Month: February 2025

  • СМИ: США вскоре могут возобновить испытания ядерного оружия

    США, возможно, в скором времени возобновят испытания ядерного оружия на фоне глобальной напряженности.

    Об этом написала газета Daily Mail.

    “Секретный объект ядерного оружия США недалеко от Лас-Вегаса может вскоре снова начать испытания боевых бомб, поскольку глобальная напряженность может подтолкнуть страны к новой гонке вооружений”, – говорится в публикации.

    Издание отметило, что представители Национальной администрации по ядерной безопасности (NNSA) заявляют, что у США вскоре может не оказаться другого выбора, кроме как возобновить свои программы испытаний оружия.

    В материале уточнили, что США не проводили реальных испытаний ядерной бомбы с 1992 года. После десятилетий сокращения ядерных арсеналов NNSA видит реальную возможность того, что все больше стран по всему миру, в том числе Индия, Пакистан и Северная Корея, готовятся вступить в гонку ядерных вооружений.

  • ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər

    ABŞ qlobal gərginlik fonunda nüvə silahının sınaqlarını yaxın zamanda bərpa edə bilər.

    Bu barədə “Daily Mail” qəzetində dərc edilmiş məqalədə deyilir.

    Bildirilir ki, ABŞ-nin Las-Veqas şəhəri yaxınlığında yerləşən gizli nüvə silahı obyektində döyüş bombalarının sınaqlarını tezliklə bərpa etmək ehtimalı var:

    “Çünki qlobal gərginlik ölkəni yeni silah yarışına sövq edə bilər”.

    Məqalədə xatırladılır ki, ABŞ 1992-ci ildən bəri nüvə bombalarının real sınaqlarını keçirməyib.

  • Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyalar haqqında əsasnamədə dəyişiklik edildi

    “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu təsdiqləyib.

    Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müddəalar təkmilləşdirilir. Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.

    Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib, uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloq, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib (katib) vəzifələri müəyyən edilir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla ödənişli vəzifələrdir.

    Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

    Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari İşlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanında yaradılan “Katiblik” tərəfindən təmin edilir.

    Katiblik aşağıdakı vəzifələri həyata keçirir:

    1. yerli komissiyaların fəaliyyətini təhlil edir, təhlilin nəticələrinə uyğun olaraq tövsiyələr hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;

    2. komissiyaların məsul katiblərinə (katiblərinə) metodik yardım göstərir;

    3. uşaq hüquqlarının pozulması, yerli komissiyaların fəaliyyəti və uşaq müəssisələrində keçirilən monitorinqlərlə bağlı daxil olmuş müraciətləri araşdırır və araşdırmanın Azərbaycan nəticəsi barədə Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya məlumat verir;

    4. uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir və onun tətbiqi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;

    5. Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın fəaliyyəti ilə bağlı İctimaiyyəti məlumatlandırır.

    Təklif edilən dəyişikliklərə görə, komissiya üzvlərinin sayı işin həcmindən asılı olaraq, komissiyanın təşkil olunduğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

    Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində orqan və müəssisələrin nümayəndələri daxil edilirlər. Komissiyanın tərkibinə həmçinin digər orqan və müəssisələrin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər.

    Bakı şəhərinin yerli komissiyaları müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya, Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri İşlər barəsində hesabat verirlər.

    Müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalar, Bakı şəhərinin və Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları istisna olmaqla, bütün digər yerli komissiyalar ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində Katibliyə hesabat təqdim edirlər.

    Katiblik hesabatları ümumiləşdirərək müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir.

    Yerli komissiyaların səlahiyyətləri aşağıdakılardır:

    1. uşaqların hüquqlarına və qanuni mənafelərinə dair normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

    2. uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, əmək qabiliyyətli şəxslərə məşğulluq imkanlarının yaradılması və onların asudə vaxtının səmərəli təşkili, uşaqların baxımsızlığının və kimsəsizliyinin profilaktikası sahəsində proqramların işlənib hazırlanmasında iştirak etmək və onların icrasına nəzarət etmək, uşaqların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirmək;

    3. uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını həyata keçirmək;

    4. təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, uşaqların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini aparmaq və həmin müəssisə, təşkilat və idarələrin müdiriyyətinin (işəgötürənlərinin) uşaqların təlim-tərbiyəsi prosesinə aid məsələlərlə bağlı məlumatını komissiyanın iclaslarında dinləmək;

