Month: February 2025

  • İmişlidə yaşlı qadın sirkə turşusu içərək canına qəsd etdi

    60 yaşlı qadın sirkə turşusu içərək həyatına qəsd edib.

    Median.Az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə İmişli rayonunda baş verib.

    Qeyd olunur ki, 1965-ci il təvəllüdlü Zərifə Lətif qızı Abbasova sirkə turşusu içərək həyatına qəsd edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • “Bizim mollalara baxanda qorxursan, bu, İslam deyil”

    Əməkdar artist Bəhram Bağırzadə “Efirdən kənar” verilişində qonaq olub.
     
    Aktyor zövqlü geyinməkdən söz açaraq bəzi mollaların libasını tənqid edib:
     
    “Mən zövqlü geyinməyi xoşlayıram. Çünki atam da elə idi. Baxmayaraq ki, atam vəzifədə işləyirdi, ayaqla getdiyi qısa məsafədə belə insanların geyminə fikir verərdi. Baxmırdı, qadındır, kişidir, deyərdi ki, nə qəşəng palton var. O insanın artıq ürəyi açılırdı, evə uça-uça gedirdi. Çünki tanımadığı bir adam, özü də formada ona kompliment deyib. Lətif Kərimov (red. Mərhum Xalq rəssamı, xalçaçı) dünyada ilk xalça muzeyini düşünüb. İndiyə kimi muzey onun fikirləri sayəsində qazanır. Onun 70 yaşı var idi, çox qəşəng geyinərdi. Bir dəfə jurnalistlərdən biri sual vermişdi ki, Lətif müəllim, niyə görə belə şık geyinirsiniz? Cavab vermişdi ki, elə bilirsən mən özüm üçün geyinirəm, yox. Sizə görə geyinmişəm ki, gözünüz yaxşı şey görsün.   
     
    Quranda da bu buyrulub ki, ey insanlar, məscidə gedəndə ən gözəl libasınızı geyinin, ətirlənin. Çünki sağında-solunda namaz qılanlar da o ətri hiss etsinlər, geyiminə baxsınlar. Bizim mollalara baxırsan, qorxursan, məscidə getmək istəmirsən. Şalvarları palçıq içində, əzilmiş, pencək, papaq, axı bu, İslam deyil. Hamısı yox, bəziləri. Aralarında savadlıları da var”. 

  • 80 yaşlı Vanq Vanlin 700-dən çox uşağı xilas etdi

    Çinin şərqindəki Zhejiang əyalətində 80 yaşlı Vanq Vanlin yaşayır. 
     
    O, 700 atılmış uşağa “ata” olması ilə məşhurlaşıb. Vanq onlarla yetim uşağı övladlığa götürüb və onları böyütməyə çalışıb. 
     
    Vanq heç vaxt evlənməyib və öz ailəsi olmadan yaşayıb. O, 1979-cu ildə küçələrdə uşaqlara kömək etməyə başlayıb. İlk dəfə 34 yaşında ikən kömür mədənində işləmək üçün şirnikləndirilən və evə buraxılmayan 15 yaşlı oğlanla rastlaşır. Əvvəlcə Vanq onu evə aparıb və ona qatar bileti alıb.
     
    Yeniyetmə ilə bağlı ilk hadisə, nəşrin yazdığı kimi, Vanqın öz həyatını xilas edib. Gənc yaşda haqsızlığın qurbanı olub: qonşusu onu oğurluqda ittiham edib. Vanq Vanlin cinayətlərini etiraf etməyə məcbur edilib və 16 il müddətinə ucqar ərazidəki fermada işləməyə göndərilib.
     
    1978-ci ildə Vanq fabrikdə işləyirdi və maaşını uşaqları dəstəkləməyə və valideynləri olanları evə gətirməyə xərcləyirdi. Kişi uşaqlardan gələcəkdə onunla əlaqə saxlamasını, xəbər vermələrini istəyir və onlar da evə gedirdilər.
     
    Vanlin onlarla uşağı valideynsiz övladlığa götürüb. Nümunə olaraq Yu Hui adlı oğlanın taleyi göstərilir. O, 12 yaşında ikən evdən çıxıb iş axtarışında çətinlik çəkən ailəsini dolandırmaq üçün gedib. Lakin o, yeniyetmələrlə pis əhatəyə düşüb və oğurluq etməyə məcbur olub. Vanq onu tapanda Yu zibil qutusunda yemək axtarırdı.
     
