Month: January 2025

  • Спецпредставитель Трампа по Украине: Надо снизить цену нефти до $45 за баррель

    Просто помогая Украине, нельзя заставить Россию прекратить войну, надо снизить цену нефти до 45 долларов за баррель.

    Об этом заявил в интервью АР News специальный представитель президента США Дональда Трампа по Украине Кит Келлог.

    Он предположил, что заставить РФ закончить войну могут “более жесткие меры воздействия” на российскую нефтяную промышленность.

    “Россия получает миллиарды долларов от продажи нефти. Что, если снизить цену до 45 долларов за баррель, что в принципе является базовой точкой безубыточности?” – сказал Келлог.

    Ранее Трамп заявил, что будет добиваться от Саудовской Аравии и ОПЕК снижения цен на нефть. Это, по мнению американского лидера, стало бы средством давления на Россию.

  • Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır

    Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır.

    Bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

    O bildirib ki, yalnız Ukraynaya kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olmaz: “Biz neftin qiymətini bir barel üçün 45 dollara endirməliyik”.

    Xüsusi nümayəndənin fikrincə, Rusiya neft sənayəsi ilə bağlı daha sərt tədbirlər görülməlidir: “Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs qiyməti barel üçün 45 dollara endirsək necə olacaq?”.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 23-də ölkəsinin neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib.

  • Bəzi ölkələrdə “TikTok” işləmir

    Bəzi ölkələrdə “TikTok”un işində nasazlıq yaranıb.

    Bu barədə “Roskomnadzor” məlumat yayıb.

    Rusiyalı istifadəçilər ana səhifələrinin yenilənməməsindən şikayətlənirlər.

    “Downdetector” monitorinq platformasının məlumatına görə, hazırda tətbiqin və ya məzmunun yüklənməsində də problemlər müşahidə olunur.

  • Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb

    Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, meyit rayonun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki göldə aşkarlanıb.

    Tapılan meyitin Ağyazı kənd sakini 1985-ci il təvəllüdlü Ələsgər Müseyib oğlu Bayramova məxsus olduğu məlum olub.

    Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • “Səbail”dən minimal hesablı qələbə

    Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları keçirilir.

    “Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün ilk matçında autsayderlər görüşüblər.

    “Səbail” evdə “Kəpəz”lə qarşılaşıb. Yekunda meydan sahibləri minimal hesabla qalib gəliblər.

    “Sabah” isə bu gün doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.

    “Araz-Naxçıvan” – “Neftçi” və “Qarabağ” – “Turan Tovuz” oyunları sabah keçiriləcək. Ötən gün keçirilmiş “Şamaxı” – “Zirə” matçında (1:2) qonaqlar seviniblər.

    Azərbaycan Premyer Liqası
    20-ci tur
    25 yanvar

    “Səbail” – “Kəpəz” 1:0
    Qol: Madi Keta, 11.
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
    “ASCO Arena”, 16:00.

  • Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş

    Türkiyənin Bolu vilayətindəki “Grand Kartal” hotelində baş verən yanğın zamanı həkim Emre Durdağ və kolleqası olan həyat yoldaşı Gülşen Durdağ 15 nəfərin həyatını xilas edib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, faciədə öz həyatlarını riskə atan həkim cütlük bu addımları ilə nümunə olublar.

    Belə ki, beyin və sinir cərrahı olan E.Durdağla ginekoloq xanımı iki uşağı ilə birlikdə yanan binanın 7-ci mərtəbədəki otaqlarından mələfələri bir-birinə bağlayaraq çıxmağı bacarıblar.

    Daha əvvəl alpinizm üzrə təhsil alan Emre Durdağ təkcə öz ailəsini deyil, ümumilikdə 15 nəfəri xilas edib. Xilas edilənlər arasında 5 yaşlı uşaq da olub. Həyat yoldaşı Gülşen Durdağı yerə endirmək istəyərkən mələfə qopub. Nəticədə Gülşen Durdağ 4 metr hündürlükdən yıxılaraq topuğunu sındırıb.

    Mələfə qalmadığı üçün otaqdan çıxa bilməyən Emre hotel otağının pəncərəsini açaraq zəhərlənmədən xilas olmağa çalışıb. Köməyə gələn yanğınsöndürənlərin yardımı ilə son anda xilas edilən həkim böyük fəlakətdən sağ çıxa bilib.

    Həkim cütlüyünün qəhrəmanlığı sağ qalanlar tərəfindən də böyük minnətdarlıqla qarşılanıb.

  • Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı – Video

    Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, konqresdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelup, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak edib.

    Bakı Təşəbbüs Qrupunun nümayəndələrinə Konqresdə iştirak üçün viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresin işinə onlayn qatılıb. Bu xüsusda, BTQ-in rəhbəri Abbas Abbasov konqresdə video-formatda çıxış edib.

    O, Azərbaycan Prezidenti İlham Əliyevin Kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini xatırladıb.

    Kanak xalqı minnətdarlıq əlaməti olaraq Azərbaycan bayrağını yenidən paytaxt Numea şəhərində ucaldıb.

    Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.

