin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.

    Lionel Messi və dostlarını iş adamı Adnan Əhmədzadə müşayiət edib.



  • Prezident İlham Əliyev AÇG ilə bağlı qanunu təsdiqlədi

    Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Median.Az President.az-a istinadən bildirir ki, qanunla 2024-cü il avqustun 1-də Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Azərbaycan (AÇG) Limited”, “bp Eksploreyşn (Kaspian Si) Limited”, “Ekvinor Abşeron AS”, “Ekson Azərbaycan Limited”, “İnpeks Sausvest Kaspian Si, Ltd.”, “İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk.”, “MOL Azərbaycan, Ltd.”, “ONGC Videş Limited”, “Türkiye Petrolleri A.O.” arasında imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma” (bundan sonra – İkinci Qoşma) qəbul və təsdiq edilir, onun həyata keçirilməsinə icazə verilir.

    İkinci Qoşmanın əsas mətninə edilmiş iki (2) Əlavə Bölmə (bundan sonra – Əlavələr) qəbul və təsdiq edilir və onların həyata keçirilməsinə icazə verilir.

    Bu Qanun qüvvəyə mindikdən sonra İkinci Qoşma və Əlavələr Qanun olurlar. İkinci Qoşmada konkret surətdə başqa hallar göstərilməyibsə, İkinci Qoşma və Əlavələr İkinci Qoşmanın qüvvədə olduğu müddət ərzində İkinci Qoşmaya və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

    Qanun qüvvəyə mindiyi tarixdən İkinci Qoşma və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində podratçı tərəflərə İkinci Qoşmada və Əlavələrdə nəzərdə tutulan sərbəst təbii qaz kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

    Bu Qanun qüvvəyə mindikdən sonra podratçı tərəflərin (və ya onların hüquq varislərinin) İkinci Qoşma və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

    İkinci Qoşmadan irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün podratçı tərəflərə bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

    İkinci Qoşmaya və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər və dəyişikliklər yalnız bu Qanunun 1-ci maddəsində qeyd olunmuş Sazişin tərəflərinin yazılı razılığı ilə edilir.

  • Məhkəmə Rüfət Səfərovla bağlı qərar verib

    Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

    Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rüfət Səfərov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

  • Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar məsuliyyətə cəlb olundular

    Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində üç mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

    Məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokollar tərtib olunub.

  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olunub

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücü ifşa olunub.

    Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.

    Belə ki, Bakı-Yevlax avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində şəhər sakini Orxan İsmayılovun idarə etdiyi “VAZ” markalı avtomobil Alayın VI taqımının əməkdaşları tərəfindən görülən nəzarət-profilaktik tədbirlər çərçivəsində saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib və fakt öz təsdiqini tapıb.

    Bununla bağlı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Orxan İsmayılov təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilib.

  • “Range Rover”lə vurulan piyada “Prius”un təkərləri altında qaldı – MƏHKƏMƏ

    Sabunçu Rayon Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Sakit Fərəclinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə S.Fərəcli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə üç il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə bu il Sabunçu rayonu, Zabrat-Maştağa şosesində qeydə alınıb.

    Belə ki, Sakit Fərəcli idarə etdiyi “Range Rover” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçidindən keçən M.M.-i (şərti) vurub. Bu zaman həmin şəxs digər zolaqda əks istiqamətdə hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin altına düşərək ölüb.

    Hadisədən sonra Sakit Fərəcli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.