Month: January 2025

  • Alimlər xərçəng xəstəliyinin tez-tez məhəl qoyulmayan əlamətlərini açıqlayıb

    ABŞ-nin “Mayo Clinic” Tibb Mərkəzinin alimləri pasiyentlərin əksəriyyətinin görməzlikdən gəldikləri xərçəng xəstəliyinin beş əsas əlamətini açıqlayıblar. Bunlara davamlı öskürək, mədə göynəməsi, xalların forma və ölçüsündə dəyişikliklər, genişlənmiş limfa düyünləri və nəcisdə qan daxildir.

    “Report” xəbər verir ki, tədqiqatın nəticələri “New England Journal of Medicine” (NEJM) jurnalında dərc olunub.

    Mütəxəssislərin fikrincə, xərçəng xəstəliyinin aşkarlanması çətindir, çünki insanlar çox vaxt ilk xəbərdarlıq əlamətlərinə əhəmiyyət vermir, onları başqa xəstəliklərin nəticəsi kimi qəbul edirlər.

    Tədqiqatın rəhbəri, onkoloq Daren Koval qeyd edib ki, davamlı öskürək ən çox nəzərə alınmayan əlamətdir. Alim vurğulayıb ki, söhbət məlum səbəblər olmadan üç həftədən çox davam edən öskürəkdən gedir. Bu, ağciyərlərdə xərçəngli şişlərin mövcudluğuna işarə edə bilər.

    Digər narahatedici əlamət boğazda və ya mədə borusunda şişlərin mümkün inkişafını göstərən xroniki mədə göynəməsidir. Alimlər vurğulayıblar ki, davamlı reflüks ciddi tibbi diqqət tələb edir.

    Bundan əlavə, mütəxəssislər, xüsusilə yanma və ya qaşınma olduqda, xallardakı dəyişikliklərə diqqət yetirməyi məsləhət görürlər. Uzun müddət davam edən şişkin limfa düyünləri və nəcisdə qan da diqqətdən kənarda qalmamalı olan əlamətlərdəndir.

  • Çilidə 6,1 maqnitudalı zəlzələ olub

    Çilinin şimalındakı Antofaqasta bölgəsində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

    Məlumata görə, zəlzələnin episentri təxminən 72 min əhalisi olan Mariya-Elena şəhərindən 4,9 km şimal-şərqdə, zəlzələ ocağı 104 km dərinlikdə yerləşib.

    Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

  • СМИ: Армянской авиакомпании могут запретить полеты в Молдову

    Армянской авиакомпании Flyone Armenia могут запретить полеты в Молдову.

    Как передает Median.Az со ссылкой на молдавские СМИ, информацию об этом распространило Министерство инфраструктуры и регионального развития Молдовы.

    В проект, представленный на обсуждение общественности, также вошли названия авиаперевозчиков, работающих в России, Иране, Кыргызстане, Афганистане, Ливии, Судане, Конго и Танзании.

  • Ermənistan aviaşirkətinə Moldovaya uçuşlar qadağan edilə bilər

    Ermənistanın “Flyone Armenia” aviaşirkətinə Moldovaya uçuşlar qadağan oluna bilər.

    Median.Az-ın Moldova mətbuatına istinadən xəbərinə görə, bu barədə Moldova İnfrastruktur və Regional İnkişaf Nazirliyindən məlumat verilib.

    Məlumata görə, ictimai müzakirəyə təqdim edilən layihədə, həmçinin, Rusiya, İran, Qırğızıstan, Əfqanıstan, Liviya, Sudan, Konqo və Tanzaniyada fəaliyyət göstərən aviadaşıyıcıların adları da yer alıb.

  • Названа третья по величине криптовалюта в мире

    Криптовалюта XRP (Ripple) превзошла USDT (токен Ethereum, который привязан к стоимости доллара США, Tether) с рыночной капитализацией в 139 млрд долларов.

    Как передает Median.Az, об этом сообщил coingecko.com.

    Сообщается, что рыночная капитализация XRP составляет 139 119 747 733 долларов США. По этому показателю токен занимает 3-е место в рейтинге CoinGecko.

    “Цена XRP выросла на 10.4% за последние семь дней. Это лучше показателя глобального рынка криптовалют, который вырос на 3.9%”, – подчеркивается в отчете.

