Month: February 2025

  • Bu şirkətlərə cinayət işi açıldı

    Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı bir neçə şirkət barəsində cinayət işləri başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Qaradağ, Binəqədi və Xəzər rayonları, həmçinin Tərtər rayonu ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

    Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I” əhəngdaşı yatağında “İ.K.S.S” MMC, Tərtər rayonu ərazisində yerləşən “Tərtərçay” qum-çınqıl yatağında “Azəri” MMC, habelə Binəqədi rayonu ərazisində Goradil bağlar massivində naməlum şəxs (şəxslər) tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilərək, qanunsuz mişar daşı, qum-çınqıl, qarışıq qum və süxur hasilatı işlərinin aparılması nəticəsində təbiətə 354 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

    Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.

  • 32 ildir dərsə qayıqla gedib-gəlir

    Həyatın elə yolları var ki, onları yalnız fədakar insanlar qət edə bilərlər. Müəllim olmaq təkcə bilik ötürmək deyil, həm də hər gün şagirdlərinin qəlbinə işıq salmaqdır. Bu, zəhmət, əzm və sevgi tələb edən bir yoldur. Mübariz Rüstəmov kimi müəllimlərin həyat yolu isə xüsusilə ilhamvericidir.

    Median.Az “Azərbaycan Müəllimi”nə istinadən xəbər verir ki, o, 1966-cı ildə Zərdabın Ağabağı kəndində doğulub, ali təhsilini M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda alıb.

    Bilik işığını ucqar kəndlərə daşımaq üçün Zərdab rayonunun ən ucqar kəndlərindən birində rus dili müəllimi kimi işə başlayıb, 1992-ci ildən isə İmişli rayonunun Ağamalılar kəndində çalışır. Burada onu hər gün bir sınaq gözləyir: məktəbə getmək üçün Kür çayını keçmək. Lakin Mübariz müəllim üçün bu, sadəcə fiziki maneə deyil. Bu çay onun fədakarlığının, iradəsinin və şagirdlərinə olan sevgisinin simvoludur.

    “Təyinatımı Zərdabın ucqar kəndinə vermişdilər. Lakin sonradan öyrəndim ki, bizimlə qonşu olan İmişlinin Ağamalılar kəndində rus dili müəlliminə ehtiyac var, ona görə də iş yerimi bura dəyişdim. Bizim kəndin məktəbi ibtidai məktəbdir. Kəndimizin uşaqları ibtidai məktəbi bitirdikdən sonra bir qədər aralıda yerləşən Kəndəbil kənd tam orta məktəbinə gedirlər. Orada da iş təklif etmişdilər, lakin bir az aralıda olduğundan mənim üçün çayı keçmək daha rahatdır”, – deyir Mübariz müəllim.

    Hər səhər suların üzərindən keçib məktəbə tələsmək, bir sinif dolu gülərüz uşaqlara bilik vermək, onları sabaha ümidləndirmək – bu, yalnız əsl müəllimlərin bacardığı bir işdir. Mübariz müəllim bilirdi ki, o kimlərəsə lazımdır, kimlərinsə həyatına toxunur. Elə bu hiss də bütün çətinlikləri arxa plana keçirirdi.

    Kənddə 2010-cu ilə qədər Kürü keçmək üçün bərə olub, lakin daşqın bərəni yuyub apardıqdan sonra yenidən bərpa etmək mümkün olmayıb. Lakin Mübariz müəllim deyir ki, bərə olan vaxtı da o, dərs deməyə qayıqla gedib-gəlirdi, çünki bərənin yeri uzaqda idi…

    “Ata-babalarımız balıqçılıqla məşğul olub. Kənddə çox adamın qayığı var. Orada işi olan digər insanlar da qayıqla gedib-gəlirlər. Çayın hər iki tərəfi meşəlikdir. Mən bu meşəlikdən keçərək işə gedirəm. Qayığı özüm düzəltmişəm. Suda qalıb çürüdüyü üçün hər 3 ildən bir onu təzələyirəm. Əsasən küləkli havalarda dalğa olduğu üçün təhlükəli olur. Bəzən gedəndə görürəm ki, külək qayığı aşırıb, içi su ilə dolub. Məktəbimiz beşgünlükdür və mən hər gün dərsə gedib-gəlirəm. Artıq öyrəşmişəm, mənim üçün qorxulu deyil”.

    Mübariz müəllim daim öz üzərində çalışır, bilik və bacarıqlarını təkmilləşdirir. Deyir ki, şagirdlərə fənnini sevdirmək üçün daim yeniliklər axtarışındadır. O, ötən il müəllimlərin sertifikatlaşdırmasından da uğurla keçib. Lakin tədrislə bağlı çətinlikləri də var:

    “Məktəbimizdə kompüter və printer olmadığı üçün müəyyən çətinlik yaşayırıq. Xüsusən summativləri hazırlamaq, çap etmək olmur. Bu baxımdan kömək olunsa, yaxşı olardı”.

