Month: February 2025

  • Опубликованы предварительные результаты расследования крушения самолета AZAL близ Актау

    Министерство транспорта Казахстана опубликовало отчет с предварительными результатами расследования крушения самолета Azerbaijan Airlines (AZAL), потерпевшего крушение 25 декабря близ Актау.

    Как передает Median.Az со ссылкой на Tengrinews.kz, в документе уточняется, что расследование, проведенное в рамках настоящего отчета, не предполагает установления доли чьей-либо вины или ответственности.

    Подчеркивается, что представленная в отчете информация является предварительной и может быть уточнена и дополнена по результатам исследований и изучения всех материалов. После окончания работ будет подготовлен Окончательный отчет по результатам расследования авиационного происшествия.

    25 декабря 2024 года в 3 км от аэропорта Актау произошла трагическая авиакатастрофа с участием самолета Embraer азербайджанской авиакомпании AZAL. Самолет, выполнявший рейс Баку – Грозный, потерпел крушение при попытке экстренной посадки. На борту находились 62 пассажира и 5 членов экипажа. Погибли 38 человек, в том числе 3 членов экипажа, включая обоих пилотов.

  • Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi

    Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini əks etdirən hesabat yayıb.

    Bu barədə “Tengrinews” məlumat verib.

    Sənəddə aydın olur ki, bu hesabatın bir hissəsi kimi aparılan araşdırma təqsirkarların müəyyən edilməsi və ya məsuliyyətin bölüşdürülməsini nəzərdə tutmur.

    Bu hesabatda təqdim olunan məlumatlar ilkin xarakter daşıyır və tədqiqatın nəticələrinə və bütün materialların öyrənilməsinə əsasən dəqiqləşdirilə və əlavə edilə bilər. İşlər başa çatdıqdan sonra aviasiya qəzasının təhqiqatının nəticələrinə dair Yekun Hesabat hazırlanacaq.

    Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda Azərbaycan Hava Yollarının (AZAL) “Embraer” təyyarəsi qəzaya uğrayıb. Qəza Bakıdan Qroznıya uçan təyyarənin məcburi enişi zamanı baş verib.

  • В ДР Конго свыше 100 больных оспой обезьян сбежали из центров лечения

    Более 100 больных оспой обезьян сбежали из центров лечения на востоке Демократической Республики Конго (ДРК) из-за боев армии страны с группировкой М23.

    Об этом сообщает портал Actualité со ссылкой на отчет Минздрава ДРК.

    “128 больных сбежали из центров карантина, некоторые из которых были разграблены”, – сказано в отчете.

    Ведомство указало на целый ряд проблем в провинции Северное Киву из-за наступления М23, включая сбои с поставками лекарств, отсутствие воды и электричества.

    За неделю в ДРК было зафиксировано 2 707 случаев подозрения на оспу обезьян, включая 516 подтвержденных, и зафиксировано 38 летальных исходов.

    Всего с начала эпидемии оспы обезьян в ДР Конго было выявлено более 70 тыс. случаев, в том числе более 13 тыс. подтвержденных. Число умерших составило 1 407 человек.

  • Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb

    Konqo Demokratik Respublikasının (KDR) şərqində meymunçiçəyi xəstəliyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb.

    Bu barədə KDR Səhiyyə Nazirliyinin hesabatına istinadən “Actualité” portalı məlumat yayıb.

    “128 xəstə karantin mərkəzlərindən qaçıb, onların bəziləri qarət edilib”, – hesabatda qeyd olunub.

    Məlumata görə, onların qaçmasına səbəb ölkə ordusu ilə “M23” qruplaşması arasında döyüşlərdir.

    Nazirlik “M23″ün hücumu səbəbindən Şimali Kivu əyalətində su və elektrik enerjisinin olmaması da daxil olmaqla bir sıra problemlərin olduğunu bildirib.

    Bir həftə ərzində KDR-də meymun çiçəyinə şübhəli 2 707 hal, o cümlədən 516 təsdiqlənmiş hal və 38 ölüm faktı qeydə alınıb.

  • Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı

    Səbail rayonu, Dənizkənarı Milli Parkın “Azneft” dairəsi yaxınlığında olan hissəsində skuterlə azyaşlı vurulub.

    Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 2001-ci il təvəllüdlü Sabir adlı şəxs saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib.
    Məhkəmədə məlum olub ki, hadisə 10 iyul 2024-cü il tarixdə, təxminən axşam saat 21.00 radələrində baş verib. Belə ki, “Azneft” dairəsinə yaxın meydanda Sabir skuteri arxaya hərəkət etdirərkən azyaşlı qız uşağına çırpılıb. Nəticədə qız uzun sürən komatik vəziyyətlə müşayiət olunan kəllə beyin travması alıb. 
    Məhkəmənin qərarı ilə Sabirə saxlanıldığı iki gün çıxılmaqla, 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

  • “Bakı Gəmiqayırma Zavodu” cərimə olunur

    “Bakı Gəmiqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.

    Qaynarinfo-nun məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.
    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
    İşə 12.02.2025-ci il tarixində Qaradağ Rayon Məhkəməsində baxılacaq. 

  • İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb

    İsveçin Erebru şəhərində məktəblərdən birində atışma baş verib.

    Nəticədə beş nəfər yaralanıb.

    Hadisə yerində polis işləyir, xüsusi əməliyyat aparılır.

    İnsidentlə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.

    “Erebruda zorakılıq hadisələri haqqında məlumat çox ciddidir. Polis hadisə yerindədir, əməliyyat tam gücü ilə davam edir. Hökumət polis ilə sıx əlaqədədir və hadisələrin gedişatını diqqətlə izləyir”, – deyə İsveçin ədliyyə naziri Gunnar Strömmer STV-yə bildirib.
    //report

  • Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür

    Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür.

    “Report”a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli bildirib ki, 2023-cü ilin statistik məlumatlarına əsasən, hazırda ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qeydiyyatdadır.

    O qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 7 min 50 nəfər çox olub.

    Onun sözlərinə görə, 69 min 435 nəfərdən 25 min 257-si bu xəstəliklə beş il və beş ildən yuxarı yaşayan insanlardır:

    “2023-cü ildə 5 min 668 xəstəyə birinci-ikinci mərhələdə diaqnoz qoyulub. 4 min 608 nəfərə üçüncü, 3 min 390 nəfərə isə dördüncü mərhələdə diaqnoz qoyulub”.

    Onkoloq bu xəstəliyin vaxtında aşkarlanması üçün insanların məlumatlı olmasının vacibliyinə də toxunub:

    “Bu mövzuda maarrifləndirmə işləri mütəmadi şəkildə davam etməlidir. Bu xəstəliklə əlaqəli bütün cəmiyyət, ölkə mübarizə aparmalıdır. Onkoloqlar tək başına bu yükün altına girə bilməz. Hazırda ən böyük “təbliğat maşını” televiziyalardır. Televiziyalarda bu sahədə maarifləndirmə işləri isə çox zəifdir. Heç olmasa həftədə bir dəfə verilişlərdə onkoloji problemlərə yer ayrılmalıdır. Bəzən televiziyalarda bu mövzuya vaxt ayrılsa da, daha çox özəl klinika və həkimləri reklam olunur. Bununla da razı deyiləm”.

  • Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub

    Daşkəsən rayonunda həyat yoldaşı Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirməkdə təqsirləndirilən Teymur Ocaqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, o, 17 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Daşkəsən rayonun Əmirvar kəndində baş verib.

    İttihama görə, rayon sakini 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev qısqanclıq zəmnində yaşadığı evdə həyat yoldaşı 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirib.

    O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub.

  • В Грузии два человека погибли, четверо пострадали из-за угарного газа в жилом доме

    Два человека погибли, четверо пострадали в результате утечки угарного газа в жилом доме в городе Рустави (около 30 км от Тбилиси).

    Как передает Report, об этом сообщил телеканал “Рустави 2”.

    По предварительной информации, угарный газ распространился в квартирах на 3-м и 4-м этажах через систему вентиляции.

    “Погибшие – мать и дочь – жили на четвертом этаже. Живущие в квартире этажом ниже женщина с тремя несовершеннолетними детьми были госпитализированы в клинику”, – сообщил телеканал.