Month: February 2025

  • ABŞ-nin hava limanında iki təyyarə toqquşub

    ABŞ-nin Sietl şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub.

    Bu barədə “Newsweek” məlumat yayıb.

    Qeyd edilir ki, Yaponiya Hava Yollarına məxsus təyyarə “Delta” təyyarəsini vurub. Toqquşma hava məkanının nəzarət zonasından kənarda baş versə də, insident bəzi uçuşların dayandırılmasına səbəb olub.

    ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma aparır.

  • СМИ: Спецпосланник США может поехать в Киев 20 февраля

    Спецпосланник президента США по Украине и России Кит Келлог может посетить Киев 20 февраля.

    Об этом сообщил телеканал “Рада” со ссылкой на свои источники.

    “Информация от наших источников: встреча со спецпредставителем США Келлогом состоится 20 февраля в Киеве, если не изменится график”, – говорится в сообщении.

    Американская сторона эту информацию пока не комментировала.

    Ранее сообщалось, что Келлог должен представить на Мюнхенской конференции по безопасности, которая пройдет с 14 по 16 февраля, план президента США Дональда Трампа по завершению войны РФ против Украины.

  • ABŞ-nin xüsusi nümayəndəsi fevralın 20-də Kiyevə səfər edə bilər

    ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 20-də Kiyevə səfər edə bilər.

    Bu barədə “Rada” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

    “ABŞ-nin xüsusi nümayəndəsi Kelloq ilə görüş qrafik dəyişməsə, fevralın 20-də Kiyevdə baş tutacaq”, – məlumatda qeyd olunur.

    Bundan əvvəl bildirilib ki, Kelloq 14-16 fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması planını təqdim edəcək.

  • Azərbaycanda dövlət işçilərinin sayı azalıb

    Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1778.5 min nəfər olub, onlardan 882.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895.7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Qeyd edək ki, 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 16.3 min azalıb, özəl sektorda çalışanların sayı isə 53 min nəfər artıb.

  • Məktəblərdə dərslər fərqli saatlarda başlaya bilər – Nazir AÇIQLADI

    “Dərs saatlarının başlanğıc vaxtı məktəb rəhbərliyi və valideynlərin razılığı əsasında dəyişdirilə bilər”.

    Bunu Elm və təhsil naziri Emin Əmrullayevin bildirib.

    Nazir fevralın 6-da keçirdiyi brifinqdə bildirib ki, bu məsələdə nazirlik hər hansı maneə yaratmır.

    “Xüsusilə kənd məktəblərində valideynlər dərslərin saat 8:00 yox, 8:30 və ya 9:00-da başlamasını istəyə bilər. Biz buna etiraz etmirik,” – deyə Emin Əmrullayev vurğulayıb.

  • Direktor və müavinləri sertifikasiyaya cəlb olunacaq

    Direktor və direktor müavinləri sertifikasiyaya cəlb olunacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

    O bildirib ki, direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub.

    “Bunun nə vaxt olacağını deyə bilmərəm, amma olacaq”, – deyə nazir əlavə edib.

  • Azərbaycanda ortaaylıq əməkhaqqı ARTIB

    2024-cü ilin ilkin məlumatlarına görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8.1 faiz artaraq 1 009.2 manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində ortaaylıq nominal əməkhaqqı daha yüksək olub.

    Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara görə, 1 milyon 778.5 min nəfər olub, onlardan 882.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895.7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Məlumata görə, muzdla işləyənlərin 18.5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18.5 faizi təhsil, 13.5 faizi sənaye, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.6 faizi tikinti, 6.3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.8 faizi peşə, elmi və texniki fəaliyyət, 2.7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.2 faizi maliyyə və sığorta fəaliyyəti, 15.1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

  • “İlğım” əmtəə nişanlı saxta “Himalay duzu” satışdan geri çağırılıb

    Saxta “Himalay duzu”nun satışı ilə bağlı daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb.

    Bu barədə AQTA məlumat yayıb.

    Belə ki, fiziki şəxs Məmməd Adil oğlu Mənsimovun İrandan idxal etdiyi “Behnam Kar Azar Bilasavar Co” şirkətinin istehsalı olan “Morvarid” əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi, 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində “İlğım” əmtəə nişanı ilə “Himalay duzu” adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub.

    Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə bu məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • ABŞ-də miqrantların ölkəyə girə bilməmələri üçün bəhanə tapılıb

    Donald Tramp Administrasiyası sığınacaq istəyən əcnəbilərin ölkə ərazisinə girişini virus xəstəliklərinin yayılması ilə mübarizə aparılması bəhanəsi ilə qadağan etməyin mümkünlüyünü öyrənir.

    Bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

    Bildirilir ki, Birləşmiş Ştatlar rəhbərliyi “42-ci maddə”nin fəaliyyətini bərpa etmək niyyətindədir. Sözügedən düzəliş 2020-ci ilin martında qəbul edilib və COVID-19-un yayılması ilə mübarizə çərçivəsində qanunsuz miqrantların deportasiyasını nəzərdə tutur.

    Yazıda qeyd edilir ki, ABŞ-də qızılca və vərəmin yayılması təhlükəsi sığınacaq istəyənlərin deportasiyası üçün bəhanəyə çevrilə bilər. Hazırda Kanzas ştatında vərəmə yoluxma hallarında artım müşahidə olunur, Texas ştatında və bir sıra digər bölgələrdə qızılcaya yoluxma halları qeydə alınıb.

    Lakin yazıda vurğulanır ki, bu hadisələrin əcnəbilərin axını ilə bağlı olub-olmadığı hələlik məlum deyil.

  • Şəmşad Ağa həbs edildi

    “Meydan TV işi” üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa barəsində həbs-qətimkan tədbiri seçilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Şəmşad Ağa iki ay bir gün müddətə həbs edilib.

    Qeyd edək ki, o, qaçaqmalçılıqda ittiham olunur.

    Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən “Meydan TV” əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.

    Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

    Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.