Month: January 2025

  • Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama

    Bir çoxları qızdırmanın ilk əlamətlərində – 37 dərəcəni keçən kimi temperaturu salmağa vərdiş edib, lakin belə yanaşma səhvdir.

    Median.Az-ın aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə terapevt həkim Nadejda Çernışova danışıb.

    Mütəxəssisin sözlərinə görə, infeksion xəstəliklər zamanı yüksək bədən temperaturu orqanizmin təbii müdafiə mexanizmidir.

    “Temperatur yüksəldikdə, immunitet kəskin şəkildə aktivləşir, anticisimlər çox sürətlə istehsal olunmağa başlayır, mikroblarla mübarizə aparan hüceyrələrin, leykositlərin sintezi artır. Bundan əlavə, bədən temperaturu təxminən 38 dərəcə olduqda antibiotiklərin təsiri də artır, həmçinin bir çox xəstəlik törədiciləri, mikroblar və viruslar ya məhv olur, ya da çoxalmağı dayandırır”, – deyə Çernışova izah edib.

    Həkim vurğulayıb ki, temperaturu aşağı salanda isə əksinə, biz orqanizmin infeksiyaya qarşı mübarizə qabiliyyətini zəiflədirik və sağalmanı gecikdiririk.

    O, hətta 38.6-38.7 dərəcə temperaturu normal keçirdiyi təqdirdə insanın hərarətsalıcı dərmanlardan imtina edə biləcəyini vurğulayıb.

    “Əsasən özünüzü necə hiss etdiyinizə diqqət yetirmək lazımdır”.

    Bununla belə həkim vurğulayıb ki, əgər insanda, xüsusilə uşaqda qıcolmaya meyillik varsa, yaxud dözülməz baş ağrısından şikayət edirsə, bu halda daha aşağı temperaturda belə hərarətsalıcı dərmanlar lazımdır.

  • Трамп объявил о создании лагеря для преступников-нелегалов в Гуантанамо

    Президент США Дональд Трамп заявил, что подпишет указ о подготовке к временному содержанию до 30 000 нелегальных мигрантов в центре на базе Гуантанамо на Кубе.

    Как передает Median.Az, об этом сообщает ТАСС.

    “Сегодня я также подпишу исполнительный указ, в котором поручу министерствам обороны и внутренней безопасности начать готовить центр для мигрантов на 30 000 человек в заливе Гуантанамо, – сказал американский лидер, выступая в Белом доме.

    “Большинство людей даже не знает об этом. У нас есть 30 000 мест в Гуантанамо для содержания под стражей наихудших преступников из числа нелегальным мигрантов, которые угрожают американцам”, – добавил он.

  • Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq

    ABŞ Prezidenti Donald Tramp Kubadakı Quantanamo həbsxanasında 30 minə qədər qeyri-qanuni miqrantın müvəqqəti saxlanmasına hazırlıqla bağlı sərəncam imzalayacaq.

    Bu barədə TASS məlumat yayıb.

    “Mən Quantanamo həbsxanasında 30 min nəfərlik yerin hazırlanması ilə bağlı sərəncam imzalayacağam. Çox insanın bununla bağlı heç bir məlumatı yoxdur. Bizim məqsədimiz amerikalıları təhdid edən qeyri-qanuni miqrantlar arasında ən təhlükəli cinayətkarları saxlayacaq bir yer hazırlamaqdır. Quantanamoda bunun üçün uyğun yerimiz var” , – ABŞ lideri Ağ Evdə çıxışı zamanı bildirib.

  • Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu

    Yanvarın 30-u Bakı-Ağstafa marşrutu üzrə hərəkət edən sürət elektrik qatarının pəncərəsində olan çatlar sərnişinin narazılığına səbəb olub.

    Bu barədə Oxu.Az-a məlumat verən sərnişin bildirib ki, səyahət anında mənzərə seyr etmək üçün pəncərə yanındakı yerdən bilet alıb, lakin yaranmış çatlar hazırda buna maneə yaradır, üstəlik, şüşənin qırılıb-tökülmək ehtimalı da yüksəkdir.

    Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qatara yanvarın 29-da hərəkətdə olarkən daş atılıb, nəticədə şüşədə sınıqlar yaranıb:

    “Qatarın pəncərəsinə daş atılıb, sındırılıb. Qısa müddətdə problem aradan qaldırılacaq. Hazırda reysə buraxılan bu qatar hər hansı təhlükə yaratmır. Şüşə bir neçə qatdan ibarətdir. Qat-qat olduğu üçün bir qatında sınıq olsa da, dağılıb-tökülmür. Pəncərələr də İsveçrə şirkətinə məxsus olduğu üçün bahalıdır. Əfsus ki, maarifləndirmə işlərinə baxmayaraq, yenə də vətəndaşlar tərəfindən qatarlara hərəkət anında daş atılır. Nəzərinizə çatdırım ki, bütün qatarlar reysə buraxılmazdan öncə texniki yoxlanışdan keçir. Hərəkətə təhlükə yaradacaq texniki nasazlıq olarsa, heç bir halda xəttə buraxılmır”.

