Month: January 2025

  • AYNA Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı açıqlama yayıb

    Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilir ki, hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

  • İranın tanınmış din xadimi ayətullah Nuri Həmədani: “Xalq daha bizə inanmayacaq”

    “Xalq görsə ki, biz ruhanilərin sözümüz və əməlimiz eyni deyil, daha bizə inanmayacaq”.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İranın tanınmış din xadimi ayətullah Nuri Həmədani bəyan edib.

    O, bir sıra mollalara xalqın inamının itdiyini bildirib və bəzi minbərlərdən səslənən sənəd-sübutsuz çıxışları kəskin tənqid edib.

    “Maraqlıdır, niyə uzun illər çalışmış minbər əhli tərəfindən heç bir nəzarət yoxdur? Bəziləri dini məsələlərlə bağlı bir qisim insanların fikirlərini təhrif edirlər. Zamanın müəyyən hadisələrini məsələlərə və ya insanlara uyğunlaşdırmaq düzgün deyil. Bizim vəzifəmiz Quranın və Əhli-beytin dediklərini ifadə etməkdir. Xalq da öz gücü və idrakı ilə inancını ən gözəl şəkildə qoruyub-saxlamağa borcludur!” – deyə o bildirib.

  • Mütəxəssislərdən xəbərdarlıq: “Epidemioloji vəziyyət qarışıqdır”

    “Bu gün epidemioloji vəziyyət qarışıqdır. Qrip virusu əhali arasında geniş yayılıb. Bu, uşaqlar arasında yüksək hərarət, pnevmoniya ağırlaşmaları ilə davam edir”.

    Bunu tanınmış həkim Adil Qeybulla “Xəzər Xəbər”ə müsahibəsində bildirib.

    Professor deyib ki, insanlar xəstələndiyi təqdirdə yataq rejiminə keçməli, bol maye qəbul etməli, özbaşına dərmanlar qəbul etməməli, həkimə müraciət etməlidirlər. Həm də evdən çıxanda geyimləri düzgün seçməlidirlər.

    Həkim bildirib ki, pnevmoniya ciddi xəstəlikdir, ona yalnız yataq rejimində, həkim nəzarəti altında, stasionar şəraitdə müalicə lazımdır.
    //azxeber

  • Azər Baxşəliyevə böyrək köçürüləcək? – Açıqlama

    “Hazırda aktyor Azər Baxşəliyevə böyrək köçürülməsindən söz gedə bilməz”.

    Bunu oxu.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova deyib.

    “Azər bəy koma vəziyyətində xəstəxanaya daxil olub, hazırda reanimasiyadadır. Onun adı böyrək nəqli olunacaq xəstələr siyahısındadır. Donor gözləyən xəstələrdən biridir. Bu gün biz onun ağırlaşmış vəziyyətdən çıxmasını gözləyirik. Həkimlər ilkin mərhələdə onu bu vəziyyətdən çıxarmağa çalışırlar. Hazırkı situasiyada böyrək nəql edilməsindən söz gedə bilməz. Onun vəziyyəti həddən artıq ağırdır. Ağır olaraq qalmaqda davam edir. Süni tənəffüs aparatına qoşulub”, – deyə o bildirib

  • AZAL-dan Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə REAKSİYA

    Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat Xidməti bəzi media resurslarında yayılan Bakı-Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi barədə xəbərlərə münasibət bildirib.

    AZAL-ın Mətbuat Xidmətindən verilən məlumata görə, adıçəkilən reys 2025-ci il yanvarın 1-də cədvələ uyğun şəkildə və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə həyata keçirilib.

    Şirkət yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb və reysin heç bir təhlükə ilə üzləşmədiyini bildirib.

  • “Xətai” stansiyasında eskalator dayandı: Sıxlıq yarandı

    Bakı Metropoliteninin “Xətai” stansiyasında sıxlıq yaranıb.

    Median.Az oxu.az-a istinadla xəbər verir ki, texniki nasazlıq səbəbindən eskalatorun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu isə sərnişinlərin rahat hərəkətinə maneə yaradıb və stansiyada sıxlıq yaranmasına səbəb olub.

    Hazırda eskalatorun yenidən işə salınması və sərnişin axınının tənzimlənməsi üçün tədbirlər görülür.

  • KİV: ABŞ YPG-ni dəstəkləmək üçün Suriyanın şimalında hərbi baza tikir

    ABŞ PKK terror təşkilatının Suriya qolu olan YPG-yə dəstək çərçivəsində bu ölkənin şimalındakı Kobani şəhəri yaxınlığında hərbi baza tikir.

    “Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

    “Yerli mənbələr ABŞ-nin qonşu İraqdakı bazanı tərk etdiyini, beton bloklar və digər materialları isə Kobani kimi də tanınan Əyn əl-Ərəbə göndərdiyini bildiriblər”, – qəzet yazıb.

    Həmçinin bu ərazidə işləyən jurnalistlər bildiriblər ki, beton konstruksiyaların tikintisi üçün lazım olan bloklar üzərində ABŞ bayraqları olan 13 yük maşını ilə Kobaniyə gətirilib.

    “Sabah” xatırladıb ki, ABŞ daha əvvəl bu həftənin əvvəlində onlarla “Bradley” tipli piyadaların döyüş maşınını, hava hücumundan müdafiə sistemlərini və zirehli texnikanı əraziyə yerləşdirib.

    Qəzet onu da yazıb ki, Türkiyə hökuməti Ankaranın PKK və YPG ilə bağlı addımlarında Suriyanın yeni administrasiyasına güvənir. Eyni zamanda, Türkiyə bölgədəki kürd qruplaşmalarının silahı yerə qoymayacağı təqdirdə, hərbi əməliyyatlara başlayacağını bəyan edib.

  • Antalyada zəlzələ olub

    Türkiyənin Antalya şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Zəlzələnin episentri 7 kilometr dərinlikdə olub.

    AFAD-dan verilən açıqlamada bildirilib ki, dağıntı qeydə alınmayıb.

  • И.о. президента Южной Кореи заверил посла США в продолжении альянса Сеула и Вашингтона

    Исполняющий обязанности президента Южной Кореи Чхве Сан Мок в пятницу на встрече с послом США в Сеуле Филипом Голдбергом заявил, что политические проблемы Южной Кореи не подорвали ее альянс с Вашингтоном.

    Об этом сообщает информационное агентство Yonhap.

    “Несмотря на трудную ситуацию, мы будем без колебаний продолжать дипломатический курс и политику в сфере безопасности, в основе которых лежит мощный альянс Южной Кореи и США”, – сказал Чхве Сан Мок.

    Также он призвал приложить усилия для поддержания связей между Южной Кореей, США и Японией.

  • Cənubi Koreyanın müvəqqəti prezidenti ABŞ ilə müttəfiqliyin davam edəcəyini açıqlayıb

    Cənubi Koreya prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Çoy San Mok ABŞ-nin Seuldakı səfiri Filip Qoldberqlə görüşündə ölkəsində yaşanan siyasi problemlərin Seul və Vaşinqton arasındakı müttəfiqliyə xələl gətirmədiyini söyləyib.

    Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    “Çətin vəziyyətə baxmayaraq, tərəddüd etmədən Cənubi Koreya və ABŞ arasındakı güclü müttəfiqliyə əsaslanan diplomatik və təhlükəsizlik siyasətimizi davam etdirəcəyik”, – Çoy San Mok deyib.

    O, həmçinin Cənubi Koreya, ABŞ və Yaponiya arasında əlaqələrin təşviqi üçün səy göstərilməsinə çağırış edib.