Month: January 2025

  • Власти Чехии выразили желание вложить резервы страны в биткоины

    Глава Чешского национального банка (ЧНБ) Алеш Михл пожелал вложить “миллиарды евро” из резервов республики в биткоины.

    Об этом пишет Financial Times (FT).

    “Глава нацбанка Чехии хочет вложить миллиарды евро из резервов страны в биткоины, что станет новаторским шагом, который может сделать его первым западным центральным банком, который владеет криптоактивами”, – говорится в публикации.

    По словам Михла, биткоин может послужить диверсификации чешских активов. При этом глава нацбанка Чехии сравнил себя с первопроходцем, отметив, что у его коллег “совершенно другая философия” относительно биткоина.

  • Çexiya Milli Bankından maraqlı addım: Ölkənin ehtiyatlarını “Bitcoin”lərə yatıracaq?

    Çexiya Milli Bankının rəhbəri Aleş Mixl respublikanın ehtiyatlarından milyardlarla avronu “Bitcoin”lərə yatırmaq istəyini ifadə edib.

    Bu barədə “Financial Times” (FT) nəşrinin dərc etdiyi yazıda bildirilib.

    “Çexiya Milli Bankının rəhbəri ölkənin ehtiyatlarından milyardlarla avronu “Bitcoin”ə yatırmaq istəyir. Bu da onu Qərbin kriptovalyutalara sahib olan ilk mərkəzi bankına çevirə biləcək innovativ addımdır”, – deyə nəşr yazıb.

    Mixlin sözlərinə görə, “Bitcoin” Çexiya aktivlərinin diversifikasiyasına xidmət edə bilər. Eyni zamanda Çexiya Milli Bankının rəhbəri qeyd edib ki, həmkarları “Bitcoin” ilə bağlı “tamamilə fərqli fəlsəfəyə” malikdirlər.

  • Mətbuat Şurasında seçkilərlə bağlı yaradılan “qaynar xətt”ə müraciət daxil olmayıb

    Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılan “qaynar xətt”ə müraciət daxil olmayıb.

    Mətbuat Şurasından verilən xəbərə görə, bu gün saat 15.00-dək bələdiyyə seçkiləri ilə əlaqədar Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən mobil və şəhər telefon nömrələrinə prosesi işıqlandıran jurnalistlər tərəfindən heç bir zəng daxil olmayıb.

    Qeyd edək ki, Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək “qaynar xətt” rejimində işləyir. Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat verə bilərlər.

  • Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi – Dustağa telefon aparıb

    Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi işləmiş şəxs saxlanılıb.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, sözügedən vəzifədə çalışmış, 1996-cı ildə Bakı şəhərində anadan olmuş Niyaməddin Y. barəsində Cinayət Məcəlləsinin 308.1 və 317- 1.2-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.

    Məlum olub ki, Niyaməddin mobil telefon və elektrik qidalandırıcını (şarj aləti) ayağındakı ayaqqabının içərisində gizlətməklə təcridxanaya keçirib. O, həmin əşyaları doqquz il həbs cəzası almış Kənan adlı dustağa verib.

    2019-cu ildən ədliyyə orqanlarında qulluğa qəbul olmuş və həmin tarixdən Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsinə təyin olunmuş Niyaməddin sözügedən əşyaları Elvin adlı qonşusunun xahişi ilə Kənana çatdırıb.

    İşin üstü açıldıqdan sonra Niyaməddin vəzifəsindən kənarlaşdırılıb və barəsində cinayət işi açılıb.

    Məhkəmənin qərarı ilə Niyaməddinə iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 000 manat miqdarında cərimə cəzası təyin edilib.

  • Bakıda Psixologiya Mərkəzində dava: İdman müəllimi hüquqşünası söyüb

    Müasir Psixologiya Mərkəzində dava olub.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu Ağa Nemətulla küçəsi ərazisində yerləşən Müasir Psixologiya Mərkəzində qeydə alınıb.

    1976-cı il təvəllüdlü Bakı şəhər sakini Sara Rəhimova mərkəzin hüquqşünası Vüsal Həsənovla mübahisə edib. Onların mübahisəsi davaya çevrilib.

    Mərkəzdə müəllim vəzifəsində çalışan Sara Vüsalı söyərək təhqir edib.

    Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edilib.

    Araşdırmalar zamanı Saranın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-ci (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

    İş üzrə izahat verən Sara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, mərkəzdə idman müəlliməsidir:

    “Vüsalı isə bizə hüquqşünas kimi təqdim ediblər. Mərkəzin direktoru Azər müəllim işdə olarkən özümü pis etdim. Bu səbəbdən onun otağına gəldim, evə getməyə icazə istədim. Azər müəllim məndən uşaqları və valideynləri yola verməyimi xahiş elədi.

