Month: December 2024

  • Sabah iki rayonda işıq olmayacaq

    Sabah Xaçmaz və Quba rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Bildirilib ki, cəmiyyətin Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

    Quba Elektrik Şəbəkəsində (EŞ) 6 kV-luq Paylayıcı Qurğuda (PQ) həyata keçirilən yenidənqurma işlərinin tamamlanması ilə əlaqədar saat 10:00-dan saat 13:00-dək Səməd Vurğun, Əliqulu Nərimanov, Məhəmməd Əmin Rəsulzadə küçələri, Heydər Əliyev prospekti, General Məhəmməd Əsədov, 8 Mart və Arif Hüseynzadə küçələrinin bir hissəsi, həmçinin Xudat Elektrik Şəbəkəsi Sahəsinin xidməti ərazisində 35/10 kV-luq “Nabran” yarımstansiyasında aparılacaq əsaslı təmir işləri ilə əlaqədar saat 09:00-dan saat 17:00-dək Səlimoba, Samurçay, Günəşli, Turist, Şimali kəndləri və Nabran kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Yenidənqurma və əsaslı təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Gəncədə 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU

    Gəncədə 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən Azər Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Azər Mövsümova Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə elan edilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilib.

    O, həmçinin həmin məcəllənin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında baş verib.

    İttihama görə, 1984-cü il təvəllüdlü Azər Mövsümov bıçaqla 2005-ci il təvəllüdlü Həsən Novruzova xəsarət yetirib. Nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada ölüb.

  • АЖД вносит коррективы в график движения поездов в связи с праздниками

    В связи с предстоящими праздниками, а также переносом рабочих и выходных дней, ЗАО “Азербайджанские железные дороги” (АЖД) вносит изменения в график движения поездов.

    Как сообщает Median.Az со ссылкой на АЖД, 28 и 29 декабря скоростные электрички и экспрессы на Абшеронской кольцевой железнодорожной линии будут курсировать по графику рабочих дней. А 30 и 31 декабря, а также 1, 2, 3, 4 и 5 января движение скоростных электричек на этом маршруте будет организовано по расписанию выходных дней. Экспрессы в эти даты курсировать не будут.

    Рейсы поездов Баку – Габала и Габала – Баку, запланированные на 28 и 29 декабря, переносятся на 30 декабря в обоих направлениях. Кроме того, 31 декабря из Баку в Габалу, а 2 января в обратном направлении будет курсировать дополнительный поезд. Планируется также назначение дополнительных поездов по маршруту Баку – Агстафа – Баку в соответствии со спросом в праздничные дни.

    Пассажиры могут получить дополнительную информацию о расписании поездов и билетах в кассах железнодорожных вокзалов, на официальном сайте АЖД (www.ady.az), в мобильном приложении ADY Mobile, а также в контакт-центре 1822, работающем в режиме 24/7.

  • ADY bayram günlərində qatarların hərəkət cədvəlinə dəyişikliklər edir

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günləri ilə əlaqədar iş və istirahət günlərinin yerdəyişməsini nəzərə alaraq, qatarların hərəkət cədvəlinə dəyişikliklər edir.

    Median.Az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 28 və 29 dekabrda Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət elektrik və ekspres qatarları iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

    Məlumata görə, 30 və 31 dekabr, həmçinin 1, 2, 3, 4 və 5 yanvar tarixlərində isə bu marşrut üzrə sürət elektrik qatarlarının hərəkəti qeyri-iş günlərinin cədvəlinə əsasən təşkil ediləcək. Bu tarixlərdə ekspres qatar hərəkətdə olmayacaq.

    Bildirilir ki, eyni zamanda, 28 və 29 dekabr tarixlərindəki Bakı-Qəbələ və Qəbələ-Bakı reysləri hər iki istiqamət üzrə olmaqla 30 dekabra təyin edilir:

    “Bundan başqa, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq. Bayram günlərində tələbata uyğun olaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarların təyini planlaşdırılır”.

    Həmçinin, məlumatda deyilir ki, sərnişinlər qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən “1822” Əlaqə Mərkəzindən əldə edə bilərlər.

  • В Баку у компании похитили более 23 000 манатов

    В Баку совершена крупная кража.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел (МВД).

    В полицию поступила информация о хищении 23 600 манатов у одной из компаний, расположенных в Хазарском районе столицы.

    Сотрудники районного управления полиции выявили и задержали подозреваемого в краже. Им оказался работник компании 32-летний О.Исламов.

    По данному факту возбуждено уголовное дело.

  • Bakıda şirkətdən 23 min manat oğurlanıb

    Bakıda şirkətdən 23 min manat oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birindən 23 600 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

    Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, həmin şirkətdə işləyən 32 yaşlı O.İslamov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Sumqayıtdakı partlayışda vəfat edən ata və oğlunun fotosu yayıldı – FOTO

    В азербайджанском сегменте Сети появились фотографии мужчины и его сына, скончавшихся в больнице после взрыва в жилом здании №19, расположенном в 13-м микрорайоне города Сумгайыт.

