Month: January 2025

  • Tanınmış ekspert həbs edildi

    İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert İlqar Əliyev həbs edilib.

    Bununla bağlı İKT üzrə mütəxəssis Osman Gündüz paylaşım edib. O, işin təfərrüatı ilə bağlı əlavə məlumat verməsə də, şəxsin ittihamı qəbul etmədiyini yazıb.

    Əldə etdiyimiz məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, banklardan birində müşavir işləmiş İlqar Əliyev külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib.

    İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılıb.

    Məhkəmə araşdırma sonrası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq üçün əldə etməyib. Bu əsasla onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.

    İKT eksperti məhkəmədə özünü təqsirli bilməyib. Qeyd edib ki, idman zalından çıxıb evə gedərkən saxlanılıb.

    Hökmə əsasən, İ.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, ekspert 2023-cü ilin dekabrında saxlanılıb.

    ///Qafqazinfo

  • Bakıya gələn təyyarədə texniki nasazlıq: sərnişinlər uçmaqdan imtina etdi

    Bu gün səhər Krasnoyarskdan Bakıya uçmalı olan “İrAero” aviaşirkətinə məxsus təyyarədə texniki nasazlıq yaranıb.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, təyyarə havaya qalxmağa hazırlaşan zaman uçuş-enmə zolağında dayanıb.

    Hadisə şahidlərinin dediyinə görə, təyyarənin kondisioner sistemi xarab olub. Təmirdən sonra o, yenidən uçuş-enmə zolağına qayıdıb.

    Bildirilib ki, 3 saatdan artıq gözləyən sərnişinlərə əvvəlcə başqa təyyarə söz verilsə də, yenidən həmin təyyarə ilə uçmaq təklif olunub. Lakin sərnişinlər panikaya düşərək təyyarədən enməyə başlayıblar.

    Sözügedən reyslə uçmaq istəyənlərin sayının 20-dən çox olduğu deyilir.

    Krasnoyarsk hava limanının mətbuat xidmətindən bildirilib ki, sözügedən təyyarənin uçuş vaxtı hələ məlum deyil.

  • “Kanalizasiya qoxusundan boğuluruq” – Suraxanıdan ŞİKAYƏT

    Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsinin sakinləri ətrafa axan kanalizasiya sularının təmizlənməməsindən şikayətçidirlər.

    Oxu.az-a şikayət ünvanlayan sakinlər qeyd ediblər ki, şamboları təmizləmək çox baha başa gəlir:

    “Qəsəbədə kanalizasiya yoxdur. Buna görə də kanalizasiya suları ətrafa tökülür. Şamboları vaxtında təmizləmək mümkün deyil, maliyyəti yüksəkdir. Buna görə də kanalizasiya qoxusundan boğuluruq”.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətidən (İŞBSTX) bildirilib ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb:

    “Qeyd olunan ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. ADSEA-nın sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

    Hazırda mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud olmayan yerlərdə vətəndaşlar şambo quyularından da istifadə edə bilirlər. Bu kimi quyuların təchizatı, təmizlənməsi və s. məsələləri isə onların öz hesablarına aparılır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fəaliyyətini şəbəkə mövcud olan ərazilərdə həyata keçirir”.

  • Keniya prezidenti İlham Əliyevə başsağlığı verib

    Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Zati-aliləri. Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə əlaqədar Keniya Hökuməti və xalqı adından, şəxsən öz adımdan zati-alinizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

    Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir. Yaralananların tezliklə sağalmalarını diləyirik. Keniya bu kədərli günlərdə Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.

    Uca Tanrı bu ağrı-acılı günlərdə Azərbaycan xalqına güc və səbir versin.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

  • Saxta diş həkimlərinin ifşası – “Çəkilişi görüb, “işləmir” dedilər” – VİDEO

    Son günlər plastik cərrahiyyə və kosmetologiya sahəsində yaşanan problemlərdən sonra yeni bir məsələ gündəmə gəlib.

    Belə ki, bəzi diş texnikləri heç bir lisenziya və diplom olmadan diş həkimi kimi fəaliyyət göstərirlər.

    Həm paytaxtda, həm də bölgələrdə addımbaşı stomatoloji xidmət göstərən məkanlara rast gəlmək olar. Burada çalışan ağxalatlıların isə hansı tibb müəssisəsində təhsil aldıqları, hansı ixtisasa yiyələndikləri, dişlə bağlı bütün prosedurları etmək ixtiyarında olub-olmadıqları bəlli deyil.

    Baku TV-nin çəkiliş heyəti məsələnin nə dərəcədə real olduğunu yoxlamaq üçün özəl diş kabinetlərindən birinə yollanıb. Mərkəzin fəaliyyətini dayandırdığı bildirilsə də, ətrafda yaşayan sakinlər buranın yaxın günlərə qədər işlədiyini söyləyiblər.