    5. komissiyanın işi üçün lazım olan məlumatın təqdim olunmasını mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, təşkilatların və idarələrin müdiriyyətindən (işəgötürənlərindən) tələb etmək;

    6. uşaqları, onların valideynlərini və ya digər qanuni nümayəndələrini şəxsən qəbul etmək, onların müraciətlərinə baxmaq, şəxsi işləri ilə tanış olmaq;

    7. uşaqların tərbiyəsi, təhsili və əmək qabiliyyətli şəxslərə məşğulluq imkanlarının yaradılması ilə əlaqədar, həmçinin uşaqların pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq dövlət orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara müraciət etmək;

    8. komissiyanın qərarını yerinə yetirmədikdə və ya komissiyanın uşaqların pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına dair müraciətinə baxmadıqda vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq;

    9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılmasına razılıq verilməsi məsələsinə baxmaq;

    10. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olmuş özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən razılıq vermək;

    11. insan alveri qurbanlarına yardım mərkəzlərində və insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlarda saxlanılan uşaqlar barədə dərhal məlumat almaq;

    12. insan alverinin qurbanı olmuş uşaqlara sığınacaq verilmə müddətinin uzadılması barədə vəsatət vermək;

    13. cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə müraciət etmək;

    14. uşaqların hüquqlarını pozan, yaxud onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;

    15. uşaqların qanunazidd əməllərinin törədilməsi səbəblərini öyrənmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirmək;

    16. komissiyanın iclasında baxılan məsələlər barəsində məlumatlar və izahatlar almaq üçün vəzifəli şəxsləri, mütəxəssisləri, ekspertləri və digər şəxsləri komissiyanın iclaslarına dəvət etmək;

    17. cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış uşaqlar barəsində müvafiq dövlət orqanlarından daxil olan materiallara baxmaq;

    18. spirtli içkilər içən, narkotik vasitələr və psixotrop maddələr qəbul edən uşaqlar barəsində materialları müalicə-profilaktika və reabilitasiya tədbirlərinin həyata keçirilməsi üçün müvafiq tibb müəssisələrinə göndərmək;

    19. uşağın törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi haqqında, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi haqqında, şərti məhkum etmə haqqında, məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında məhkəmə qarşısında vəsatət qaldırmaq;

    20. komissiyanın təşəbbüsü ilə qaldırılan və uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı işlərə məhkəmədə baxılması zamanı iştirak etmək;

    21. uşağın islah olunması ilə əlaqədar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlanılmasına zərurət aradan qalxdıqda onun vaxtından əvvəl müəssisədən azad edilməsi haqqında qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti ilə birgə məhkəməyə təqdimat vermək;

    22. tərbiyə müəssisələrindən, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış uşaqlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərmək, dövlət yardımına ehtiyacı olan uşaqları müəyyən etmək və onlara yardım göstərmək, uşaqların sosial reabilitasiyası üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək;

    23. müvafiq icra hakimiyyəti orqanının uşaqlarla iş üzrə inspektorlarından zəruri məlumatlar almaq;

    24. internat, uşaq evlərində, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində, tərbiyə müəssisələrində, qəbul-bölüşdürmə məntəqələrində saxlanılan uşaqların şəxsiyyətini təsdiq edən sənədləri əldə etmək mümkün olmadıqda həmin sənədlərin əldə edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;

    25. valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini normativ hüquqi aktlara uyğun olaraq özəlləşdirmək və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamaq;

    26. bu Qanun və digər normativ hüquqi aktlarla müəyyən edilmiş başqa səlahiyyətlər.

    Komissiyalar qanunazidd əməllərin xarakterini və səbəblərini, uşaqların yaşını, həyat şəraitini, qanunazidd əməlin törədilməsində iştirak dərəcəsini, habelə məişətdə, məktəbdə və ya işdə davranışını nəzərə almaqla onların barəsində aşağıdakı intizam təsir tədbirlərini tətbiq edirlər:

    1. xəbərdarlıq etmək;

    2. uşaq müstəqil əməkhaqqına malikdirsə və zərərin məbləği otuz üç manatdan artıq deyildirsə, vurduğu zərəri ödəmək, yaxud maddi zərərin otuz üç manatdan artıq olmayan məbləğdə nəticələrini öz əməyi ilə aradan qaldırmaq vəzifəsini onun öhdəsinə qoymaq;

    3. uşaqları valideynlərinin və ya digər qanuni nümayəndələrinin nəzarətinə vermək;

    4. on beş yaşından on səkkiz yaşınadək olan uşaqların öz qazancını və ya təqaüdünü müstəqil xərcləmək hüququndan məhrum edilməsi üçün tədbirlər görmək;

    5. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış, habelə müxtəlif hüquqpozmalara görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan uşaqları açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək;

    6. çətin tərbiyə olunan uşaqları onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək;

    7. ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış uşağın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmaq.

    Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin hüquqi əsasları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    Bu maddənin birinci hissəsinin 1-4-cü bəndlərində göstərilən tədbirlər nəticə vermədikdə, törətdikləri əməllərə görə inzibati məsuliyyətə cəlb olunması üçün on altı yaşından on səkkiz yaşınadək olan uşaqlar barəsində inzibati xətalar haqqında işlər komissiya tərəfindən aidiyyəti dövlət orqanlarına geri qaytarılır.

    Hüquq pozuntusu törətmiş uşaqlar barəsində “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi profilaktik iş aparılır.

    Bundan başqa, dövlət başçısı “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar fərman imzalayıb.

  • Prezident “Diplomatik xidmət haqqında” qanunu təsdiqlədi

    Prezident İlham Əliyev “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.

    Qanunun tam versiyası buradan tanış ola bilərsiniz.

  • “iPhone” sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün “Wi-Fi” parametrlərini dəyişin

    ABŞ Milli Təhlükəsizlik Agentliyi “iPhone” və “iPad” istifadəçilərini “Wi-Fi” parametrlərini dəyişdirməyə çağırıb. Bunun səbəbi həmin parametrlərdən fırıldaqçıların aktiv şəkildə istifadə etməsidir.

    Bu barədə “PhoneArena” məlumat yayıb.

    Məlumata görə, hakerlər ictimai yerlərdə öz avadanlıqlarını elə qururlar ki, istifadəçilərin qadjetləri ümumi “Wi-Fi” əvəzinə avtomatik olaraq onların şəbəkəsinə qoşulsun. Bu, haker şəbəkəyə rəsmi adlara oxşar ad verilməklə həyata keçirilir.

    Saxta “Wi-Fi” nöqtəsinə qoşulduqdan sonra istifadəçilər saytlarda parol daxil edib bank hesablarına daxil ola, lakin şəbəkənin saxta olduğunu anlamaya bilərlər. Bütün bu məlumatlar dərhal fırıldaqçıların əlinə keçir.

    Belə bir tələdən qaçmaq üçün “iPhone” və “iPad” sahibləri “Parametrlər” -> “Wi-Fi” bölməsinə daxil olub “Avtomatik qoşulma” bölməsində “Sorğu” və ya “Heç vaxt” seçimlərindən birini seçməlidirlər. Bu yolla, smartfon aktiv mobil giriş nöqtələrinə avtomatik qoşulmayacaq.

    Bu tədbirlər istifadəçi məlumatlarını mümkün kiberhücumlardan qoruyacaq və məxfi məlumatların fırıldaqçıların əlinə keçməsinin qarşısını alacaq.

  • Антиамериканские пошлины Китая: под ударом Ford, GM, BMW и Mercedes

    До 10 февраля импортируемые из США автомобили облагались пошлиной 15%, а теперь тариф увеличился до 25%.

    Как передает Median.Az со ссылкой на motor.ru, в прошлом году из Северной Америки в Китай экспортировали автомобилей на сумму более 3 млрд долларов, так что эффект от “торговых войн” будет ощутимый. Под ударом Ford и General Motors с их премиум-брендами (Lincoln и Cadillac), а также немецкие марки BMW и Mercedes-Benz.

    Дело в том, что шести- и восьмицилиндровые кроссоверы и внедорожники в основном ввозят в Китай из-за рубежа. Под новые пошлины попадают даже “малолитражные” Chevrolet Tahoe, ведь у них 2.7-литровый двигатель. Любопытно, что от законопроекта главы Белого дома Дональда Трампа пострадают и американские марки, ведь и Ford, и General Motors ввозят из Китая в США относительно массовые модели.

    Помимо автомобилей, под ударом определенные виды полезных ископаемых: на уголь и сжиженный газ Китай ввел дополнительные 15-процентные надбавки. “Лишние” 10% придется доплатить при импорте в Китай нефти из США. Вдобавок в список ненадежных организаций, нарушающих принципы рыночной торговли, внесли PVH Group – владельца брендов Calvin Klein и Tommy Hilfiger.

