Month: February 2025

  • Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşdü

    13 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində Ceyhun Bayramovun 61-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksəksəviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

  • Исполняется 13 лет со дня создания Госслужбы по мобилизации и призыву на военную службу

    Сегодня исполняется 13 лет со дня создания Государственной службы по мобилизации и призыву на военную службу, вносящей весомый вклад в военное строительство нашей страны.

    Госслужба, созданная указом Президента Азербайджанской Республики Ильхама Алиева от 13 февраля 2012 года, с первых дней своей деятельности добилась успехов в таких сферах, как организация мобилизационной подготовки и соответствующей работы, первичный воинский учет граждан, подготовка и призыв на срочную действительную военную службу, военно-патриотическое воспитание молодежи и т.д.

    В 2024 году госслужба реализовала ряд новшеств и мероприятий. Были достигнуты новые успехи в выполнении задач, определенных законом, в том числе в обеспечении удовлетворенности граждан и прозрачности. Одной из основных задач, поставленных перед службой, является организация мобилизационной подготовки и мобилизации. В этом направлении регулярно проводились занятия, а также учебные сборы совместно с Министерством обороны.

    Работа по отправке призывников на срочную действительную военную службу успешно продолжалась в 2024 году в соответствии с распоряжением главы государства. Были проведены заседания Центральной призывной комиссии, на которых обсуждались вопросы качественного комплектования Вооруженных сил военнослужащими срочной службы.

    В 2024 году были проведены встречи со старшеклассниками в ряде районов с целью военно-патриотического воспитания молодежи, поддержания высокого физического и психологического статуса призывников, пропаганды здорового образа жизни среди подростков и молодежи.

    С 1 июля 2024 года в соответствии с указом Президента Ильхама Алиева началось проведение итогового медицинского освидетельствования граждан, призываемых на срочную военную службу, Государственным агентством медико-социальной экспертизы и реабилитации Министерства труда и социальной защиты населения.

    В минувшем году также были приняты меры по повышению удовлетворенности граждан и прозрачности в деятельности государственных органов, а также по борьбе с коррупцией. В отношении 249 сотрудников, нарушивших требования законодательства, были проведены служебные проверки и приняты дисциплинарные и организационно-штатные меры, 13 сотрудников зачислены в резерв по отрицательным мотивам.

    Госслужба всегда с особым вниманием относится к семьям шехидов, ветеранам войны, их обращениям. С этой целью службой было организовано мероприятие для детей шехидов, отдавших жизнь за суверенитет и территориальную целостность Азербайджанской Республики, по случаю 1 июня – Международного дня защиты детей.

    Кроме того, в прошлом году несколько ветеранов 44-дневной Отечественной войны были приняты на действительную военную службу и работу.

    В целях вклада в работу по охране экологии и оздоровлению окружающей среды в стране при поддержке Министерства экологии и природных ресурсов была проведена акция по посадке деревьев. Акция была реализована в соответствии с планом мероприятий, проводимых в рамках объявленного Президентом Ильхамом Алиевым Года солидарности во имя зеленого мира.

    Сегодня цель каждого сотрудника службы – преданность Родине, забота о людях и, самое главное, уважение к национально-духовным ценностям. Личный состав Государственной службы по мобилизации и призыву на военную службу и впредь будет верен идеям общенационального лидера Гейдара Алиева, оправдает доверие Президента, Верховного Главнокомандующего Ильхама Алиева и приложит все усилия для выполнения поставленных задач на высоком уровне.

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür

    Bu gün ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılan Dövlət Xidməti yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə müvəffəqiyyətlər qazanıb.

    Ötən ildə Xidmət tərəfindən bir sıra yeniliklər və tədbirlər həyata keçirilib. Dövlət Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində, o cümlədən vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin edilməsində yeni nailiyyətlər qazanılıb.

    Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir. Bu baxımdan səfərbərliyin idarə olunması, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi məqsədilə mütəmadi olaraq məşğələlər keçirilib, həmçinin ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün ötən ilin hazırlıq planına əsasən Müdafiə Nazirliyi ilə birgə təlim toplanışları davam etdirilib.

    Xidmətin fəaliyyətinin mühüm istiqamətlərindən biri olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə göndərilməsi işi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2024-cü ildə də uğurla davam etdirilib. Müvafiq işlərin koordinasiya edilməsi məqsədilə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar, aprel, iyul, oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasları keçirilib. Bu iclaslarda Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər, həmçinin gündəliyə çıxarılan məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Müddətli həqiqi hərbi xidmətə çağırışın əsas istiqamətlərindən biri də çağırışaqədərki yaş həddində olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğidir. Bu məqsədlə 2024-cü ildə Ağcabədi, Şamaxı, Sabunçu, Lənkəran, Göygöl, Daşkəsən, Neftçala, Gəncə və Biləsuvar rayonlarında yuxarı sinif şagirdlərinin iştirakı ilə gənclər üçün silsilə görüşlər keçirilib.

    Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilməsinə başlanılıb. Həmçinin, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə pilot layihənin həyata keçirilməsi nəticəsində 2024-cü ilin may ayından etibarən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.

    Ölkəmizdə müasir texnologiyanın rəqəmsallaşdırılması istiqamətində aparılan islahatlarda Xidmətin fəaliyyəti uğurla davam etdirilir. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinələrdən keçirilməsi üçün verilən göndərişlərin elektronlaşdırılması, həmçinin tibbi müayinə aktlarının elektron şəkildə əldə edilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Səhiyyə Nazirliyi və TƏBİB-in müvafiq altsistemi arasında inteqrasiyalar təşkil olunub. Hazırda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hansı tibb müəssisəsində müayinə edilməsinə dair məlumatların SMS və ya “mygov” portalı vasitəsilə göndərilməsi həyata keçirilir.

    Vətəndaşların Xidmətin səlahiyyətinə aid müraciətlərinin dinlənilməsi, onların müvafiq problemlərinin həlli məqsədilə Xidmət rəisi Mürsəl İbrahimov 2024-cü il ərzində Salyan, Saatlı, Quba, Qəbələ, Masallı, İsmayıllı, Sumqayıt, Gədəbəy, Naxçıvan, Ağdaş, Ağcabədi və Gəncə şəhərlərində vətəndaş qəbulu keçirib. Qəbullarda 300 vətəndaşın müraciəti dinlənilib, 93 nəfərin müraciəti araşdırılması üçün qeydiyyata alınıb, 57 nəfərin müraciəti müsbət həllini tapıb, 113 nəfərə qanunvericiliyin tələbləri izah olunub, 37 nəfərin müraciəti digər qurumlara aid olduğundan müvafiq qaydada yönləndirilib. Həmçinin vətəndaşların müraciətlərinin çevik, obyektiv araşdırılması və cavablandırılması məqsədi ilə yaradılmış “Çağrı Mərkəzi”nə ötən il ərzində 24 000-dən artıq müraciət daxil olub.

    Dövlət qurumlarının fəaliyyətində vətəndaş məmnuniyyəti və şəffaflığın artırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə, cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq 2024-cü ildə də iş planına uyğun tədbirlər həyata keçirilib. Belə ki, ötən il ərzində qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər haqqında xidməti yoxlamalar aparılaraq 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, 13 əməkdaş isə mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib. 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır və bu ənənə bu gün də davam edir. Bu məqsədlə Xidmət tərəfindən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhidlərin övladları üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edilib.

    Həmçinin ötən il ərzində 44 günlük Vətən müharibəsində iştirak etmiş bir neçə veteran həqiqi hərbi xidmətə və işə qəbul edilib.

    Ölkədə ekologiyanın qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində aparılan işlərə töhfə vermək naminə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası baş tutub. Aksiya Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq həyata keçirilib. Bundan başqa ətraf mühitin və təbiətin mühafizəsi məqsədilə “Yaşıl ASAN” ekoloji proqramı ilə əməkdaşlığa başlanılıb və istifadə olunmuş kağız tullantıları toplanılaraq təkrar emal üçün təhvil verilib.

    Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.

  • Трамп рассказал, где планирует встретиться с Путиным

    Президент США Дональд Трамп заявил, что намерен провести встречу с президентом России Владимиром Путиным в Саудовской Аравии.

    Об этом сообщает CBS News.

    Он также подчеркнул, что Путин “хочет мира”.

    12 февраля президент США Дональд Трамп провел телефонный разговор с российским коллегой Владимиром Путиным. Разговор двух лидеров продлился почти полтора часа. Главы государств обсудили вопросы, связанные с обменом граждан России и США.

    Также обсуждалась тема урегулирования конфликта в Украине. Песков отметил, что Трамп высказался за скорейшую остановку боевых действий. Путин со своей стороны заявил о необходимости устранения первопричин конфликта, кроме того, российский лидер согласился с американским в том, что долгосрочное урегулирование может быть достигнуто посредством мирных переговоров.

    Кроме того, пресс-секретарь Кремля Дмитрий Песков заявил, что Путин пригласил Трампа в Москву.

  • Tramp Putinlə harada görüşmək istədiyini açıqlayıb

    ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirmək niyyətində olduğunu bildirib.

    Bu barədə “CBC News” yayım korporasiyası məlumat paylaşıb.

    Ağ Ev rəhbəri, həmçinin bildirib ki, V.Putin sülh istəyir.

    Xatırladaq ki, D.Tramp fevralın 12-də Rusiya lideri ilə telefon danışığı aparıb.

  • Илон Маск ночует в Белом доме

    Илон Маск настолько устает на должности главы департамента контроля эффективности Департамента эффективности правительства США (DOGE), что ночует в Белом доме.

    Об этом пишет Fox Business.

    “Маск сообщил окружению, что планирует потратить четыре месяца на работу во главе DOGE, он намерен сократить бюджет на 2 трлн долларов, что приведет к установлению инфляции на уровне 2%”, – сообщил телеканал.

    Источник не уточнил, где именно спит Маск – непосредственно в Белом доме, под одной крышей с рабочим местом президента Дональда Трампа или же в соседних административных зданиях.

  • İlon Mask Ağ Evdəki ofisinin döşəməsində yatır

    ABŞ-nin Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask Ağ Evdəki ofisində yatır.

    Bu barədə “Fox Business” televiziyası məlumat yayıb.

    Qeyd olunur ki, İlon Mask işinin çoxluğundan Ağ Evdə ona təhkim edilən xidməti otağında gecələyir.

    “53 yaşlı Mask ofisdə yatmağa başlayıb, o, bəzən divanda, bəzi hallarda isə hətta döşəməyə uzanaraq gecələyir”, – İ.Maskın yaxın ətrafından bildirilib.

  • Hansı qidalar xərçəngin inkişafına səbəb ola bilər? – Rusiyalı mütəxəssisdən açıqlama

    Vaxtı ötmüş və acı tam verən qidaların qəbul edilməsi xərçəng xəstəliyinin inkişafına səbəb ola bilər.

    Bu barədə “Grow Food”un baş texnoloqu, qidalanma üzrə rusiyalı mütəxəssis Svetlana Qertle-Zaqorskaya “Gazeta.Ru”ya müsahibəsində danışıb.

    “Vaxtı ötmüş və acı tam verən qidaları yemək olmaz. Əgər yağ və ya qoz-fındıq xoşagəlməz qoxu və dad verirsə, bu, məhsulun kimyəvi dəyişikliklərə məruz qaldığına dair bir siqnaldır ki, bu da sağlamlıq üçün potensial təhlükə deməkdir. Acı tam oksigen, işıq, nəmlik və istiliyin təsiri altında baş verən yağların oksidləşməsi prosesidir. Oksidləşmə nəticəsində məhsullarda sərbəst radikallar əmələ gəlir ki, bu da orqanizmin hüceyrələrini məhv edir, iltihabi proseslərə səbəb olur və ciddi xəstəliklərə yol aça bilər”, – deyə mütəxəssis bildirib.

    Onun sözlərinə görə, vaxtı ötmüş və acı tam verən qidalar zəhərlənməyə səbəb ola bilər. Belə məhsulların tərkibində zəhərli maddələr var ki, bu da ürəkbulanma, qusma, ishal, başağrısı və digər xoşagəlməz simptomlar yarada bilər.

    “Onlar həmçinin allergik reaksiyalara və xroniki xəstəliklərə də gətirib çıxara bilər. Acı tam verən qidaların davamlı istifadəsi xərçəng, ürək-damar və qaraciyər xəstəlikləri kimi xroniki xəstəliklərə səbəb ola bilər”, – deyə mütəxəssis qeyd edib.

  • Белый дом закроет информацию о посетителях Трампа

    Белый дом перестанет публиковать информацию о посетителях президента Соединенных Штатов Дональда Трампа.

    Об этом сообщает издание Washington Examiner со ссылкой на источник в администрации Трампа.

    “Белый дом не будет публиковать отчеты о посетителях во время второго срока президента Дональда Трампа”, – сообщил источник.

    Таким образом, отмечает издание, Трамп вернулся к практике своего первого президентского срока – публикация данных о посетителях американского лидера была практикой при Джо Байдене и Бараке Обаме, который первый сделал эту информацию публичной.

    Ни Билл Клинтон, ни Джордж Буш-младший в бытность свою президентами Соединенных Штатов не публиковали эти данные на добровольной основе.

  • Trampın ziyarətçiləri barədə məlumat verilməyəcək

    Ağ Ev Birləşmiş Ştatların Prezidenti Donald Trampın ziyarətçiləri barədə məlumat dərc etməyi dayandıracaq.

    Bu barədə “Washington Examiner” nəşri D.Tramp Administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

    “Ağ Ev Donald Trampın ikinci prezidentlik müddətində ziyarətçilər barədə hesabatları dərc etməyəcək”, – deyə mənbə bildirib.

    Bununla da Amerika lideri birinci prezidentlik müddətindəki praktikaya qayıdıb.