Month: February 2025

  • Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

    Fevralın 6-da Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın barəsində olan cinayəti işləri üzrə məhkəmə proseslərinin baxış iclası başlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə, yəni, erməni və rus dillərində tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

    Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

    Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər erməniəsilli şəxsin təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə prosesinin əvvəlində təqsirləndirilən şəxs Arayik Arutyunyan məhkəmədən müraciətini səsləndirmək üçün söz istəyib.

    Hakim təqsirləndirilənə müraciətini səsləndirməyə icazə verib.

    A.Arutyunyan çıxış edərək hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb:

    “Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var.

    Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar. Təşəkkür edirəm”.

    Daha sonra təqsirləndirilən şəxs Davit Babayan məhkəməyə müraciət edərək söz istəyib.

    Məhkəmə D.Babayanın istəyini təmin edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib:

    “Mən öz adımdan demək istəyirəm ki, burada bizə qarşı heç bir təzyiq olmayıb. Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır”.

    Bundan sonra dövlət ittihamını müdafiə edən prokuror giriş nitqi ilə məhkəmə iştirakçılarına müraciət edərək hazırkı məhkəmə prosesinin tarixi əhəmiyyətini vurğulayıb:

    “Hazırkı məhkəmə prosesi ədalətin bərqərar olması naminə keçirilir. Cinayət işində olan sübutlar tarixi faktlara əsaslanmaqla göstərir ki, törədilmiş cinayətlər ayrı-ayrı təsadüfi hadisələr olmayıb, onlar ən yüksək səviyyədə mütəşəkkil qaydada planlaşdırılaraq qəddarlıqla və amansızlıqla törədilib.

    Məhkəmə prosesində aydın olacaq ki, tədqiq və təqdim edilən cinayətlər Ermənistan dövlətinin siyasi, hərbi, maddi və digər dəstəyi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin verdiyi göstəriş və təlimatları nəticəsində törədilib.

    Bu məhkəmə prosesi, həmçinin belə dəhşətli cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün mühüm tarixi əhəmiyyət kəsb edir. Məhkəmə prosesində sübut olunacaq ki, müharibə cinayətkarları üçün təhlükəsiz sığınacaq, məkan yoxdur və beynəlxalq münasibətlər güc və zorakılıqla deyil, hüquq və qanunla nizamlanmalıdır”.

    Daha sonra prokurorlar növbə ilə ittiham aktının nəticəvi hissəsinin elanına başlayıb.

    İttiham aktına istinadən qeyd olunub ki, Ermənistan dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə cinayətkar birlik yaradılıb.

    Daha sonra təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin həmin cinayətkar təşkilatın yaradılmasında və fəaliyyətində rolları elan olunub.

    Məhkəmə iclası fevralın 7-də davam etdiriləcək.

  • “İpək yolu” gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ

    Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda Türkiyədən idxal olunan yüklərə gömrük yoxlaması tətbiq edilib.

    Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

    Qeyd olunub ki, yoxlama zamanı alkoqollu içkilərə aid olan və gömrük orqanına bəyan edilməyən 1 litrlik içki üçün 30 000 ədəd, 0.75 litrlik üçün 125 000 ədəd, 0.5 litrlik üçün 55 000 ədəd, 0.25 litrlik üçün 290 000 ədəd olmaqla, cəmi 500 000 ədəd saxta aksiz markası və 49 900 ədəd nişan (QR kodlar) aşkar olunaraq götürülüb.

  • Orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur

    2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1778,5 min nəfər olub.

    Median.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 13,5 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

    2024-cü ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib.

    İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Ərdoğan Azərbaycan səfirinə mükafat verib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədova mükafat təqdim edib.

    Mükafat Adıyaman Gənclər və İdman İdarəsində 6 fevral zəlzələsinin ikiilliyinə həsr olunmuş mərasimdə təqdim olunub.

    Türkiyə prezidenti zəlzələ zamanı ilk yardıma gələn Azərbaycana salam və ehtiramını bildirib.

    “İlk xatirəmiz Azərbaycana olsun. Özümün və millətimin adından çox təşəkkür edirəm! Bir olaq, qardaş olaq, bərabər olaq”, – Ərdoğan vurğulayıb.

    Xatırladaq ki, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür. 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7.7 və 7.6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hökuməti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb.

  • Azərbaycan hərbçiləri “Qış təlimi – 2025” çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər

    Türkiyənin Kars şəhərində keçirilən “Qış təlimi – 2025” hərbi təlimləri uğurla davam edir.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

    O bildirib ki, şəxsi heyət soyuq iqlim şəraitində döyüş qabiliyyətlərini artırır, hazırlıq səviyyələrini yüksəldir: “Təlimdə hərbçilər arasında koordinasiya təmin edilir”.

    Nazirlik rəsmisinin sözlərinə görə, təlimdə iştirak edən hərbçilər “NEFER” zirehli döyüş maşınını, yüngül tipli pulemyot (MPT-76), 5,56 millimetrlik pulemyot, daha bir neçə silah və texnikadan ilk dəfə istifadə ediblər.

