Month: January 2025

  • Geomaqnit qasırğası olacaq

    Yanvarın 29-da geomaqnit sahəsi filamenti aktivləşəcək.

    Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, yüksək Sürətli Tac Dəliyi Axınlarının 31 yanvarda geoeffektiv olacağı gözlənilir və G1( zəif) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

  • Saatlıda narkotik satışı ilə bağlı üç nəfər saxlanılıb

    Saatlıda narkotiklərin satışı ilə bağlı üç nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri Sahib Astanov, İslam Fətullayev və Asim Qarayev saxlanılıblar.

    həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və bir ədəd elektron tərəzi aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • На Площади фонтанов в Баку второй раз за год сносят незаконную пристройку – ВИДЕО

    27 января 2025 года Главное управление архитектуры и градостроительства города Баку при Государственном комитете по градостроительству и архитектуре начало демонтаж незаконно возведенной пристройки к ресторану Fontana, расположенному на улице Ахмеда Джавада (Площадь фонтанов) в Сабаильском районе столицы. Работы проводятся с целью восстановления общественного порядка и обеспечения свободного доступа для жителей, сообщает Median.Az со ссылкой на управление.

    Примечательно, что это уже второй случай самовольного строительства владельцами ресторана Fontana на прилегающей территории. В марте прошлого года в ходе мониторинга, проведенного Главным Управлением в рамках градостроительного контроля, аналогичное нарушение уже было выявлено и пресечено. Однако в текущем году нарушители вновь попытались незаконно расширить площадь своего заведения.

    Согласно действующему законодательству Азербайджана, возведение любых временных сооружений, а также деятельность торговых и сервисных объектов требуют обязательного согласования с местными исполнительными органами. Поскольку указанные строительные работы не были санкционированы комитетом, их демонтаж осуществляется в строгом соответствии с буквой закона.

    Главное управление архитектуры и градостроительства Баку продолжает активную работу по выявлению и предотвращению подобных нарушений. Ведомство стоит на страже соблюдения норм градостроительства и создания комфортной городской среды для жителей столицы.

  • Fəvvarələr meydanında qanunsuz tikilinin sökülməsinə başlanılıb – VİDEO

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonu Əhməd Cavad küçəsindəki (“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.

    Bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən məlumat verilib.

    Bildirilib ki, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə işbazlar tərəfindən əlavə artırma işlərinin aparılması ikinci belə özbaşınalıqdır.

    Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınmışdı. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar.

    Əlavə edək ki, mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir.

  • Президент Азербайджана принял верительные грамоты новоназначенного посла Словении (ОБНОВЛЕНО)

    27 января Президент Азербайджанской Республики Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Республики Словения в нашей стране Горазда Ренчела.

    Как сообщает АЗЕРТАДЖ, посол вручил главе государства cвои верительные грамоты.

    Президент Ильхам Алиев побеседовал с послом.

    Посол Горазд Ренчел в первую очередь передал главе государства поздравления с успешным проведением СОР29 и достигнутыми успехами.

    Выразив признательность за поздравления, Президент Ильхам Алиев подчеркнул, что, несмотря на сжатые сроки, отведенные на подготовку к конференции, Азербайджан успешно организовал это мероприятие. Он с удовлетворением отметил, что COP29 является самым крупным международным мероприятием, когда-либо проводившимся в нашей стране. Высоко оценив активное участие Словении в конференции, глава государства коснулся важности достижения консенсуса между большим числом стран, представленных на СОР29, подчеркнул, что в рамках мероприятия были достигнуты эффективные результаты для продвижения международной климатической повестки дня.

    Отметив, что двусторонние отношения имеют хорошую историю, Президент Ильхам Алиев вспомнил взаимные визиты глав государств двух стран, с удовлетворением отметил, что в ходе этих визитов состоялись продуктивные обсуждения по различным направлениям. Глава государства выразил уверенность, что сотрудничество двух стран будет укрепляться и впредь.

