Month: January 2025

  • Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı

    Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı doqquz nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, tədbirlərlə rayon sakinləri – Anar Abdullayev, Niyazi İsmayılov, Nicat Məmmədov, Vüqar Kərimov, Qadir Qədirov, Pərviz Rəhimov, Gəray Əliyev, Tural Muradov və Sakit Baxışov saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın marixuana aşkar olunub.

    Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

  • В Агдаше 7-летний ребенок погиб в результате несчастного случая

    В Агдаше семилетний ребенок погиб в результате несчастного случая.

    Как сообщает Report, на Ибрагима Гярайлы (2018 г.р.) во время игры со сверстниками упала деревянная лестница. В результате инцидента ребенок скончался в больнице от полученных травм.

    По данному факту проводится расследование.

  • Ağdaşda uşağın üzərinə nərdivan aşıb: Azyaşlı ölüb

    Ağdaşda yeddi yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü İbrahim Gəraylı həmyaşıdları ilə oynayarkən taxtadan düzəldilmiş nərdivan üstünə aşıb və azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • МВД предупреждает: Игнорируйте подозрительные СМС от курьерских служб

    Министерство внутренних дел (МВД) Азербайджана обратилось к гражданам в связи с участившимися случаями рассылки фальшивых СМС-сообщений, якобы отправленных службами доставки.

    Ведомство призывает проявлять бдительность и не поддаваться на уловки мошенников.

    “Не доверяйте ложным сообщениям о том, что существует груз или посылка, которая не может быть доставлена из-за отсутствия информации. Не переходите по фальшивым ссылкам из СМС. Не заполняйте поддельные формы под видом обновления информации, не делитесь своими личными и платежными данными”, – говорится в обращении.

  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

    Daxili İşlər Nazirliyi (DİN) çatdırılma şirkətləri adından göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib.

    Xəbər verir ki, müraciətdə vətəndaşlara çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olmaq tövsiyə olunub.

    “İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin. Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın”.

  • Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsi məhkəmə zalında həbs edildi

    Gəncə Apellyasiya Məhkəməsində Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin rüşvətalmada təqsirləndirilən sabiq rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Azər Rəcəbovun 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 10 ilə və Ələkbər Əliyev isə 3 il 6 ay cəzası 3 il 3 aya endirilib. Barəsində şərti cəza verilmiş Seymur Səfərov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

    İttihama görə, Azər Rəcəbov digərləri ilə əlbir olaraq ümumilikdə 125 min manat dələduzluq və rüşvət alıb. Həmin şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

    Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərovla qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Rəcəbov 10 il 6 ay, Ələkbər Əliyev 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. Seymur Səfərova isə şərti cəza verilmişdi. Seymur Səfərov barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında azad olunmuşdu.

  • В TƏBİB рассказали о состоянии здоровья заразившегося вирусом оспы обезьян пациента

    Состояние пациента, заразившегося вирусом оспы обезьян, в настоящее время оценивается как стабильное.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Отмечается, что лечение данного лица продолжается в соответствующем медицинском учреждении под наблюдением врачей.

    Напомним, в совместном заявлении Министерства здравоохранения и TƏBİB сообщалось, что 22-летний гражданин Азербайджана, который со 2 по 11 января находился в туристической поездке за границей, через несколько дней после возвращения обратился в одну из столичных клиник с жалобами на слабость, повышенную температуру, высыпания с жидкостью в генитальной области, увеличение лимфатических узлов и мышечные боли.

    Врач-инфекционист, основываясь на симптомах и эпидемиологической связи (контакт с человеком с высыпаниями во время поездки), заподозрил оспу обезьян и взял образцы для лабораторного исследования. ПЦР-тест подтвердил наличие вируса оспы обезьян.

  • Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI

    “Meymunçiçəyi virusuna yoluxan şəxsin hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, həmin şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, həkimlərin müşahidəsi altındadır.

    Xatırladaq ki, yanvarın 18-də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı birgə məlumatda bildirilmişdi ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

  • Руководство МВД приняло членов семей пострадавших в смертельном ДТП в Имишли

    Руководство Министерства внутренних дел (МВД) Азербайджана приняло пострадавших в дорожно-транспортном происшествии со смертельным исходом на территории Имишлинского района 18 января.

    Как передает Median.Az со ссылкой на пресс-службу ведомства, во время приема членам семей погибших и пострадавших были продемонстрированы подробности инцидента, вещественные доказательства – видеозаписи, а также предоставлена информация о ходе следствия по делу.

    Подчеркивается, что МВД держит на особом контроле объективное расследование происшествия и обеспечение прав пострадавших.

    На встрече были даны ответы на все интересующие вопросы потерпевших.

  • İmişlidə qəzada zərərçəkənləri DİN rəhbərliyi qəbul edib

    Yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qəbul ediliblər.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatı, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.

    Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.

    Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.