Month: February 2025

  • Azərbaycanın yeni maliyyə naziri KİMDİR? – DOSYE

    Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

    Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

    Nazirin dosyesini təqdim edirik:

    Sahil Babayev 1980-ci ildə anadan olub.

    2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

    O, 1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

    2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

    S.Babayev 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

    Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

    2018-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Sahil Rafiq oğlu Babayev yeni kabinetdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.

    Ailəlidir, üç övladı var.
    //oxu.az

  • Marselo karyerasını başa vurdu

    Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Marselo (Marcelo Vieira da Silva Junior) karyerasını başa vurub.

    Bu barədə cinah müdafiəçisi özü sosial şəbəkə hesabında paylaşım edib.

    O, 36 yaşında futbolla vidalaşdığını qeyd edib.

    Qeyd edək ki, 2007-2022-ci illər aralığında Madrid təmsilçisinin formasını geyinmiş Marselo altı dəfə La Liqanın, iki dəfə İspaniya Kubokunun, beş dəfə Superkubokun, beş dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun qalibi olub.

  • İlham Əliyev Sahil Babayevi vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

    Prezident İlham Əliyev Sahil Rafiq oğlu Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

  • Əmək pensiyasının minimum məbləği 320 manat oldu – RƏSMİ

    Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 280 manatdan 320 manata çatdırılıb.

  • Глава “Россотрудничества”: Азербайджан требует зарегистрировать “Русский дом” (ОБНОВЛЕНО)

    Глава “Россотрудничества” Евгений Примаков подтвердил получение ноты от Азербайджана о необходимости регистрации российского культурного центра (Русского дома) в Баку.

    Об этом он сообщил в эфире телеканала “Россия-24”.

    “Там говорится о том, что наше представительство, Российский информационно-культурный центр (РИКЦ), он же в народе называется “Русский дом”, должен быть зарегистрирован в качестве юридического лица по местному законодательству”, – сказал Примаков.

    * * * * *

    Российской стороне направлено официальное уведомление о прекращении деятельности агентства “Россотрудничество” на территории Азербайджана.

    Об этом Report сообщает со ссылкой на информированные источники.

    Азербайджан продолжает последовательный курс по защите своих национальных интересов и демонстрирует, что не намерен терпеть внешнее вмешательство в свои внутренние дела вне зависимости от того, откуда оно исходит.

    Свидетельством этого также является то, что аналогичное решение было ранее принято в отношении американского агентства USAID, причем еще до инаугурации президента Дональда Трампа и его последующего решения о ликвидации данной структуры.

    “Наша страна сама стала донором и не нуждается в помощи извне, особенно когда такая помощь оказывается на основании непрозрачных схем, а структура организаций носит откровенно разведывательный характер”, – отмечают источники.

  • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Azərbaycandan nota aldığını təsdiqləyib (YENİLƏNİB)

    “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıdakı Rusiya mədəniyyət mərkəzinin (Rus evinin) fəaliyyətinə xitam verilməsi barədə Azərbaycandan nota aldığını təsdiqləyib.

    O, bu barədə “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

    “Notada deyilir ki, bizim nümayəndəliyimiz – Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM), xalq arasında “Rus evi” adlandırılan mərkəz, yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, – deyə Primakov bildirib.

    * * * * *

    Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a məlumatlı mənbələrdən bildirilib.

    Daha əvvəl analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.

    Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.

  • Пашинян: Армения не имела независимой государственности

    Долгое время Армения не имела независимой государственности, а 30 лет назад мы начали строить свою независимость, и сейчас находимся в процессе создания стабильной демократии.

    Об этом заявил премьер-министр Армении Никол Пашинян на Международном саммите по свободе вероисповедания.

    “Знаете, это действительно важный вопрос. Сейчас мы пытаемся подвести нашему народу идеи государственности и независимости. Потому что вы правы, это совершенно разные вещи, когда вы гражданин империи и когда вы гражданин независимой и демократической страны. Долгое время Армения не имела независимой государственности, а 30 лет назад мы начали строить свою независимость, и сейчас находимся в процессе создания стабильной демократии”, – отметил он.

  • Paşinyan: “Ermənistanın müstəqil dövlətçiliyi olmayıb”

    “Ermənistan bir neçə əsr müstəqil dövlətçiliyə malik olmayıb. 30 il əvvəl öz müstəqilliyimizi qurmağa başlamışıq və indi sabit demokratiyanın yaradılması prosesindəyik”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində deyib.

    “Bilirsiniz, bu, doğrudan da vacib məsələdir. İndi biz xalqımıza dövlətçilik və müstəqillik ideyalarını çatdırmağa çalışırıq. Çünki siz haqlısınız, biri var imperiyanın vətəndaşı olmaq, biri də var müstəqil və demokratik ölkənin vətəndaşı olmaq, bunlar tamamilə fərqli şeylərdir”, – deyə N.Paşinyan bildirib.

  • Суд принял решение об аресте Шахназ Бейляргызы

    Хатаинский районный суд избрал меру пресечения в виде ареста в отношении задержанной по делу Toplum TV Шахназ Бейляргызы.

    Она арестована на срок 3 месяца и 15 дней.

    Напомним, что Ш.Бейляргызы была задержана накануне по обвинению в контрабанде.

    В прошлом году МВД Азербайджана провело операцию в офисе интернет-телевидения Toplum TV.

    Были задержаны Акиф Гурбанов, Алескер Мамедли и несколько других человек. В их отношении возбуждено уголовное дело по статье 206.3.2 (контрабанда, совершенная группой лиц по предварительному сговору) Уголовного кодекса.

  • Məhkəmə jurnalist Şahnaz Bəylərqızı ilə bağlı qərar verib

    Məhkəmə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.

    Bu gün Xətai Rayon Məhkəməsində onunla bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub. Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

    Ona qarşə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.