Month: January 2025

  • “TikTok” uğrunda mübarizəyə “Microsoft” da qoşuldu

    “Microsoft” korporasiyası Çinin “ByteDance” korporasiyasına məxsus olan “TikTok”un alınmasına ciddi maraq göstərir.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

    O, bu barədə Ağ Evin jurnalistlərinin suallarını cavablandırarkən deyib.

    “Mən müsbət cavab verərdim. “TikTok”a böyük maraq var”, – deyən dövlət başçısı digər potensial alıcıların adlarını açıqlamayıb.

    Qeyd edək ki, ABŞ administrasiyası “TikTok”un 50% səhminin alınması üçün namizədləri aktiv şəkildə seçir. Əsas favorit kimi “SpaceX”, “Tesla”, “X” şirkətlərinin sahibi İlon Mask və “Oracle” korporasiyasının rəhbəri Larri Ellison göstərilir.

    Xatırladaq ki, əvvəlki Prezident Co Bayden 2024-cü ildə “ByteDance”ı 19 yanvara qədər “TikTok”u satmağa və ya ABŞ ərazisində fəaliyyətini dayandırmağa məcbur edən qanunu imzalamışdı. Lakin yanvarın 20-də vəzifəyə başlayan Donald Tramp platformanın ölkədə bloklanmasını təxirə salmaq məqsədi daşıyan fərman imzalayıb. Respublikaçı bəyan edib ki, ABŞ “TikTok”un yarısına sahib olmaq hüququna malik olmalıdır, lakin bunun konkret nə demək olduğunu açıqlamayıb.

  • Qubada kişi dəm qazından zəhərlənərək ölüb

    Qubada kişi dəm qazından zəhərlənərək ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, ötən gün Zöhrab Müslüm oğlu Ramazanov yaşadığı həyətdə yerləşən sanitar qovşaqda olan zaman ora quraşdırılmış su qızdırıcı avadanlıqdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Сколько человек проголосовало на муниципальных выборах к настоящему времени?

    В Центральную избирательную комиссию (ЦИК) Азербайджана поступили новые данные об активности избирателей по округам.

    Об этом заявил руководитель Информационного центра ЦИК Фарид Оруджов.

    По его словам, по состоянию на 12:00 средняя явка избирателей по стране составила 17.11%. На данный момент проголосовали уже 1 020 231 человек.

    Все избирательные участки предоставили в ЦИК предварительные данные о явке, добавил Оруджов.

  • Bu saata qədər bələdiyyə seçkisində neçə nəfər səs verib?

    Mərkəzi Seçki Komissiyasına dairələr üzrə seçici fəallığı haqqında yeni məlumatlar daxil olub.

    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bələdiyyə seçkisində saat 12:00-a olan aktivliyi açıqlayarkən deyib.

    O bildirib ki, məntəqələrin hamısı ilkin hesabatları MSK-ya təqdim edib.

    İnformasiya mərkəzinin müdiri əlavə edib ki, bu saata qədər respublika üzrə 1 020 231 nəfər səs verib, ortalama seçici fəallığı isə 17.11 faizdir.

  • Диетолог рассказала о пользе и вреде чеснока

    В чесноке содержится много полезных свойств. В его состав входят полезные масла, которые защищают организм от воздействия вирусов.

    Об этом “Вечерней Москве” рассказала диетолог Елена Соломатина.

    “Чеснок является достаточно полезным продуктом. В нем содержатся уникальные эфирные масла. Они отпугивают потенциальные вирусы. Это нужно взять на вооружение для себя. Я рекомендую есть чеснок во время простуды. Но он не может быть единственным средством для борьбы с простудой”, – подчеркнула специалист.

    Диетолог отметила, что норма потребления чеснока сугубо индивидуальна.

    “Я советую есть не более одного зубчика чеснока в сыром виде в день. Тем не менее некоторым людям стоит вообще отказаться от данного продукта. Например, тем, у кого есть проблемы с желудочно-кишечным трактом. Эфирные масла оказывают раздражающее действие на слизистые оболочки кишечника и могут вызвать обострение”, – предупредила Соломатина.

    По словам эксперта, чеснок хорошо разжижает кровь, поэтому его полезно есть людям с атеросклерозом.

    “Однако если человеку нужно не разжижать кровь, а наоборот, ее коагулировать, то нужно полностью исключить чеснок из рациона”, – уточнила диетолог.

    В чесноке содержится много различных витаминов. Но важно понимать, что нельзя лечить простуду только им. Он может стать отличным помощником в борьбе с вирусами в совокупности с правильным лечением, заключила Соломатина.

  • Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar? – Həkimdən tövsiyə

    Sarımsaqda çoxlu faydalı xüsusiyyətlər var. Bu məhsul bir sıra xəstəliklərə dərmandır. Səbəbi isə tərkibində orqanizmi virusların təsirindən qoruyan faydalı yağların olmasıdır.

    Median.Az-ın “Vechernyaya Moskva”ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı diyetoloq Yelena Solomatina xəbər verib.

    Bununla belə, diyetoloq sarımsağın istehlak normasının hər kəs üçün fərqli olduğunu bildirib.

    “Mən gündə bir diş çiy sarımsaq yeməyi tövsiyə edirəm. Amma bəzi insanlar bu məhsuldan tamamilə imtina etməlidirlər. Məsələn, mədə-bağırsaq traktı ilə problemi olanlar. Efir yağları bağırsağın selikli qişasına qıcıqlandırıcı təsir göstərir və kəskinləşməyə səbəb ola bilər”, – deyə Solomatina xəbərdarlıq edib.

