Month: February 2025

  • DYP xəbərdarlıq etdi: Bu bölgələrə səfər edərkən…

    Dağlıq rayonlarda yolların buz bağlaması avtomobillərin hərəkətinə çətinlik yarada bilər.

    Median.Az xəbər verir bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
    Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda yoların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür:

    “BDYP-nin Yol Patrul Xidməti Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir. Bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edirik”.

  • Tam 12 gün ardıcıl qeyri-iş günü olacaq

    Xəbər verdiyimiz kimi, mart ayının 20 və 24-ü Novruz bayramı ilə bağlı qeyri-iş günüdür.

    Median.Az xəbər verir ki, 22 və 23 mart tarixləri şənbə və bazara düşdüyü üçün, qanunvericiliyə uyğun olaraq, şənbə-bazar istirahət günləri bayram günündən sonrakı ilk iş gününə keçirilir və buna görə də 25 və 26 mart tarixləri də qeyri-iş günü olacaq.

    Azərbaycanda 30-31 martda Ramazan bayramı qeyd ediləcək və bu günlər də qeyri-iş günüdür. 30 mart bazar gününə təsadüf etdiyindən, 1 aprel də qeyri-iş günü olmalıdır.

    Nazirlər Kabinetinin bu gün verdiyi qərarla, qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart tarixləri ilə 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, 1 aprel iş günü olacaq.
    Bununla da Azərbaycanda 20-31 mart – 12 gün ardıcıl qeyri-iş günləri olacaq.

  • Bu stadionda dəyişikliklər həyata keçiriləcək

    Binə qəsəbə stadionunda bir sıra dəyişikliklər həyata keçiriləcək.

    Bu barədə  AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

    Stadionda ehtiyat oyunçular skamyası, paltardəyişmə otağının mebelləri yenilənəcək. Həmçinin xırda kosmetik dəyişikliklər də gözlənilir. Böyük təmir işləri isə nəzərdə tutulmayıb.

    Stadionda artıq oyunların keçirildiyi nəzərə çatdırılıb. Bununla yanaşı müqaviləsi olan bəzi klubların hələ meydandan istifadə etmədiyi vurğulanıb.

    Əvəzedicilərdən “Araz-Naxçıvan-2”, “Zirə-2”, “Qarabağ-2”nin, I Liqa təmsilçilərindən MOİK və “Baku Sportinq”in, II Liqadan “Dinamo”nun, həmçinin “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının müqaviləsi olsa da hələ ki, stadionda oyun keçirməyib.

    Qeyd edək ki, bir müddət öncə AFFA tərəfindən yenilənən Binə stadionunun süni ot örtüyünün “FIFA Quality Pro” sertifikatına uyğunluğu təsdiqlənib.

  • Trampın Rusiya və Çinə sensasion tələbi

    ABŞ Prezidenti Donald Tramp çoxsaylı təkliflərinə birini də əlavə edib. O, Rusiya və Çinə hərbi büdcələrini 50 faiz azaltmağı təklif edib. Ağ Ev sahibi bununla bağlı beynəlxalq konfrans keçirməyə hazır olduğunu bildirib.

    Median.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

    O bildirib ki, Tramp Moskva və Pekinə hərbi arsenallarını azaltmağı da təklif edib:

    “Donald Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin onun bu təklifini bəyəniblər. Halbuki Putin və Szinpin Trampın təklifini bəyəndiyinə dair açıqlama verməyiblər. Bu, indiki şərtlər altında mümkün də deyil. Əksinə, Rusiya və Çin hərbi büdcələrini ildən-ilə artırırlar. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə hərbi xərclərini daha da artırıb, hərbi-sənaye kompleksinə yeni sifarişlər verib, Çin isə Hind və Sakit okean bölgəsində hərbi gəmilərinin sayını artırıb.

    Putin və Szinpin yalnız o şərtlə Trampın təklifin qəbul edə bilərlər ki, ABŞ-la yanaşı, Vaşinqtonun müttəfiqləri də hərbi büdcələrini azaltsınlar.

