Month: February 2025

  • Əfqan məmurların “Taliban” liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi

    Əfqanıstanda “Taliban” hərəkatının ali lideri Heybətulla Axundzadə məmurlara onun şəxsi icazəsi olmadan ölkədən kənara çıxmağı qadağan edib.

    Bu barədə “Etilaatroz” qəzeti mənbələrə istinadən məlumat yayıb.

    Xəbərə görə, “Taliban” liderinin sərəncamı ilə əlaqədar olaraq ona birbaşa tabe olan xüsusi bölmədən azı min döyüşçü Kabil aeroportu da daxil olmaqla ölkənin hava limanlarında yerləşdirilib.

    Onların əsas vəzifəsi əfqan məmurlarının liderin şəxsi icazəsi olmadan xaricə getmələrinin qarşısını almaqdır.

    Qeyd olunur ki, bundan sonra “Taliban” hökuməti üzvlərinin xarici səfərləri zamanı əcnəbi nümayəndələrlə bütün danışıqlar və görüşlər hərəkatın ali liderinin etimad göstərdiyi şəxsin iştirakı ilə keçirilməlidir.

    Mənbənin birinin əlavə etdiyinə görə, Axundzadənin ən sadiq məmurlarından biri olan DİN başçısının müavini Sədr İbrahimə tabe olan qüvvələr paytaxtda vəziyyətə nəzarət etmək üçün əlavə postlar qurublar.

    Ehtimal olunur ki, “Taliban” liderinin bu qərarı qızlar və qadınlar üçün təhsil qadağasının ləğvi uğrunda mübarizə aparan XİN rəhbərinin müavini Məhəmməd Abbas Stanekzayın xaricə qaçması ilə əlaqədardır.

    Əfqan KİV-nin məlumatına görə, “Taliban” daxilində hərəkatın ali lideri Heybətulla Axundzadənin tərəfdarları ilə daxili işlər naziri Siracəddin Həqqaninin qruplaşması arasında gərginlik artır. Bildirilir ki, ölkədə canlı varlıqların foto və video çəkilişinə sərt məhdudiyyətlər qoyulduqdan sonra gərginlik yeni mərhələyə qədəm qoyub.

  • SOS: Bakıda şagirdlərə müəmmalı KAĞIZ PAYLANILIR: Üzərində İNTİHARA SÜRÜKLƏYƏN oyunun adı yazılıb

    Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.

    Bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş “Facebook” hesabında paylaşım edib.

    “Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu “Google” üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib

  • Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar – ARAŞDIRMA

    Son illər özünü həkim-kosmetoloq adlandıranların sayı sürətlə artıb.

    Median.Az Baku TV-yə istinadən məlumat verir ki, araşdırmalar zamanı məlum olub ki, bu şəxslərin nə diplomları var, nə də kosmetoloq kimi fəaliyyət göstərmək üçün rəsmi icazələri. Buna baxmayaraq, onlar müxtəlif prosedurlar həyata keçirir və insanların sağlamlığını riskə atırlar.

    Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyir ki, kosmetoloq kimi yalnız baza və ali tibb təhsili olan şəxslər çalışa bilərlər. Yəni hər yerindən duran özünə kosmetoloq deyə bilməz:

    “Avropada həkim olmayan şəxs xəstənin üzünə iynə vura, mezoterapiya edə və digər prosedurları apara bilməz. Yəni bu sahədə çalışan şəxs ən azı anatomiya, fiziologiya və bədəndə gedən prosesləri bilməlidir. Kosmetoloq adını yalnız həmin sahənin lisenziyasını almış şəxs daşıya bilər. Lisenziya isə müvafiq sənədlər əsasında verilməlidir”.

    Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla konservativ və korreksiya üsulları daxildir:

    “Bu üsullar kosmetoloji işə aid olduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibb təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər”.

    Həmçinin qeyd edilib ki, gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.

    Ətraflı süjetdə:

  • Yunanıstanda həbs edilən azərbaycanlı gənc DANIŞDI

    Azərbaycanlı gənc Elvin Əhmədov Yunanıstanda həbs edilib.

    Bir aydan çoxdur ki, həbsdə saxlanılan İmişli rayonu, Mircəlal kənd sakini Elvin Əhmədov “Xəzər Xəbər”ə bu barədə açıqlama verib.

    O, telefon zəngində bildirib ki, 5 aydır nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış.

    O deyib ki, işi ilə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən qayıqda nasazlıq yaranıb. Elə hər şey də bundan sonra baş verib.

    Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderius həbsxanasında saxlanılan Elvin iddia edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur. Çünki onun yaxalandığı qayığın texniki göstəricisi belə Türkiyədən Yunanıstana qədər gəlmək üçün uyğun deyil.

    Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) “Xəzər Xəbər”ə bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.

    Ətraflı süjetdə:

  • Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

    От своего имени хочу сказать, что здесь на нас не оказывалось никакого давления.

    Об этом 6 февраля заявил обвиняемый в многочисленных преступлениях против азербайджанского народа гражданин Армении Давид Бабаян в ходе судебного заседания в рамках слушаний по уголовным делам лиц армянского происхождения.

    На судебном заседании в Бакинском военном суде, расположенном в Бакинском судебном комплексе, под председательством судьи Зейнала Агаева, в составе судей Джамала Рамазанова и Анара Рзаева, обвиняемый попросил слово, его ходатайство было удовлетворено судом.

    Бабаян заявил, что доволен условиями содержания и что ни на него, ни на других обвиняемых не оказывалось давление:

    “От своего имени хочу сказать, что здесь на нас не оказывалось никакого давления. К нам относятся с уважением. Пусть те, кто мог бы быть на нашем месте, спросят себя, как бы они поступили. Мы не боимся говорить правду. Правда не знает границ. Здесь у нас очень хорошие условия содержания”, – подчеркнул Давид Бабаян.

  • Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

    Mən öz adımdan demək istəyirəm ki, burada bizə qarşı heç bir təzyiq olmayıb.

    Bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Ermənistan vətəndaşı Davit Babayan erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında deyib.

    Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit Babayan məhkəməyə müraciət edərək söz istəyib.

    Məhkəmə D.Babayanın istəyini təmin edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib:

    “Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır”.

  • Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

    Gəncədə məktəbdə siqaret çəkən və təhqiramiz ifadələr işlədən şagirdlə bağlı protokol tərtib olunub.

    Median.Az “Report”a istinadən məlumat verir ki, Gəncə şəhərində yerləşən orta məktəblərdən birinin 10-cu sinif şagirdi olan E.M məktəbdə siqaret çəkib, digər şagirdləri təhqir edib və bunu videoya çəkərək sosial şəbəkədə paylaşıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Report”a bildirib ki, görüntülərlə bağlı müvafiq tədbirlər görülüb və aidiyyəti dövlət komissiyanın nümayəndələri ilə birgə polis əməkdaşları həmin məktəbdə olublar.

    “Şagird və onun valideyni ilə profilaktik iş aparılaraq, bu barədə protokol tərtib olunub”, – DİN rəsmisi vurğulayıb.

  • Иран и Армения работают над документом о стратегическом партнерстве

    Иран и Армения работают над документом о всеобъемлющем стратегическом партнерстве.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил иранский посол в Армении Мехди Собхани на пресс-конференции в посольстве страны в Ереване.

    “Мы работаем с Арменией над расширенным, всеобъемлющим стратегическим документом, который будет подписан лидерами обеих стран. Этот документ будет всеобъемлющим и долгосрочным, в него могут быть включены долгосрочные проекты”, – отметил он.

    По словам главы иранской дипмиссии, “научно-культурные проекты Армении и Ирана являются нерушимой частью отношений двух стран”. “У нас множество совместных проектов, и мы считаем их капиталом в наших отношениях. В прошлом году между нашими странами был подписан меморандум о сотрудничестве в научно-образовательной и культурной областях и созданы соответствующие условия для развития культурных отношений”, – сказал дипломат.

  • Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər

    Ermənistan və İran hərtərəfli strateji tərəfdaşlıq sənədi üzərində işləyir.

    Median.Az TASS-a istinadən verdiyi xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sübhani ölkənin İrəvandakı səfirliyində keçirdiyi mətbuat konfransında məlumat verib.

    “Biz Ermənistanla hər iki ölkənin liderləri tərəfindən imzalanacaq geniş, hərtərəfli strateji sənəd üzərində işləyirik. Bu sənəd hərtərəfli və uzunmüddətli olacaq, buraya uzunmüddətli layihələr daxil edilə bilər”, – o qeyd edib.

    İran diplomatik missiyasının rəhbərinin sözlərinə görə, Ermənistan və İran arasında elmi və mədəni layihələr iki ölkə arasındakı əlaqələrin ayrılmaz hissəsidir.

  • Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

    Yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Nərgiz Yusif qızı İsgəndərovanı “Mercedes” markalı avtomobil vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.