    На встрече была выражена надежда на динамичное развитие политического диалога между Азербайджаном и Словенией, было сообщено, что в ближайшее время между министрами иностранных дел двух стран состоятся политические консультации, а также пройдет заседание рабочей группы по вопросам экономического сотрудничества. Отмечалось, что будут организованы взаимные визиты на высоком уровне.

    Посол подчеркнул, что Азербайджан является страной, играющей важную роль в регионе Южного Кавказа, а также в Транскаспийском транспортном коридоре.

    В ходе беседы было затронуто развитие сотрудничества между Азербайджаном и Словенией в энергетической сфере, поставки азербайджанского газа на словенский рынок были расценены как важный шаг в развитии двусторонних связей.

    На встрече состоялся обмен мнениями о перспективах отношений между Азербайджаном и Европейским союзом.

    * * * * *

    27 января Президент Азербайджанской Республики Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Республики Словения в нашей стране Горазда Ренчела.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident Sloveniyanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (YENİLƏNİB)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

    Prezident İlham Əliyev səfirlə söhbət edib.

    Səfir Qorazd Rençel ilk növbədə COP29-un uğurla keçirilməsi və əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb.

    Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bu konfransın hazırlıq işlərinə az müddət qalmasına baxmayaraq, Azərbaycan tərəfindən həmin tədbirin uğurla təşkil olunduğunu vurğulayıb, COP29-un ölkəmizdə indiyədək keçirilən ən böyük beynəlxalq tədbir olduğunu məmnunluqla qeyd edib. Sloveniyanın bu tədbirdə fəal iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı COP29-da təmsil olunan xeyli sayda ölkələr arasında konsensunun əldə edilməsinin önəminə toxunub, tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyinin irəli aparılması üçün səmərəli nəticələrin olduğunu vurğulayıb.

    Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin yaxşı tarixə malik olduğunu deyərək, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərini xatırlayıb və bu səfərlər zamanı müxtəlif istiqamətlər üzrə məhsuldar müzakirələrin aparıldığını məmnunluqla qeyd edib. Dövlətimizin başçısı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.

    Görüşdə Azərbaycanla Sloveniya arasında siyasi dialoqun dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub, yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin və iqtisadi əməkdaşlıq məsələləri üzrə işçi qrupunun toplantısının keçiriləcəyi bildirilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin təşkil olunacağı qeyd edilib.

    Səfir Azərbaycanın Cənubi Qafqaz regionunda, həmçinin Transxəzər nəqliyyat dəhlizində mühüm rola malik ölkə olduğunu vurğulayıb.

    Söhbət zamanı Azərbaycanla Sloveniya arasında enerji sahəsində əməkdaşlığın inkişafına toxunulub, Azərbaycan qazının Sloveniya bazarına çatdırılması əlaqələrimizin inkişafında mühüm addım kimi dəyərləndirilib.

    Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • В Азербайджане пенсии ниже 320 манатов будут повышены по-разному: депутат разъяснил порядок

    В последнее время многих пенсионеров в Азербайджане, получающих относительно низкие пенсии, волнует вопрос о том, как будут индексироваться их пенсионные выплаты. Будут ли пенсии этой категории граждан индексироваться или напрямую повышаться?

    Депутат Милли Меджлиса, экономист Вугар Байрамов разъяснил этот вопрос на своей странице в Facebook. По его словам, порядок индексации пенсий отражен в законе “О трудовых пенсиях”.

    “В зависимости от размера пенсии возможно применение как индексации, так и прямого повышения, либо же обоих механизмов”, – отметил депутат. Он привел несколько примеров:

    1. Если гражданин получил право на трудовую пенсию до 1 января 2025 года и размер его пенсии составляет 310 манатов (меньше нового минимума в 320 манатов), то его пенсия будет проиндексирована в соответствии с ростом средней номинальной зарплаты за предыдущий год. По данным Госкомстата, за 11 месяцев 2024 года средняя зарплата по стране выросла на 8% до 996.8 маната. Таким образом, пенсия в 310 манатов после индексации составит около 334.8 маната, что больше нового минимума.