    Bildirilir ki, təlimlər sabah başa çatacaq.

    Təlimlərdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.

    Xatırladaq ki, təlimlər yanvarın 20-də başlayıb.

  • ING пересмотрела прогноз по инфляции в Азербайджане

    Крупнейшая банковская группа Нидерландов ING Group прогнозирует среднегодовую инфляцию в Азербайджане в 2025 году на уровне 4,8%, а в 2026 году – 4,7%.

    Об этом сообщает Report со ссылкой на ING. Эти ожидания превышают январский прогноз группы на 0,4 и 0,2 процентных пункта соответственно.

    Согласно прогнозу, среднегодовая инфляция в Азербайджане в первом квартале 2025 года составит 5,4%, во втором – 5,7%, в третьем и четвертом кварталах по 4%, а в последнем квартале 2026 года – 5,6%.

    В Минэкономики ожидают, что годовая инфляция в стране составит 4,6% в 2025 году и 4% в 2026 году. Согласно последним прогнозам Центрального банка Азербайджана (в январе 2025 года), инфляция в текущем году составит 5,5%, а в 2026 году – 3,8%.

    ООН в свою очередь прогнозирует инфляцию в Азербайджане в 3,6% в этом году, а в 2026 году – 3,1%.

    Напомним, что среднегодовая инфляция в Азербайджане в прошлом году составила 2,2%.

  • ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

    Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,8 %, 2026-cı il üçün isə 4,7 % səviyyəsində proqnozlaşdırır.

    “Report” ING-yə istinadən xəbər verir ki, bu proqnozlar yanvar ayında verilən gözləntiləri müvafiq olaraq 0,4 və 0,2 faiz bəndi üstələyir.

    Bankın proqnozuna əsasən, Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiya 5,4 %, ikinci rübdə 5,7 %, üçüncü və dördüncü rüblərdə isə 4 % təşkil edəcək. 2026-cı ilin son rübündə bu göstəricinin 5,6 % olacağı gözlənilir.

    İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 4,6 %, 2026-cı ildə isə 4 % səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.

    BMT-nin gözləntilərinə görə, bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq.

    Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.

  • Эксперт: Причина крушения самолета AZAL – преступная халатность не закрывших небо служб

    Причина авиакатастрофы самолета AZAL, в Грозный и потерпевшего крушение под Актау, заключается в преступной халатности военных служб, не давших команду закрыть небо над пунктом назначения для гражданских самолетов.

    Об этом в интервью Report заявил казахстанский политолог Талгат Калиев.

    По его словам, информация о введении плана “Ковер”, то есть ввода в действие сил ПВО в случае опасности нападения с воздуха, передана после того, как самолет AZAL уже потерял управление.

    Крушение самолета AZAL 25 декабря и трагическая гибель граждан трех стран – это результат преступной халатности технических служб, которые обязаны были взаимодействовать между собой, заявил он.

    “Речь идет о наземных службах и военных служб ПВО, которые должны были действовать согласованно. Военные должны были своевременно предупреждать о начале операции “Ковер” и закрыть небо для гражданских бортов и, тем самым, избежать человеческих жертв. Военные не проинформировали диспетчеров наземных авиационных служб, чтобы те, в свою очередь, смогли направить гражданские самолеты в другом направлении, в обход опасной зоны”, – отметил эксперт, комментируя один из пунктов отчета, где видно, что оповещение о начале операции “Ковер” было сделано уже после того, как самолет получил внешние повреждения.

    “Как сказано в отчете, имело место внешнее воздействие на борт. Речь идет о повреждении самолета системой ПВО, которая настроена так, что выбирает цель большего размера в радиусе действия. То есть при выборе между беспилотником и самолетом целью стал Embraer”, – подчеркнул Калиев.

    Внешнее воздействие, как сказано в отчете, привело к подавлению всех функций GPS, отметил он.

    В целом установить виновных достаточно легко, потому что все документируется, все приказы военных, которые были даны в тот день, должны быть зафиксировано, считает он.

    По словам эксперта, в мире уже давно действуют стандартный этикет, когда страна-виновник авиакатастрофы приносит извинения и выплачивает компенсацию, а также наказывает виновных.

    “Хочу подчеркнуть, что это не является унижением. России достаточно было сделать это, и не выносит дискуссии о причинах авиакатастрофы в политическую плоскость, так как это приносит еще больший ущерб РФ. Это имиджевый ущерб, а также финансовые убытки, так как многие страны отказались от полетов через территорию России после инцидента”, – сказал Талгат Калиев.

    Казахстан, за исключением компании “Скат”, как и ряд других стран, не совершает полетов в РФ, отметил он. Авиакатастрофа и непризнание своей вины со стороны РФ негативно отразились на авиационной привлекательности России и ее репутации.

    “Что касается версия причин аварии из-за птиц, то, несмотря на то, что она была озвучена самими пилотами разбившегося самолета, а затем передана наземными службами, то тут следует взять во внимание тот факт, что пилоты не могли предположить, что гражданский самолет мог быть атакован военными. Да это зафиксировано в протоколе, но это лишь догадки экипажа, не знавшего об операции “Ковер”, – заключил он.

  • Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır

    Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi mülki təyyarələr üçün təyinat nöqtəsi üzərində səmanı bağlamaq əmri verməyən hərbi xidmətlərin cinayətkar səhlənkarlığıdır.

    Bu barədə müsahibəsində qazaxıstanlı politoloq Talqat Kaliyev bildirib.

    Onun sözlərinə görə, “Kovyor” planının tətbiqi, yəni havadan hücum təhlükəsi zamanı Hava Hücumundan Müdafiə Qüvvələrinin işə salınması barədə məlumat AZAL təyyarəsi artıq idarəetməni itirdikdən sonra verilib.

    Dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması və üç ölkə vətəndaşlarının faciəli ölümü bir-biri ilə qarşılıqlı əlaqədə olmalı olan texniki xidmətlərin cinayətkar səhlənkarlığının nəticəsidir.

    “Söhbət razılaşdırılmış şəkildə fəaliyyət göstərməli olan yerüstü xidmətlər və HHM hərbi xidmətlərindən gedir. Hərbçilər “Kovyor” əməliyyatının başlanması barədə vaxtında xəbərdarlıq etməli və mülki təyyarələr üçün səmanı bağlamalı və bununla da insan tələfatının qarşısını almalı idilər. Hərbçilər yerüstü aviasiya xidmətlərinin dispetçerlərinin mülki təyyarələri təhlükəli zonadan yan keçməklə başqa istiqamətə yönləndirə bilməsi üçün bu barədə onlara məlumat verməyiblər”, – ekspert hesabatın bəndlərindən birini şərh edərkən bildirib. Həmin bəndə əsasən, “Kovyor” əməliyyatının başlanması barədə xəbərdarlıq təyyarə xarici zədələr aldıqdan sonra edilib.

    “Hesabatda deyildiyi kimi, təyyarəyə xarici təsir olub. Söhbət təyyarənin fəaliyyət radiusunda daha böyük hədəfi seçən HHM sistemi tərəfindən zədələnməsindən gedir. Yəni pilotsuz uçuş aparatı ilə təyyarə arasında seçim zamanı hədəf “Embraer” olub”, – Kaliyev vurğulayıb.

    O qeyd edib ki, hesabatda göstərildiyi kimi, xarici təsir bütün GPS funksiyalarının sıradan çıxmasına səbəb olub.

    Ekspertin fikrincə, ümumilikdə günahkarları müəyyən etmək kifayət qədər asandır, çünki hər şey sənədləşdirilir, həmin gün hərbçilər tərəfindən verilən bütün əmrlər qeydə alınmalıdır.

    Onun sözlərinə görə, təyyarə qəzasında günahkar olan ölkənin üzr istəməsi, kompensasiya ödəməsi və günahkarları cəzalandırması kimi standart etiket dünyada artıq çoxdan mövcuddur.

    “Vurğulamaq istəyirəm ki, bu, alçalma deyil. Rusiya bunu etməli və təyyarə qəzasının səbəbləri barədə müzakirələri siyasi müstəviyə çıxarmamalı idi, çünki bu, ona daha böyük ziyan vurur. Bu, imicə zərbə, həmçinin maliyyə itkiləridir, çünki hadisədən sonra bir çox ölkələr Rusiya ərazisindən uçuşlardan imtina edib”, – T.Kaliyev bildirib.

    O qeyd edib ki, “Skat” şirkəti istisna olmaqla, Qazaxıstan, eləcə də bir sıra digər ölkələr Rusiyaya uçuşlar həyata keçirmir. Təyyarə qəzası və RF-nin öz günahını etiraf etməməsi ölkənin aviasiya cəlbediciliyinə və nüfuzuna mənfi təsir göstərib.

    “Qəzanın təyyarənin quşlarla toqquşması səbəbindən baş verməsi versiyasına gəlincə, bu versiya qəzaya uğramış təyyarənin pilotları tərəfindən səsləndirilsə də, burada bir faktı nəzərə almaq lazımdır ki, pilotlar mülki təyyarənin hərbçilər tərəfindən hücuma məruz qala biləcəyini güman edə bilməzdilər. Bəli, bu protokolda qeyd olunub, amma bu, “Kovyor” əməliyyatından xəbərsiz olan ekipajın təxminləridir”, – o əlavə edib.

  • В Баку увеличат число пешеходных зон

    В 2025 году в Баку планируется создание новых пешеходных зон.

    Как сообщили Report в Азербайджанском агентстве наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта, главная цель этих изменений – сделать город более удобным и комфортным для жителей.

    “Для повышения приоритетности пешеходов в городской среде уже реализован ряд проектов. Первым шагом стало ограничение движения автомобилей и создание пешеходной зоны вокруг сада Хагани. Позже пешеходная зона расширилась от улицы Низами до Национального приморского парка.

    Благоустройство площади перед станцией метро 28 мая сделало этот оживленный район не только важным транспортным узлом, но и просторной пешеходной зоной. В этом году работы по развитию пешеходной инфраструктуры, приведению ее в соответствие с современными стандартами безопасности и доступности, будут продолжены”, – отметили в AYNA.