Month: December 2024

  • Стала известна сумма средств, которая будет потрачена на исторический храм в городе Шеки

    Местной компании, которой Госагентством по туризму было поручено выполнение работ по установке оборудования для открытия на территории Национального историко-архитектурного заповедника “Юхары Баш” в городе Шеки, будет выплачено свыше 50 238 манатов.

    Об этом в понедельник сообщает Trend со ссылкой на единый интернет-портал госзакупок.

    В связи с этим Государственное агентство по туризму Азербайджана уже начало подготовительные работы.

    Отметим, что храм является памятником архитектуры, который был построен в начале XIX века и взят под охрану государства. Архитектура храма схожа с архитектурным стилем древних храмов Кавказской Албании.

    Здание функционировало как православная церковь в девятнадцатом веке, а в советское время использовалось как склад и для других целей. В первозданном варианте здание имело круглую форму, позже к нему с трех сторон были пристроены вспомогательные постройки. В этом здании в течение последних 30 лет функционировал Шекинский музей народного прикладного искусства.

  • Şəkidə tarixi məbədə 50 min manat xərclənəcək

    “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində açılış üçün avadanlıqların quraşdırılmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıq işlərinə başlayıb.

    Agentlik qoruq ərazisində açılış üçün avadanlıqların quraşdırılması işlərinin icrasını yerli şirkətə həvalə edib. Bunun müqabilində şirkətə 50238.09 AZN manat ödəniləcək.

    Qeyd edək ki, dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş və dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır.

    Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərib, daha sonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Bu binada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib.

  • Prezident yaşıl enerji sahəsində dörd ölkənin imzaladığı sazişə düzəliş protokolunu TƏSDİQLƏDİ

    Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında sentyabrın 3-də Buxarest şəhərində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişə düzəliş protokolu təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

    Energetika Nazirliyi protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstana bildiriş göndərməlidir.

  • Боец UFC не принял предложенные ему два миллиона долларов за возвращение в октагон

    Бывший чемпион UFC в наилегчайшем весе Деметриус Джонсон отказался от предложенных ему 2 млн долларов за возвращение в октагон.

    Этой информацией 38-летний американский боец поделился в своем аккаунте в социальной сети X.

    “Мне предложили 2 млн долларов за бой! Я отказался, потому что больше не хочу драться”, – написал он.

    Джонсон провел 11 защит титула в UFC, он является рекордсменом по этому показателю. В начале сентября боец из США объявил о завершении карьеры.

  • UFC döyüşçüsü oktaqona dönməsi üçün təklif olunan iki milyon dolları qəbul etməyib

    Keçmiş Mütləq Döyüş Çempionatının (UFC) qalibi Demetrius Conson oktaqona qayıtmaq üçün ona təklif olunan iki milyon dollardan imtina edib.

    Bu barədə 38 yaşlı amerikalı özünün “X” hesabında özü məlumat paylaşıb.

    “Döyüş üçün mənə 2 milyon dollar təklif etdilər! Bundan imtina etdim, çünki daha döyüşmək istəmirəm”, – deyə o bildirib.

    Conson UFC-də 11 titul müdafiə edib, bu göstərici üzrə rekorda sahibdir. Amerikalı döyüşçü sentyabrın əvvəlində karyerasını bitirdiyini elan edib.

  • Bakıda bağ evində FACİƏLİ ÖLÜM

    Bakıda bağ evində ölüm hadisəsi baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Rayon ərazisində yerləşən bağ evlərindən birində ölüm hadisəsinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

    Araşdırmalar nəticəsində məlum olub ki, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Kamil Yasib oğlu Məmmədov bağban işlədiyi Dübəndi bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • “Kamandar Nəsibov və partnyorları” bürosunun vəkili həbs olunub

    Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib.

    Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Vəkillər Kollegiyasının birgə məlumatında deyilir.
    Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlunun qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.
    İstintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib almasına əsaslı şübhələr əldə edilib.
    İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Həmçinin, Vəkillər Kollegiyası tərəfindən vəkil barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır və onun davranışına hüquqi qiymət veriləcək.
    Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində hər hansı şəkildə iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

  • 78 кг марихуаны под прикрытием яблок: перехвачена крупная партия наркотиков

    В результате оперативно-разыскных и таможенных контрольных мероприятий, проведенных сотрудниками Астаринского таможенного управления, в автомобиле с грузом яблок, следовавшем транзитом, было обнаружено крупное количество наркотических средств.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Государственного таможенного комитета, на таможенном посту “Юг-Астара” был проведен таможенный досмотр транспортного средства с применением служебной собаки, перевозившего груз яблок из Исламской Республики Иран в Российскую Федерацию транзитом через территорию Азербайджанской Республики.

    “Служебная собака среагировала на 4 паллеты в прицепе транспортного средства. В ходе досмотра в ящиках на этих паллетах, скрытых под грузом яблок от таможенного контроля, было обнаружено 126 упаковок с наркотическим средством – марихуаной, общим весом вместе с упаковкой 78 кг 332 г. По факту ведется расследование”, – говорится в информации.

    Отметим, что в начале этого месяца сотрудниками Астаринского таможенного управления при проведении досмотра транспортных средств, перевозивших груз яблок из Ирана в Россию транзитом через территорию Азербайджана, было обнаружено 36 кг 20 г и 31 кг 805 г марихуаны.

  • Gömrük postunda alma yüklü daha bir avtomobildə külli miqdarda narkotik tapılıb

    Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir alma yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına alma yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

    “Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə – marixuana aşkar edilib”, – deyə məlumatda bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, bu ayın əvvəlində Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya alma yükü aparan nəqliyyat vasitələrinə gömrük baxışı keçirilərkən 36 kq 20 qr və 31 kq 805 qr narkotik vasitə – marixuana aşkar olunub.

  • СМИ: “Сирийская народная армия” взяла под контроль Манбидж

    Поддерживаемая Анкарой “Сирийская народная армия” (СНА) установила контроль над городом Манбидж на севере Сирии в результате проведенной операции.

    Как передает Median.Az, об этом сообщил телеканал NTV со ссылкой на источники в турецких силах безопасности.

    Операция была начата 8 декабря с целью лишить запрещенную в Турции Рабочую партию Курдистана контроля над Манбиджем.