    O qeyd edib ki, qatar dövlət əmlakı olduğu üçün ona zərər vermək məsuliyyət yaradır:

    “Qatarlar yolda olarkən daş atılıb sındırılır, çox vaxt da bu əməl uşaqlar tərəfindən törədilir. Polislər il ərzində belə neçə nəfəri aşkar edib, valideynlərini çağırıb, qanunvericiliyə uyğun tədbirlər görüblər. Qatar dövlət əmlakıdır. Ona zərər vurmaq dövlət əmlakında zərər vurmaq deməkdir. Bu da qanunvericiliyə görə məsuliyyət yaradan əməldir”.

  • Бывшие начальники структур Минобороны освобождены под домашний арест

    Бывший начальник Жилищно-эксплуатационного управления Министерства обороны полковник Эльмар Мамедов и бывший руководитель отдела капитального и текущего ремонта того же управления полковник Рагим Лачынов освобождены под домашний арест.

    Как сообщает Qafqazinfo, соответствующее решение принял Бакинский военный суд.

    Суд счел обоснованными ходатайства адвокатов офицеров об изменении меры пресечения в виде заключения под стражу.

    Отметим, что Э.Мамедов и Р.Лачынов были арестованы в августе прошлого года. Им были предъявлены обвинения в присвоении, взяточничестве и злоупотреблении должностными полномочиями.

  • MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar

    Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov, eləcə də, eyni idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri polkovnik Rəhim Laçınov ev dustaqlığına buraxılıblar.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.

    Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib.

    Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər. Onlar mənimsəmə, rüşvətalma və vəzifə səlahiyyətlərini aşma cinayətlərində ittiham olunmuşdular.

  • SOCAR начинает транзит нефти с казахстанского месторождения Кашаган

    Ежегодный транзит казахстанской нефти с месторождения Кашаган по трубопроводу Баку – Тбилиси – Джейхан (БТД) составит 240 тыс. т.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Госнефтекомпании Азербайджана (SOCAR).

    “SOCAR начинает транзит нефти с казахстанского месторождения Кашаган по трубопроводу БТД. Первая партия кашаганской нефти объемом около 6 тыс. т, погруженная на танкер в порту Актау 25 января, прибыла на Сангачальский терминал 27 января, откуда будет транспортирована в порт Джейхан по БТД. Это стало возможным после подписания 15 января 2025 года соглашения о транзите 240 тыс. т кашаганской нефти в год между SOCAR Midstream Operations LLC [дочерняя структура SOCAR] и KMG Trading, дочерней компанией КазМунайГаз”, – говорится в информации.

    Как сообщалось ранее, первую партию перевез танкер Taraz, оператором которого является казахстанская компания “КазМорТрансФлот” [дочерняя структура КМГ].

    “Начало транспортировки кашаганской нефти по БТД является не только проявлением дружеских отношений между Азербайджаном и Казахстаном, но и служит дальнейшему укреплению сотрудничества между нашими странами”, – подчеркивается в заявлении.

    Следует отметить, что в ноябре 2022 года между SOCAR и КМГ было подписано соглашение о транзите 1.5 млн т нефти в год с месторождения Тенгиз.

    В феврале 2024 года стороны договорились о поэтапном увеличении объемов транзита казахстанской нефти через территорию Азербайджана.

    В марте 2024 года SOCAR и КМГ подписали соглашение о постепенном увеличении транзита нефти через территорию Азербайджана до 2.2 млн т в год.

  • SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayır.

    Median.Az SOCAR-a istinadən xəbər verir ki, yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir.

    Yanvarın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin tranziti üzrə sazişin imzalanmasından sonra mümkün olub.

    2024-cü ilin martında SOCAR və KMG arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

    SOCAR və KMG arasında 2022-ci ilin noyabrında imzalanmış sazişə görə isə, ildə 1,5 milyon ton “Tengiz” yatağı neftinin tranziti nəzərdə tutulur.

