Month: January 2025

  • Sabah Bakıda iki dairə arasındakı küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq – FOTO

    Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda deyilib.

  • UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib

    Avropada növbəti böyük futbol günündən sonra ölkələrin UEFA əmsallar cədvəli yenilənib.

    UEFA Avropa Liqasında Liqa mərhələsinin sonuncu – VIII turunun matçları bəzi gözlənildiyi kimi, bəzi dəyişikliklərə səbəb olub.

    Belə ki, Şotlandiya və Danimarka İsveçrəni keçib, İsveç isə Kipri arxada qoyub.

    “Qarabağ”ın Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzması Azərbaycanın mövqeyinə təsir etməyib. Xal hesabı 19.625-ə bərabər olan ölkəmiz Avropada 28-ci pillədə qalıb.

    Cari mövsümün qazancı 2.875 xala bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ”ın hər biri 1.250 xal, “Sabah” 0.250 xal, “Sumqayıt” isə 0.125 xal əldə edib.

    Cədvəldə bizdən öndə olan Bolqarıstanın aktivində 19.875 xal var, bizdən arxada olan Sloveniyanın isə 18.343 xalı var – öndəkilərdən fərqli olaraq, sonuncuların avrokuboklarda hələ iki komandası çıxışını davam etdirir.

    Qeyd edək ki, cədvələ 106.624 xalla İngiltərə başçılıq edir.

  • Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var

    Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Avşar kəndində 2007-ci il təvəllüdlü Şükür Nəcəfov sürücülük vəsiqəsi olmadan anasına məxsus “Chevrolet Cruze” markalı avtomobili ağaca çırpıb.

    Nəticədə özü hadisə yerində ölüb, avtomobildə olan sərnişin – 2008-ci il təvəllüdlü Sevər Quliyev xəsarət alıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: “Bıçağı götürüb ona zərbə vurdum”

    Lənkəran rayonunda 2007-ci il təvəllüdlü Təhməz sevgi münasibətində olduğu qohumu Laləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 24 dekabr 2023-cü ildə Lənkəran rayonunun kəndində baş verib.

    Təhməz həmin gün saat 10 radələrində bibisi qızı Lalənin yaşadığı evə gedib, onu sevdiyini bildirib, həmkəndlisi İntiqamla əlaqəsinin olub-olmadığını soruşub. Mübahisə zamanı qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını götürüb və Lalənin qarın nahiyəsinə zərbə vurub.

    İstintaq orqanı tərəfindən Təhməzin barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

    “Laləgildə qalırdım”

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təhməz elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Lalə ərindən boşanıb, anasının evinə gəldikdən sonra onunla münasibəti yaranıb: “Təxminən bir il yarım aramızda sevgi münasibəti oldu. Telefonla danışdıq, görüşdük, dəfələrlə onların evində cinsi əlaqədə olduq. Məndə Lalənin çoxlu şəkilləri vardı”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-2022-ci illərdə Laləgildə də qalıb: “Bibim evdə olmayanda Lalə ilə cinsi əlaqədə olmuşam. Mənim Laləgildə qalmağımı yaşadığımız kənddə çox adam bilirdi. Masallı rayonuna və Bakı şəhərinə işləməyə gedib-gəldikdən sonra gecə vaxtı əmimgilə gedəndə İntiqamı Laləgilin evlərinin qarşısında gördüm. Ondan burada nə gəzdiyini soruşdum, Lalənin çağırdığını dedi. Amma nə üçün çağırdığını söyləmədi. Heç mən də İntiqamın ora nə üçün gəldiyi ilə maraqlanmadım. Düşündüm, bəlkə nəsə işləri var, İntiqamı bibim çağırıb.

    Lalə ilə İntiqam arasında münasibətin olması ağlıma gəlmədi. Həmin günün səhəri Laləgilə getdim, anası evdə deyildi. Lalənin telefonunda İntiqamın nömrəsini gördüm. Nömrənin nə üçün onda olmasını soruşdum, anasının İntiqama zəng vurduğunu dedi.

    Bundan 7-8 ay sonra İntiqamı yenidən Laləgilin evlərinin yanında gördüm. Yenə səbəbini soruşdum. Lalə İntiqamla əlaqəsinin olmasını etiraf etdi”.