    Digər tərəfdən ABŞ tərəfdaşları olan Hindistan, Avstraliya və Yaponiya ilə birgə QUAD təşkilatını gücləndirib. Bu təşkilat çərçivəsində 4 ölkə arasında hərbi əməkdaşlıq genişlənib, bölgədə birgə hərbi təlimlər keçirilir. Pekin QUAD təşkilatını Çin üçün təhlükə kimi qiymətləndirir. Aydındır ki, Pekin Vaşinqtondan QUAD təşkilatının buraxılmasını tələb etsə, Donald Tramp Çin hakimiyyətinin bu istəyini yerinə yetirməyəcək. Misal üçün bir neçə gün əvvəl Çinin qırıcı təyyarələri Cənubi Çin dənizinin hava sahəsində Avstraliyanın təyyarəsinə yaxın məsafədə uçuşlar həyata keçirib. Avstraliyanın müdafiə naziri Riçard Marles mövcud vəziyyətdən narahatlığını bildirib. Çin Xarici İşlər Nazirliyi isə əksinə, Avstraliya təyyarəsini Çinin hava məkanına “qəsdən müdaxilə etməkdə” və milli təhlükəsizliyini “təhdiddə” ittiham edib. Belə vəziyyətdə Çinin hərbi büdcəsini azaldacağını gözləmək mümkün deyil”.

    Politoloq xatırladıb ki, Tramp telefonla Vladimir Putin və Si Szinpinlə ayrılıqda danışsa da, Moskva və Pekinin Ağ Ev sahibinə etibarı yoxdur:

    “Təsadüfi deyil ki, Rusiya Senatının üzvü, Kremlə yaxınlığı ilə bilinən Aleksey Puşkov Donald Trampın Rusiya ilə Çin arasında ittifaqı pozmağa çalışdığını bildirib. Puşkov bunu ona görə deyib ki, Tramp Rusiyanı “Böyük səkkizliy”in (G8) sırasına qaytarmaq istəyir. Tramp həqiqətən vaxtilə Rusiyanın “Böyük səkkizlik” dən çıxarılmasını səhv qərar adlandırıb. Həmin qrupda Çin yoxdur. Buna görə də Puşkov hesab edir ki, Tramp Rusiyanı Çindən uzaqlaşdırmaq istəyir. Məntiq ondan ibarətdir ki, Rusiya-Çin ittifaqı həqiqətən ABŞ üçün təhlükə mənbəyidir. Vaşinqton bunlardan birini mümkün qədər öz tərəfinə çəkməyə çalışmalıdır. Donald Tramp Rusiyanı seçib. Onun rəqibi Çindir”.

  • Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

    Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, fevralın 16-17-də Bakıda və Abşeron yarımadasında, Qobustan, Neftçala, Lerik, Yardımlı, Astara, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Oğuz, Mingəçevir, Yevlax, Kəlbəcər, Zəngilan, Laçında qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • DTX-nin “Qusar əməliyyatı” haqda gizlinlər açıqlandı – VİDEO

    AZTV-nin efirində yayımlanan “Hədəf” verilişinin bugünkü buraxılışı Dövlət Təhlükəsizlik Xidmətinin son illərdə həyata keçirdiyi fəaliyyətdən bəhs edilib.

    Verilişdə təhlükəsizlik ekpertlərinin iştirakı ilə “Qusar əməliyyatı” və DTX-nin son fəaliyyətləri müzakirə olunub.

  • Aviabilet dələdzuluğu ilə bağlı məhkəmə bitdi – 300 min manat necə ələ keçirilib? (VİDEO)

    Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı ilə vətəndaşları aldatmaqda təqsirləndirilən Mələk Zeynalova barəsindəki cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Mələk Zeynalova Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.

    Hakim Aytən Əliyevanın sədrliyi ilə aparılan məhkəmə istintaqı zamanı Mələk Zeynalovanın təqsiri sübuta yetirlib. O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Mələk Zeynalova vətəndaşların şikayəti əsasında ötən ilin avqustunda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp” ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb, zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

    Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pulları ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq, şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 300 min manat məbləğində maddi ziyan vurub.

    Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb və Mələk Zeynalova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bu cinayət işi üzrə 46 nəfər zərərçəkən qismində tanınıb.
    //qaynar.az

  • Bu kəndin bir küçəsində 6000 nəfər yaşayır: Buranı turistlər üçün maraqlı edən nədir?

    Polşada dünyanın ən maraqlı yaşayış məntəqələrindən biri yerləşir – minlərlə insanın yaşadığı tək bir küçə.

