Month: February 2025

  • Gürcüstanda dövlət rəsmilərini təhqir edənlər 45 günədək həbs oluna bilərlər

    Gürcüstanda dövlət rəsmilərinin, vəzifəli şəxslərin, dövlət qulluqçularının şifahi təhqir edilməsi və ya digər təhqiredici hərəkətlər inzibati məsuliyyətə səbəb olacaq.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu məsələ “Gürcü Arzusu” partiyası tərəfindən hazırlanaraq parlamentə təqdim edilən “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik” layihəsində əksini tapıb.

    Layihəyə əsasən, belə hallarda şəxslər 1 500 laridən 4 000 lariyə qədər cərimə oluna və ya 45 günədək inzibati həbsə məhkum edilə bilərlər.

    Bu cür əməllərin təkrar törədilməsi daha sərt cəzalar nəzərdə tutur – 2 500 laridən 6 000 lariyə qədər cərimə və ya 5 gündən 60 günədək həbs cəzası. Həmçinin, təhqir hallarında həmin şəxslərin silah gəzdirmə hüququnun 3 ilədək məhdudlaşdırılması da təklif edilir.

    Layihə inzibati həbs müddətinin 60 günədək artırılmasını və polisə müqavimət, xırda xuliqanlıq, eləcə də icazəsiz mitinqlərə görə cəza tədbirlərinin sərtləşdirilməsini də ehtiva edir.

    Parlamentin bu layihəni sürətli prosedurla müzakirəyə çıxaracağı bildirilir.

  • Президент Азербайджана поздравил президента Шри-Ланки

    Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо президенту Демократической Социалистической Республики Шри-Ланка Ануре Кумаре Диссанаяке по случаю Дня независимости этой страны.

    Информацию распространила пресс-служба президента Азербайджана.

  • İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayakeyə təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli qaydada dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Песков: РФ даст ответ в случае действий Польши против российской собственности

    Россия примет ответные меры против Польши в случае действий Варшавы в отношении дипсобственности РФ.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявил журналистам пресс-секретарь президента Дмитрий Песков.

    “Естественно, мы будем принимать все возможные меры. Меры взаимности здесь неизбежны в случае, если какие-то действия будут предприниматься польской стороной”, – сказал он.

    Ранее в посольстве РФ в Польше сообщили, что польские власти имеют претензии по поводу нескольких объектов, принадлежащих РФ.

  • Peskov: Moskva Polşanın Rusiya mülkiyyətinə qarşı görəcəyi tədbirləri cavabsız qoymayacaq

    Varşava Rusiyanın diplomatik mülkiyyəti ilə bağlı tədbirlər görəcəyi təqdirdə Moskva Polşaya qarşı cavab addımı atacaq.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Təbii ki, biz bütün mümkün tədbirləri görəcəyik. Polşa tərəfindən hər hansı addımlar atılacağı halda, cavab tədbirləri qaçılmazdır”, – o qeyd edib.

    Daha əvvəl Rusiyanın Polşadakı səfirliyindən bildirilib ki, ölkə hökuməti Rusiyaya məxsus bir neçə obyektlə bağlı iddialar irəli sürür.

  • “Formula 1”: Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub

    Bu il Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.

    Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

    Əsas yarış sentyabrın 21-də, yerli vaxtla saat 15:00-da start götürəcək.

    Sentyabrın 19-da, saat 12:30-da birinci sərbəst yürüş, 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat gerçəkləşəcək.

    Qeyd edək ki, “Formula 1″də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.

  • Mil-Muğan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub

    Nadir Tahir oğlu Quliyev Mədəniyyət Nazirliyinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

    Xatırladaq ki, N.Quliyev bundan öncə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

  • ABŞ klubunun hücumçusu 10 oyunluq diskvalifikasiya olunub

    ABŞ-nin “Minnesota” klubunun hokkeyçisi Rayan Hartman 10 oyunluq cəzalandırılıb.

    “Report” Milli Hokkey Liqasının (NHL) mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu fevralın 1-də “Ottava”ya qarşı matçda rəqib hücumçu Tim Ştyutsla mübarizədə sərt oyun nümayiş etdirib.

    R.Hartman almaniyalı rəqibini dirsəyi ilə vuraraq buzun üzərinə yıxıb. Nəticədə T.Ştyutslın dəbilqəsi düşüb və hokkeyçi kəsik yarası alıb.

    “Minnesota”nın hücumçusu bu hərəkətinə görə oyunun sonuna qədər meydandan kənarlaşdırılıb. Diskvalifikasiya olunması ilə yanaşı, hokkeyçinin təxminən 488 min dollar cərimələnəcəyi də bildirilib.

    Qeyd edək ki, “Minnesota” – “Ottava” matçı Kanada klubunun 6:0 hesablı qələbəsi lə başa çatıb.

  • Нетаньяху созовет Кабинет безопасности для обсуждения второго этапа сделки по Газе

    Премьер Израиля Биньямин Нетаньяху по возвращении из США созовет Кабинет безопасности для обсуждения позиции страны по второму этапу сделки по сектору Газа.

    Об этом сообщает ТАСС со ссылкой на заявление канцелярии.

    “По возвращении из США Нетаньяху созовет заседание Кабинета безопасности для обсуждения общих позиций Израиля относительно второго этапа сделки [по сектору Газа], которые будут определять дальнейший ход переговоров”, – сказали в канцелярии.

    Отмечается, что Нетаньяху в Вашингтоне встретился с помощником по нацбезопасности президента США Майком Уолтцем и спецпосланником президента по Ближнему Востоку Стивеном Уиткоффом.

    “По итогам встречи Израиль готовится отправить рабочую делегацию в Доху в конце этой недели для обсуждения технических деталей, связанных с дальнейшей реализацией соглашения о прекращении огня в Газе”, – говорится в заявлении.

  • Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq

    İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-dən qayıtdıqdan sonra Qəzza zolağı üzrə razılaşmanın ikinci mərhələsi ilə bağlı ölkənin mövqeyini müzakirə etmək üçün Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq.

    Bu barədə TASS Baş nazirin dəftərxanasının bəyanatına istinadən məlumat yayıb.

    “Netanyahu ABŞ-dən qayıtdıqdan sonra Qəzza zolağı ilə bağlı razılaşmanın ikinci mərhələsinə dair İsrailin ümumi mövqelərini müzakirə etmək üçün Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq. Bu mövqelər danışıqların gedişatını müəyyən edəcək”, – dəftərxanadan bildirilib.

    Qeyd olunub ki, Netanyahu Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb.

    “Görüşün yekunlarına əsasən, İsrail Qəzzada atəşkəs sazişinin davam etdirilməsi ilə bağlı texniki detalları müzakirə etmək üçün bu həftənin sonunda Dohaya işçi nümayəndə heyəti göndərməyə hazırlaşır”, – bəyanatda bildirilib.