    Qeyd edək ki, “Kaşağan” neftinin BTC vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

    2014-cü ildə dövlət qeydiyyatına alınan “SOCAR Midstream Operations” MMC strateji dövlət əhəmiyyətli layihələrdə SOCAR-ın səhmdar hüquqlarını və maraqlarını təmsil edir. “SOCAR Midstream Operations” MMC IPOL (İnteqrə edilmiş planlaşdırma, optimallaşdırma və logistika) seqmentinə daxildir. 2006-cı ilin iyununda istismara verilən BTC Səngəçal terminalını Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Ceyhan terminalına birləşdirir.

    BTC vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. 2006-cı ildən 2024-cü ilin sentyabr ayının sonunadək BTC boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton (təxminən 4,4 milyard barel) xam neft nəql edilib və dünya bazarlarına göndərilib. İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 165 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənib və yola salınıb.

  • В США программисты нашли в открытом доступе базу данных китайского ИИ DeepSeek

    Сотрудники американской компании по кибербезопасности Wiz нашли в открытом доступе базу данных ClickHouse, принадлежащую китайскому ИИ-стартапу DeepSeek.

    Об этом сообщается на сайте компании.

    В организации заявили, что ее программисты получили полный контроль над базой. Она была размещена на oauth2callback.deepseek.com:9000 и dev.deepseek.com:9000. База была полностью открытой и раскрывала конфиденциальные данные.

    “Эта база данных содержала значительный объем истории чатов, внутренних данных и конфиденциальной информации, включая потоки журналов, секреты API и эксплуатационные данные”, – сказано в сообщении.

    В компании отметили, что обнаружить утечки ее программисты смогли “в течение нескольких минут”, а занялись этим, так как “DeepSeek произвел фурор в сфере искусственного интеллекта”.

    Языковая модель DeepSeek-R1 предоставляет ответы, сопоставимые с другими современными LLM, такими как GPT-4 от OpenAI, но при этом была обучена значительно дешевле (6 млн долларов против 100 млн долларов для GPT-4 в 2023 году) и требует в десять раз меньше вычислительной мощности. Разработка моделей ИИ DeepSeek происходила на фоне санкций США против Китая, введенных в отношении чипов Nvidia, которые должны были ограничить возможности страны по разработке передовых систем ИИ.

    DeepSeek – это китайская компания, разрабатывающая большие языковые модели (LLM) с открытым исходным кодом. Расположенная в Ханчжоу (провинция Чжэцзян), она полностью принадлежит и финансируется китайским хедж-фондом High-Flyer. Компания была основана и возглавляется ее генеральным директором Лян Вэньфэнгом в 2023 году.

  • “ChatGPT”yə meydan oxuyan “DeepSeek” sındırıldı və məxfi məlumatlara giriş əldə edildi

    Çinin süni intellekt modeli “DeepSeek” neyron şəbəkəsi sındırılıb, məxfi məlumatlara giriş əldə edilib.

    Bu barədə ABŞ-nin “Wiz Research” kibertəhlükəsizlik şirkətinin tədqiqatçıları xəbər veriblər.

    Bildirilir ki, onlar bir neçə dəqiqə ərzində “oauth2callback.deepseek.com:9000” və “dev.deepseek.com:9000” serverlərində yerləşən “ClickHouse” verilənlər bazası üzərində tam nəzarəti əldə edə biliblər.

    “Bu verilənlər bazası əhəmiyyətli həcmdə çat tarixçəsi, daxili məlumatlar və məxfi məlumatları, o cümlədən jurnal axınlarını, API sirlərini və əməliyyat məlumatlarını əhatə edirdi”, – deyə məlumatda vurğulanıb.

    “Wiz” ekspertlərinin sözlərinə görə, neyron şəbəkəsinin komandası məlumat sızması barədə məlumatlandırılıb.

    “Onlar dərhal ictimai girişi məhdudlaşdırıb, verilənlər bazasını internetdən siliblər”, – deyə mütəxəssislər vurğulayıblar.

    Xatırladaq ki, Çinin “DeepSeek” şirkəti yanvarın 20-də ABŞ-nin “OpenAI” şirkətinin “ChatGPT” versiyasından üstün olduğu iddia edilən çat-botun yeni “R1” versiyasını buraxıb. Ekspertlər qeyd ediblər ki, Çin çat-botunun tərtibatçıları “OpenAI”dən xeyli az vəsait xərcləyiblər. Bazarların “DeepSeek-R1″in meydana çıxmasına reaksiyası kəskin olub. ABŞ-nin “Nasdaq” texnologiya indeksi 3%-dən çox enib, “OpenAI” üçün bahalı çiplərlə təchiz edən “NVidia” şirkətinin səhmləri isə 16.86% düşüb.