Month: January 2025

  • Спецпредставитель президента России посетит Азербайджан с деловым визитом

    Спецпредставитель президента России по связям с международными организациями для достижения целей устойчивого развития Борис Титов посетит 27-28 января Азербайджан с деловым визитом.

    Об этом сообщает Median.Az со ссылкой на Sputnik Азербайджан.

    Спецпредставитель президента РФ проведет в Баку ряд деловых встреч – с помощником Президента Азербайджана Анаром Алакбаровым, завотделом по экономическим вопросам и политике инновационного развития Администрации главы государства Шахмаром Мовсумовым и замминистра иностранных дел Ялчыном Рафиевым.

  • Rusiya prezidentinin xüsusi nümayəndəsi Azərbaycana işgüzar səfər edəcək

    Rusiya prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov yanvarın 27-28-də Azərbaycana işgüzar səfər edəcək.

    Median.Az bu barədə “Sputnik Azərbaycan”a istinadən məlumat verir.

    Bildirilir ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Bakıda Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə bir sıra işgüzar görüşlər keçirəcək.

  • МИД Азербайджана поделился публикацией по случаю Дня памяти жертв Холокоста

    Министерство иностранных дел Азербайджана поделилось публикацией по случаю Международного дня памяти жертв Холокоста.

    В публикации в социальной сети Х говорится:

    “27 января – в Международный день памяти жертв Холокоста – мы вспоминаем и скорбим о жертвах одного из самых ужасных злодеяний в истории человечества. Мы солидарны в борьбе против религиозной и этнической ненависти, геноцида и преступлений против человечности, выступаем против всех форм антисемитизма, ксенофобии и проявлений нетерпимости”.

  • Azərbaycan XİN Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib.

    Məlumat nazirliyin rəsmi “X” sosial media hesabında paylaşılıb.

    “27 yanvar – Beynəlxalq Holokost Qurbanlarının Anım Günündə biz bəşər tarixinin ən iyrənc vəhşiliklərindən birinin qurbanlarını xatırlayır və yad edirik.

    Biz dini və etnik nifrətə, soyqırımına və insanlıq əleyhinə cinayətlərə qarşı birləşirik və antisemitizmin, ksenofobiyanın bütün formalarına, həmçinin dözümsüzlük təzahürlərinə qarşı çıxırıq”, – paylaşımda qeyd olunub.

  • Громкое дело о хищениях на “Формуле-1”: кому принадлежали деньги в грузинском банке?

    В Бакинском суде по тяжким преступлениям под председательством судьи Лейлы Аскеровой-Мамедовой прошел судебный процесс по уголовному делу Чингиза Мехдиева, бывшего начальника отдела спортивных операций операционной компании Baku City Circuit (BCC).

    Об этом сообщает Median.Az со ссылкой на Report.

    В ходе процесса адвокаты Чингиза Мехдиева представили суду ходатайства. В одном из них говорилось, что деньги с банковского счета матери Мехдиева в Грузии были переведены на его счет по наследству. Адвокат попросил приобщить соответствующий документ к доказательствам.

    Чингиз Мехдиев заявил, что упомянутые средства находились в грузинском банке: “Мы обращались по этому поводу в банк Грузии. Деньги были на имя моей матери. После ее смерти средства остались в грузинском банке”.

    По словам Мехдиева, документ о наследстве, полученный в Азербайджане, изначально не был признан. Поэтому деньги некоторое время “застряли” в грузинском банке. Позже его признали наследником, и деньги были переведены на его имя.

    Адвокат сообщил, что на счету Чингиза Мехдиева было 857 тысяч долларов. По его словам, эта сумма не соответствует деньгам, присвоенным из BCC.

    Защитник в следующем ходатайстве попросил обратиться в грузинский банк и направить в суд соответствующие финансовые документы для уточнения суммы.

    Государственный обвинитель заявил, что необходимые по уголовному делу документы представлены суду и приобщены к материалам дела. Обвинитель попросил не удовлетворять ходатайство.

    Суд отклонил ходатайство об обращении в грузинский банк для уточнения сумм. Было заявлено, что этот вопрос будет учтен при совещании.