    İkinci dəfə içəri girərək Azər müəllimə dedim ki, 13 ildir burada işləyirəm, heç vaxt icazə almamışam. Azər müəllimlə aramızda anlaşılmazlıq oldu, məni düz başa düşmədi. Həmin vaxt orada olan Vüsal isə dedi ki, sən bizə mane olursan. Onunla danışmadığımı söylədim. Bu zaman Vüsal kobud şəkildə mənə “çıx çölə” dedi. O, əvvəllər də iclaslarda mənə kobud münasibət göstərib.

    Vüsal Azər müəllimin kabinetində məni küçə söyüşləri ilə təhqir etdi. Mən də dediklərini özünə qaytardım”.

    Zərərçəkmiş Vüsalın sözlərinə görə, mərkəzin direktoru Azər müəllimin iş otağında müzakirə apararkən Sara qapını döymədən içəri daxil olub, özünü pis hiss etdiyini deyib, evə icazə istəyib:

    “Azər müəllim ona uşaqları yola verməyi tapşırdı. Sara otaqdan çıxdı. İkinci dəfə otağa daxil olaraq direktora: “Sən məni eşitmədin, deyirəm ki, özümü pis hiss edirəm”, – söylədi.

    Mən Saraya yaşlı adamla belə danışdığına görə irad tutdum. Sara: “Sən mənim üçün heç kimsən”, – dedi. Mənə və ailə üzlərimin ünvanına küçə söyüşləri söyməyə başladı”.

    Bu inzibati işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Sara 50 manat məbləğində cərimə olunub.

    Qeyd edək ki, işdə adı hallanan Sara Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızıdır.

  • Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

    Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.

    Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Ford” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü P.Məhərrəmova “saxla” işarəsi verilib.

    Araşdırma zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi aşkarlanıb.

    Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Məhkəmənin qərarına əsasən, P.Məhərrəmov 15 gün müddətinə inzibati qaydada həbs olunub.

  • В Баку арестован руководитель ресторана, избивший официантку из-за TikTok

    В одном из ресторанов в Низаминском районе Баку арендатор избил официантку.

    Как сообщает Qaynarinfo, владелец ресторана по имени Фарид обвиняется в избиении официантки Самиры.

    Владелец увидел, как Самира вела прямой эфир в социальной сети TikTok в ресторане. Он разозлился на официантку и сказал: “Завтра у тебя выходной”.

    На следующий день Самира пришла к Фариду за своей ежедневной зарплатой в 20 манатов. Владелец отказался выплачивать зарплату уволенной сотруднице. Пострадавшая разозлилась на мужчину. В этот момент Фарид набросился на Самиру при посетителях ресторана и оскорбил ее. Затем он ударил женщину кулаком по голове.

    В результате Самира получила различные травмы и была госпитализирована.

    Решением суда Фарид был признан виновным в совершении преступления, предусмотренного статьей 221.1 Уголовного кодекса, и приговорен к 5 месяцам лишения свободы.

  • Bakıda “TikTok”a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ

    Bakı şəhəri, Nizami rayonunda yerləşən restoranların birinin icarədarı ofisiantı döyüb.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, restoran işlədən İ.Fərid adlı sahibkar Samirə adlı qadın ofisiantı döyməkdə ittiham edilib.

    Belə ki, sahibkar restoranda Samirənin “TikTok” sosial şəbəkəsində canlı yayım açdığını görüb. O, ofisianta əsəbiləşib və “sən sabahdan istirahətdəsən”, – deyib.

    Hadisənin səhəri günü Samirə gündəlik 20 manat əməkhaqqını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu işçisinin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara – “haram xoşun olsun”, – deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirənin üstünə hücum edərək onu təhqir edib. Daha sonra sahibkar ofisiantın üzünə qapını çırparaq, yumruqla baş nahiyəsinə zərbə vurub.

    Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.

    Məhkəmənin qərarı ilə Fərid Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Seçki məntəqəsində qadının halı pisləşdi

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:30-da Yasamal rayonu, Şəfayət Mehdiyev 269 ünvanında yerləşən 28 saylı seçki məntəqəsindən çağırış daxil olub.

    Bu barədə TƏBİB məlumat yayıb.

    Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

    Məlumata görə, təcili tibbi yardım briqadası 67 yaşlı qadına arterial təzyiqin qalxması diaqnozu ilə yerində yardım göstərib.

    Xatırladaq ki, bu gün Azərbaycanda bələdiyyə seçkisidir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkisində səsvermə hüququ olan 5 961 987 seçici var və 685 bələdiyyənin 8 071 üzvü üçün 16 092 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.

  • 17 пострадавших в тяжелом ДТП в Лянкяране выписаны из больницы

    Лечение одного из пострадавших во вчерашнем тяжелом дорожно-транспортным происшествии (ДТП) в Лянкяране продолжается в отделении реанимации, еще шестерых – в отделении травматологии Лянкяранской центральной районной больницы,

    Об этом сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Состояние пациентов оценивается как удовлетворительное.

    По информации, 24 человека (13 женщин, 10 мужчин и ребенок), пострадавшие в результате инцидента, госпитализированы в отделение скорой помощи больницы с травмами в области различных частей тела. После обследования 17 из них были выписаны на амбулаторное лечение.