Month: February 2025

  • Шакиру госпитализировали в Перу

    Певица Шакира отменила концерт в столице Перу из-за госпитализации во время мирового турне.

    Об этом сообщает британская газета Guardian.

    Спустя несколько дней после начала первого за семь лет мирового тура Шакиру госпитализировали с болями в животе. Вечером 15 февраля певица обратилась в отделение неотложной помощи и вынуждена была остаться в больнице.

    По словам Шакиры, врачи не рекомендовали ей выступать, поэтому певица отменила предстоящий концерт.

    Поп-звезда выразила сожаление, что не сможет выйти на сцену. Она заявила, что с нетерпением ждала воссоединения с ее “невероятными поклонниками” в Перу и выразила надежду, что в понедельник уже сможет выйти из больницы.

  • Şakira xəstəxanaya yerləşdirildi

    Populyar müğənni Şakira dünya turnesi zamanı xəstəxanaya yerləşdirilməsi səbəbindən Perunun paytaxtı Limadakı konsertini ləğv edib.

    Median.Az Britaniyanın “Guardian” qəzetinə istinadla xəbər verir ki, Şakira qarın nahiyəsindəki ağrılarla xəstəxanaya çatdırılıb.

    İfaçı təcili yardım şöbəsinə müraciət edib və o, xəstəxanada qalmağa məcbur olub. Şakiranın sözlərinə görə, həkimlər ona çıxış etməyi məsləhət görməyiblər, buna görə müğənni qarşıdakı konserti ləğv edib.

  • Великобритания готова отправить войска в Украину в качестве гарантий безопасности

    Великобритания готова отправить войска в Украину в качестве гарантий безопасности для властей в Киеве с целью урегулирования конфликта.

    Об этом написал премьер-министр Соединенного Королевства Кир Стармер в статье для газеты The Daily Telegraph.

    “Великобритания готова играть ведущую роль в ускорении работы над гарантиями безопасности для Украины. Это включает дальнейшую поддержку украинских военнослужащих. Великобритания уже взяла на себя обязательство выделять 3.8 млрд долларов (6.4 млрд манатов – ред.) ежегодно по меньшей мере до 2030 года. Но это также означает готовность и желание внести вклад в гарантии безопасности для Украины путем размещения наших войск на земле при необходимости”, – заявил глава правительства.

    “Мне нелегко говорить об этом. Я чувствую очень высокую ответственность, связанную с тем, что британским военнослужащим потенциально может быть причинен вред. Но любая роль в оказании помощи Украине с целью обеспечения ее безопасности помогает гарантировать безопасность нашего континента, безопасность нашей страны”, – утверждает Стармер.

    По его словам, вопрос будущего Украины имеет “экзистенциальное значение для всей Европы”. В связи с этим европейским государствам необходимо увеличить расходы на собственную оборону, добавил Стармер.

    “Мы должны показать, что мы действительно серьезно настроены в отношении собственной безопасности и несем это бремя. Мы говорим об этом слишком долго, и президент США Дональд Трамп прав, когда требует, чтобы мы действовали. Как европейские страны мы должны увеличить расходы на оборону и играть более существенную роль в НАТО”, – указал премьер.

  • Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır

    Böyük Britaniya münaqişənin nizamlanması məqsədilə Kiyevdəki hakimiyyət üçün təhlükəsizlik zəmanətləri qismində Ukraynaya qoşun göndərməyə hazırdır.

    Bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmerin “The Daily Telegraph” qəzeti üçün yazdığı məqalədə deyilir.

    “Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işlərin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Bu, Ukrayna hərbi qulluqçularına gələcək dəstəyi ehtiva edir. Böyük Britaniya ən azı 2030-cu ilə qədər hər il 3 milyard funt sterlinq (3.8 milyard dollar) ayırmağı öhdəsinə götürüb. Amma bu, həm də lazım gələrsə, qoşunlarımızı yerləşdirmək yolu ilə Ukrayna üçün təhlükəsizlik zəmanətinə töhfə verməyə hazır olmaq deməkdir” , – deyə hökumət başçısı bildirib.

  • İnzibati Xətalar Məcəlləsində dəyişiklik – Yeni cərimələr qüvvəyə mindi

    Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri təsdiqləyib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Dəyişikliklə İnzibati Xətalar Məcəlləsində 220-ci maddə aşağıdakı redaksiyada verilir:

    “Maddə 220. Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması

    220.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

    220.2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin və subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmadan qida sahəsində fəaliyyət göstərməsinə görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

    220.3. Qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə – fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

    220.4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş məhsulların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

    220.5. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, yaxud müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılmasına görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

    220.6. İdxal olunmuş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə – fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

    220.7. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalına görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

    220.8. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə – fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

    220.9. Təhlükəli qida və yem məhsullarının ilkin istehsalına, istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə – fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

    220.10. Qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada bildirişin göndərilməməsinə görə – vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir”.

    Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 221.1-1-ci və 221.3-1-ci maddələr əlavə edilir:

    “221.1-1. Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə – inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

    “221.3-1. Bu Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərin vurulmasına görə – inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir”.

    Eyni zamanda, Məcəlləyə 221.12 – 221.14-cü maddələr əlavə edilir:

    “221.12. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə – vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

    221.13. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

    221.14. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə – əlli manat məbləğində cərimə edilir”.

  • Turizm zonalarında qanunsuz fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edildi

    Turizm və rekreasiya zonalarının ərazisində “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edilib.

    President.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

    Dəyişikliklə, Məcəlləyə aşağıdakı məzmunda 428-1.6-cı maddə əlavə edilir:

    “428-1.6. Turizm və rekreasiya zonalarının ərazisində “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə – fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir”.

  • Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ

    Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması ilə bağlı yeni cərimələr qüvvəyə minib.

    President.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

    Dəyişikliklə, Məcəlləyə 352-1-ci maddə əlavə edilir:

    “Maddə 352-1. Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması

    352-1.1. Ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə – yüz əlli manat məbləğində cərimə edilir.

    352-1.2. Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə – iki yüz manat məbləğində cərimə edilir”.

  • Ушел из жизни Ильяс Исмайылов

    Ушел из жизни председатель Партии справедливости Ильяс Исмайылов.

    Он скончался сегодня в отделении реанимации Центральной клинической больницы, где проходил лечение.

    По информации, полученной Oxu.Az из медучреждения, причиной его смерти стала полиорганная недостаточность.

    Отметим, что Ильяс Исмайылов родился 20 марта 1938 года в Товузском районе.

    В 1985-1990 годах работал генеральным прокурором, 1992-1995-х – министром юстиции.

    Был депутатом Милли Меджлиса III и IV созывов.

    С 2001 года возглавлял Партию справедливости.

  • İlyas İsmayılov vəfat etdi

    Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.

    O, müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində bu gün dünyasını dəyişib.

    Xəstəxanadan bildirilib ki, İlyas İsmayılov multiorqan çatışmazlığı səbəbindən vəfat edib.

    Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-90-cı illərdə baş prokuror, 1992-95-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

    İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edirdi.

  • Azərbaycanda təhlükəli qida məhsulları satanları 10 ilədək həbs cəzası gözləyir

    Cinayət Məcəlləsinə təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması ilə bağlı maddə əlavə edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Maddəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə – iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Eyni əməllər təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bu Məcəllənin 200-3.1-ci və ya 200-3.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bu Məcəllənin 200-3.1-ci və ya 200-3.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bu Məcəllənin 200-3.1-ci və ya 200-3.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.