Month: January 2025

  • Türkiyədəki yanğında futbol klubunun sabiq prezidenti həyatını itirib

    Türkiyənin Bolu bölgəsinin “Kartalkaya” xizək mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində “Orduspor” klubunun sabiq prezidenti Nedim Türkmen də həlak olub.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, 66 yaşlı keçmiş klub rəhbəri faciə nəticəsində ailə üzvləri ilə birlikdə dünyasını dəyişib.

    N.Türkmen 2009-2014-cü illərdə “Orduspor”un prezidenti vəzifəsində çalışıb.

    Həmçinin, yanğında “Qalatasaray”ın keçmiş idmançısı Mehmet Cem Doğan həyat yoldaşı və qızı ilə birgə həlak olub.

    Qeyd edək ki, son məlumata görə, yanğında 76 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.

  • На каких каналах можно будет посмотреть сегодняшние футбольные матчи?

    Сегодня состоятся игры Лиги чемпионов и VII тура Лиги Европы УЕФА.

    Канал CBC Sport будет транслировать в прямом эфире матчи “Бешикташ” – “Атлетик Бильбао” (начало в 19:30), “Лейпциг” – “Спортинг” (21:45), ПСЖ – “Манчестер Сити” (00:00).

    Встречу “Фейеноорд” – “Бавария”, которая начнется в 00:00, любители футбола смогут посмотреть в прямом эфире Общественного телевидение (İTV).

    Отметим, что начало всех матчей указано по бакинскому времени.

    22 января

    Лига Европы УЕФА

    19:30 “Бешикташ” – “Атлетик Бильбао” (CBC Sport, TRT 1)

    Лига чемпионов УЕФА

    21:45 “Лейпциг” – “Спортинг” (CBC Sport, TRT 1)

    00:00 “Фейеноорд” – “Бавария Мюнхен” (İTV)

    00:00 ПСЖ – “Манчестер Сити” (CBC Sport).

  • Bu gün keçiriləcək futbol oyunlarını hansı kanallardan izləmək olar?

    Bu gün UEFA Çempionlar Liqasında və Avropa Liqasında VII turun oyunları keçiriləcək.

    “CBC Sport” kanalı saat 19:30-da başlayacaq “Beşiktaş” – “Atletik Bilbao”, saat 21:45-də start götürəcək “Leypziq” – “Sportinq” və saat 00:00-da başlayacaq PSJ – “Mançester Siti” matçlarını canlı yayımlayacaq.

    İctimai TV isə saat 00:00-dan etibarən “Feyenoord” – “Bavariya” görüşünü canlı yayımlayacaq.

    22 yanvar

    UEFA Avropa Liqası

    19:30 “Beşiktaş” – “Atletik Bilbao” (“CBC Sport”, TRT 1)

    UEFA Çempionlar Liqası

    21:45 “Leypziq” – “Sportinq” (“CBC Sport”, TRT 1)

    00:00 “Feyenoord” – “Bavariya” (İTV)

    00:00 PSJ – “Mançester Siti” (“CBC Sport”)

  • ЦБА обновил прогнозы по инфляции

    Центральный банк Азербайджана (ЦБА) обновил прогнозы по инфляции в стране на 2025 и 2026 годы.

    Регулятор прогнозирует годовую инфляции на уровне 5.5% в 2025 году и 3.8% в 2026-м.

    “В целом текущая монетарная политика ЦБА направлена на поддержание инфляции в пределах целевого диапазона и стабилизацию инфляционных ожиданий. В рамках существующей политики, согласно базовому сценарию, прогнозируется, что годовая инфляция будет находиться в пределах цели (4±2%) в 2025 и 2026 годах”, – сообщили в банке.

    Ранее ЦБА прогнозировал годовую инфляцию на уровне 5.8% на текущий год.

  • AMB inflyasiya proqnozlarını yeniləyib

    Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,5%, 2026-cı ildə isə 3,8% ətrafında olacağı gözlənilir.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    “Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, bundan əvvəl AMB bu il üçün 5,8% illik inflyasiya proqnozlaşdırırdı.

  • Tbilisidə növbəti etiraz aksiyası keçirilir

    Tbilisidə Gürcüstan parlamenti yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.

    Bu barədə TASS məlumat yayıb.

    Bildirilir ki, etirazçılar parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkətinə mane olublar.

    Etirazçıların tələbi dəyişməz olaraq qalır. Belə ki, onlar əvvəllər həbs edilmiş fəalların azad edilməsi və təkrar parlament seçkilərinin təyin edilməsini istəyir.

  • Ümit Özdağ həbs olundu

    Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ barəsində həbs qərarı verilib.

    Median.Az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul Prokurorluğuna verdiyi ifadədən sonra növbətçi məhkəməyə çıxarılan Ümit Özdağ, ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək ittihamı ilə həbs edilib.

    O, ötən gün “Prezidenti təhqir etmək” ittihamı ilə Ankarada saxlanılmışdı.

  • “Qalatasaray” Avropa Liqasında xal itirdi

    Türkiyənin “Qalatasaray” komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

    İstanbul təmsilçisi VII turda doğma meydanda Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) qəbul edib.

    “Rams Park”da təşkil olunan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Görüşü estoniyalı baş hakim Kristo Tover idarə edib.

    Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Qalatasaray” 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan “Dinamo” isə sonuncu – 36-cı yerdədir.

  • Şahin Mustafayev İran Prezidenti ilə görüşdü

    İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdə olan, Azərbaycanın Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
     
    Görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.

    Görüşdə həmçinin, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

  • ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama: Müharibə başa çatmalıdır

    “Ukraynada müharibə başa çatmalıdır. Vəziyyət dalana dirənib”.

    Median.Az UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.

    Onun sözlərinə görə, Rusiya- Ukrayna müharibəsinə son qoymaq ABŞ-nin rəsmi siyasətinin tərkib hissəsi olacaq: “Bu, Ukraynaya, eləcə də Rusiyaya və Avropanın sabitliyinə böyük ziyan vuran mürəkkəb, faciəli müharibədir. Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə qayıtmaqdır”.
    Qeyd edək ki, bu, M.Rubionun dövlət katibi kimi Ukrayna ilə bağlı ilk açıqlamasıdır.
    Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün mümkün olan hər şeyi edəcək.