    Mütaliə Mübariz müəllimin həyatının ayrılmaz hissəsidir. Dünya klassiklərinin əsərləri, xüsusilə Lev Tolstoyun “Anna Karenina” romanı onun dünyagörüşünə, həyat fəlsəfəsinə təsir edib. Axı böyük ədəbiyyat insanı formalaşdırır, ona dərin duyğular, düşüncə genişliyi və həyat dərsləri bəxş edir.

    Bir müəllimin həyat yolu heç vaxt asan olmur. Lakin bu yolun sonunda parlayan bir işıq – şagirdlərinin qazandığı bilik, onların gələcək uğurları var. Mübariz Rüstəmovun ömrü də bu işığa doğru gedən, Kür çayının o tayından bu tayına keçib maarifin çırağını yandıran bir müəllimin şərəfli yoludur.

  • Sumqayıtda avtobus sürücüsü döyüldü

    Sumqayıtda avtobus sürücüsünü döyüb pulunu ələ keçirən şəxsi polis saxlayıb.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Sumqayıt şəhəri ərazisində marşrut avtobusu sürücüsünə qarşı quldurluq cinayəti törədilib.

    Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “İsuzu” markalı avtobusa daxil olan bir nəfər onu döyərək 230 manatını ələ keçirib.

    Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 61 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Planetlərin ikinci “böyük paradı” olacaq

    Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.

    Bildirilib ki, axşamdan Günəş batan kimi 7 planet – Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcək.

    Səmada görünmə ardıcıllığı qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars.

    Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Merkuri, Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.

    Günəş batdıqdan dərhal sonra müşahidəyə başlamaq məsləhətdir, çünki bəzi planetlər qərb tərəfdə üfüqə yaxın olduqları üçün tez batırlar. Şəhər işıqlarından uzaq, açıq və təmiz bir səma altında planetləri müşahidə etmək daha yaxşı nəticə verəcək.

    “Planetlərin böyük parade” nadir astronomik hadisədir və hər 20 ildən bir baş verir. “Planetlərin parade” tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir.

    Xatırladaq ki, ilin birinci “planetlərin böyük paradı” yanvarın 21-də müşahidə olunub.

    Bizi Twitterdə izləyin

  • Şəmkirdə məktəb təmirdən sonra istifadəyə verildi

    Fevralın 10-da Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.

    Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Anar Məcidov məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıblar.

    Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, 1176 şagird yerlik məktəb Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Məktəbdə sinif otaqları, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, inzibati heyət üçün iş otaqları istifadəyə verilib.

  • Bibərin faydaları nələrdir?

    Acı və şirin dadı ilə bibər sağlamlıq üçün çox faydalıdır.

    Bibər tərkibindəki antioksidant maddələr sayəsində immun sistemini gücləndirir.

    Bibər bir çox vacib vitamin, mineral və antioksidantlarla zəngin qidadır. Tərkibində qida maddələri, xüsusilə C vitamini, A vitamini, folat, kalium və lif var. Bibərin müntəzəm istifadəsi bədənin ehtiyac duyduğu bu qidaları təmin etməyə kömək edir və ümumi sağlamlıq və rifahı dəstəkləyir.

    Bibərdəki antioksidantlar hüceyrə zədələnməsinin qarşısını alır və sərbəst radikallarla mübarizə apararaq yaşlanma prosesini ləngidir. Eləcə də, ürək xəstəliyi, xərçəng və digər xroniki xəstəliklər riskini azaltmağa kömək edir.

    Yüksək miqdarda lif ehtiva edən bibər qəbizlik kimi problemlərin azalmasında da çox təsirlidir.

    Bu tərəvəz yüksək C vitamini ilə xüsusilə soyuq mövsümlərdə ortaya çıxan infeksiyalara qarşı müqaviməti artırır.

    Bundan başqa, yaddaşı yaxşılaşdırır, stressi azaltmağa kömək edir. Həzm sistemini tənzimləyir, toxluq hissini artırır. Bu da arıqlamaq istəyənlər üçün faydalıdır.

    Həmçinin göz sağlamlığını qoruyur.

    Qırmızı Bibər: Şirin və ya acı ola bilən qırmızı bibər C vitamini ilə zəngindir və salatlarda tez-tez istifadə olunur. Antioksidantlarla da zəngin olan qırmızı bibər immunitet sistemini gücləndirməyə kömək edir.

    Yaşıl Bibər: Ümumiyyətlə salat və yeməklərdə istifadə olunur. Tərkibində yüksək miqdarda C vitamini var. Yaşıl bibər aşağı kalorili olduğu üçün pəhriz dostudur.

    Sarı Bibər: Şirin dadı var və xüsusilə yay aylarında bol olur. Sarı bibər dəri sağlamlığına töhfə verən və immunitet sistemini dəstəkləyən A vitamini və C vitamini ilə zəngindir.
    //qafqazinfo

  • Burak Özçivit Kremldə çıxış etdi – Video

    Türkiyəli aktyor Burak Özçivit Rusiyaya yollanıb.

    “Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, sənətçi “Türk seriallarının musiqisi” adlı konsertdə iştirak etmək üçün səfər edib.