    Vanq Vanlinin xilası sayəsində Yu peşə məktəbini bitirib Şanxaya köçərək, burada uğurlu karyera qurub. Pul qazanıb ailəsi üçün iki mərtəbəli ev tikdirib.
     
    Vanq Vanlin “böyük ürəkli insan” adlanır. O, xilas edilən 700 uşağın hamısının məktublarını saxlayır.
     //sfera.az

  • “Real Madrid” hər oyundan 10 milyon avro qazanacaq

    İspaniyanın “Real Madrid” klubu La Liqanın yeni mövsümündən etibarən hər oyundan 10 milyon avro gəlir əldə edəcək.

    “kral klubu” “Santiaqo Bernabeu” stadionundan oyunu izləmək istəyən azarkeşlər üçün biletlərin qiymətində artım edib.

    “Real Madrid” bundan əlavə forma satışından da yüksək gəlir əldə etmək niyyətindədir.

  • Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

    Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə fevralın 6-da Sabunçu rayonunda baş verib.

    Qeyd olunur ki, iki gün əvvəl avtomobil 50 yaşlı İsfəndiyar Telman oğlu Həsənovu vurub. O, xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var

    Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb.

    “Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Doğanşehir rayonunda qeydə alınıb.
    Qəza nəticəsində səkkiz nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
    Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
    Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

  • Sumqayıtda ana və övladı dərmandan zəhərlənib

    Sumqayıtda ana və övladı dərmandan zəhərlənib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.
    1972-ci il təvəllüdlü Aybəniz Fazil qızı Orucova və övladı 2010-cu il təvəllüdlü Məhəmməd Gəncə oğlu Orucov yaşadıqları ünvanda dərmandan zəhərləniblər.
    Onlar dərhal xəstəxanaya yerləşdirilib. 
    Faktla bağlı araşdırma aparılır

  • Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

    Sumqayıtda ana və övladı dərmandan zəhərlənib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.

    1972-ci il təvəllüdlü Aybəniz Fazil qızı Orucova və övladı 2010-cu il təvəllüdlü Məhəmməd Gəncə oğlu Orucov yaşadıqları ünvanda dərmandan zəhərləniblər.

    Onlar dərhal xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

  • Фонд Гейдара Алиева удостоен престижной международной премии “Хамдан-ИСЕСКО”

    Фонд Гейдара Алиева, известный своими масштабными проектами в сфере образования и социальной поддержки, стал одним из победителей 4-й совместной премии Исламской организации по вопросам образования, науки и культуры (ИСЕСКО) и Фонда Хамдана бин Рашида Аль Мактума “Хамдан-ИСЕСКО”.

    Награда присуждается за выдающийся вклад в развитие образовательных учреждений и инициативы по поддержке образовательной среды в странах исламского мира.
    В этом году за первенство боролись девять образовательных инициатив из семи стран.
    Фонд Гейдара Алиева был удостоен премии за свой “Проект образовательной и социальной поддержки”, в рамках которого осуществляется строительство и восстановление школ не только в исламских государствах, но и за пределами мусульманского мира.
    Среди других победителей премии “Хамдан-ИСЕСКО” – йеменский Фонд Хадрамаут и Марокканский фонд начального образования.
    Награждение победителей состоится в ближайшее время на официальной церемонии, где будут отмечены их выдающиеся достижения и инициативы в области поддержки и продвижения образования в исламском мире.

  • Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq “Həmdan-İSESKO” mükafatına layiq görülüb

    Təhsil və sosial müdafiə sahəsində irimiqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondu, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə “Həmdan-İSESKO” mükafatının qalibləri sırasına daxil olub.

    Mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə görə töhfələrə görə təqdim edilir.
    Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilik uğrunda mübarizə aparıb.
    Heydər Əliyev Fondu təkcə İslam dövlətlərində deyil, müsəlman dünyasından kənarda da məktəblərin tikintisi və bərpasını həyata keçirən “Təhsil və sosial müdafiə layihəsi”nə görə mükafata layiq görülüb.
    “Həmdan-İSESKO” mükafatının digər qalibləri arasında Yəmənin “Hədrəmaut” Fondu və Mərakeş İbtidai Təhsil Fondu var.
    Qaliblərin mükafatlandırılması yaxın vaxtlarda rəsmi mərasimdə baş tutacaq və burada onların İslam dünyasında təhsilin dəstəklənməsi və təşviqi sahəsindəki nailiyyətləri qeyd olunacaq.