Trampın ziyarətçiləri barədə məlumat verilməyəcək

Ağ Ev Birləşmiş Ştatların Prezidenti Donald Trampın ziyarətçiləri barədə məlumat dərc etməyi dayandıracaq.

Bu barədə “Washington Examiner” nəşri D.Tramp Administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

“Ağ Ev Donald Trampın ikinci prezidentlik müddətində ziyarətçilər barədə hesabatları dərc etməyəcək”, – deyə mənbə bildirib.

Bununla da Amerika lideri birinci prezidentlik müddətindəki praktikaya qayıdıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *