Month: February 2025

  • Məmur arvadını və ustanı güllələyərək QƏTLƏ YETİRDİ: Evə səsyazan quraşdırıbmış – TƏFƏRRÜAT

    2023-cü ilin fevralında Tərtərdə həyat yoldaşı, 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və həyətdə usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi güllələyərək qətlə yetirən Asəf Məmmədova hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 1969-cu il təvəllüdlü A.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci (xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib.

    İstintaq vaxtı A.Məmmədov hadisəni qısqanclıq zəminində törətdiyini, evdə səsyazan qurğu quraşdırdığını və əldə etdiyi məlumatlara əsasən, bu cinayəti törətdiyini iddia edib. Lakin ekspertiza və digər araşdırmalar zamanı G.Məmmədovanın ailəsinə xəyanət etməsini sübut edən hər hansı fakt aşkar edilməyib.

    Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub.

    Namiq Allahverdiyev cütlüyün evinin qonşuluğunda – G.Məmmədovanın qardaşının həyətində atası ilə birgə usta işləyirmiş.

    Məlumat üçün bildirək ki, əri tərəfindən öldürülən Gülnar Məmmədova Tərtər rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsində baş məsləhətçi vəzifəsində çalışırmış.

  • Restoranın həyətindəki ağacları kəsdilər: DİN hərəkətə keçdi

    Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilir.

    DİN-dən  verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində keçirilən növbəti tədbir zamanı bir iaşə obyektində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması aşkar olunub. Həmin obyektin icarədarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

    Balakən rayonunda keçirilən tədbir zamanı isə restoranlardan birinin həyətində obyekt sahibi tərəfindən 19 ədəd müxtəlif növ ağacın kəsilməsi faktı aşkarlanıb. Təhqiqat araşdırmaları aparılır.

    Həmçinin, yerin təkindən qanunsuz istifadə edən 1, məişət tullantılarını urnalardan kənara atan 3 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Aparıcının evinə düşən daşın meteorit olduğu təsdiqləndi (FOTOLAR)

    Aparıcı Leyla Mustafayevanın evinə meteorit daşı düşdüyü təsdiqlənib.

    Median.Az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, Geologiya və Geofizika İnstitutu tərəfindən daşın meteorit olduğu rəsmi şəkildə təsdiq olunub. 

    Çəkisi 2 kiloqram 340 qram olan daş bir həftə əvvəl aparıcın

  • Zelenski: Putinlə yalnız müharibəni bitirmək planı hazır olduqdan sonra görüşəcəm

    Putinlə yalnız müharibəni bitirmək planı hazır olduqdan sonra görüşəcəm.

    Apa xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

    “Putinlə yalnız Tramp və Avropa İttifaqı ilə müharibəni bitirmək üçün ortaq planımız olduqdan sonra görüşəcəm”, – o qeyd edib.

  • Yasamalda ƏMƏLİYYAT: 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb

    Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

    Ümumilikdə isə idarə əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlərlə 25 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılanların əksəriyyəti narkotikləri şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktlarla bağlı araşdırmalar aparılır.

    Saxlanılan şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

  • AzTV-nin əməkdaşı vəfat etdi

    Aztv-də Kompleks rəisi vəzifəsində çalışan şəxs vəfat edib.

    Median.Az konkret.az-a istinadən xəbər verir ki, Allahverdi Kərimov dövlət televiziyasında uzun illər bu vəzifədə çalışıb.

    Məlumata görə, Allahverdi Kərimovun əkiz övladları da AzTV- də işləyir.

  • Süni intellekt YouTube-a giriş edən 18 yaşdan aşağı uşaqları müəyyənləşdirəcək

    Google YouTube-da istifadəçilərin yaşını təyin edərək uşaqların yetkin kontentə girişini qarşısını almaq məqsədilə süni intellekt texnologiyasından istifadə edəcək. Şirkət hazırda yeni funksiya üzərində işləyir və bu funksiya 2025-ci ildə istifadəyə verilməyi planlaşdırılır.

    Bu barədə şirkət məlumat yayıb.

    Yeni sistem, istifadəçilərin axtarış tarixi və baxdıqları video kateqoriyaları kimi məlumatları analiz edərək onların 18 yaşını tamamlayıb tamamlamadığını müəyyən edəcək. Əgər istifadəçi 18 yaşını tamamlamayıbsa, YouTube daha sərt filtr və məhdudiyyətlər tətbiq edəcək. Bu alətin qlobal tətbiqi isə 2026-cı il üçün nəzərdə tutulub.

    Bundan əlavə, Google valideyn nəzarətini də genişləndirir. Artıq “Məktəb vaxtı” funksiyası, dərs saatlarında telefon istifadəsini məhdudlaşdırmaq üçün yalnız iOS deyil, həm də Android telefon və planşetlərdə də mövcud olacaq. Valideynlər uşaqlarının cihazlarındakı əlaqələri təsdiq etmək və ya bloklamaq imkanı əldə edəcəklər.

