Month: February 2025

  • İngiltərə Kuboku: “Mançester Siti” növbəti mərhələyə adladı

    İngiltərə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

    Yarışın son finalçısı “Mançester Siti” səfərdə aşağı liqa təmsilçisi “Leyton Orient” ilə görüşüb.

    Matçda ilk qol London klubunun hesabına yazılsa da, “şəhərlilər” ikinci hissədə ardıcıl qollarla geridönüş ediblər.

    Özbək futbolçu Xusanov komandada qol hesabını açıb, De Brüyne isə qələbə topunun müəllifi olub – 1:2.

    Beləliklə də, Qvardiolanın yetirmələri adlarını 1/8 finala yazdırıblar.

  • Bakıda 80 minlik dələduzluq – Saxlanılanlar var

    Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla həmin şəxsə ev satılması adı ilə 80000 manatını aldadaraq ələ keçirilməsi məlum olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Ş.Balakişiyev və 42 yaşlı R.Səfərəliyev müəyyən olunaraq saxlanılıblar.

    Araşdırma aparılır.

  • Viktor Osimhen “Qalatasaray”da qalmaq üçün 80 milyon avroluq təklifi geri çevirdi

    “Qalatasaray” klubunda icarə əsasında çıxış edən və “Napoli”yə məxsus olan Viktor Osimhen Səudiyyə Ərəbistanı klubunun 80 milyon avroluq təklifini qəbul etməyib.

    Median.Az “SporX”ə istinadən xəbər verir ki, ulduz futbolçu üçün “Əl-Əhli” klubu təklif göndərib.

    Viktor Osimhen mövsüm sonunda “Qalatasaray”la çempionluq yaşadıqdan sonra ayrılmaq istədiyi üçün 80 milyon avroluq təklifə razı olmayıb.

    Qeyd edək ki, “Mançester Yunayted”, “Çelsi” və “Yuventus” mövsüm sonunda Viktor Osimheni transfer etmək üçün “Napoli”yə 75 milyon avro təklif ediblər.

  • В Китае более 30 человек пропали без вести из-за схода оползня

    Свыше 30 человек пропали без вести в результате схода оползня в провинции Сычуань на юго-западе Китая.

    Об этом сообщило агентство Xinhua.

    По его сведениям, ЧП произошло в субботу примерно в 11:50 по пекинскому времени (07:50 по Баку – ред.) в одном из поселков в районе города Ибинь. Оползень разрушил 10 домов.

    Как уточняется, председатель КНР Си Цзиньпин распорядился принять все возможные меры для предотвращения жертв. Ведутся поисково-спасательные работы.

  • Çində torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb

    Çinin cənub-qərbində, Siçuan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb.

    Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, hadisə Pekin vaxtı ilə təxminən saat 11:50-də (Bakı vaxtı ilə 7:50) İbin bölgəsindəki kəndlərdən birində baş verib.

    Sürüşmə nəticəsində 10 ev tamamilə torpaq altında qalıb.

    Hazırda təbii fəlakətin baş verdiyi yerdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

  • Kəngərlidə üç top mərmisi aşkar edilib

    Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

    Nazirlikdən “Report”un yerli bürosuna verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan MR FHN-in pirotexnikləri hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatlarının 1 ədəd 120 mm-lik, 1 ədəd 75 mm-lik top mərmisi və 2 ədəd 30 mm-lik AQS mərmisi olduğu müəyyən edilib.

    Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Xamenei Tehranda HƏMAS rəhbərliyi ilə görüşüb

    İranın Ali Rəhbəri Əli Xamenei HƏMAS rəhbərliyi ilə görüşüb.

    Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, Tehranda baş tutan görüşdə HƏMAS siyasi şurasının rəhbəri və üzvləri olublar.

  • Çörəyin içindən siqaret kötüyü çıxdı – FOTO

    Bakıda mağazaların birində satılan çörəyin içindən siqaret kötüyü çıxıb.

    Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

    Məhsul Bakı şəhəri, Nizami rayonu A.Manafov ünvanında yerləşən “Qarabağ” çörək zavoduna məxsus olub.


  • “Telegram”da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb .

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, o, “Telegram” sosial şəbəkə seqmentində “Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.

    Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

    Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

  • Qala qəsəbəsində maşın evin hasarına çırpıldı – VİDEO

    Ötən gün Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

    Belə ki, hərəkətdə olan avtomobil əvvəlcə yolun kənarında dayanmış avtomobilə, daha sonra isə evin hasarına çırpılıb.

    Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib, evin hasarı uçub.