    Другое ходатайство было удовлетворено. Так, представленные суду документы были приобщены к материалам уголовного дела.

    В других ходатайствах адвокаты попросили направить в суд факты, связанные с аудиторской проверкой Счетной палаты в компании: “Если мы попросим, нам не дадут. Просим суд обратиться в ведомство по этому поводу”.

    Государственный обвинитель заявил, что никакой документ упомянутого ведомства не может считаться основанием. По словам обвинителя, это дело ведут следственный орган и суд. Он попросил не удовлетворять ходатайство.

    Суд отклонил ходатайство.

    Следующий процесс состоится 3 февраля.

    Напомним, что Чингиз Мехдиев обвиняется в присвоении около 400 тысяч манатов, выделенных на организацию гонки “Формулы-1” в Баку. В его отношении на период следствия избрана мера пресечения, не связанная с арестом.

  • “Formula-1″ə ayrılan pulların mənimsənilməsi: Gürcüstan bankındakı pullar kimindir?

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin vəkilləri məhkəməyə vəsatətlər təqdim ediblər.

    Vəkil vəsatətində bildirib ki, Gürcüstan bankından Çingiz Mehdiyevin anasının adına olan pullar vərəsəlik əsasında onun hesabına köçüb. Vəkil bununla bağlı sənədin sübutlara daxil edilməsini istəyib.

    Çingiz Mehdiyev deyib ki, sözügedən pullar Gürcüstan bankında olub:

    “Bununla bağlı Gürcüstan bankına müraciət etmişdik. Pullar anamın adına idi. Anam rəhmətə getdikdən sonra vəsait Gürcüstan bankında qalmışdı”.

    Çingiz Mehdiyev deyib ki, Azərbaycandan aldıqları vərəsəlik sənədi əvvəlcə tanınmayıb. Buna görə də pullar bir müddət Gürcüstan bankında ilişib qalıb. Daha sonra vərəsə kimi tanınıb və pul onun adına köçüb.

    Vəkil bildirib ki, Çingiz Mehdiyevin hesabında 857 min dollar olub. Onun sözlərinə görə, bu vəsait Bakı Şəhəri Halqası Əməliyyat Şirkətindən mənimsənilən pullarla uyğun gəlmir.

    Müdafiəçi növbəti vəsatətində Gürcüstan bankına müraciət edilməsini və məbləğin dəqiqləşdirilməsi üçün həmin maliyyə sənədlərinin məhkəməyə göndərilməsini xahiş edib.

    Dövlət ittihamçısı deyib ki, cinayət işi üzrə lazım olan sənədlər məhkəməyə təqdim edilib və iş materiallarına əlavə olunub. İttihamçı vəsatətin təmin olunmamasını istəyib.

    Məhkəmə məbləğlərin dəqiqləşdirilməsi məqsədilə Gürcüstan bankına müraciət edilməsi üçün verilən vəsatəti təmin etməyib. Bildirilib ki, bu məsələ müşavirə otağında nəzərə alınacaq.

    Digər vəsatət təmin olunub. Belə ki, məhkəməyə təqdim olunan sənədlər cinayət işinin materiallarına əlavə olunub.

    Vəkillər digər vəsatətlərində Hesablama Palatasının şirkətdə audit yoxlaması ilə bağlı faktların məhkəməyə göndərilməsini xahiş ediblər:

    “Biz istəsək, verməyəcəklər. Xahiş edirik, məhkəmə bununla bağlı quruma müraciət etsin”.

    Dövlət ittihamçısı bildirib ki, sözügedən qurumun hər hansı bir sənədi əsas sayıla bilməz. İttihamçının sözlərinə görə, bu işi istintaq orqanı və məhkəmə həyata keçirir. O, vəsatətin təmin ediməməsini istəyib.

    Məhkəmə vəsatəti təmin etməyib.

    Növbəti proses fevralın 3-də keçiriləcək.

    Qeyd edək ki, Çingiz Mehdiyev “Formula-1” yarışının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

    Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

  • Талибы освободили из тюрьмы канадского ветерана

    “Талибан” (движение находится под санкциями ООН за террористическую деятельность) освободил из тюрьмы ветерана Вооруженных сил Канады Дэвида Лавери, арестованного в Кабуле 17 ноября 2024 года.

