Month: February 2025

  • ABŞ administrasiyası Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır

    ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela lideri Nikolas Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır.

    Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

    Agentliyin əldə etdiyi sənəddə göstərildiyi kimi, söhbət “Dassault Falcon 200” təyyarəsindən gedir. Bu hava gəmisi Venesuela prezidenti və ölkənin digər yüksək vəzifəli şəxsləri tərəfindən Yunanıstan, Kuba, Rusiya və Türkiyə də daxil olmaqla xarici ölkələrə uçuşlar üçün istifadə edilir ki, bu da Amerika administrasiyasının fikrincə, ABŞ sanksiyalarının pozulmasıdır.

    “AP”nin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio hazırda Maduronun hava gəmisinin olduğu Dominikan Respublikasının paytaxtı Santo-Dominqoya səfəri zamanı təyyarənin həbsi barədə elan etmək niyyətindədir.

    Müsadirənin həyata keçirilməsi üçün Dövlət Departamentinin rəhbəri təyyarənin saxlanması və xidməti üçün 230 min dollar ayırmaq məqsədilə xarici yardımın dondurulması haqqında fərmandan istisna tələbi imzalamalı olub.

    Agentlik qeyd edir ki, təyyarənin həbsi barədə qərarın təsdiqlənməsi həmçinin ABŞ Ədliyyə Nazirliyinin təsdiqini tələb edib.
    //TASS

  • Çimərlik voleybolu üzrə Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək

    Çimərlik voleybolu üzrə oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək.

    Bu barədə “Report”a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Yığma bu gün yarışın keçiriləcəyi Riqa şəhərinə yola düşüb.

    Çimərlik voleybolçuları burada latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək təlim-məşq toplanışı keçəcəklər.

  • Расследование дела о теракте в Crocus City Hall завершено

    Расследование дела о теракте в Crocus City Hall завершено, потерпевшие знакомятся с его материалами.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил адвокат одного из обвиняемых Олег Власов.

    “Следственные действия по делу завершены, стороны приступили к ознакомлению с его материалами. По закону первыми это делают потерпевшие, а их там порядка тысячи человек. Так что вряд ли дело передадут для рассмотрения в суд быстро”, – сказал защитник.

    Отметим, что вечером 22 марта прошлого года перед началом концерта группы “Пикник” в Crocus City Hall ворвались несколько мужчин и открыли огонь по посетителям и персоналу. В здании возник пожар. По последним данным, погибли 144 человека, 551 пострадал.

  • “Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb

    “Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb, zərərçəkənlər istintaq materialları ilə tanış olurlar.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə vəkil məlumat verib.

    Qeyd edək ki, ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində “Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə nəfər “Crocus City Hall”a girərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib.

    Son məlumatlara görə, 144 nəfər ölüb, 551 nəfər xəsarət alıb.

  • В Агджабединском районе в водоканале утонул человек

    В Агджабединском районе в водоканале утонул человек, личность пока не обнародована.

    Как сообщили в МЧС, инцидент произошел на участке Верхне-карабахского канала, проходящем через село Ходжавенд.

    К поискам привлечены водолазы-спасатели Государственной службы МЧС по контролю за маломерными судами и спасению на водах.

  • Ağcabədidə bir nəfər kanalda batıb

    Ağcabədidə bir nəfər kanalda batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

  • В прошлом году в Азербайджан реадмиссирован 441 человек

    В прошлом году Государственная миграционная служба (ГМС) реадмиссировала в Азербайджан 441 человека.

    Об этом в ответ на запрос Report сообщили в Управлении по вопросам реадмиссии ГМС.

    Большинство возвращенных были из европейских стран.

    Процесс проводился в рамках соглашений о реадмиссии, подписанных Азербайджаном.

  • Ötən il 441 nəfər Azərbaycana readmissiya olunub

    Ötən il ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 441 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.

    Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

    Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

  • В Хырдалане в мебельном цехе произошел пожар

    В городе Хырдалане Абшеронского района вспыхнул пожар в мебельном цехе площадью 100 кв. м.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям, несмотря на ветреную погоду и высокий риск распространения огня, возгорание удалось оперативно локализовать и ликвидировать.

    В результате пожара сгорело 45 кв. м цеха, остальная часть объекта, а также соседний цех были защищены от огня.

  • Xırdalanda mebel sexində yanğın olub

    Xırdalanda mebel sexində yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində ümumi sahəsi 100 kvadratmetr olan mebel sexində baş vermiş yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Vurğulanıb ki, yanğın nəticəsində mebel sexinin 45 kvadratmetri sahədə yanıb. Obyektin qalan hissəsi və bitişik yerləşən digər sex yanğından mühafizə olunub.