    Median.Az напоминает, что трагедия произошла 3 декабря и унесла жизни двух человек.

    Как сообщалось ранее, в результате взрыва пострадали шесть человек.

    Рамин Алиев, получивший травмы различной степени тяжести при взрыве, скончался 7 декабря, а его сын Айхан – ночью 9 декабря.


    //oxu.az

  • Sumqayıtdakı partlayışda vəfat edən ata və oğlunun fotosu yayıldı – FOTO

    Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 19 saylı binada baş vermiş partlayış zamanı xəsarət aldıqdan sonra xəstəxanada dünyasını dəyişən ata və oğlunun fotoları yayılıb.

    Hadisə dekabrın 3-də baş verib.

    Nəticədə altı nəfər xəsarət alıb, iki nəfər – Ramin və Ayxan Əliyevlər – həyatını itirib.

    Partlayış zamanı xəsarət alan 1977-ci il təvəllüdü Ramin Əliyev dekabrın 7-də, 2007-ci il təvəllüdlü oğlu Ayxan Əliyev dekabrın 9-da gecə saatlarında vəfat edib.
    //oxu.az

  • TƏBİB о состоянии пострадавших в ДТП сотрудников ANAMA (ОБНОВЛЕНО)

    9 декабря в 07:00 трое жителей города Горадиз Физулинского района (все мужского пола) были госпитализированы в центральную районную больницу с травмами различной степени тяжести.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    В информации говорится, что пострадавшим была оказана необходимая медпомощь:

    “Мужчине 1990 года рождения диагностировали “закрытый перелом левой бедренной кости со смещением”, “открытый перелом левой лодыжки и челюсти”, “закрытую черепно-мозговую травму”, “сотрясение головного мозга”. Пациенту 1995 года рождения поставили диагноз: “закрытая черепно-мозговая травма”, “сотрясение головного мозга”, “рваные раны лица”. А у мужчины 2000 года рождения диагностировали “закрытую черепно-мозговую травму”, “сотрясение головного мозга”, “ушиб ствола головного мозга”.

    Состояние пострадавших 1990 и 2000 годов рождения оценивается как тяжелое, они были переведены в частное медицинское учреждение в Гяндже. Состояние мужчины 1995 года рождения оценивается как средней степени тяжести, предпринимаются необходимые шаги для его перевода с целью получения специализированной помощи”.

    * * * * *

    Сотрудники Агентства Азербайджана по разминированию (ANAMA) попали в аварию в Физули.

    Как сообщает Trend, инцидент произошел на территории города Горадиз.

    Автомобиль марки BMW, за рулем которого находился житель районного поселка Гайыдыш-3 Гахраманов Самир Салман оглу (1995 г.р.), вылетел на обочину дороги. В результате он и находившиеся с ним в автомобиле – житель поселка Гайыдыш-3 Бейлярзаде Рамиз Ильгар оглу (2000 г.р.) и житель поселка Гайыдыш-2 Гасымов Мустафа Юсиф оглу (1990 г.р.) получили травмы различной степени тяжести.

    Пострадавшие были доставлены в Физулинскую центральную районную больницу. Им была оказана медицинская помощь, после чего их отправили в Гянджинскую городскую больницу. В настоящее время принимаются меры по отправке водителя С.Гахраманова в Гянджинскую больницу.

    Сообщается, что пострадавшие в аварии были сотрудниками ANAMA.

  • Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI (YENİLƏNİB)

    “Dekabrın 9-u saat 7-də üç nəfər Füzuli rayonu Horadiz şəhər sakini (hər üçü kişi cinsli) müxtəlif xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Məlumatda bildirilib ki, yaralılara lazımi tibbi müdaxilələr edilib:

    “1990-cı il təvəllüdlü şəxsə sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol aşıq və çənə sümüklərinin açıq sınığı, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, 1995-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, üzün çapılmış yaraları, 2000-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, beyin kötüyünün əzilməsi diaqnozu qoyulub.

    Onlardan 1990 və 2000-ci il təvəllüdlü şəxslərin vəziyyəti ağır qiymətləndirildiyindən Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə ediliblər. Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin də ixtisaslı yardım alması üçün təxliyə prosesi ilə bağlı zəruri addımlar atılır”, – deyə məlumatda qeyd olunub.

    * * * * *

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzulidə qəzaya düşüblər.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz şəhəri ərazisində baş verib.

    Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini, 1995-ci il təvəllüdlü Samir Salman oğlu Qəhrəmanov BMW markalı avtomobilin idarəetməsini itirib və maşın yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov, avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ramiz İlqar oğlu Bəylərzadə və Qayıdış 2 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Mustafa Yusif oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin yardım göstəriləndən sonra R.Bəylərzadə və M.Qasımov Gəncə Şəhər Xəstəxanasına göndəriliblər. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.

    Qəza zamanı xəsarət alanların ANAMA əməkdaşları olduğu bildirilir.