    Об этом сообщает информационный портал Khaama press.

    Министр иностранных дел Канады Мелани Жоли сообщила об освобождении Лавери при содействии Катара 27 января на своей странице в социальной сети X. Мужчина уже воссоединился со своей семьей в Катаре.

    Причина ареста Лавери в аэропорту Кабула неизвестна. В 2024 году в организации Veterans Transition Network, где работал военный, заявили, что он часто посещал Афганистан для выполнения гуманитарной миссии.

    По данным издания, Лавери помог эвакуировать 100 афганцев три года назад во время вывода войск США из Афганистана. В течение нескольких лет он руководил частной охранной компанией Raven Rae Consulting Services в афганской столице.

    Освобождение Лавери говорит о продолжающихся дипломатических усилиях, а также подчеркивает ключевую роль Катара в переговорах с “Талибаном”, отмечается в статье.

  • 100 əfqanın həyatını xilas edən kanadalı veteran “Taliban”ın girovluğundan azad edildi

    “Taliban” 2024-cü ilin noyabrında Kabildə həbs edilmiş Kanada Silahlı Qüvvələrinin veteranı Devid Laverini həbsdən azad edib.

    Bu barədə “Khaama press” informasiya portalı məlumat yayıb.

    Kanadanın Xarici İşlər naziri Melani Coli xəbəri təsdiq edib və bildirib ki, bu, Qətərin vasitəçiliyi ilə baş tutub.

    Laveri artıq Qətərdə ailəsi ilə görüşüb.

    Laverinin Kabil hava limanında həbsinin səbəbi məlum deyil.

    2024-cü ildə hərbçinin işlədiyi “Veterans Transition Network” təşkilatında bildiriblər ki, o, humanitar missiya üçün tez-tez Əfqanıstana səfər edirdi.

    Nəşrin məlumatına görə, Laveri üç il əvvəl ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı 100 əfqanın təxliyəsinə kömək edib. O, bir neçə il ərzində Əfqanıstan paytaxtında “Raven Rae Consulting Services” özəl mühafizə şirkətinə rəhbərlik edib.

    Məqalədə qeyd olunub ki, Laverinin azad olunması davam edən diplomatik səylərdən xəbər verir və “Taliban”la danışıqlarda Qətərin əsas rolunu vurğulayır.

  • Сколько сотрудников прокуратуры было уволено из ведомства в прошлом году из-за недостатков?

    В 2024 году в отношении 382 работников прокуратуры были применены меры поощрения.

    Об этом сказал генеральный прокурор Кямран Алиев на расширенном заседании коллегии в Генеральной прокуратуре по итогам 2024 года и предстоящим задачам.

    По его словам, в 2024 году к 17 работникам прокуратуры и 2 государственным служащим были применены меры дисциплинарного взыскания. Из них 7 человек получили выговор, 4 человека – строгий выговор, 7 человек освобождены от занимаемой должности, а 1 человек лишен звания и уволен из органов прокуратуры.

    Также в прошлом году на работу в органы прокуратуры были приняты 52 человека, в отношении 382 работников прокуратуры были применены меры поощрения.

    “На административные и вспомогательные должности государственной службы были приняты 55 человек, 85 человек были поощрены. Кроме того, распоряжением Президента Азербайджана Ильхама Алиева от 30 сентября 2024 года 14 работников прокуратуры были награждены различными медалями”, – сказал К.Алиев.

  • Ötən il nöqsanlara görə neçə prokurorluq əməkdaşı orqandan xaric edilib?

    “2024-cü ildə 382 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib”.

    Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

    Baş prokuror bildirib ki, 2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunub, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

    Bildirilib ki, 2024-cü ildə 52 prokurorluq işçisi işə qəbul edilib, 382 şəxs isə həvəsləndirilib:

    “2024-cü ildə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə 55 şəxs işə qəbul edilib, 85 şəxs isə həvəsləndirilib.

    Bundan başqa, hesabat dövründə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 14 nəfər prokurorluq işçisi müxtəlif medallarla təltif edilib”.