    “Etiraf etdi, vurdum”

    Təhməz deyib ki, 24 dekabr 2023-cü ildə saat 10 radələrində Laləgilə gedib: “Söhbət zamanı İntiqamla əlaqəsi olduğunu, onunla yaxınlıq etdiyini bildirdi. Mən də əsəbiləşərək Lalənin yanında olan bıçağı götürüb ona bir zərbə vurdum. Lalə zərbədən yıxılmaq istəyəndə onu yıxılmağa qoymadım, tutdum. Bıçağın dərin batdığını fikirləşdim. Özünü pis hiss edirsə, xəstəxanaya aparmağımı, təcili tibbi yardım çağırmağımı təklif etdim. Lalə isə hər şeyin qaydasında olduğunu dedi, xəstəxanaya getmək istəmədi. Həmçinin xahiş etdi ki, gedim, anası gələndə məni görməsin.

    Onun sözünə qulaq asmadım, qaldım. Bint, spirt alıb gətirdim, yarasını bağladım. Lalənin anası gələndən sonra nənəmgilə getdim”.

    “Ailə qurmaq fikrim vardı”

    Təqsirləndirilən şəxs qeyd edib ki, Lalə onunla danışdığı vaxt onu əsəbiləşdirib: “Özümü saxlaya bilməyib bıçağı götürdüm və vurdum.

    Mən İntiqamla Laləni bir yerdə görməmişəm. Lakin onların sözlərinin uyğun gəlmədiyini hiss edəndə şübhəmə əmin oldum. Onların əlaqəsini sübut etdim. Çünki Lalənin telefonunda İntiqamın nömrəsini aşkarlamışdım.

    Mənim Lalə ilə ailə qurmaq fikrim vardı. Fikrimi bıçaqla vurmamışdan əvvəl və bıçaqla vurduğum gün də ona demişdim. O da mənə hərbi xidmətə gedib-gəldikdən sonra evlənəcəyimizi dedi.

    Əməlimdən peşmanam. Lalədən məni bağışlamasını xahiş etdim, amma məni bağışlamadı. İntiqam yalan danışır, onun Lalə ilə əlaqəsi olub”.

    “Anama deməyə qorxdum”

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, Təhməzin onu sevdiyini eşidib: “Ancaq yaxınlaşaraq məni sevdiyini deməyib. Təhməz də, mən də eyni kənddə yaşayırıq. O bizə gəlib-gedirdi. Həmin vaxtlar anam da evdə olurdu. Mən tək olanda Təhməz bizə gəlməyib. Mənim telefonum olmayıb.

    Təhməzgilin evləri bizə yaxındır. O məni ev bıçağı ilə vurdu. Həmin vaxt 2021-ci il təvəllüdlü oğlum Cavid də yanımda idi.

    Təhməz gedəndən bir az sonra anam evə gəldi. Təhməzin məni bıçaqladığını anama oğlum dedi. Özüm anama deməyə qorxdum. Yaramı Təhməz özü bağladığı üçün qan axmadı.

    Təhməzin mənim şəkillərimi hansı məqsədlə çəkdiyini bilməmişəm. Hətta şəkilin birini o mənim özümə çəkdirmişdi. Təhməzi bağışlamamışam, onunla barışmaq istəməmişəm. Ondan şikayətçiyəm”.

    “Sevgi münasibətim olmayıb”

    Zərərçəkmiş şəxs qeyd edib ki, hadisədən sonra Təhməz onun yanında təxminən 4 saat müddət ərzində qalsa da, onu xəstəxanaya aparmayıb:

    “Bu müddət ərzində mənim yaramı sarıyıb, amma yalan danışır, yaramı bağladığı bint evimizdə idi. Yaramı bağladıqdan sonra onunla nənəmgilə getməmişik. Çünki nənəmgillə danışmırdıq.

    Təhməzlə aramızda sevgi münasibəti olmayıb, onunla cinsi əlaqədə olmamışam. Sevgi barədə danışmamışıq, mütəmadi telefon əlaqəsi saxlamamışıq, mesajlaşmamışıq. Təhməz məni vurandan sonra yerə yıxmaq istədi, lakin mən yıxılmadım. O mənə xəstəxanaya aparmağı təklif etmədi. Əksinə özüm ona məni xəstəxanaya aparmasını istədim. Lakin Təhməz imtina elədi. Təcili yardıma anam zəng vurdu.

    Təhməz məni bıçaqlayandan sonra 4 saat bizdə qalıb hadisə barədə kiməsə məlumat verməyə qoymadı. Kiməsə məlumat verməyi lazım bilmədiyini dedi.