  • Çindən “Ford”, BMW və “Mercedes”ə zərbə

    ABŞ-nin gömrük rüsumlarını artırmasına cavab olaraq, Çin Dövlət Şurası bu ölkədən xammal, kənd təsərrüfatı texnikası və 2.5 litrdən yuxarı mühərrikli avtomobillərin idxalı üzrə tarifləri yenidən nəzərdən keçirib.

    Median.Az motor.ru-ya istinadən xəbər verir ki, əvvəllər ABŞ-dən idxal olunan avtomobillərə 15% gömrük rüsumu tətbiq olunurdu, indi isə bu rüsum 25%-ə qədər artırılıb.

    Ötən il Şimali Amerikadan Çinə üç milyard dollardan çox dəyəri olan avtomobil ixrac edilib, buna görə də, “ticarət müharibələri”nin təsiri əhəmiyyətli olacaq.

    Bildirilir ki, bundan ən çox “Ford”, BMW və “Mercedes-Benz” kimi markalar zərər görəcək.

  • Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi

    Böyük Britaniyanın Durhem Universitetinin alimləri müəyyən ediblər ki, körpələr ana bətnində olduqları zaman qarşılaşdıqları qidaları doğulduqdan sonra da bəyənirlər.

    Araşdırmanın nəticələri “Appetite” jurnalında dərc olunub.

    Araşdırmada hamiləliyin son mərhələlərində müntəzəm olaraq kələm və ya yerkökü qəbul edən anaların üç həftəlik körpələri iştirak edib. Qida üstünlüklərinin təhlili göstərib ki, yerkökü qəbul edən anaların körpələri də yerkökünün qoxusuna müsbət reaksiya veriblər, kələm qəbul edən anaların körpələri isə bu tərəvəzin qoxusuna oxşar reaksiya göstəriblər.

    Bu kəşf o deməkdir ki, hamiləlik dövründə yaşıl tərəvəzlər kimi faydalı qidaların qəbulu uşaqların bu qidalara alışmasına kömək edə bilər.

  • “Formula-1″də ciddi dəyişikliklərin anonsu verildi

    Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd bin Sulayem “Formula-1” mövsümündə Qran-pri yarışlarının sayının azaldılması tərəfdarı olduğunu bildirib.

    Bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

    “İldə 24 Qran-pri çoxdur. Mən bunu daha əvvəl də demişdim və dərhal bir çox media tərəfindən tənqid olundum. Bununla belə, mövsümdə 20 Qran-pri kifayətdir.

    Bununla belə, il ərzində Qran-pri yarışlarının sayının müəyyən edilməsi FİA-nın məsuliyyəti daxilində deyil. “Formula-1″in yeni bazarlara açılması və yeni ölkələrdə yarışlar təşkil etməsi yaxşı haldır”, – deyə bin Sulayem qeyd edib.

    O, yarış iştirakçıları arasında Çin komandasını görmək istədiyini bildirib. Bin Sulayemin sözlərinə görə, o, start sahəsində duran maşınların sayının artması üzərində işləməyə davam etməyi planlaşdırır. Onun fikrincə, reqlamentin icazə verdiyi maksimum sayda – 12 komanda, yəni 24 maşın yarışlarda start almalıdır.

    Xatırladaq ki, 2026-cı ildən etibarən “Formula-1″də 11-ci komanda – “Cadillac” debüt edəcək.

  • СМИ: Принцу Гарри может грозить уголовное преследование в США

    Британскому принцу Гарри может грозить уголовное преследование в США, если подтвердится, что он солгал об употреблении запрещенных веществ в заявлении на американскую визу.

    Об этом 16 февраля сообщила газета The Daily Mail со ссылкой на анонимные источники.

    Согласно данным, президент Соединенных Штатов Дональд Трамп в таком случае поддержит иск.

    “Дональд Трамп по-прежнему убежден, что принцу Гарри грозит уголовное преследование, если будет установлено, что он солгал об употреблении наркотиков в заявлении на визу”, – говорится в материале.

    Уточняется, что любому человеку, который солгал об употреблении наркотиков в заявлении на американскую визу, грозят до пяти лет тюрьмы, штраф или депортация.

    “Президент Трамп заявил, что не будет депортировать Гарри, но нет сомнений, что он поддержит судебное преследование”, – добавил источник.

    Он также подтвердил, что между герцогами Сассекскими и Трампом “нет никакой любви”.