    Отметим, что рыночная капитализация рассчитывается путем умножения цены токенов XRP на их количество в обращении (токенов на рынке в настоящее время 57.41 млрд).

  • Dünyanın ən böyük üçüncü kriptovalyutası bəlli oldu

    XRP (Ripple) kriptovalyutası 139 milyard dollar bazar dəyəri ilə USDT-ni (“Ethereum”un ABŞ dollarının dəyərinə bağlı olan tokeni, “Tether”) ötüb keçib.

    Bu barədə Coingecko.com xəbər yayıb.

    Bildirilir ki, XRP bazar kapitallaşması 139 119 747 733 dollar təşkil edir. Token bu göstəriciyə görə “CoinGecko” reytinqində 3-cü yeri tutur.

    “XRP qiyməti son yeddi gündə 10.40% artıb. Bu, 3.90% artan qlobal kriptovalyuta bazarının göstəricisindən daha yaxşıdır”, – deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, bazar kapitallaşması XRP tokenlərinin qiymətini dövriyyədə olan token sayına vurmaqla hesablanır (hazırda bazarda 57.41 milyard token var).

  • Gədəbəydə avtomobil maneəyə çırpılıb: Xəsarət alan var

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Slavyanka kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb və bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan şəxs deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

  • Magistral su xəttində QƏZA – Bakının bu ərazilərində su kəsiləcək

    Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar 3 yanvar saat 22:00-dan 4 yanvar 11:00-a dək Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verlməsində fasilə yaranacaq.

    Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

  • Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar

    30 iyun 2025-ci il tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən istənilən buraxılış məntəqəsindən keçdikləri zaman barmaq izlərini və üz təsvirini təqdim etməli olacaqlar. Müvafiq norma hökumətin qərarı ilə təsbit edilib.

    Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

    Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşadək uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilməyəcək.

    Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları, öz məlumatlarının və səfərin məqsədinin əks olunduğu ərizəni təqdim edə bilərlər.

    Qeyd edək ki, mart ayının 5-dən Rusiyada polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.

  • “Азеригаз” начал применять новые тарифы при учете своих абонентов

    Производственное объединение “Азеригаз” Государственной нефтяной компании Азербайджанской Республики (SOCAR) начало применять новые тарифы на газ в системах учета своих абонентов (механические счетчики и счетчики с функцией предоплаты).

    Как сообщает Median.Az со ссылкой на информацию “Азеригаз”, до полного внедрения изменений в программном обеспечении, стоимость газа, полученного с 2 января по смарт-счетчикам (с функцией предоплаты), будет рассчитываться по новым тарифам и учитываться в последующих платежах.

    “По механическим счетчикам показания будут рассчитываться в соответствии с новыми тарифами при первом снятии показаний в 2025 году. Вопросы или жалобы потребителей относительно расчетов по новым тарифам будут рассматриваться Тарифной комиссией “Азеригаз” в установленном порядке”, – говорится в сообщении.

    Согласно решению Тарифного совета, тариф на 1 кубометр природного газа для населения с годовым объемом потребления до 1 200 кубометров увеличен на 0.5 гяпика (4.2%) – с 12 до 12.5 гяпиков. Для объема от 1 200 до 2 500 кубометров тариф вырос на 2 гяпика (10%) – с 20 до 22 гяпиков. Для части, превышающей 2 500 кубометров, тариф повышен на 5 гяпиков (20%) – с 25 до 30 гяпиков за кубометр.

    Средний тариф на 1 кубометр природного газа для населения увеличился на 1.3 гяпика (8.7%). После изменения тарифов ожидается следующий рост среднемесячных расходов абонентов:

    – для 48% абонентов – на 32 гяпика;

    – для 39% абонентов – на 1 манат 43 гяпика;

    – для 13% абонентов (с наибольшим потреблением) – на 7 манат 46 гяпиков.

    Как видно, для 48% населения тариф на 1 кубометр природного газа увеличен на минимальном уровне – 0.5 гяпика (4.2%).

    Тариф на природный газ, используемый для производства электроэнергии, увеличен на 2 гяпика (12.1%) – с 16.5 до 18.5 гяпиков. Для промышленности и сельского хозяйства тариф на 1 кубометр газа также вырос на 2 гяпика (9%) – с 22 до 24 гяпиков.

    Решение вступило в силу 2 января 2025 года.