    Google süni intellektlə yaş yoxlaması sahəsində tək deyil – oxşar alətlər üzərində Meta da Instagram üçün işləyir.

  • Фон дер Ляйен: ЕС намерен ускорить процесс вступления Украины в состав сообщества

    Евросоюз намерен ускорить процесс вступления Украины в состав сообщества.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявила глава Еврокомиссии (ЕК) Урсула фон дер Ляйен, выступая на Мюнхенской конференции по безопасности с речью “Евросоюз в мире”.

    “Мы активизируем нашу работу, чтобы ускорить процесс вступления Украины в ЕС. Мы уже достигли значительного прогресса. Но сейчас наступило время для Евросоюза двигать горы. Увеличить возможности расходов национальных бюджетов, иметь финансирование для общих европейских проектов и ускорить процесс вступления Украины: это должны быть цели новой Европы”, – сказала она.

    Говоря о конфликте на Украине, глава ЕК заявила, что Евросоюз хочет достижения мира через силу.

    “Украине нужен мир через силу. Европа хочет мира через силу”, – отметила она.

  • Fon der Lyayen: “Aİ Ukraynanın ittifaqa qoşulmasını sürətləndirmək niyyətindədir”

    Avropa İttifaqı Ukraynanın ittifaqa qoşulması prosesini sürətləndirmək niyyətindədir.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.

    “Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirmək üçün işimizi gücləndiririk. Biz artıq əhəmiyyətli irəliləyiş əldə etmişik. Amma indi daha çox iş görməyin vaxtıdır. Milli büdcələrin xərcləmə imkanlarının artırılması, ümumi Avropa layihələrinin maliyyələşdirilməsi və Ukraynanın qoşulması prosesinin sürətləndirilməsi yeni Avropanın məqsədləri olmalıdır”, – o bildirib.

    Ukraynadakı münaqişədən danışarkən, AK rəhbəri Aİ-nin güc vasitəsilə sülhə nail olmaq istədiyini bəyan edib.

    “Ukraynaya güc vasitəsilə sülh lazımdır. Avropa güc vasitəsilə sülh istəyir”, – o qeyd edib.

  • Köhnə avtobuslar xətdən çıxarılır? – Marşrutdan istifadə edənlərə ŞAD XƏBƏR

    Hər il Bakıya sərnişindaşıma xidmətinin yaxşılaşdırılması məqsədilə yeni avtobuslar gətirilsə də, paytaxtda hələ də köhnə nəqliyyat vasitələri xidmət göstərir.

    Sakinlər köhnə avtobusların texniki problemləri və komfortsuz olması ilə bağlı narazılıqlarını tez-tez bildirirlər. Xüsusilə yay aylarında havalandırma sisteminin işləməməsi və qışda istilik probleminin olması sərnişinlərin rahatlığına mənfi təsir göstərir.

    Bəs görəsən Bakının yeni avtobuslara tam keçidi nə vaxt baş tutacaq?

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.

    Qurumdan Baaku.ws-in sorğusuna cavab olaraq bildirildi ki, bu il şirkətlər tərəfindən 100-dən çox yeni avtobusun gətirilməsi planlaşdırılır:

    Qeyd olunub ki, Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində AYNA tərəfindən mütəmadi olaraq işlər həyata keçirilir. Hazırda Azərbaycana COP29 konfransı ərəfəsində gətirilən 160 elektrikli avtobus paytaxtın müxtəlif marşrutlarında uğurla istifadə edilir. Özəl daşıyıcı şirkətlər də ekoloji cəhətdən təmiz texnologiyalar əsasında işləyən 85 avtobus alaraq mərhələli şəkildə istifadəyə verir. Bu il həmin şirkətlər tərəfindən əlavə olaraq 100-dən çox yeni avtobusun gətirilməsi planlaşdırılır. Həmçinin 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb və avtobusların ümumi parkı hazırda 2160 ədədə çatıb. Yaxın gələcəkdə bu rəqəmin 2500 avtobusa çatdırılması nəzərdə tutulub.

    “Tətbiqinə başlanılan optimallaşdırılmış marşrut şəbəkəsi üzrə 11 yeni marşrut istifadəyə verilib və bu marşrutların əksəriyyəti paytaxtın kənd və qəsəbələrini əhatə edir. Xətlərdə isə müasir və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə olunur. Əlavə olaraq mövcud olan 15 marşrut üzrə avtobuslar yenilənib və proses davamlı xarakter daşıyır”, – deyə məlumatda qeyd olunub.

    O da vurğulanıb ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə çıxarılır. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.