Month: January 2025

  • Komaya düşən sabiq nazirin son durumu açıqlandı

    “İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Onun səhhətində hər hansı dəyişiklik yoxdur”.

    Bu barədə teleqraf.com-a Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev deyib.

    Qeyd edək ki, insult keçirən sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.

    O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

    İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

  • Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb

    Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.

    Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Araşdırma aparılır.

    Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumdur. Bıçaqlanan V.Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-ci ildə bacısının həyat yoldaşı 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.
    ///report

  • ​”Ridetech Azərbaycan” məhkəməyə verilib – SƏBƏB

    “Ridetech Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti Hava, Dəniz, Çay, Avtomobil, Dəmir Yolu Nəqliyyatında Və Metropolitendə olan qaydalar əleyhinə olan (Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.

    Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə protokol irəli sürülüb.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə görə taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.

    İşə 04 fevralda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

  • Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

    “Yanacağa qənaət etmək üçün yalnız bir neçə vərdişi dəyişdirmək lazımdır”.

    Avtosfer.az xəbər verir ki, bu barədə “Rolf” şirkətinin xidmət direktoru Yuliya Truşkova deyib.

    Ekspert bildirib ki, aqressiv sürmə, o cümlədən, qəfil sürətlənmə və əyləcdən istifadə yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə artırır:

    “Avtomobili sakit bir şəkildə sürətləndirin və sabit sürəti qoruyun. Magistral yolda kruiz-kontroldan istifadə yanacağa qənaət etməyə də kömək edə bilər”.

    Truşkova təkərlərin təzyiqinə nəzarət edilməsinin vacibliyinə də diqqət çəkib:

    “Fakt budur ki, az şişirdilmiş təkərlər yüksək yuvarlanma müqavimətinə görə yanacaq sərfiyyatını artırır. Yanacağa qənaət etməyin üçüncü yolu avtomobilin çəkisini azaltmaq və bununla da mühərrikə düşən yükü azaltmaqdır”.

    Bundan əlavə, ekspert marşrutu əvvəlcədən planlaşdırmağı, tıxaclı yollardan istifadə etməməyi, mühərriki uzun müddət qızdırmamağı tövsiyə edib. Lazım olmadıqda kondisioneri də söndürməlisiniz.

    Pula qənaət etməyin yeddinci yolu avtomobilinizi yaxşı texniki vəziyyətdə saxlamaqdır. Sonda Truşkova sürət həddini aşmamağı, yüksək keyfiyyətli yanacaqdan istifadə etməyi və işıqforda neytral rejimdən istifadə etməyi tövsiyə edib.

  • Xaricdən 1,3 milyon ton buğda gətirilib – Qiymətlər ucuzlaşıb

    Ötən il Azərbaycana xarici ölkələrdən 1 milyon 292 min 6 ton miqdarında buğda gətirilib.

    Bu miqdarda məhsulun idxalına çəkilən xərcin həcmi 279 milyon 681 min ABŞ dolları olub. Buğda idxalı əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 116 min 685 ton (9,9%) artıb, dəyər ifadəsi ilə 24 milyon 302 min ABŞ dolları (8%) azalıb. 2023-cü ildə Azərbaycana xaricdən 1 milyon 175 min 341 ton miqdarında, 303 milyon 983 min ABŞ dolları dəyərində buğda gətirilmişdi.

    Ötən il idxal olunan buğdanın bir tonunun orta qiyməti 216,4 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 42,2 ABŞ dolları və ya 16,3% ucuzlaşma deməkdir. 2023-cü ildə idxal olunan buğdanın bir tonunun orta qiyməti 258,6 ABŞ dolları idi.

    Qeyd edək ki, ötən il idxal olunan buğda ümumi idxalın 1,33%-ini təşkil edib.
    //valyuta.az

  • На Каспии произошло землетрясение

    В Каспийском море произошло землетрясение.

    Об этом сообщила Республиканский центр сейсмологической службы НАНА.

  • Xəzər dənizində zəlzələ olub

    Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ olub.

    Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Yeraltı təkan yerli vaxtla saat 17:22-də qeydə alınıb.

    Zəlzələ 66 km dərinlikdə baş verib.

  • Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib

    Bakı şəhəri, Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sosial şəbəkədə məlumat yayıb.

    “Nərimanov rayonu, Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib. Ağa Nemətulla – Çaykovski – Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər”, – agentliyin paylaşımında qeyd olunub.

    Xatırladaq ki, daha əvvəl agentlik 62, 217 və 569 nömrəli avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən etdiyini açıqlamışdı.

  • Зеленский: Военная помощь Украине со стороны США не будет остановлена

    Американская военная помощь Украине не будет приостановлена.

    Как передает Median.Az со ссылкой на РБК-Украина об этом президент Украины Владимир Зеленский заявил в ходе пресс-конференции с президентом Молдовы Майей Санду.

    Зеленский отметил, что пока не готов комментировать решение Госдепартамента США, но подчеркнул, что военная помощь Украине не будет остановлена.

    “Я знаю, что есть какие-то ограничения, надо детально смотреть. Ограничение на 90 дней гуманитарных программ. Я знаю, есть большое количество институтов в мире, которые поддерживались ранее правительством США. <…> Я могу сказать только то, что может недополучить Украина, то, чем занимаюсь я. Я сфокусирован на военной помощи, она не остановлена, слава Богу”, – сказал президент.

  • Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq

    ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq.

    Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi mətbuat konfransında deyib.

    V.Zelenski ABŞ Dövlət Departamentinin qərarını şərh etməyə hələ hazır olmadığını qeyd edib, lakin Ukraynaya hərbi yardımın dayandırılmayacağını vurğulayıb.

    “Müəyyən məhdudiyyətlər mövcuddur, ətraflı baxmaq lazımdır. Humanitar proqramlara 90 günlük məhdudiyyət var. Bilirəm ki, dünyada əvvəllər ABŞ hökuməti tərəfindən dəstəklənən çoxsaylı institutlar var. Mən hərbi yardıma fokuslanmışam, o dayandırılmayıb”, – Ukrayna Prezidenti bildirib.
    //report