    Diş həkimi olmaq dişlə bağlı bütün prosedurların bir nəfər tərəfindən icra ediləcəyi anlamına gəlmir. Bunun üçün stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər.

    Ümumiyyətlə, cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yerləşdirilməsi kimi əməliyyatları icra edə bilməzlər.

    Ətraflı süjetdə:

  • По делу об убийстве в Швеции организатора акций с Кораном Салвана Момика задержаны пять человек

    По делу об убийстве в Швеции организатора акций с сожжением Корана Салвана Момика задержаны пять человек.

    Об этом пишет SVT.

    “Полиция задержала пять человек”, – говорится в статье.

    * * * * *

    38-летний мужчина с огнестрельными ранениями был найден в Сёдертелье к югу от Стокгольма.

    Как передает Median.Az со ссылкой на телеканал SVT, речь идет об организаторе акций с сожжением Корана Салване Момике, который скончался от полученных ран.

    В четверг Стокгольмский окружной суд должен был вынести приговор по статье “возбуждение ненависти по национальному признаку”. Но оглашение вердикта отложили, поскольку “была подтверждена смерть одного из обвиняемых”.

    Полиция пока не прокомментировала инцидент и личность убитого. По информации SVT, в расследовании дела участвует служба безопасности, задержаны несколько человек. Территория вокруг места преступления оцеплена, ведется обыск участка вокруг многоквартирного дома.

    Салван Момика приехал в Швецию из Ирака в 2018 году и в 2021 году получил трехлетний вид на жительство. Летом 2024 года ему продлили временный вид на жительство на один год. Шведская прокуратура предъявила Момике обвинение по статье “возбуждение ненависти по национальному признаку”. Ему инкриминировались четыре эпизода с сожжением Корана в четырех местах Стокгольма летом 2023 года.

    Уликами преступных деяний являются видеозаписи с мест, где состоялись акции. Впервые священная книга мусульман была сожжена на площади в центре Стокгольма 28 июня 2023 года, когда мусульмане всего мира отмечали Ид аль-Адха (Курбан-байрам) – один из главных религиозных праздников. После ряда подобных акций несколько террористических организаций, в том числе “Исламское государство” и Аль-Каида указали на королевство как на “приоритетную цель”, а уровень террористической угрозы был повышен до четырех баллов из пяти.

  • İsveçdə Qurani-Kərimi yandıran şəxs öldürülüb

    İsveçdə bir neçə dəfə Qurani-Kərimi yandıran iraqlı mühacir Salvan Momika güllələnərək öldürülüb.

    Bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.

    Məlumata görə, Salvan Momika Stokholmun cənubundakı Syödertelye şəhərində güllələnərək öldürülüb.

    Polis hələlik hadisə və öldürülən şəxsin kimliyi barədə şərh verməyib. Telekanalın məlumatına görə, işin araşdırılmasında təhlükəsizlik xidməti iştirak edir, bir neçə nəfər saxlanılıb.

    Bu gün Stokholm dairə məhkəməsi milli zəmində nifrəti qızışdırmaq maddəsi ilə hökm çıxarmalı idi. Lakin təqsirləndirilən şəxslərdən birinin ölümü təsdiqləndiyi üçün hökmün elan edilməsi təxirə salınıb.

  • Ильхам Алиев выразил соболезнования Дональду Трампу

    Президент Азербайджана Ильхам Алиев выразил соболезнования президенту Соединенных Штатов Америки Дональду Трампу в связи с многочисленными человеческими жертвами в результате столкновения военного вертолета с пассажирским самолетом вблизи Вашингтона.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Уважаемый господин Президент,

    Крайне опечалены известием о гибели большого числа людей в результате столкновения пассажирского самолета с военным вертолетом вблизи города Вашингтон.

    В связи с этой трагедией от своего имени и от имени народа Азербайджана с глубокой скорбью выражаю соболезнования Вам, семьям и близким погибших, дружественному американскому народу”, – говорится в письме.

  • İlham Əliyev Donald Trampa başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

    Xatırladaq ki, yanvarın 30-u Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Sikorsky H-60” (“Black Hawk”) hərbi helikopteri ilə toqquşub. Təyyarə Potomak çayına düşüb. Çaydan 18 nəfərin meyiti çıxarılıb. Ümumilikdə sərnişin təyyarəsinin göyərtəsində 64 nəfər olub.

  • Xocalı gil yatağı satılacaq

    Xocalı rayonundakı gil yatağı hərraca çıxarılır.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

    Belə ki, 6 hektar ərazini əhatə edən və 100 min kubmetr həcmində olan yatağın start qiyməti 10 000 manat təyin edilib.

    Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.

    Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər.