Month: January 2025

  • Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib

    Nyu-Yorkun Cənub Dairəsi Nyu-Cersi ştatının ermənipərəst keçmiş senatoru Robert Menendesi korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham edərək barəsində 11 il müddətinə azadlıqdan məhrum edib.

    Bu barədə Reuters agentliyi məlumat yayıb.

    İttiham tərəfi Menendesə 15 il həbs cəzası istəsə də, hakim Sidni Steyn keçmiş senatoru maksimum müddətə cəzalandırmayıb.

    Menendesin şərikləri, Nyu-Cersidə tərtibatçı Fred Deybs və Amerika vətəndaşı olan misirli iş adamı Vael Hana müvafiq olaraq 7 və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, R.Menendes rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunub. Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.

    Keçmiş senator rüşvət kimi qiymətli əşyaları, pulları, Formula 1 dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları qəbul edib. Bunun üçün Menendes “Qətər hökumətinin xeyrinə olan tədbirləri görməli olub”.

  • Xalq artisti palataya köçürüldü

    İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan çıxarılaraq xüsusi palataya köçürülüb.

    Bu barədə “Report”a aktyorun qızı məlumat verib.

    Onun sözlərinə görə, Ənvər Həsənovun vəziyyəti stabildir.

    Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

    Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də isə aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiyaya şöbəsində davam etdirilib.

  • В Кюрдамирском районе родители переводят детей из-за проблем с отоплением в школе?

    В последние дни в социальных сетях распространяются сообщения о том, что в Кюрдамирском районе родители забирают детей из школ с печным отоплением и переводят их в учебные заведения с централизованными системами отопления.

    Как передает Oxu.Az, соответствующая информация была опубликована в соцсетях. По некоторым данным, из-за проблем с обогревом одну из школ уже покинули свыше 100 учеников.

    В ответ на запрос редакции сайта в Центрально-Аранском региональном управлении образования опровергли эту информацию. В структуре заявили, что школа-лицей №2 имени М.А.Расулзаде в городе Кюрдамир отапливается не печами, а индивидуальной котельной, и проблем с теплоснабжением в учебном заведении нет.

    Отмечается, что на данный момент созданы оперативные рабочие группы совместно с другими профильными структурами для ежедневного мониторинга ситуации с отоплением в школах:

    “Все поступающие обращения регистрируются, анализируются и в кратчайшие сроки принимаются соответствующие меры для решения проблем”, – подчеркнули в управлении.

  • Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxardılar?

    Kürdəmirdə valideynlərin uşaqlarını odun sobası ilə qızdırılan məktəblərdən çıxarıb istilik sistemi olan məktəblərə aparmaları barədə iddialar yayılıb.

    Bu barədə sosial şəbəkə platformasında paylaşımlar edilib. Bildirilir ki, mövcud problemlə bağlı artıq məktəblərdən birindən yüzlərlə uşaq çıxıb.

    Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər Kürdəmir rayonunda valideynlərin odun sobası ilə qızdırılan bəzi məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar həqiqəti əks etdirmir:

    “Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyi odun sobası ilə yox, fərdi qazanxana sistemi vasitəsilə qızdırılır və məktəbdə istilik təminatı normal qaydada həyata keçirilir”.

    Məlumatda qeyd edilib ki, hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb:

    “Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır”.

  • ЕС продлил на два года мандат своей миссии в Армении с бюджетом в 44 млн евро

    Совет ЕС продлил на два года мандат миссии Евросоюза в Армении с бюджетом в 44 млн евро.

    Об этом сообщила пресс-служба совета.

    “Сегодня совет принял решение о продлении мандата миссии Европейского союза в Армении (EUMA) еще на два года, до 19 февраля 2027 года, с бюджетным ассигнованием в размере более 44 млн евро на период с 20 февраля 2025 года по 19 февраля 2027 года”, – говорится в документе.

    В заявлении подчеркивается, что миссия Евросоюза в Армении является “важнейшим компонентом усилий ЕС по поддержанию мира и стабильности в регионе”.

    “Миссия призвана наблюдать и сообщать о ситуации на местах, содействовать безопасности людей в районах, затронутых конфликтом, и поддерживать укрепление доверия между Арменией и Азербайджаном [в тех областях], где это возможно. Мандатные задачи миссии остаются неизменными – она является и останется невооруженной гражданской миссией”, – пояснили в пресс-службе.

    В документе говорится, что миссия состоит из более чем 200 человек, включая международный и местный персонал.

    “Наблюдатели и гражданские эксперты миссии представляют 25 государств – членов ЕС и третье государство – участник [миссии] – Канаду”, – добавили там.

    Миссия ЕС была запущена решением Совета ЕС 20 февраля 2023 года. Тогда же она начала свою деятельность в Армении.

  • Aİ Ermənistanda öz missiyasının mandatını 44 milyon avro büdcə ilə iki il müddətinə uzatdı

    Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda qurumun missiyasının mandatını 44 milyon avro büdcə ilə iki il müddətinə uzadıb.

    Bu barədə şuranın Mətbuat Xidməti məlumat yayıb.

    “Bu gün şura Aİ-nin Ermənistanda missiyasının (EUMA) mandatını daha iki il – 2027-ci il fevralın 19-dək uzatmaq və 20 fevral 2025-ci ildən 19 fevral 2027-ci ilədək olan dövr üçün 44 milyon avrodan çox büdcə ayırmaq barədə qərar qəbul edib”, – deyə sənəddə qeyd olunub.

    Bəyanatda vurğulanıb ki, Aİ-nin Ermənistanda missiyası regionda sülh və sabitliyin qorunması üzrə qurumun səylərinin ən vacib komponentidir.

    “Missiyanın məqsədi yerlərdəki vəziyyəti müşahidə etmək, məlumat vermək, münaqişədən zərər çəkmiş ərazilərdə insanların təhlükəsizliyinə yardım etmək, mümkün olan yerlərdə Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsinə dəstək verməkdir. Missiyanın mandat vəzifələri dəyişməz qalır – o, silahsız mülki missiya olaraq qalacaq”, – deyə Mətbuat Xidməti izah edib.

    Sənəddə qeyd olunub ki, missiya beynəlxalq və yerli heyət daxil olmaqla 200-dən çox insandan ibarətdir.

    “Missiyanın müşahidəçiləri və mülki ekspertləri Aİ-nin 25 üzv dövlətini və üçüncü iştirakçı dövləti – Kanadanı təmsil edirlər”, – deyə sənəddə əlavə edilib.

    Missiya Aİ Şurasının 20 fevral 2023-cü il tarixli qərarı ilə yaradılıb. Elə həmin vaxtdan da Ermənistanda fəaliyyətə başlayıb.

  • Üç ölkənin bəzi ərazilərindən quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub

    Macarıstanın Zala bölgəsində xırdabuynuzlu heyvanların taun, Polşanın Varminsko-Mazursk inzibati ərazisində blutanq, Liviyanın Zəviyə dairəsində dabaq, Nigeriyanın Plato ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Zala bölgəsindən, Varminsko-Mazursk inzibati ərazisindən, Zəviyə dairəsindən iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, Plato ştatından isə quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • 18 yaşlı tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

    Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət Məcəlləsinin 263.2 və 264-cü (ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib.

    Bildirilib ki, 2023-cü ilin dekabrında C.Cəfərov “Mercedes-Benz” markalı avtomobillə şəhərin Müslüm Maqomayev küçəsi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar – 2005-ci il təvəllüdlü Nazlı Hüseynova və onun tələbə yoldaşı İmamrza Sadıqzadəni vurub.

    Mingəçevir Turizm Kollecinin 3-cü kurs tələbəsi olan N.Hüseynova hadisə yerində vəfat edib.

    Hadisədən sonra Cəlal maşınla oradan uzaqlaşıb.

    Qeyd edilib ki, C.Cəfərov keçmiş polis əməkdaşı olub və hadisədən bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarında xidmətdən xaric olunub.

    Məhkəmənin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli müəssisədə çəkəcək sürücünün 3 il nəqliyyat vasitəsini idarəetmə hüququ da məhdudlaşdırılıb.

  • В поселке Масазыр убита 38-летняя женщина, задержан её дядя (ОБНОВЛЕНО)

    В поселке Масазыр Абшеронского района режущим предметом была убита Тюркян Абдурахимова (1987 г.р.).

    Как сообщает Report, подозреваемый в совершении преступления дядя Т.Абдурахимовой Шакир Рзаев (1967 г.р.) был задержан сотрудниками полиции и передан следствию.

    По данному факту ведется расследование.

    * * * * *

    В поселке Масазыр Абшеронского района совершено убийство.

    Как сообщает Report, 38-летняя Тюркан Аллахвердиева найдена мертвой.

    По данному факту ведется расследование.

  • Masazırda 38 yaşlı qadın öldürülüb, dayısı şübhəli kimi saxlanılıb (YENİLƏNİB)

    Abşeron rayonu Masazır kəndində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimova kəsici alətlə qətlə yetirilib.

    Median.Az-ın “Report”a istinadən məlumatına görə, cinayət əməlini törətməkdə şübhəli bilinən T.Abdurəhimovanın dayısı, 1967-ci il təvəllüdlü Şakir Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Abşeronda 38 yaşlı qadın qətlə yetirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Masazır kəndində qeydə alınıb.

    1987-ci il təvəllüdlü Türkan Allahverdiyevanın dayısı tərəfindən öldürüldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.