    Mütəxəssisin sözlərinə görə, sarımsaq qanı yaxşı durulaşdırır, ona görə də, aterosklerozdan əziyyət çəkən insanlar üçün faydalıdır.

    “Lakin əgər insanın qanı durulaşdırmaq deyil, əksinə, onu laxtalandırmaq lazımdırsa, sarımsağı qida rasionundan tamamilə çıxarmaq lazımdır”, – deyə diyetoloq dəqiqləşdirib.

    O, sarımsaqda “C”, “B6”, “B1”, “B2”, “B3”, “B5”, “B9” kimi vitaminlər, həmçinin kalsium, kalium, fosfor, selen, maqnezium, natrium, sink, dəmir və manqan kimi faydalı mikroelementlər olduğunu vurğulayıb.

    “Lakin başa düşmək vacibdir ki, soyuqdəyməni yalnız onunla müalicə etmək olmaz. O, viruslarla mübarizədə düzgün müalicə ilə birlikdə əla köməkçi ola bilər”, – deyə Solomatina sözlərini yekunlaşdırıb.

  • Разбился истребитель F-35 ВВС США

    Истребитель F-35 Военно-воздушных сил (ВВС) США разбился во время учебного полета на авиабазе в штате Аляска.

    Об этом сообщает издание Alaska News Source.

    Инцидент произошел на авиабазе Эйлсон, где расположено 354-е воздушное крыло. Истребитель завершил учебный полет и собирался садиться, когда столкнулся с неназванной “неисправностью”. Летчику пришлось срочно катапультироваться. Самолет упал рядом со взлетно-посадочной полосой аэродрома, после чего взорвался.

  • ABŞ-də “F-35” qırıcısı qəzaya uğradı

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35” qırıcısı Alyaskadakı aviabazada təlim uçuşu zamanı qəzaya uğrayıb.

    Bu barədə “Alaska News Source” məlumat yayıb.

    Hadisə 354-cü Hava Qüvvələri Bölmələrinin yerləşdiyi Eylson bazasında baş verib. Qırıcı təlim uçuşunu başa vurub yerə enmək ərəfəsində hələlik açıqlanmayan nasazlıq baş verib. Pilot təcili katapult edib. Təyyarə aerodromun uçuş-enmə zolağının yaxınlığına düşərək partlayıb.

    Pilot paraşütlə sağ-salamat yerə enib. O, hazırda xəstəxanada tibbi müayinədən keçirilir. Vəziyyəti qənaətbəxşdir.

    Baza komandanlığı oxşar hadisənin təkrarlanma şansını minimuma endirmək üçün hərtərəfli araşdırma aparacağına söz verib.

    Qeyd edək ki, “F-35″in dəyəri təxminən 81 milyon dollardır.

  • Генпрокуратура Казахстана продолжает расследование крушения самолета AZAL

    Генеральная прокуратура Казахстана продолжает расследование причин крушения пассажирского самолета компании Azerbaijan Airlines (AZAL) близ города Актау, к следствию привлечены наиболее опытные сотрудники.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил журналистам заместитель генерального прокурора Казахстана Галымжан Койгелдиев.

    “Расследование идет, следственная группа создана из наиболее опытных сотрудников, экспертизы назначены. Дело непростое, как вы знаете. Мы ждем результатов”, – рассказал Койгелдиев, отвечая на вопрос о расследовании крушения самолета AZAL.

    Ранее заместитель премьер-министра Казахстана Канат Бозумбаев сообщил, что расследование ЧП с самолетом ведут Министерство транспорта республики (которое исследует причины авиационного происшествия) и силовые ведомства, в том числе Генеральная прокуратура (они проводят баллистическую и взрывотехническую экспертизы). Над расследованием также работают международные эксперты из Азербайджана, РФ, Бразилии и ICAO (Международной организации гражданской авиации). По словам Бозумбаева, планируется, что на этой неделе Министерство транспорта Казахстана может опубликовать предварительные итоги расследования авиационного происшествия.

  • Qazaxıstanda AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı ekspertizalar təyin edilib

    Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında “Azerbaijan Airlines” (AZAL) şirkətinin sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Qazaxıstanın baş prokurorunun müavini Qalımjan Koygeldiyev məlumat verib.

    O, AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı sualı cavablandırıb.

    “İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, iş mürəkkəbdir. Biz nəticələri gözləyirik”, – deyə Koygeldiyev qeyd edib.

    Bundan əvvəl Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirmişdi ki, təyyarə ilə bağlı fövqəladə hadisənin araşdırılmasını respublikanın Nəqliyyat Nazirliyi (aviasiya hadisəsinin səbəblərini araşdırır) və güc qurumları, o cümlədən Baş Prokurorluq (onlar ballistik və partlayış-texniki ekspertiza aparırlar) aparır. Araşdırmada, həmçinin Azərbaycan, Rusiya, Braziliya və ICAO-dan (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) olan beynəlxalq ekspertlər də iştirak edirlər.

    Bozumbayevin sözlərinə görə, bu həftə Qazaxıstan Nəqliyyat Nazirliyi aviasiya hadisəsinin araşdırılmasının ilkin nəticələrini dərc edə bilər.

    Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.