  • FHN təlim keçirdi – Video

    Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

    FHN-dən verilən məlumata görə, təlim Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində keçirilib.

    FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının da cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

    Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.

    Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetirilib.

    Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

  • “Övladın rusca oxusun, utanmayıb deyəsən ki, azərbaycanca başa düşmürük”

    “Nə qədər cahil olasan ki, deyəsən, övladım rus bölməsində təhsil alır, Azərbaycan tarixi niyə rusca keçirilmir?! Axı uşaq onu başa düşmür”.

    Bunu filologiya üzrə fəlsəfə doktoru, naşir Şəmil Sadıqov Azərbaycan məktəblərində rus dilinin tədrisi ilə bağlı fikirlərini bölüşərkən bildirib.

    Alimin sözlərinə görə, bir valideyn Elm və Təhsil Nazirliyini bununla əlaqədar məhkəməyə verib: “Deyirlər, bir ağıllı valideyn nazirliyi məhkəməyə verib ki, niyə Azərbaycan tarixi rus bölməsində Azərbaycan dilində keçirilir? Buna görə övladımın balı aşağı olacaq! Adam bilmir, gülsün, yoxsa ağlasın!

    Birinci, bunu deyən və ya edən valideynin milli kimliyi araşdırılmalı, sonra da onu əqli problemi və məntiqi düşünmə qabiliyyəti həkim yoxlanışından keçirilməlidir.

    Sən Azərbaycan vətəndaşı olasan, övladına dövlət büdcəsi ilə başqa dildə tədris imkanı yaradılsın, hələ utanmayasan, deyəsən ki, biz Azərbaycan dilini başa düşmürük. Bu şəxs elə ailəsi ilə birgə ölkədən sürgün edilməlidir. Hər bir ölkənin vətəndaşı qarşısında birinci şərti dövlətin rəsmi dilini bilməkdir. Dövlət dilini bilməyənin bu ölkədə nə işi var?!”

    Şəmil Sadıqov əlavə edib ki, təhsil haqqında qanunda istənilən beynəlxalq məktəbdə Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasının dövlət dilində olması əks olunub: “Çox təəssüflər olsun ki, uzun illərdir, elə dövlət təhsil proqramlarımız buna cavab verməyib. Yaxın keçmişdə, Elm və Təhsil Nazirliyi ciddi bir addım atıb – Rus bölmələrində Azərbaycan dilinin saatları 2 saatdan, 3 saata qaldırıldı, Azərbaycan tarixinin Azərbaycan dilində keçirilməsi qərarı verildi. Bu, 30 ildən sonra verilən, çox möhtəşəm və ciddi addım idi. Ümid edirəm ki, zaman-zaman ardı gələcək, Azərbaycan dilindəki saatlar ən azı Azərbaycan bölməsinin saatı qədər, 6-9 saata qədər qaldırılmalıdır. Amma ən vacib olan addım odur ki, dövlət büdcəsi hesabına həyata keçirilən rus bölməsi bağlansın!”
    //qafqazinfo.az

  • “Semeçka”nın bu faydalarını bilirdinizmi?

    Günəbaxan tumları essensial yağ turşuları, vitaminlər və mineralla zəngindir.

    Fol turşusu və E vitamini ehtiva etdiyi üçün ürək-damar sağlamlığı üçün çox faydalıdır.

    Tərkibindəki yüksək E vitamini sayəsində ürək, beyin və damar funksiyalarını tənzimləyir, qan dövranını sürətləndirir. Təbii liflər sayəsində maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.

    Pis xolesterolu azaldır və qan şəkərini tarazlaşdırır. Dərinin qocalmasını ləngidir.

    Zülalla zəngin olduğu üçün tox tutma xüsusiyyətinə malikdir. Həmçinin bədəndə protein sintezini təmin edir və əzələ ağrılarının qarşısını alır.

    Stresslə mübarizə aparır və terapevtik təsir göstərir.

    Bundan başqa yaddaşı gücləndirir. Xüsusilə imtahan dövründə zehni gücləndirməyə kömək edir.

    Yüksək miqdarda E vitamini ehtiva etdiyi üçün prostat xərçənginin qarşısını alır.

    Tərkibində dəmir və sink olduğundan uşaqların sümük quruluşunu və diş sağlamlığını gücləndirir.

    Tərkibində olan bədənin ehtiyac duyduğu sağlam yağlar ürək üçün də faydalıdır.

    Sink və antioksidantlarla zəngindir, immunitet sistemini gücləndirir. Zəngin vitamin və mineral tərkibi ilə dırnaqlardakı ağ ləkələri aradan qaldırmağa kömək edir.

    Sinir sistemini tənzimləyir və Alzheimerdən qoruyur. E, B5, B1 vitaminləri və fol turşusu sayəsində saç və dəri sağlamlığı üçün faydalıdır.

    Gündə yalnız bir ovuc günəbaxan tumları istehlak edilməlidir. Yağlı olduğu üçün həddindən artıq istehlak edildikdə çəki artımına səbəb olur. Çox duzlu qəbul edilərsə, böyrək funksiyalarına mənfi təsir göstərə bilər.
    //qafqazinfo