Month: February 2025

  • Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”i təsdiqləyib.

    Bu barədə sənəd “Resmi Gazete”də dərc edilib.

    Bildirilib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında 2024-cü il martın 6-da Ankarada imzalanıb.

    Məlumat üçün qeyd edək ki, sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır.

    Sənəd imzalandığı gündən qüvvəyə minib.

  • Дональд Трамп приказал Минфину прекратить чеканку новых монет

    Президент США Дональд Трамп направил министру финансов США Скотту Бессенту поручение о прекращении выпуска новых монет достоинством в 1 цент в стране.

    Об этом пишет агентство Bloomberg.

    Президент сказал, что производство таких монет обходится США вдвое дороже их номинальной стоимости. Как отмечают на сайте телеканала CNN, одной из причин удорожания производства монет является рост стоимости металлов.

    По словам экспертов, опрошенных телеканалом, отказ от пенни может принести пользу предпринимателям, поскольку сэкономит время продавцов и кассиров.

  • Trampdan bir sentlik qəpiklərlə bağlı TAPŞIRIQ – Buraxılışı dayandırılır

    ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessentə ölkədə bir sentlik sikkələrin (qəpiklərin) buraxılmasını dayandırmağı tapşırıb.

    Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

    Prezidentin sözlərinə görə, belə qəpiklərin istehsalı ABŞ-yə onların nominal dəyərindən ikiqat baha başa gəlir.

    Bildirilir ki, qəpiklərin istehsalının bahalaşmasının səbəblərindən biri metalların qiymətinin artımıdır.

    Ekspertlər hesab edirlər ki, bir sentlik qəpiklərdən imtina sahibkara fayda verə bilər, çünki satıcıların və kassirlərin vaxtına qənaət edəcək.

  • Sahil Babayev karateçi olub – Nadir fotolar ortaya çıxdı (FOTO)

    Bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri postundan azad edilərək maliyyə naziri təyin edilən Sahil Babayevin gənclik illərində karate ilə məşğul olduğu məlum olub.

    Bu məlumatı Azərbaycanın karate üzrə ilk çempionu, tanınmış idmançı İlyas Xəlilov paylaşıb.
    Qeyd edək ki, Sahil Babayev 2022-ci ildən Azərbaycan Boks Federasiyasının prezidenti vəzifəsini də icra edir.


  • İTV-nin canlı yayımına haker hücumu oldu

    “İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub. Bu anlarda İTV-nin rəsmi saytına daxil olduqda fərqli mənzərə görsənir. Burada hansısa xarici bir saytın məlumatları yerləşdirilib”.

    Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

    Onun sözlərinə görə, dövlətin rəsmi informasiya resurslarından biri olan kanalın hücuma məruz qalması informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqların olduğunun nümunəsidir:

    “Güman etmək olar ki, kiber hücum edənlər saytın boşluqlarından və zəif qorunmasızdan istifadə ediblər.

    İTV yetərincə baxımlı kanaldır, faydalı kontent istehsal edir.

    Bu cür ictimai, milli informasiya resursu belə asanlıqla ələ keçirilməli deyil.

    İki gün öncə kibertəhlükəsizliklə bağlı, bütün maraqlı tərəflərin, o cümlədən elə TV-lərin də nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda həm də canlı yayımın kiber müdaxilələrdən qorunması müzakirə predmeti olmuşdur. Bu sektorda ciddi boşluqların ola biləcəyi vurğulanmışdır.

    Əvvəllər də bu haqda qeyd etmişdim. Hazırda AzTV-dən başqa digər yayımçılarda rəsmi saytlarıyla bağlı, canlı yayımla bağlı vəziyyət təhlükəsizlik tələblərinə yetərincə cavab vermir.
    Xatırlayıram ki, o zaman İTV bu qeyd etdiklərimə münasibət açıqlayarkən hər şeyin yüksək vəziyyətdə olduğunu bildirmişdi”.

    O bildirib ki, bu həm də, yayıma kənar müdaxilə riskidir:

    “İndi təsəvvür edin ki Prezident çıxış edir canlı yayımda və rəsmi sayt da sıradan çıxarılır və yayıma ayrı bir kontent təqdim edilir. Hansı ki bu tip çıxışların vaxtı da adətən öncədən bilinir.

    İTV bu cür hadisələrin təkrarlanmaması üçün İT infrastrukturu dərhal gücləndirilməli, bura resurslar ayırmalı, təhlükəsizlik sistemləri yenilənməli və kibermonitorinq aparmalı, kiber audit təşkil etdirməlidir.
    Dövlət informasiya resurslarının bu qədər zəif qorunması qəbuledilməzdir və təcili tədbirlər görülməlidir”.

  • Зафиксирован новый антирекорд иранской валюты

    В Иране курс доллара поднялся до рекордного уровня.

    Как передает Median.Az со ссылкой на Telegram-канал Azad İran (“Свободный Иран”), иранский туман резко обесценивается по отношению к доллару США.

    В настоящее время на тегеранской бирже 1 доллар обменивается на 88 825 туманов.

