Kamran Əliyevdən Sumqayıt Hərbi Prokurorluğuna yeni təyinat

Sumqayıt hərbi prokuroruna yeni müavin təyin olunub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Nüsrət oğlu Həsənli Sumqayıt hərbi prokurorunun müavini təyin edilib.