    O, konsertin keçirildiyi Kreml Sarayında çıxış edib.

    Tərcüməçinin köməkliyi ilə çıxış edən Burak Rusiyada çoxlu layihələri olsa da, indiyədək belə böyük səhnədə çıxış etmədiyini bildirib.

    Sözügedən görüntüləri təqdim edirik:

  • В городе Ханкенди состоялось очередное заседание Координационного штаба

    В городе Ханкенди состоялось очередное заседание Координационного штаба под председательством Самира Нуриева – руководителя Администрации президента Азербайджана и Координационного штаба по централизованному решению вопросов на освобожденных от оккупации территориях Азербайджана.

    Как сообщает Report, на заседании Самир Нуриев отметил широкий размах восстановительных и строительных работ на освобожденных территориях под руководством президента Ильхама Алиева. В рамках утвержденной главой государства “I Государственной программы по Великому возвращению на освобожденные территории Азербайджанской Республики” создается современная инфраструктура, строятся населенные пункты для комфортного возвращения бывших вынужденных переселенцев.

    На данный момент на освобожденных территориях проживает и работает около 40 тысяч человек, включая вернувшихся бывших вынужденных переселенцев, работников государственного и частного секторов, а также учащихся. В регионе действует более 400 предприятий, в том числе в промышленных парках Агдама и “Араз Вадиси”.

    В рамках визита также были осмотрены различные объекты в городах Ханкенди и Шуша.

  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xankəndi şəhərində Qərargahın növbəti iclası keçirilib.

    “Report” xəbər verir ki, iclası giriş sözü ilə açan Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin geniş vüsət aldığını qeyd edib. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində müasir infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, ərazilərdə zəruri şərait yaradılır.

    Otuz ilə yaxın davam edən işğal dövrünün geridə qaldığını, 44 günlük Vətən müharibəsi və uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyini bildirən Qərargahın rəhbəri bu tarixi nailiyyətin Ali Baş Komandanın siyasi müdrikliyinin, qətiyyətinin, Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və iradəsinin təcəssümü olduğunu vurğulayıb.

    Dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın milli prioritetlərdən biri kimi müəyyən edildiyi, bu sahədə görülən işlərin daim nəzarətdə saxlanıldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, Böyük Qayıdışın vaxtında və keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün bütün resursların səfərbər edilməsi, bərpa-quruculuq layihələrinin əlaqəli və planlı şəkildə icrası və vaxtında təhvil verilməsi mühüm əhəmiyyətə malikdir.

    Daha sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi, iqtisadi fəallıq və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahələrində görülən işlər barədə məlumatlar təqdim olunub.

    Böyük Qayıdışın əsas komponentlərindən biri olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insanın yaşadığı və fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

    İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın dayanıqlı olması üçün aparılan bərpa və quruculuq işləri ilə yanaşı, köçürülən əhalinin məşğulluğunun təmin olunması istiqamətində də zəruri işlərin görüldüyü bildirilib. Bununla yanaşı, əhali arasında təhsil və peşə bacarıqlarının artırılması üçün müxtəlif təlim və peşə kursları təşkil edilir.

    Əlverişli iqlim mühitinə və coğrafi şəraitə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar, sənaye və turizm sahələrinin inkişafı baxımından böyük imkanların olduğu qeyd edilərək, məskunlaşma prosesi ilə paralel olaraq, istehsal və emal, ticarət, xidmət, sənaye müəssisələrinin qurulduğu, müxtəlif iqtisadi fəaliyyət sahələrinin yaradıldığı, dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirildiyi, vergi və gömrük güzəştlərinin, həmçinin digər stimullaşdırıcı mexanizmlərin tətbiq olunduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

    İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 400-dən çox müəssisənin fəaliyyət göstərdiyi, artıq Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanıldığı vurğulanıb.

    Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin ərazilər üzrə xüsusi nümayəndəliklərinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzələr dinlənilib.

    İclasın sonunda Böyük Qayıdışla bağlı görülən işlərin mühüm əhəmiyyəti, məqsədlərə çatmaq üçün bütün imkanların səfərbər olunmasının zəruriliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb, Azərbaycan Respublikası Prezidentinin Əlaqələndirmə Qərargahı qarşısında qoyduğu vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

    Səfər çərçivəsində Xankəndi və Şuşa şəhərləri ərazilərində bir sıra obyektlərə baxış keçirilib.

  • В ООН заявили о гибели сотрудника организации в Йемене

    Всемирная продовольственная программа (ВПП) ООН заявила о гибели сотрудника, удерживавшегося в плену повстанцами-хуситами в Йемене.

    Об этом говорится в сообщении в соцсети “Х”.

    “ВПП потрясена и возмущена смертью сотрудника во время содержания под стражей на севере Йемена”, – сказано в сообщении.

    Хуситы удерживали сотрудника и еще шестерых его коллег из ВПП с 23 января, отметила ВПП.

    Обстоятельства смерти мужчины не уточняются. У сотрудника, который работал в ООН с 2017 года, остались жена и двое детей.