    “Daily Express” qəzetinin yazdığına görə, sehrli Suloszova kəndi öz unikal planlaşdırması ilə bütün dünyada məşhurdur. Əsas və yeganə küçə təxminən 9 kilometr uzunluğundadır və bütün evlər və müəssisələr hər iki tərəfdə yerləşir.

    Maraqlıdır ki, binaların arxasında hər istiqamətdə sahələr uzanır və yaşıl və qızılı rənglərdən ibarət mürəkkəb bir mozaika yaradır.

    Yuxarıdan baxdıqda kənd bir yarpağı xatırladır, Suloszova qminasının (kəndin daxil olduğu inzibati rayon) şurasının üzvü Katarina Byeda qeyd edib:

    “Suloszova təbiətə qərq olub, çoxlu meşə və sahələr var. Bu sahələr bizi dünya şöhrətli edib, çünki dronlarla çəkilən şəkillərdə əsas küçəni əhatə edən sahələrimiz bir az yarpağa bənzəyir”.

    Kəndin niyə belə unikal formada inşa edildiyi barədə soruşulanda Byeda bildirib ki, tək küçə ənənəsi keçmişdən gəlib, insanların əsasən nəqliyyat rahatlığı üçün bir küçədə yaşaması daha asan idi.

    Qeyd edilir ki, 2022-ci ildə Suloszovanın əhalisi 6000 nəfərdən bir qədər az olub və onlardan 5672 nəfəri kəndi öz evi adlandırıb. Baxmayaraq ki, turistlər əvvəlcə kəndin qəribə quruluşu ilə cəlb olunurdular, Suloszovada görüləcək daha çox şey var. Byeda qeyd edib:

    “Hər il, xüsusilə yaz və yay aylarında, çoxlu turistlər yerli mənzərə və Pieskova Skala qəsri və ya Maçuqa Herkulesa (Herkulesin topuzu) adlı məşhur qayamız kimi turistik görməli yerlər üçün kəndimizi ziyarət edirlər”.

    Herkulesin topuzu heyranedici 30 metrlik əhəng daşı sütundur, qəsr isə kənddə hələ də qalmaqda olan XIV əsr istehkamlarından biridir. Yerli qayalar, dərələr və bu ərazidə yerləşən təxminən 400 mağara da turistləri cəlb edir.
    //qaynar.az

  • Раскрыты детали задержания лиц, обвиняемых в военных преступлениях против Азербайджана

    В Бакинском военном суде на заседании по делу лиц армянского происхождения, обвиняемых в военных преступлениях против Азербайджана, были раскрыты обстоятельства, при которых они были задержаны и обезоружены.

    Соответствующие детали были обнародованы в ходе оглашения резолютивной части обвинительного акта.

    Было отмечено, что в результате антитеррористических мероприятий локального характера 3 октября 2023 года в своем частном доме в городе Ханкенди был задержан и разоружен Арутюнян Араик Владимири.

    В ходе обыска на его приусадебном участке были обнаружены и изъяты автоматы АК-74, 5 025 патронов, считающихся боеприпасами, и другое оружие и боеприпасы.

    В тот же день на территории города Ханкенди был задержан и разоружен Саакян Бако Сааки. Во время обыска в его частном доме были обнаружены и изъяты 14 корпусов ручных гранат Ф-1, 2 611 пригодных к стрельбе патронов и другое оружие и боеприпасы.

    В тот же день на территории города Ханкенди был задержан и разоружен Ишханян Давид Рубени. В ходе обыска в гостинице в городе Ханкенди, которой он завладел незаконно, были обнаружены и изъяты 481 патрон, предназначенный для использования в автоматическом оружии АК-74, АКС-74, АКС-74У и других, а также 4 магазина, являющихся комплектующими частями данного автоматического оружия.

    Манукян Давид Азати был задержан 27 сентября 2023 года на Лачынском погранпункте Государственной пограничной службы (ГПС) Азербайджана. При обыске по месту его жительства были обнаружены и изъяты 3 магазина, являющиеся комплектующими частями автомата марки АК-74, 1 пистолет модели CZ 75 Compact и другое оружие и боеприпасы.

    Бабаян Давид Клими был задержан и разоружен 28 сентября 2023 года на территории города Ханкенди, Мнацаканян Лева Генрихи – 29 сентября 2023 года на Лачынском погранпункте ГПС, а Гукасян Аркадий Аршавири – 3 октября 2023 года на территории города Ханкенди.

    Кроме того, Пашаян Меликсет Владимири, Мартиросян Гарик Григори, Степанян Гурген Гомери и Аллахвердиян Давит Нельсони были задержаны и разоружены 20 сентября 2023 года на территории села Дагдаган Ходжалинского района, Бабаян Мадат Аракели – 20 сентября 2023 года на территории села Гозлукёрпю Агдеринского района, Балаян Левон Ромики – 20 сентября 2023 года вблизи города Шуша, Бегларян Василий Ивани – 26 сентября 2023 года на территории Кяльбаджарского района, Газарян Эрик Роберти – 27 сентября 2023 года на территории села Гасанриз Агдеринского района, при этом у них было обнаружено и изъято большое количество оружия, его комплектующих частей и боеприпасов, в том числе противопехотные мины.

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin necə tərksilah edilərək saxlanıldıqları məlum olub

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin tərksilah olunaraq saxlanıldıqları yerlər açıqlanıb.

    Bu barədə onlar barəsində olan cinayət işi üzrə ittiham aktında qeyd olunub.

    Bildirilib ki, lokal xarakterli antiterror əməliyyatları nəticəsində Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) 2023-cü il oktyabrın 3-də yaşadığı Xankəndi şəhərində yerləşən fərdi yaşayış evində tərksilah edilməklə saxlanılıb.

    Onun yaşadığı evin həyətyanı sahəsində aparılmış axtarış zamanı oradan “AK-74” markalı avtomat silahları, döyüş sursatı hesab edilən 5 min 25 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.

    Sahakyan Bako Sahaki həmin tarixdə Xankəndi şəhəri ərazisində tərksilah edilməklə saxlanılıb.

    Yaşadığı fərdi yaşayış evində axtarış keçirilən zaman oradan qəlpəli “Ф-1” əl qumbarasının 14 ədəd gövdə hissəsi, atəşə yararlı 2 min 611 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.

    İşxanyan Davit Rubeni həmin tarixdə Xankəndi şəhəri ərazisində tərksilah edilməklə saxlanılıb.

    Qanunsuz sahibləndiyi, Xankəndi şəhəri ərazisində yerləşən mehmanxanada axtarış keçirilən zaman oradan “AK-74, “AKS-74”, “AKS-74U” və sair konstruksiyalı avtomatik silahlarda istifadə edilmək üçün nəzərdə tutulan 481 ədəd patron və həmin avtomatik silahların komplekt hissəsi olan 4 ədəd sandıqça aşkar edilərək götürülüb.

    Manukyan Davit Azati 2023-cü il sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb

    Yaşadığı ünvanda axtarış keçirilən zaman oradan “AK-74” markalı avtomat silahların komplekt hissəsi olan 3 ədəd sandıqça, “CZ 75 Compact” modelli 1 ədəd tapança və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.

    Babayan Davit Klimi 2023-cü il sentyabrın 28-də Xankəndi şəhər ərazisində, Mnatsakanyan Lyova Henrixi 2023-cü il sentyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində, Qukasyan Arkadi Arşaviri 2023-cü il oktyabrın 3-də Xankəndi şəhər ərazisində tərksilah edilməklə saxlanılıblar.

    Həmçinin Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Stepanyan Qurqen Homerosi və Allahverdiyan Davit Nelsoni 2023-cü il sentyabrın 20-də Xocalı rayonunun Dağdağan kəndi ərazisində, Babayan Madat Arakeli 2023-cü il sentyabrın 20-də Ağdərə rayonun Qozlukörpü kəndi ərazisində, Balayan Levon Romiki 2023-cü il sentyabrın 20-də Şuşa şəhəri ərazisi yaxınlığında, Beqlaryan Vasili İvani 2023-cü il sentyabrın 26-da Kəlbəcər rayonu ərazisində, Qazaryan Erik Roberti 2023-cü il sentyabrın 27-də Ağdərə rayonun Həsənriz kəndi ərazisində tərksilah edilməklə saxlanılıb və üzlərində çoxlu sayda silah, onun komplekt hissələri və döyüş sursatı, o cümlədən piyada əleyhinə minalar aşkar edilərək götürülüb.