  • İran valyutasından yeni antirekord

    İranda dolların məzənnəsi rekord həddə yüksəlib.

    Median.Az “Azad İran” “Telegram” kanalına istinbadən xəbər verir ki, İran tüməni ABŞ dolları qarşısında kəskin dəyər itirməkdədir.

    Hazırda Tehran birjasında 1 ABŞ dolları 88 825 tümənə mübadilə olunur.

  • Babasının pulunu oğurladı, özünə telefon və paltar aldı

    Astara rayonunda babasının evindən oğurluq etməkdə ittiham olunan gənc hakim qarşısına çıxarılıb.

    Median.Az “Musavat.com”a istinadən xəbər verir ki, 24 yaşlı Qasım Əliyev (ad və soyad şərtidir) babasının sandığından 4500 manat dəyərində nağd pul və qızıl oğurlayıb.

    İki azyaşlı uşağı olan Qasım babasının evinə gizli yolla girib.

    Qasım oğurluq məqsədi ilə babasının evinə gələn zaman onların evdə olduğunu görüb. Həyətdəki digər tikilidə gecələyərək fürsət gözləyib. Babasıgil evdən çıxandan sonra pəncərədən daxil olaraq sandıqdakı pulları götürüb. Əldə etdiyi pulla özünə bir telefon və 70 manatlıq geyim alıb. Sonra Bakıya gedərək orada pulun bir hissəsini xərcləyib.

    Polis əməkdaşları ona zəng edərək şöbəyə dəvət edib. Qasım əməllərini etiraf edib.

    Məhkəmə istintaqı zamanı babası və nənəsi Qasımı bağışlayıb.

    O, törətdiyi əmələ görə iki il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

  • Fransada atışma: Ölən və yaralanan var

    Fransanın şərqində yerləşən Kot-d’Or avtomobil yolunda baş verən atışma nəticəsində Fransa polisinin elit taktiki bölməsi RAID-in bir əməkdaşı yaralanıb, bir cinayətkar isə zərərsizləşdirilib.

    Bu barədə BFM TV telekanalı prokurorluğa istinadən məlumat yayıb.

    Telekanalın məlumatına görə, qanunsuz miqrasiya təşkilatı ilə bağlı iş üzrə missiya çərçivəsində iki polis əməkdaşı Britaniya nömrəli bir avtomobilə yaxınlaşıb. Avtomobildən iki kişi çıxaraq xüsusi xidmət əməkdaşlarını avtomatik silahlardan atəşə tutublar. Polis əməkdaşları isə cavab atəşi açıblar.

    Cinayətkarlar hadisə yerindən qaçmağa cəhd göstərsələr də, xüsusi xidmət işçiləri tezliklə zədələnmiş avtomobili aşkar ediblər. Avtomobilin salonunda bir kişi cəsədi tapılıb.

    Atışmada iştirak edən daha üç nəfər saxlanılıb. Telekanalın əlavə etdiyinə görə, beşinci cinayətkar hələ də axtarışdadır.

    Məlumatlara görə, polis əməkdaşı ayağından yaralanıb, xəstəxanaya çatdırılıb və onun sağlamlığına heç bir təhlükə yoxdur.

  • Taksi sürücüsü YAŞLI QADINI DƏLƏDUZLARDAN belə xilas etdi – VİDEO

    Rusiyada taksi sürücüsü təqaüdçü qadını dələduzlardan xilas edib. 

    Hadisə Sankt-Peterburq şəhərində baş verib.

    Bir taksi sürücüsü Obuxovskoy Oboronı küçəsindən sifariş alır. Həmin ünvana yaxınlaşanda yolun kənarı ilə yaşlı bir qadının getdiyini görür, amma ona məhəl vermədən sifariş verilən yerə gedir. Lakin sürücü bir müddət gözləsə də avtomobilə yaxınlaşan olmadığı üçün proqram vasitəsilə sifariş verən sərnişinə məktub yazır. Bu zaman bir az əvvəl yol kənarında gördüyü yaşlı qadın geri qayıdaraq həmin avtomobilə minir. 
    Həmin qadın sürücüyə sifarişin tanımadığı şəxs tərəfindən verildiyini və özünün nə avtomobilin  modelindən, nə də qeydiyyat nömrəsindən xəbəri olduğunu deyib. Taksi sürücüsü banka gedən qadının yol boyu kiminləsə danışdığını eşidir və onların arasındakı söhbətdən anlayır ki, sərnişinini aldatmağa çalışırlar. Buna görə də taksi sürücüsü qadına dələduzlar tərəfindən aldadıldığını deyir və avtomobili saxlayaraq ətrafdakılardan polisə xəbər vermələrini istəyir. 

    Bu zaman qadının mənzil kommunal idarəsinin rəisi olan qonşusu onu tanıyaraq qohumları ilə əlaqə saxlayacağına söz verir. Taksi sürücüsünün ayıqlığı nəticəsində yaşlı qadın dələduzlardan xilas olur.
    //avtosfer