    2. Если размер пенсии составляет 280 манатов, то после индексации она вырастет до 302.4 маната. Но поскольку эта сумма меньше нового минимума в 320 манатов, пенсия будет дополнительно повышена до этого уровня. То есть будут применены и индексация, и прямое повышение.

    3. Если право на пенсию получено после 1 января 2025 года и ее размер меньше 320 манатов, то пенсия будет напрямую повышена на 14.3% до нового минимума. Начиная со следующего месяца, пенсий ниже 320 манатов в Азербайджане не будет.

    Индексация трудовых пенсий в Азербайджане осуществляется на основании закона “О трудовых пенсиях” и распространяется на все виды трудовых пенсий: по возрасту, по инвалидности и по потере кормильца, подчеркнул Вугар Байрамов.

  • 320 manatdan az pensiya alanların NƏZƏRİNƏ – Artım necə hesablanacaq?

    Son günlər nisbətən aşağı pensiya alan vətəndaşlar tərəfindən pensiya məbləğlərinin necə indeksləşdiriləcəyi barədə suala cavab axtarılır. Bu kateqoriyadan olanları aldıqları pensiyaların indeksləşdiriləcəyi, yoxsa birbaşa artırılacağı düşündürür.

    Yəni hazırda 320 manatdan az pensiya alanların pensiyaları necə artırılacaq?

    Bu barədə iqtisadçı deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.

    O bildirib ki, “Əmək pensiyaları haqqında” Qanunda bu məsələ öz əksini tapıb:

    “Bu zaman pensiya məbləğindən asılı olaraq həm indeksləşdirmə, həm artım, həm də hər iksinin tətbiqi mümkündür.

    Aydınlıq üçün izahatı keyslər üzərindən təqdim edək:

    1. Vətəndaşımız əmək pensiyası hüququnu 1 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 310 manatdır, yəni yeni minimum pensiya məbləğindən (320 manat) azdır. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları indeksasiya ilə artırılır. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır. Bu o deməkdir ki, həmin vətəndaşımızın pensiya məbləği 320 manata çatdırılmadan indeksləşdiriləcək. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqı 8 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əməkhaqqı artımının təxminən 8 faiz olacağı gözlənilir. Deməli, bu halda 310 manat pensiya alan vətəndaşımızın pensiya məbləği indeksləşdirmədən sonra 334.8 manat, yəni yeni minimum pensiya məbləğindan çox olacaq.

    2. Vətəndaşımız əmək pensiyası hüququnu 1 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni yeni minimum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 22.4 manat əlavə olunacaq. Amma alınan məbləğ- 302.4 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq.

    3. Vətəndaşımız əmək pensiyası hüququnu 1 yanvar 2025-ci il tarixindən sonra qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni yeni minimum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman o vətəndaşımızın pensiyası gələn aydan etibarən birbaşa 14.3 faiz artırılaraq 320 manata çatıdırılacaq. Bütövlükdə, bu ilin yanvar ayı ərzində əmək pensiyası hüququ qazanan vətəndaşlarımızın pensiya məbləğləri 320 manatdan azdırsa o rəqəmlər gələn aydan birbaşa 320 manata çatıdırılacaq. Çünki gələn aydan 320 manatdan az pensiya olmayacaq. Deməli, bu halda indeksləşdirmə tətbiq olunmur, birbaşa artım şamil edilir”.

    “Qeyd edək ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır”, – deyə deputat qeyd edib.

  • В Шеки грузовик насмерть сбил пешехода

    В Шеки грузовик насмерть сбил пешехода.

    Как сообщает Report, водитель Фирудин Мамедов за рулем грузового автомобиля JAC при движении задним ходом сбил жителя города Имамгусейнова Ульфата Фикрет оглу (1967 г.р.).

    Пешеход скончался на месте происшествия от полученных травм.

    По данному факту ведется расследование.

  • Şəkidə yük maşını piyadanı vuraraq öldürüb

    Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib.

    Belə ki, Firudin Məmmədovun idarə etdiyi JAC markalı yük avtomobili geriyə hərəkət edərkən Şəki şəhər sakini 1967-ci il təvəllüdlü Ülfət Fikrət oğlu İmamhüseynovu vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.