Month: January 2025

  • Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı

    “Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

  • Новые власти Сирии запросили у России выдачу Асада

    Новые власти Сирии попросили Россию выдать им бывшего президента страны Башара Асада.

    Как передает Median.Az, об этом сообщает Reuters со ссылкой на источник.

    “Новый лидер Ахмед аш-Шараа (Абу Мухаммед аль-Джулани) потребовал от Москвы выдать бывшего президента Сирии Башара Асада, который бежал в Россию после того, как в декабре был свергнут повстанцами аль-Шараа”, – говорится в материале.

    Ранее сообщалось, что новые власти Сирии попросили у России компенсации “для восстановления доверия” во время первого визита российской делегации с момента падения режима Асада.

  • Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib

    Suriyanın yeni hakimiyyət orqanları Rusiyadan ölkənin keçmiş prezidenti Bəşər Əsədin onlara təhvil verilməsini istəyib.

    Median.Az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

    “Ölkənin yeni lideri Əbu Məhəmməd əl-Culani Moskvadan dekabr ayında üsyançılar tərəfindən devrildikdən sonra Rusiyaya qaçan keçmiş prezident Bəşər Əsədin ekstradisiyasını tələb edib”, – məqalədə bildirilir.

    Bundan əlavə, Suriyanın yeni rəhbərliyi Əsəd rejiminin devrilməsindən sonra nümayəndə heyətinin ilk səfəri zamanı Rusiyadan “etimadın bərpası” məqsədilə təzminat tələb edib.

  • Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb

    Slovakiyanın Xarici İşlər Nazirliyi Ukrayna səfiri Miroslav Kastranı nazirliyə çağıraraq Kiyevin ölkənin daxili işlərinə qarışmasına etirazını bildirib.
     
    Median.Az xəbər verir ki, bu barədə “Aktuality” portalı məlumat yayıb.

    “Bu gün Xarici İşlər Nazirliyi Ukraynanın Slovakiyadakı səfiri Miroslav Kastranı nazirliyə çağırıb”, – portal qeyd edib.
     
    Xatırladaq ki, bundan öncə Slovakiyanın Baş naziri Robert Fitso Volodimir Zelenskinin respublikadakı etirazlarla bağlı bəyanatını ölkənin daxili işlərinə qeyri-adekvat müdaxilə adlandırmışdı.

  • Qobustanda kişi tövlədə özünü ASDI

    Qobustanda intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadə21n məlumat verir ki, hadisə Ərəbqədim kəndində baş verib.

    Kənd sakini 50 yaşlı Cavid Ağali oğlu Rəcəbov yaşadığı evin həyətindəki tövlədə özünü asıb.
    İntiharın səbəbi məlum deyil.

  • Народная артистка Фатма Махмудова перенесла инсульт

    Народная артистка Азербайджана Фатма Махмудова перенесла инсульт.

    Об этом report сообщила дочь актрисы Нигяр Тофиг.

    По ее словам, сегодня Ф.Махмудова была госпитализирована.

    “Она перенесла инсульт, находится в реанимации под наблюдением врачей”, – сказала дочь актрисы.
    Отметим, что Фатма Махмудова родилась в 1954 году в Агдамском районе. С 1968 года работала актрисой в Агдамском государственном драмтеатре. В 1994 году окончила Азербайджанский государственный институт культуры и искусств по специальности “Театральный режиссер”. После оккупации Агдамского района в том же году актриса стала вынужденной переселенкой и начала проживать Баку, работая в Азербайджанском государственном театре музкомедии.

    В 1989 году Ф.Махмудова была удостоена звания Заслуженной артистки, а в 2000 – Народной артистки Азербайджана.

  • Xalq artisti Fatma Mahmudova insult keçirib

    Xalq artisti Fatma Mahmudova hazırda reanimasiyadadır.

    Bunu report-a açıqlamasında aktrisanın qızı Nigar Tofiq deyib.

    Onun sözlərinə görə, F.Mahmudova xəstəxanaya bu gün yerləşdirilib.

    “İnsult keçirib. Həkimlər nəzarət edir”.

    Qeyd edək ki, Fatma Mahmudova 1954-cü ildə Ağdam rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu “Teatr kollektivi rejissoru” ixtisası üzrə bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan Fatma Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olub. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yaradıb.

    F.Mahmudova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.

  • Fərid Qayıbov Samir Şərifovun müavini oldu

    Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Samir Şərifova daha bir vəzifə verilib.
     
    Median.Az xəbər verir ki, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinə rəhbərlik edəcək.
     
    Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb.

    Qeyd edək ki, Təşkilat Komitəsinə əvvəllər gənclər və idman naziri Fərid Qayıbov rəhbərlik edib. Yeni sərəncama əsasən, o, Komitə sədrinin müavini olacaq.
     
    Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub. (Modern.az)

  • Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

    Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığına malik dairələr məlum olub.


    Median.Az trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatları Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov açıqlayıb.
    Saat 19:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 59 saylı Quba Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 38,50 % olub. Dairə üzrə 19 172 seçici səsvermə hüququndan istifadə edib.
    Saat 19:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 54 saylı Mingəçevir Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,45 % olub. Dairə üzrə 12 291 seçici məntəqələrə gedərək səs verib.
    Xatırladaq ki, saat 19:00-dək respublika üzrə 1 874 81 nəfər səs verib, seçici fəallığı 31,45 % olub.

    Qeyd edək ki, bu gün saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb.
    Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

  • AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib

    Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib.

    Apa-nın Tbilisi müxbiri xəbər verir ki, qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib.

    Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi müxanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb edilib.

    Hakim Gürcü Arzusu partiyası sözügedən tələbləri aprel ayına qədər yerinə yetirməlidir.

    Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.