    Xəstəxanada cərrahiyyə əməliyyatı edildikdən sonra bir həftə stasionarda yatdım, sonra evə buraxıldım. Təhməz mənə ailə qurmaq istədiyini də deməyib”.

    Zərərçəkmişin ifadəsinə görə, oğlu Cavid onların yanına sonradan gəlməyib, Təhməzin onu bıçaqla vurduğunu görüb, qışqıraraq ağlamağa başlayıb.

    Lalə bildirib ki, əri Rusiya Federasiyasında evləndiyi üçün ondan boşanıb: “Ərim mənimlə ailə qurduqdan sonra Rusiyaya getdi. O, uşağı ilə danışır, arada aliment ödəyir”.

    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Təhməzin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

    Təhməz 3 il müddətinə azadlıqdan məhrum edilib.

  • Sabah bəzi ərazilərdə qaz kəsiləcək

    Sumqayıt şəhəri, Bakı küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 31.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Median.Az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin (Stansiya Sumqayıt, Baxçaşəhər, Akasiya MTK-lar, 39, 41, 41a, 44, 76-cı məhəllələr , 3, 4, 8, 9, 10, 11, 12, 17-ci mikrorayonlar və 18-ci mikrorayonun bir hissəsi), həmçinin Suraxanı rayonunun (Məşədi Əzizbəyov, Göl, Vahid Xəlilov və 14 iyul küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • На трассе Баку-Губа перевернулся автомобиль, пострадали пять человек

    В ДТП с кроссовером на автомагистрали Баку-Губа пострадали пять человек.

    Об этом сумгайытскому бюро report сообщил инспектор Главного управления ГДП старший лейтенант полиции Эльвин Гаджиев.

    Согласно информации, инцидент произошел около 20:05 на 140-м км трассы в направлении Баку.
    Водитель автомобиля KIA Sportage не справился с управлением, в результате чего транспортное средство перевернулось. В ДТП пострадали пять человек, они доставлены в Сумгайытскую больницу скорой помощи.

    По факту ведется расследование.

  • Bakı-Quba yolunda “KIA Sportage” aşıb, beş nəfər xəsarət alıb

    Bakı-Quba yolunda “KIA Sportage” idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.

    Bu sözləri report-un Sumqayıt-Abşeron bürosuna Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.

    E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb.

    Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.
    Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Təyyarə qəzasında sağ qalan yoxdur”

    “Təəssüf ki, Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur”.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

    “Biz yas tutur və dua edirik və bütün vətəndaşlardan xahiş edirəm ki, bir dəqiqəlik sükutla mənə qoşulsunlar, həlak olanların yaxınlarına başsağlığı veririk. Bu fəlakətin necə baş verdiyini öyrənəcəyik və bir daha belə bir şeyin təkrarlanmamasını təmin edəcəyik”, – Tramp qeyd edib.

    Onun sözlərinə görə, qəza ilə bağlı təhlükəsizlik qüvvələrinin xüsusi araşdırma prosesi başlayıb:

    “Biz sizin hamınızın hiss etdiyi əzabları təsəvvür edirik. Ürəyimiz sizinlə birlikdə parçalandı. Bu, ölkəmizin paytaxtında və xalqımızın tarixində qaranlıq və dözülməz bir gecə, dəhşətli bir faciə idi”.

    Xatırladaq ki, bu gün Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. Bundan əvvəl yayılan məlumatda çaydan 19 nəfərin cəsədinin aşkar olunduğu bildirilirdi.

  • К сведению граждан: на некоторых территориях не будет воды

    В некоторых частях Гарадагского района будет временно прекращена подача воды.

    Как передает Median,Az об этом сообщили в Объединенной службе водоснабжения крупных городов при Государственном агентстве водных ресурсов Азербайджана.

    Согласно информации, ограничение связано с устранением последствий аварии на водопроводной линии, питающей четыре жилых здания ЖСК Neftçi по адресу: поселок Локбатан, улица Низами, 10. Подача воды будет приостановлена до вечера 31 января.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək

    Qaradağ rayonunun bəzi yerlərində suyun verilişində fasilə yaranacaq.

    Median.Az xəbər verir ki, bu barədə İri Şəhərələrin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
    Bildirilib ki, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 10 ünvanında “Neftçi” MTK-ya məxsus 4 binanı qidalandıran xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar yanvarın 31-i axşam saatlarınadək bu ünvana suyun verilməsində fasilə yaranacaq.